Elşən Cəbrayılov
Elşən Şahin oğlu Cəbrayılov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.
== Həyatı ==
Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb:
Şiruyə ("Fərhad və Şirin" S.Vurğun), 3-cü ərizəçisi ("Lənkəran xanının vəziri" M.F.Axundov), İlyas ("Aydın"C.Cabbarlı), 2-ci aktyor və Kapitan ("Hamlet"V.Şekspir), Patrik ("Brüsseldən məktublar" H.Həsənov), Vəkil ("Varlı qadın" Ə.Əmirli), Fikrət ("ikinci səs" B.Vahabzadə), Oğlan ("İnsan səsi" J.Kokto), Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Fuad ("Almaz", Cəfər Cabbarlı).
Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı ilə təltif olunub.9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aktyor Şahin Cəbrayılovun oğludur.