Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bohay
Bohay (kor. 渤海, 발해) — Koreyanın şimalında Şimal-Cənub dövlətləri dövründə mövcud olmuş dövlət. 698-ci ildə Kral Go tərəfindən qurulmuş,926-cı ildə Kidanlar tərəfindən süquta uğradılmış və torpaqları Liao və Koquryo krallıqları arasında bölüşdürülmüşdür.
Eysay
Eysay (栄西, 27 may 1141 və ya 15 dekabr 1141, Kaya rayonu[d] – 2 iyul 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır. == Həyatı == === Zen buddizmi === Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.
MyDay
Byar
Byar (isp. Biar) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 98,17 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3703 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Alto-Vinalopa Saks (Alikante) Salinas == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Biar Índice Estadístico Municipal de Biar.
Cyay
𐕏 (səslənməsi /dzʲ/, transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջա́յ (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib. Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
Tyay
𐕓 (səslənməsi /tʲʼ/, transkripsiyası Ṭ', ṭ') — Alban əlifbasının 36-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տայ (Tay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərf Tüyr hərfinin damaqlaşmış formasıdır. Lakin sözlərdə istifadəsi minimaldır və müasir Udi dilində qarşılığı məlum deyil.
Batay Jorj
Batay Jorj (10 sentyabr 1897[…] – 9 iyul 1962[…], Paris) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi. == Həyatı == 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi. 1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu. 1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi.
Boray rayonu
Boray rayonu (başq. Борай районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Boray kəndidir. Ufadan 52 km aralıda yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Ərazisi şimal meşə-çöl zonasına daxildir. Rayonun ərazisi 1820 km² təşkil edir. Ərazisindən qum, əhəng daşı, kərpiç xammalı, neft çıxarılır. İqlimi kontinental, orta rütubətlidir. Ərazisinin böyük hissəsini eynli yarpaqlı meşələr tutur.
Boyyay mükafatı
Riyaziyyat üzrə Beynəlxalq Yanoş Boyyay mükafatı (ing. János Bolyai International Award for Mathematics) — Macarıstan Elmlər Akademiyası tərəfindən təsis edilmiş, riyaziyyatçılar üçün beynəlxalq mükafat. Mükafat hər beş ildən bir son 10 ildə özünün son dərəcə əhəmiyyətli yeni nailiyyətlərini izah edən monoqrafiyasını nəşr etmiş riyaziyyatçılara verilir.
Farkaş Boyyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. == Həyatı == Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. == İncil, Quran və elm == 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Byukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. == Həyatı == Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. == İncil, Quran və elm == 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. == Həyatı == Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur. Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Sen-Byuey
Sen-Büey (fr. Saint-Bueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38372. Kommunanın 2006-cı il üçün əhalisi 694 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 293 ilə 570 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimalda yerləşir.
Yanoş Boyyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Bayram Beqay
Bayram Beqay (alb. Bajram Begaj; 20 mart 1967, Rroqojina[d], Albaniya Xalq Sosialist Respublikası) — Bayram Beqay (20 mart 1967-ci ildə anadan olub) Albaniyanın prezidenti seçilmiş alban keçmiş hərbçi və siyasətçidir. O, 24 iyul 2022-ci ildə Albaniyanın 9-cu prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Albaniya ordusunda uzunmüddətli karyerası olan Beqac 2020-ci ilin iyulundan 2022-ci ilin iyununa qədər Albaniya Silahlı Qüvvələrinin 26-cı Baş Qərargah rəisi vəzifəsində çalışıb. 3 iyun 2022-ci ildə Beqac hakim Sosialist Partiyası tərəfindən rəsmi olaraq seçkilərin dördüncü tura namizədliyi irəli sürülüb. Beqac Albaniyanın Ahmet Zoqu, Ramiz Alia, Alfred Moisiu və Bujar Nişanidən sonra hərbi keçmişi olan beşinci prezidentidir. == Həyatı və karyerası == Beqaj 20 mart 1967-ci ildə Rroqojinada anadan olub. 1989-cu ildə Tirana Tibb Fakültəsini bitirib, 1998-ci ildə aktiv feldşer olub. Peşəkar doktorantura təhsilini başa vurduqdan sonra Tibb üzrə "dosent" elmi adını almışdır. 31 illik hərbi karyerası ərzində Begac ABŞ-da Təhlükəsizlik və Müdafiə, Ali Tibb Məktəbi, Qastrohepatologiya üzrə Aspirantura İxtisaslaşması, Yunanıstanda Xəstəxana İdarəetmə Kursu və Strateji Tibbi Liderlik Kursu, İxtisas Tibb Kursu və Sağlamlıq Kursu üzrə çoxsaylı təlim, seminarlarda və kurslarda iştirak etmiş və bitirmişdir.
Buxa Noyon Babay
Buxa Noyon Babay — Buryat mifologiyasının personajlarından biridir. Bəzi əfsanələrə görə Boxo Muya (Qərb tanrısı Zayan Saqan Tenqrinin oğlu) Boxo Teli (şərq tanrısı Xamxir Boqdo Tenqrinin oğlu) ilə dava salmış, nəticədə hər ikisi dünyaya düşərək öküzə çevrilmişlər. Boxo Muya boz öküz Buxa Noyon Babaya, Boxo teli isə bəzəkli öküz Tarlan Exen Buxaya çevrilmişdi. Onlar dünyada bir birlərini izləyərək Baykal gölünün ətrafında Tayji xanın mülkündə, bir-birilərilə buynuzlaşmağa başlamışlar. Tayji xanın qızı onları qovmuş, ancaq Buxa Noyon Babayın baxışından və ya böyürməsindən hamilə qalmışdır. Bulaqatların əfsanəsinə görə bu hamiləlikdən bir oğlan olmuş, Buxa Noyon Babay onu öz oğlu kimi qəbul edərək uca dağda yerləşən dəmir beşikdə yedirdərək saxlamışdır. Uşağı olmayan iki şaman qadın Asıxan və Xosıxan Buxa Noyon Babaya xüsusi qurbanvermə mərasimi təşkil edərək, bu uşağı ondan almış və ona Bulaqat Buxa Doroqxo Olokson (Öküz altından tapılmış Bulaqat) adı vermişlər. Bulaqat tayfası onun nəslindən əmələ gəlmişdir. Exiritlərin əfsanəsinə görə Tayji xanın qızı əkiz oğlanları dünyaya gətirmişdi. Bu oğullardan biri Baykal gölü ətrafında yaşayırdı.
Olo Basay (Baymak)
Olo Basay (başq. Оло Басай, rus. Большебасаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kusəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 74 km, kənd sovetliyindən (İşmirzə): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Pare-su-Briay
Pare-su-Briay (fr. Paray-sous-Briailles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03204. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 623 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 387 nəfər (15-64 yaş arasında) 282 nəfər iqtisadi fəal, 105 hərəkətsiz (fəaliyyət göstərici 72.9%, 1999-cu ildə 73.3%) olmuşdur. 282 aktiv 259 nəfərdən (147 kişi və 112 qadın), 23 nəfəri işsizdir (10 kişi və 13 qadın). 105 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Blay (rayon)
Blay (fr. arrondissement de Blaye, oks. arrondiment de Blaia) — Fransanın Akvitaniya reionun rayonlarından biri. Departamenti — Jironda. Suprefektura — Blay. Rayonun əhalisi 2011-ci ildə 84,652 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 108 nəf / km². Rayonun sahəsi – 782 km².
Nelli Blay
Nelli Blay (ing. Elizabeth Jane Cochran d.5 may 1864-cü il, ABŞ, Pensilvaniya; ö. 27 yanvar 1922-ci il, Nyu-York) — amerikalı jurnalist, yazıçı, sahibkar. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı. == Həyatı == Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib.
Sway (mahnı)
Sway – Meksikalı bəstəkar Pablo Beltran Ruizin 1953-cü ildə, mambo tərzində bəstələdiyi ¿Quién será? mahnısının ingiliscə olan versiyasıdır. Mahnıya 1954-cü ildə Norman Gimbel ingilis dilində sözlər yazmış və bundan sonra mahnını məşhur aktyor və musiqiçi Din Martin ifa etmişdir. Din Martin mahnını ingilis dilində oxuyan ilk ifaçı olmuşdur. Mahnı onun ifasında Billboard Hit Paradında 15-ci yerə yüksəlmişdir. Eyni ildə mahnı İngiltərədə altıncı yerə qədər yüksələ bilmişdir. Mahnı Din Martindən sonra dünyanın bir çox ölkələrindən olan musiqiçilər tərəfindən fərqli üslublarda ifa edilmişdir. == Fərqlənən və yadda qalan ifalar == 1953 – Pablo Beltrán Y Su Orchestra 1954 – Eylin Barton, Coral Records, kataloq nömrəsi 61185, 1954 – Din Martin, Capitol Records, kataloq nömrəsi 2818, US 15, UK 6 1954 – Olavi Virta (fin dilində) 1960 – Perez Prado və Rosemary Clooney, A Touch of Tabasco albomu 1960 – Bobbi Ridell, Capitol Recording Studios, NYC 1961 – Ben E. Kinq, "Spanish Harlem" albomu 1963 – Kliff Riçard, "When In Spain" albomu 1976 – Ajda Pekkan, "Kim Ne Derse Desin" albomu (türk dilində) 1990 – Bjork in album Gling-Gló, as "Í dansi með þér" (island dilində) 1999 – Shaft, (Mucho Mambo) adıyla "Sway" albomu 2000 – Athena – Macera, "Tam Zamanı Şimdi" albomu (türk dilində) 2003 – Maykl Buble, 2004 – Pussycat Dolls, Shall We Dance?
Yuan Byao
Yuan Byao (ing. Yuen Biao, kantonca:元彪, tam adı: Balaca pələng; 26 iyul 1957, Nankin, Çin) — Honkonq aktyoru və döyüş ustasıdır. Əsl adı Siya Pincendir. Pincen "Yuan Byao" ləqəbini Pekin teatr məktəbində götürmüşdür.
Yay
Yay — ilin dörd fəslindən biri. == Məzmun == Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Look Away (Darude mahnısı)
Look Away (azərb. Üz döndər‎) — Finlandiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Darude və Sebastian Reyman "Look Away" mahnısı ilə Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcək. Mahnı Sebastian Reyman və Villa Vertanen (Darude) tərəfindən bəstələnmişdir.