BLUR

blur1

n 1. mürəkkəb ləkəsi; 2. qaralama, qaraltı; The houses appeared as a blur in the mist Evlər çənin / dumanın içində qaraltı kimi görünürdü; 3. ləkə, qüsur; a ~ on his honour onun vicdanında ləkə

blur2

v (-rr-) 1. çirklətmək, ləkə salmaq, bulamaq; 2. dumanlandırmaq, kütləşdirmək; Tears blurred her eyes Göz yaşı onun gözlərini dumanlandırdı; 3. ləkələmək (adı, şöhrəti və s.)

BLUNTLY
BLURB
OBASTAN VİKİ
Blur Studio
Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib. == Tarixi == Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır. 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı. Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir. 2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər. 2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir. Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar.