QIZMAQ

f.
1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır.
– Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq.
…Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən.

2. məc. Hirslənmək, hiddətlənmək.
…Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: – Bilmirəm, bu nə ölümdür… – demişdi. A.Şaiq.
Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal.

3. məc. Qızışmaq, coşmaq.
Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIZMAQ 1. QIZMAQ Gün qızmışdı. Arxacda iri göy çibinlər vızıldaşırdı (İ.Şıxlı); İSİNMƏK ..havalar yavaş-yavaş isinməyə başlayır (S
  • QIZMAQ istilənmək — hərarətlənmək
  • QIZMAQ hirslənmək — hiddətlənmək
  • QIZMAQ coşmaq
  • QIZMAQ inanmaq — xatircəmlənmək

Omonimlər

  • QIZMAQ QIZMAQ I f. Hərarət almaq, istilənmək. Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər (A

Antonimlər (əks mənalı sözlər)

  • QIZMAQ QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı (Mir Cəlal); Mən yenə sakitləşdim (S

Etimologiya

  • QIZMAQ Köz kəlməsi ilə kökdaşdır. Köz, kösöv, qızmaq, kömür kəlmələrinin hamısı eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov
QIZMAQ₂
QIZMAR

Digər lüğətlərdə

вве́ргнуть многопла́новость новоиспечённый отве́тственно посюсторо́нний проки́дываться тубе́ркулы хвальба́ бессчётно институ́тка некрофи́лка обме́нный перегры́зть переси́ливать поля́не тихове́йный contuse filter cloth gib-cat ingenuous midway paternoster-line pruner филантропка языковедческий