Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frits Broyn
Frits Broyn (alm. Fritz Bräun‎; 4 dekabr 1903, Fürt[d], Bavariya Krallığı – 10 yanvar 1982, İdar-Oberşteyn[d], Reynland-Pfalts) — alman Yunan-Roma güləşçisi, Avropa çempionu. == İdman nailiyyətləri == 1921-ci ildə Almaniya çempionu oldu. 1922-ci ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1924-cü ildə Avropa və Almaniya çempionatlarında birinci yerləri qazandı, 1925-ci ildə bu nəticəni təkrarladı. 1926-cı ildə Avropa çempionatının gümüş mükafatçısı oldu. 1927-ci ildə Avropa çempionatında 4-cü yeri tutdu. 1928-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1931-ci ildə Almaniya çempionu oldu. 1932-ci ildə Almaniya çempionatında 2-ci yeri tutdu.
Armando Broya
Armando Broya (10 sentyabr 2001) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin albaniyalı futbolçusu.
Broyberq
Broyberq (alm. Breuberg‎) — Almaniyanın Hessen torpağının Darmştadt inzibati dairəsində şəhər. Sahəsi 30.76 km2, əhalisi 7408 nəfərdir (2006).
De Broyl dalğaları
De Broyl dalğaları — 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-korpuskul dualizm xassəsinin maddənin bütün zərrəciklərinə-elektron, proton, neytron və atomlara da xas ola bilmə hipotezini irəli sürür. Onun ideyasına görə, hər hansı bir zərrəcik E enerjiyə, eləcə də, p impulsuna malik olarsa, belə halda həmin zərrəciyin hərəkətinə tezliyi ν= E : h {\displaystyle E:h} və dalğa uzunluğu λ= h : p {\displaystyle h:p} olan dalğaya uyğun gəlir. Belə dalğalara de Broyl dalğaları deyilir. == Təsdiqi == De Broylun nəzəri əsaslandırdığı adıçəkilən hipotez 1927–1928-ci illərdə aparılan təcrübələr nəticəsində təstiqləndi. Fərziyyənin təsdiqi elektronların kristal qəfəsdə difraksiyası təcrübələrinə əsaslanır. Maddə zərrəciyi olan elektronun dalğa xassələrini təsbit etmək məqsədilə elə cihaz tələb olunurdu ki, həmin cihazın parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun. Bu zaman aşkarlanmışdır ki, dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atomlararası məsafə tərtibindədirlər. Məhz bu səbəbdən, aparılan təcrübələrdə kristal qəfəsdən keçərkən elektron dəstəsinin difraksiya və interferensiyası müşahidə edildi. Bununla da, təbiətin ən vacib qanunlarından biri sayılan- materiyanın dalğa-korpuskulyar xassəsinə sahib olması nəzəri və eləcə də, təcrübi yolla təsdiq edildi. == Ehtimal dalğaları == Mikrozərrəciklərin dualist (ikili) təbiəti barədə nəzəriyyə mikroaləm haqqında təsəvvürləri tamamilə dəyişdi.
Lui de Broyl
Lui Viktor Pyer Raymon(fr. Louis-Victor-Pierre-Raymond, 7ème duc de Broglie, Louis de Broglie, 7-ci Brolyi hersoqu, Lui de Broyl kimi daha məşhur olub (fr. Louis-Victor-Pierre-Raymond, 7ème duc de Broglie, Louis de Broglie; 15 avqust 1892[…], Dieppe[d] – 19 mart 1987[…]) — fransız nəzəriyyəçi fiziki, kvant mexanikasının banilərindən biri, 1929-cu il fizika üzrə Nobel mükafatının laureatı, Fransanın elmlər akademiyasının üzvü (1933-cü ildən) və onun daimi katibi (1942-ci ildən), fransa akademiyasının üzvü (1944-cü ildən). Lui de Broyl kvant nəzəriyyəsinin fundamental problemləri üzrə işlərin müəllifidir. Dalğa mexanikasının inkişafına başlanğıc verən material hissəciklərin dalğa xüsusiyyətləri haqda hipotez (de Broyl dalğaları və ya materiya dalğaları) ona aiddir. Alim kvant mexanikanın orijinal interpretasiyasını (pilot-dalğa nəzəriyyəsi, ikili həll nəzəriyyəsi) təklif edib, qeyri-asılı spinli hissəciklərin, xüsusi ilə fotonların (işığın neytrin nəzəriyyəsi) relyativist nəzəriyyəsini inkişaf etdirib, radiofizika, sahənin klassik və kvant nəzəriyyələri, termodinamika və fizikanın digər bölmələrinə aid məsələləri ilə məşğul olub. == Bioqrafiya == === Əsli və təhsili === Lui de Broyl nümayəndələrinin əsrlər boyu Fransada mühüm hərbi və siyasi vəzifələr tutmuş məşhur Brolyi aristokrat soyundan gəlir. Gələcək fizikin atası, 5-ci Brolyi hersoqu Lui-Alfons-Viktor (fr. Victor de Broglie; 1846—1906) Napoleonun generalı Filipp Pol de Seqürün nəvəsi Polina d`Armatla (fr. Pauline d’Armaille) ailə həyatı qurur.
Əsgər Broyan
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Boroy adası
Boroy (far. Borðoy), Boryu (dan. Bordø) — Farer adalarının şimal-qərbində yerləşən ada. 2013-cü il məlumatına görə8 yaşayış məntəqəsində 4954 nəfər yaşayır. Onlardan ən böyüyü Klaksvuykdır. Sahəsi 96 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 772 m-dir.
Brey adası
Brey adası (ing. Bray Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 689 km²-dir. Sahil xəttinin uzunluğu 166 km-dir. Nisbətən kiçik olan Brey adası Foxs körfəzinin şimal hissəsində yerləşir. Onu Baffin Torpağı adasının cənub sahilindən yalnız 10 kilometrlik ensiz boğaz ayırır. Bu nəhəng adanın Berd yarımadası və Brey adası kiçik İkpik buxtasını təşkil edir. Kox adası Brey adasının şimal-qərbində və Rouli adasının cənub-qərbində yerləşir. Brey adasının uzunluğu 36 km (şimaldan cənuba) və eni 26 km-dir.
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Brok adası
Brok adası (ing. Brock Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları və Parri arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 764 km², sahil xətdinin sahəsi 174 km təşkil edir. düzbucaqlı formasına malik olan adanın uzunluğu 37 km, eni isə 22 km-dir. Hamar relyefə malikdir. Ərazisi 20–40 metr hündürlüyə malik təpələrdən ibarətdir. Cənubda hündürlük nisbətən çoxdur. Maksimal hündürlük 67 metrdir. Brok adası Kanada Arktik arxipelaqının şimal-şərqindədir.
Broş adası
Broş adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 85 metrdir. Kuna adasında yerləşən burnun davamını təşkil edir. Qayadan ibarətdir. Qrili adasından Şternek boğazı ilə ayrılır. Yaxınlığında yerləşən adalar: Kun adası, Keyn adası, Qrili adası. Ada Qustan Broşun şərəfinə adlandırılmışdır. O, Avstriya-Macarıstan ekspedisiyasının Şimal qütbünə təşkil etdiyi donanmanın çex əsilli leytenantıdır.
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Troy Pina
Warner Bros
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Warner Bros.
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Yvette Broç
Yvette Broç (d. 22 noyabr 1990) — Niderlandı təmsil edən həndbolçu. Yvette Broç Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Brok Belle
Brok Belle (29 aprel 1982, Orinc qraflığı, Kaliforniya) — amerikalı pornoaktyor.
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Fibula (broş)
Fibula — Arxeoloji (antik) termin. Fibula (/ˈfɪbjʊlə/, pl.: fibulae /ˈfɪbjʊli/) paltarı, adətən sağ çiynində bərkitmək üçün istifadə edilən broş və ya sancaqdır.Fibula müxtəlif inkişaf yolları var, lakin hamısı sancaq prinsipinə əsaslanırdı. Ən müasir broşlardan fərqli olaraq, fibulalar sadəcə dekorativ deyildi; Fibulalar başlanğıcda praktiki funksiyaya xidmət edirdilər: hər iki cins üçün xalat və papaq kimi paltarları bərkitmək üçün istifadə edilirdi. İngilis dilində "fibula" müasir zərgərlik üçün istifadə olunan söz deyil, daha çox arxeoloqlar tərəfindən istifadə edilən termindir. Yüzlərlə müxtəlif növ fibula var. Onlar adətən tarixi dövrlərə, coğrafiyaya və yaxud mədəniyyətlərə əsaslanan növlərə bölünürlər. Fibular də ümumi formalarına görə siniflərə bölünür. Fibula, Neolit dövründən Tunc dövrünə qədər paltarları bağlamaq üçün istifadə edilən düz sancaqları əvəz edirdi. Orta əsrlərdə fibulaları paltar düymələri əvəz etmişdir. Onların nəsli, müasir dövrdə bəzək əşyası kimi istifadə edilən broşlardır.
Brok Universiteti
Brok Universiteti — Kanadanın Ontario ştatının Sent-Katarin şəhərində ictimai tədqiqat universiteti. Niaqara yarımadasında, UNESCO-nun Biosfer Qoruğunun bir hissəsi olan Kanadada yeganə universitetdir. == Tarixi == Brok Universiteti 1964-cü ildə Ontario Qanunverici orqanı tərəfindən qəbul edilən akt əsasına yaradılmışdır. Universitet Britaniya və Kanada qüvvələrinə komandanlıq etmiş general-mayor ser İsaak Brokun şərəfinə adlandırılıb. Brok Universiteti ilk dəfə 1964-cü ilin sentyabrında açılanda dərslər Sent-Luis şəhərinin mərkəzindəki Pol küçəsində yerləşən Sent-Каtarins məktəbində keçirilirdi. Riçard L. Hearn 1967-ci ildə universitetin ilk rektoru təyin edildi. == Akademik strukturu == Universitet peşəkar dərəcələr də daxil olmaqla, bakalavr və magistr səviyyələrində geniş proqramlar təklif edir. Brok 2008-ci ildə tədqiqat nəşrinin nəticəsi və təsir göstəricilərinə görə bakalavr kateqoriyasında Kanada universitetləri arasında üçüncü yeri tutmuşdur (ən son sıralama tamamlanmışdır). Brok Universiteti Kanadada və beynəlxalq miqyasda MICA (Hesablama və Tətbiqlərlə İnteqrasiya Edilmiş Riyaziyyat) proqramını təklif edən yeganə məktəbdir. Universitetin Sağlamlıq Elmləri Departamenti Kanadada İctimai Səhiyyə üzrə yeganə bakalavr dərəcəsini təklif edir.
Slavonski-Brod
Slavonski-Brod — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brodsko-Posavskaya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
Troy Sivan
Troy Sivan (ing. Troye Sivan; 5 iyun 1995, Yohannesburq) — Avstraliyalı müğənni, mahnı yazarı və aktyor. İlk nailiyyətini 2014-cü ildə təqdim etdiyi "TRXYE" mini-albomuna görə əldə edib. Hansı ki, Billboard 200 hit-paradında 5-ci sıraya düşüb. Həmçinin, mini-albomda yer alan sinqlı "Happy Little Pill" Avstraliya hit-paradlarında ilk onluğa daxil olub. Troy, studiya albomu debütünü isə 2015-ci ildə yayımladığı "Blue Neighbourhood" ilə gerçəkləşdirib. Albomdan ilk sinqlı "Youth" Billboard Hot 100 hit-paradında 23-cü yerdə qərarlaşıb. Troy Sivan tamaşaçı qarşısına ilk dəfə 2006-cı ildə "Channel Seven Perth Telethon" televiziya verilişində iştirakçı kimi çıxmışdır. Bu günə qədər vlogger kimi də fəaliyyət göstərir. Özünə məxsus olan YouTube kanalına video yerləşdirməyə 2012-ci ildə start verib.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Lesli Roy
Lesli Roy (17 sentyabr 1986, Balbriggan[d], Lenster) — irlandiyalı müğənni və bəstəkar. İrlandiyanı Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Roy Hocson
Roy Hocson (ing.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Ebröy
Ebröy (fr. Ébreuil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03107. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1270 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Ocaqda əhəng daşı hasil olunur. 2007-ci ildə əmək qabiliyyətli 703 nəfər (15-64 yaş arasında) 457 nəfər iqtisadi cəhətdən fəal, 246 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.0%, 1999-cu ildə 61.4%). Fəal 457 nəfərdən 427 nəfəri (228 kişi və 199 qadın), 30 nəfəri işsiz (10 kişi və 20 qadın) idi.
Le-Bröy (Alye)
Le-Bröy (fr. Le Breuil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 545 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 319 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 220 nəfər iqtisadi fəal, 99 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 69.0%, 1999-cu ildə 66.1%). Fəal olan 220 nəfərdən 191 nəfəri (110 kişi və 81 qadın), 29 nəfəri işsiz (12 kişi və 17 qadın) idi. 99 hərəkətsiz 25 nəfər arasında şagird və ya tələbə, 39 nəfər təqaüdçü, 35 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Slаvоnski-Brоd
Slavonski-Brod — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brodsko-Posavskaya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.