Brayton Universiteti
Brayton Universiteti — Böyük Britaniyanın cənub sahilində Brayton və Eastbourne şəhərlərində yerləşən dövlət universiteti.
Universitet 1858-ci ildə Kral Pavilyonunda Brayton İncəsənət Məktəbi kimi açılmışdır. 1992-ci ildə universitet statusu aldı.
Universitet əsasən peşəkar tətbiqi təhsil proqramları təklif edir. Proqramlara Kompüter elmləri, Biologiya, Mühəndislik, Ətraf mühit elmləri, Riyaziyyat, Memarlıq, Geologiya, Tibb, Tədris, İdman elmi, Jurnalistika, Kriminologiya və Biznesin idarə edilməsi daxildir. Təxminən 18,000 tələbə və 2,400 işçi heyyəti var.
== Tarixi ==
1858-ci ildə Brayton İncəsənət məktəbi öz qapılarını Kral Pavilyonunda ilk 110 tələbəsi üçün açdı.
1876-cı ildə məktəb Grand Paradeya öz binasına köçdü. Baş nazir Vilyam Qladston yeni binanın açılışında iştirak etmişdir.
1897-ci ildə Braytonda Elm və Texnologiya Məktəbi açıldı.