XORULDAMAQ

f.
1. Yuxuda ikən xorultu (xor-xor) səsi çıxartmaq.
Bir azdan sonra rəfiq başladı xoruldamağa. Ə.Haqverdiyev.
Çay hazırlanmış olduğu vaxt Murad bəy mürgüləyir, Cavad bəy xoruldayaraq yuxulayırdı. T.Ş.Simurq.

2. məc. Bərk yatmaq, yuxuda olmaq.
Bahadır atlar bağlanan yerə gedib, gördü ki, Novruz xoruldayır. N.Nərimanov.
Ara-sıra səkinin üstündə və meydanlarda uzanıb xoruldayanlara da rast gəlmək olur. M.İbrahimov.

3. “Mır-mır” səsi çıxartmaq; mırıldamaq. Pişik bərk xoruldayır.
4. məc. Mırıldanmaq, deyinmək, donquldanmaq.
[Cənnətəli ağa:] Belə iş olarmı, ay camaat, … həm darımı yesin, həm də mənə xoruldasın. N.Vəzirov.

Etimologiya

  • XORULDAMAQ Təqlidi sözdən (xorultu) əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XORULDAMA
XORULTU

Digər lüğətlərdə

Ви́шну выездно́й каца́п криву́ша наду́ть ностальги́я отшлифо́ванный притеса́ть псише́ уробакте́рия влета́ть ледяно́й остро́жница прикомандиро́вываться строево́й тахо́граф хо́лодно хомя́чий борть хырзы astragalus defensor прикрепиться пробивной террор