BURST

burst1

n 1. partlayış, partlama; a ~ of a shell mərminin partlaması; a ~ of a bomb bomba partlayışı; 2. alışma, şölələnmə; a ~ of flame alovun şölələnməsi; 3. aşıb-daşma, coşma; ~ of energy enerjinin coşması / aşıb-daşması

burst2

v 1. partlamaq; The bomb burst Bomba partladı; 2. parçalanmaq; to ~ into fragments parça-parça olmaq; 3. cırılmaq, sökülmək; The sack burst Kisə cırıldı, 4. qırmaq; parça-parça/tikə-tikə etmək; to ~ one’s chain zəncirini qırmaq; 5. yarıb keçmək, özünə yol açmaq; to ~ one’s way through the crowd izdihamın arasından yarıb keçmək, izdihamı yarıb özünə yol açmaq; The moon burst through the clouds Ay buludları yarıb çıxdı; 6. (into) qəfildən girmək, (içəri) soxulmaq; to ~ into a room qəfildən otağa soxulmaq; 7. qopmaq, başlamaq; The storm burst Qəflətən tufan qopdu; to ~ open 1) sındırmaq; to ~ the door open : qapını sındırmaq; 2) taybatay açılmaq; The door / The window burst open Qapı / Pəncərə taybatay açıldı; to ~ into a rage qəzəblənmək, qeyzlənmək, azğınlaşmaq, hiddətlənmək; to ~ into song mahnı oxumağa başlamaq; to ~ into applause sürəkli alqışlamağa başlamaq, alqışlamaq; The audience burst into applause Zalda sürəkli alqış qopdu; to ~ into flame alovlanmaq, yanmaq, alov tutmaq; to ~ into leaf yarpaqlamaq, to ~ out laughing gülmək, gülüşmək; to ~ out crying ağlamaq; to ~ with indignation qəzəbdən / hiddətdən zəncir çeynəmək; to ~ the door in qapını sındırıb içəri girmək; to ~ out qəflətən başlamaq; War burst out Müharibə qəflətən başladı;

◊ to ~ one’s side with laughing / laughter gülməkdən qarnı cırılmaq / partlamaq

BURROW
BURY
OBASTAN VİKİ
Accel World: Infinite Burst
Accel World: Infinite Burst (アクセル・ワールド INFINITE∞BURST, azərb. Sürətləndirilmiş dünya: Sonsuz partlayış‎) — 2016-cı il istehsalı elmi fantastika və döyüş anime filmi. HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılmış "Accel World" ranobe seriyasına əsaslanır. == İstehsal == 4 oktyabr 2015-ci ildə keçirilmiş Payız festivalında Dengeki Bunko ranobe seriyası əsasında Reki Kavahara tərəfindən yazılmış orijinal ssenari ilə "Accel World: Infinite Burst" adlı anime filminin çəkiləcəyini və anime filminin istehsalçı heyəti ilə seyyularının anime serialınında olduğu kimi olacağını açıqlamışdır. 2016-cı ilin fevralında "Dengeki Bunko Magazine" jurnalının 48-ci cildində filmin Yaponiya premyerasının 23 iyul 2016-cı ildə baş tutacağı anons edilmişdir. Filmin açılış mahnısı KOTOKO × ALTIMA tərəfindən ifa olunan "Plasmic Fire" mahnısıdır. == Media == === Film === Anime filmi Sunrise studiyası tərəfindən istehsal olunmuşdur. Rejissoru Masakazu Obara, ssenaristi Reki Kavahara, personaj dizayneri və animasiya rejissoru Yukiko Aykey, ekşn rejissoru Yosuke Kabaşimadır. Filmin Yaponiyada premyerası 23 iyul 2016-cı ildə baş tutmuşdur. === Ranobe === Filminin premyerasının ilk həftəsində filmi izləməyə gələnlərə Kavahara tərəfindən yazılmış "Accel World: Jump To Infinity" (アクセル・ワールド-無限への跳躍-, Accel World -Mugen e no Chōyaku, azərb.