SALDIRMAQ

f.
1. Salmağa məcbur etmək. Molla tülkünün dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. “M.N.lətif.”
2. İki və ya bir neçə adamı, yaxud heyvanı qızışdırıb bir-birinin üstünə hücum etdirmək, salışdırmaq.
[Müşavir:] Min zəhmətlə bunları bir-birinə saldırmışıq. P.Makulu.

3. Tikdirmək, bina etdirmək, düzəltdirmək.
…Bir neçə mərdümazar adamlar məscid bağında istəyirlər, bir imarət saldırsınlar və orada bir məktəb açsınlar. C.Məmmədquluzadə.
[Cənnətəli ağa:] Oranı mən, orada olanda istəyirdim bağ saldıram. N.Vəzirov.

4. Döşətmək, yerə sərdirmək. Evə palaz saldırmaq.
– Molla İrandan gəbələr aldırmış; Otağına, eyvanına saldırmış. A.Səhhət.

5. məc. dan. Qənaət edərək yığmaq, toplamaq; dala atmaq. Maaşdan bir az saldırmaq.
– Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Ə.Haqverdiyev.

6. Qoydurmaq. Dalına banka saldırmaq. Zəli saldırmaq.
[Gəldiyev:] “Soyuqlamışam” – deyə neçə dəfə küpə saldırdı. Mir Cəlal.

SALDIRMA
SÁLDO

Digər lüğətlərdə