Marina Bay Sands
Marina Bay Sands — Sinqapurun Mərkəzi rayonunda, Marina Bay körfəzi sahilində yerləşən otel və kazino. Ssangyong Engineering & Construction şirkəti tərəfindən tikilmiş, sifarişçi isə Las Vegas Sands qrupudur.
== Ümumi məlumat ==
2010-cu ildə istifadəyə verilən bu tikili qısa zamanda Sinqapurun simvoluna çevrildi. Marina Bay Sandsın diqqət çəkən cəhtlərindən biri 191 metr hündürlükdə geniş müşahidə meydançasına və hovuza malik olmasıdır. Məhz bu ərazidən Marina Bay körfəzinə və şəhərin digər göydələnlərinə gözəl mənzərə açılır.. Tikili dünyada torpaq sahəsinin çəkilən xərci ilə birlikdə ən bahalı kazino hesab olunur.
Üç binadan ibarət olan Marina Bay Sandsda 2561 otaqlıq otel, 120000 kvadrat metr sahəyə malik konqress-sərgi mərkəzi, 74000 kv.m-lik Marina Bay Sands ticarət mərkəzin, muzey, iki böyük teatr, restoranlar, iki üzən istirahət köşkü, buz meydançası, dünyada ən böyük, 500 stolluq və 1600 avtomatlıq atrium kazino yerləşir. Komlpeksdə 340 metr uzunluğa malik SkyPark yerləşir.
== Tarixi ==
Otelin tikintisi dörd il sürmüş — 2006-cı ilin ortalarından 2010-cu ilə qədər. Ümumən 8 milyard dollar sərf olunmuşdur.