ALERT

alert1

n 1. hərb. hərbi hazırlıq vəziyyəti; 2. həyəcan, həyəcan siqnalı;

◊ on the ~ hazır, sayıq, ayıq, ayıq-sayıq; to be on the ~ hazır olmaq, ayıq-sayıq olmaq

alert2

adj 1. sayıq, ayıq; ehtiyatlı, extremely ~ çox ehtiyatlı; ~ to / for the opportunity əlverişli / münasib fürsət gözləyən; 2. diri, diribaş, çevik, zirək, qıvraq; amazingly ~ heyrətli / heyrətə səbəb ola biləcək qədər diribaş / zirək / çevik

alert3

v hərb. həyəcanla ayağa qaldırmaq

ALEHEMISTRY
ALERTNESS
OBASTAN VİKİ
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.

Digər lüğətlərdə