Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cənnətli
Cənnətli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Cahadlu formasında da qeyd edilir. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayı sahilində azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904-cü ildə 184 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür.
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Əbdülxalıq Cənnəti
Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi == Həyatı == Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Verilənlər cənnəti
Verilənlər cənnəti — korporativ cənnət və ya vergi cənnəti kimi, fasiləsiz və ya tənzimlənməyən məlumat üçün sığınacaq. Verilənlər cənnətləri məlumatı sərbəst saxlayan və hətta onun məzmununu və əlaqəli məlumatları qoruyan kompüter şəbəkəsi anlayışına uyğun hüquqi mühitə malik yerlərdir. Onlar üç kateqoriyaya uyğun gəlir: zəif informasiya sistemi tətbiqi və ekstradisiya qanunlarına malik fiziki ərazi, məlumatların qəsdən güclü mühafizəsi olan fiziki ərazi və hər hansı hüquqi qüvvədən asılı olmayaraq texniki vasitələrlə (şifrələmə kimi) məlumatların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş virtual domenlər. == Məqsədləri == Məlumat cənnətlərinin yaradılmasının səbəbləri arasında internet senzurasının tətbiq olunduğu ölkələrdə istifadəçilər üçün siyasi ifadə azadlığına çıxış daxildir. Digər səbəblərə aşağıdakılar aid edilə bilər: DMCA kimi qanunları pozan proqram təminatı, verilənlər və ya nitq paylanması Müəllif hüquqlarının pozulması İnformasiya məxfiliyi qanunlarından yayınma Onlayn qumar Pornoqrafiya Kibercinayətkarlıq == Tarixi == Britaniya hökumətinin Verilənlərin Mühafizəsi Komitəsinin 1978-ci il hesabatında müxtəlif ölkələrdəki fərqli məxfilik standartlarının şəxsi məlumatların mühafizəsi zəif olan ölkələrə ötürülməsinə səbəb olacağından narahatlıq ifadə edilmişdir. Odur ki, Britaniyanın "verilənlər cənnətinə" çevriləcəyindən qorxulurdu. Həmçinin, 1978-ci ildə Adrian Norman geniş spektrli məlumat cənnəti xidmətləri göstərən şirkətin yaradılmasının məqsədəuyğunluğu ilə bağlı "Project Goldfish" adlı saxta konsaltinq tədqiqatını nəşr etdi. Elmi-fantastika yazıçısı Vilyam Gibson bu termini "Sıfırıncı qraf" və "Mona Liza Overdrayv" romanlarında, Brüs Sterlinq də "Şəbəkədəki adalar"da bu termindən istifadə etmişdir.
Əhməd Cənnəti
Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti, (fars. احمد جنتی‎; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir. O, Konstitusiyanın Müdafiəsi Şurası və Ekspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür. Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir. Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Slovakiya Cənnəti Milli Parkı
Slovakiya Cənnəti Milli Parkı (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur. == Tarixi == 21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur. == Coğrafiyası == Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir.
Akakiy Çereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".