Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıvraq
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.
Ceyrax rayonu
Ceyrax rayonu (inquş Жӏайраха район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Ceyrax kəndidir. == Coğrafiya == Ceyrax rayonu İnquşetiyanın cənub dağlıq hissəsində yerləşir və Baş Qafqaz silsiləsinin mərkəzi hissəsini tutur. Rayon şərqdə Çeçenistan Respublikasının İtum-Kali rayonu, şimalda İnquşetiyanın Sunja rayonu, şimal-qərbdə Şimali Osetiyanın Priqorodnı rayonu, qərbdə Vladikavkaz şəhər dairəsi ilə və cənubda isə Gürcüstan ilə həmsərhəddir. Rayonun ərazisi 627.04 km²-dir. Əsas çaylar Assa və Armxi. Dağ zirvələri: Şan (4451.8 m, İnquşetiyanın ən yüksək nöqtəsi), Kideqanis, Qaykomd (3171.7 m), Xaxalqi (3032.9 m), Stolovoya (2993.9 m), Çerexkort (2230.6 m) və digərləri. == Tarix == Rayon 8 oktyabr 1993-cü ildə İnquşetiya Respublikasının Prezidenti Ruslan Auşevin Fərmanı ilə təsis edilmişdir. 1957-ci ildən 1993-cü ilə qədər indi Ceyrax rayonunun ərsazisi Nazran rayonunun bir hissəsi olmuşdur. 1 yanvar 1990-cı il tarixinə olan məlumata əsasən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ceyrax kənd sovetliyinə Ceyrax, Beyni, Quli, Lyazgi, Olqeti kəndləri və Armhi Sanatoriya qəsəbəsi daxil idi.
Qıvraq (Sisyan)
Qıvraq, Kırqax — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponiminin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir. Kəndin ilk adı Kırqax olmuşdur. Fikrimizcə "Qıvraq", "Qırxaq" oykoniminin dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü ilə teleut, Altay, qırğız, qaraqırğız dillərində "bərk", "möhkəm" mənasında işlənən "qax" sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Qıvraq (dəqiqləşdirmə)
Qıvraq — Naxçıvanın Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Qıvraq (Sisyan) — Sisyanda kənd.
Qıvraq bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qıvraq nekropolu
Qıvraq nekropolu — Kəngərli rayonunda, Qıvraq qəsəbəsindən cənubda, Qıvraq yaylasından Asnı çayına enən düzənlik ərazidə Tunc dövrünə aid arxeoloji abidə. Sah. 2 ha-dır. Burada diametri 3-5 m-ə çatan yonulmamış iri daşlardan qurulmuş kromlexlərə təsadüf olunmuşdur. Qəbiristanda üzərində müxtəlif məişət əşyaları və heyvan təsvirləri həkk edilmiş qoç və sənduqə formalı qəbir daşları vardır. Təsərrüfat işləri zamanı bir neçə daş qutu tipli qəbir abidəsi dağıdılmışdır. Əldə olunmuş materiallar (əsasən, monoxrom boyalı küpə və kasa tipli qablar) Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir.
Qıvraq qəsəbəsi
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.
Qıvraq rayonu
Qıvraq rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qıvraq kəndi olmuşdur. Qıvraq rayonuna 19 kənd daxil idi 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Qıvraq kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Corvus corax
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Qıvraq su anbarı
Qıvraq su anbarı — Kəngərli rayonu ərazisində Qıvraq qəsəbəsinin şimal-şərqində çay yatağından kənar yaradılmış su anbarı. 921 metr hündürlükdədir. Arpaçaydan çəkilmiş Yuxarı Sovxoz kanalı, bulaqları və müvəqqəti axarlı çayların suyu ilə qidalanır. Fəsli tənzimləməyə malikdir. Suvarmada istifadə edilir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Çavraş (Urmiya)
Çavraş (fars. چاورش‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (59 ailə).
Çitral rayonu
Çitral rayonu (urdu ضِلع چترال‎) — Pakistanın Hayber-Paxtunxva əyalətində 2018-ci ildə Yuxarı Çitral Bölgəsi və Aşağı Çitral Rayonuna bölünməyə qədər 14,850 km² sahəni edən böyük bir rayon idi. Malakand Diviziyasının bir hissəsi olan Hayber Paxtunxvanın ən şimal bölgəsi idi.Şərqində Gilgit-Baltistan, cənubunda isə Hayber Paxtunxvanın Svat və Dir rayonları ilə həmsərhəd idi. Həmçinin şimal və qərb tərəfindən də Əfqanıstanla Dürand xətti ilə dövlət sərhədini əhatə edirdi. Əfqanıstanın məhz bu dar zolağı olan Vaxan dəhlizi Çitralı şimalda Tacikistandan ayırır. Rayonun təxminən 414 min nəfərə yaxın əhalisi var. Ümumi əhali əsasən Yasin, Gilgit, Dir və Svat bölgələrində də danışılan Xovar dilində danışan Xo xalqından ibarətdir. Çitralda həm də Bumburetdə və Çitral şəhərinin cənub-qərbindəki iki ucqar vadidə yaşayan Kalaş xalqına da ev sahibliyi edir. Çitralda bir neçə min nəfər nuristanlının da yaşadığı məlumdur. Bölgədə ən çox istifadə olunan əsas dil Xovar dilidir. Dameli, Qavar-Bati, Qujari (Qojri), Kalaşa, Qırğız, Kataviri / Kamviri, Mdaqlaşti Dari, Palula, Sarıquli, Vaxi və Yidqa dillərində danışanların kiçik icmaları da var.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Ciran (Piranşəhr)
Ciran (fars. جران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (34 ailə).
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Çiran (Miyanə)
Çiran (fars. چرن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (61 ailə).
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975-ci ildə isə üçüncü redaksiyadan keçir.
Çıraq (Kəlbəcər)
Çıraq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Çıraq kəndi İstisu qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çıraq kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin əhalisi etnik mənşəyinə görə türkdür və onların ulu babaları əsrlərlə orada yaşayan yerli sakinlər olmuşdur. Kənd sakinlərinin danışıq dili Azərbaycan türkcəsidir. Kənddəki coğrafi adlar (toponimlər) türk mənşəlidir. Kənddə Ağbulaq yurdu, Qarabulaq yurdu, Dolçabulaq yurdu adlı bulaqlar var. Kəndin məşhur yerləri: Dərinçuxur, Dəmirqaya, Qırmızıtəpə, Göygav, Sarıgav, Həşərgələr, Sudolduran, Novun şamı, Tumuzluq, Arxacqaya, Arıxanaqaya, Şişqaya, Qayabaşı, Vəlinin çüxuru.
Çıraq (dəqiqləşdirmə)
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Çıraq Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Sehrli Çıraq (1987)
Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.
Azəri–Çıraq–Günəşli
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. == İnkişaf mərhələləri == == Platformalar == 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.
Çıraq Hasarı (Xudabəndə)
Çıraq Hasarı — İranın Zəncan ostanında kənd.. Əhalisi 142 nəfərdir (2009). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanı Ətraf kəndistanında, Qiydar qəsəbəsindən 17 km şimal-qərbdədir.