SÜPÜRLƏMƏK

f.
1. Birdən üstünə atılıb əlləri ilə bərk-bərk yapışmaq, tutub yıxmaq.
[Cənnətəli ağa:] Ay… hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulud kimi çöküb, bunu burda süpürləyir idim, onu orda. N.Vəzirov.

2. Hamısını qapıb götürmək, qarışdırmaq. Şeyləri süpürləmək.
– Palina güzgünün qabağındakı ətir şüşələrini süpürləyib səbətə doldurdu. H.Seyidbəyli.

Etimologiya

  • SÜPÜRLƏMƏK Söz süpürmək feili ilə qohumdur, səpələmək qəlibi üzrə süpürələ­mək kəlməsi yaranıb, sonra təhriflə bağlı süpürlə şəklini kəsb edib
SÜPÜRLƏMƏ
SÜPÜRLƏŞMƏ

Digər lüğətlərdə