Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızdağ
Qızdağ — Gədəbəy rayonu ərazisində dağ. Əsl adı Qızqaladır. Qızdağ — Hacıqabul rayonu ərazisində dağ. Hündürlüyü 271 m.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Çildağ
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Ağasəlim Çildağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Çıldağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Cindağ (Şahbuz)
Cindağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ, Zəngəzur silsiləsinin qərb yamacında yerləşir. Gecəzur kəndindən 3.5 km cənub-şərqdədir (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun şimal yamacında zirvə. Ağbulaq kəndindən 4 km cənub-şərqdədir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran eyniyaşlı dolerit və andezit-dasit tərkibli və izometrik formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Şimal və cənub-qərb yamacları orta pleystosenin flüvioqlasial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Konusvari formadadır, subvulkandır.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Cüzdan
Cüzdan, pul kisəsi və ya portmanat — şəxsiyyət vəsiqəsi, pul, kredit kartı, fotoşəkil, kontakt kimi obyektləri daşımağa yarayan və əksəriyyətlə dəridən ya da dəriyə bənzər maddələrdən tikilən kiçik ölçülü qatlama çanta.
Elektron cüzdan
Elektron cüzdan – elektron pulları özündə saxlamağa və elektron ödənişləri yerinə yetirməyə imkan verən ödəniş çipi (CHIP) olan smart-kart, yaxud başqa elektron daşıyıcı. "Elektron cüzdan" termini elektron pulların toplanması, saxlanması və köçürülməsi əməliyyatlarını yerinə yetirməyə imkan verən qurğulara və proqram təminatına da aid ola bilər.
Cüzdan (şəhər)
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Sızdıq Sultan
Sızdıq Sultan Kenesarı oğlu (qaz. Сыздық Кенесарыұлы; 1837, Qazax xanlığı – 1910, Çimkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — Orta Asiyanın müxtəlif guşələrində ömrünün on beş ilini rus istilasına qarşı mübarizərə sərf etmiş Qazaxıstan sərkərdəsidir. Bəzi mənbələrdə adı Sadıq Sultan olaraq anılır. Son qazax xanı Kenesarı xan Qasımoğlunun oğludur. Qazax xanlığının sultanıdır. Sızdıq Sultan 1837-ci ildə anadan olub. Atası Kenesarı xan sonuncu Qazaxıstan xanı olub. Kenesarı xan öləndə Sızdıq 10 yaşında idi. Sızdıq Kenesarı oğlu qardaşları Tayşıq və Əhmədlə birgə Kokand xanlığı ərazisində böyüyüb. Kokand xanlığı ordusuna qəbul ediləndən sonra hər birinə pansədbaşı (500 nəfərlik dəstə komandiri, pansəd farsca 500 deməkdir) rütbəsi verilib.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Acıdağ
Acıdağ — Goranboy rayonu ərazisində dağ. == Ümumi məlumat == Hündürlüyü 807 metrdir. Oronim acı və dağ sözlərindən düzəlib. Mütəxəssislərin fikrincə,oronimin birinci komponenti dad bildirən sifətlə ifadə olunaraq coğrafi obyektin süxurlarının acı maddələrlə zəngin olduğunu bildirir. Başqa mülahizəyə görə,dağın adındakı acı sözü oradakı otların acı olmasını əks etdirir. İlin üç fəslində bu otlar acı olduğu üçün heyvanlar onu yemir. Yalnız qışda bu otlar quruduqda yem üçün yararlı olduğundan maldarlar qış qoyun yataqlarını, binələri belə yerlərdə salırlar. Lakin onu da əlavə etmək lazımdır ki, acı taş ifadəsi qədim türk dillərində "zəy, zəyli" mənalarında işlənmişdir. Ərazidəki Zəylik, Zəylikçay coğrafi adları bu fikri təsdiqləyir.Mənbələrdə bu ərazidə Acıqala oronimi də qeydə alınmışdır.
Bozdağ
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Duzdağ
Duzdağ — duzlaq. Yaşayış məntəqələri Duzdağ (Yevlax) — Yevlax rayonunda kənd. Düzdağ (Bozüyük) — Türkiyənin Bilecik ilinin Bozüyük ilçəsində kənd. Toponimlər Duzdağ (Tovuz) — Tovuz rayonunun Qaralar kəndində yer adı. Duzdağ (göl) — Salyanda göl. Duzdağ (Naxçıvan) — Naxçıvanda dağ. Filmlər Azərbaycan sirləri.
Misdağ
Misdağ - Naxçıvan çökəkliyinin şimal-şərq kənarında, Qaracalal-Qızılboğaz tirəsinin suayrıcındadır. Hündürlüyü 1270 m-dir. Andezit-dasit tərkibli ekstruzivdir. Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Naxçıvan çayının sol sahilində Məzrə (Alagözməzrə) kəndindən 3 km şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Mizraq
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Pirdağ
Pirdağ (Qubadlı) — Qubadlı rayonunda dağ. Hündürlüyü 1376 m. Pirdağ (Oğuz) — Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 764 m.
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.
Şişdağ
Şişdağ — Azərbaycanda, Xocavənd rayonu, Hadrut qəsəbəsi ilə Sor kəndi arasında yerləşən zirvə. Dağın hündürlüyü 1315 metrdir. Dağ adını zirvəsinin şiş olmasından almışdır.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Dizaq
Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağlarla qovuşduğu yerdə qoruyucu səddlərə (düzəklərə) malik olmuş və adı da buna uyğun adlanmışdır) mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Mehmed Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist, prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub. Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir. İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Mehmet Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist, prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub. Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir. İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Pirdağ (Qubadlı)
Pirdağ — Qubadlı rayonu ərazisində dağ. Həkəri çayının sol qolları olan Xoşgədik və Kiçik Həkəri çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1376 m. Ziyarətdağ da adlanır.
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.