HƏMSÖHBƏT [Cənnətəli ağa:] İndi biz ilən həmsöhbət olacaqdır (N.Vəzirov); QULAQYOLDAŞI (dan.) Həmid xəyalına gətirmirdi ki, Bakıya qayıdanda öz evində belə darıxacaq. Bəlkə də evdə bir qulaqyoldaşı olsaydı, o bu cür xiffət çəkməzdi (H.Abbaszadə); MÜSAHİB Rəssam həmişə diqqət və hörmətlə müsahibinə qulaq asır, adamın yaxşı cəhətlərini görür və sevinir, özü isə nəzakətlə danışır, yumşaq rəftar edir (M.İbrahimov); HƏMNİŞİN (kl.əd.) Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd (Füzuli); NƏDİM Ağsaqqal, qoca nədim; çox dərdləri bilən həkim... (M.Seyidzadə).