Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cenate Sopra
Cenate Sopra (it. Cenate Sopra) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7,5 mil) şərqdə yerləşir. Əhalisi 2348 nəfərdir (2005-ci ilə görə), əhalinin sıxlığı 347 nəfər/km²-dir. Sahəsi 6 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Kommunanın himayədarı San Leone Manyodur. Bayram hər il noyabrın 10-da qeyd olunur.
Cenate Sotto
Cenate Sotto (it. Cenate Sotto) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7 mil) şərqdə yerləşir. Əhalisi 2665 nəfər, əhalinin sıxlığı 666 nəfər/km²-dir. Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Cenate Sotto kommunası aşağıdakı hissələrdən (bölmələr, kəndlər və obalar) ibarətdir: Cascina Serbello, Tesolta, Quadra, Veneziane və Brugaletti.
Cənazə evi
Cənazə evi (ing. Funeral home) - Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Cənizə (Urmiya)
Cənizə (fars. جنيزه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (10 ailə).
Genaïe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Sultаn Rəşаtın cənаzə mərаsimi
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Bəndər Genave
Bəndər Günavə — İranın Buşehr ostanının şəhərlərindən və Günavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 59,291 nəfər və 12,548 ailədən ibarət idi.
Demmus Hentze
Demmus Hentze(4 dekabr 1923 – 3 yanvar 2016)— Farer siyasətçi və hüquqşünas. O, 1975–1981-ci illərdə Farer adalarının maliyyə naziri vəzifəsində çalışıb. O, Preliminer Məktəbində iştirak etmək üçün Torshavna gedir və bundan sonra bitirdiyi Liseydə (Føroya Studentaskeið) təhsilini davam etdirdi. İkinci Dünya Müharibəsi zamanı Farer adaları Böyük Britaniya, Danimarka isə Almaniya tərəfindən işğal edildi və bu səbəbdən müharibə zamanı iki ölkə arasında səyahət etmək mümkün deyildi. Hentze Danimarkada köçüb hüququ öyrənmək üçün müharibənin bitməsini gözləməli oldu. O, Kopenhagen Universitetini fərqlənmə diplomu ilə bitirdi. Onun 1981–2010-cu illərdə Advokatskrivstovan Hentze adında öz hüquq firması var idi. O, qızı Turið Debes Hentze ilə birlikdə bu firmanı qurdu. Xalq Partiyasının üzvü olan Hentze 1975–1981-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb. O, 2016-cı il yanvarın 3-də Torshavn şəhərində vəfat edib.
Genave şəhristanı
Günavə şəhristanı - İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Genave şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 82,937 nəfər və 17,701 ailədən ibarət idi.
Təzəkənd-i Cənizə (Urmiya)
Təzəkənd-i Cənizə (fars. تازه كندجنيزه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (62 ailə).
Yorğanlı-i Cənizə (Urmiya)
Yorğanlı-i Cənizə (fars. يورقانلوي جنيزه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (25 ailə).
Sultаn Rəşаtın cənаzə mərаsimi (film, 1915)
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Cene
Cene (it. Cene) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) şimal-şərqdə yerləşir. Əhalisi 3927 nəfər, əhalinin sıxlığı 491 nəfər/km²-dir. Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 035.
Bulbophyllum kenae
Bulbophyllum kenae (lat. Bulbophyllum kenae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
CanAz TV
CanAz TV (tam adı: Can Azərbaycan Televiziyası) — Türkiyədə yaşayan azərbaycanlıların televiziya kanalı. Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı telekanalı 2010-cu ilin yanvarında yaradıblar. Telekanalın verilişləri əvvəlcə yalnız internet, 2010-cu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanmışdır. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyasıdır. "CanAz" TV əsasən milli-mədəni dəyərlərə üstünlük verir. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. 2010-cu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkündür.
Kənafə
Kənafə (ərəb. كنافة‎ kanāfah) — Ərəb mətbəxində şirin şəkərəsaslı siropu ilə isladılmış pendirli şirniyyat və desert.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. == Neft sənayesi == Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Çanqze
Çanqze (tib. བྱང་རྩེ) — Everest dağından şimalda, Çinin Tibet Muxtar Bölgəsindəki əsas Ronqbuk və Şərqi Ronqbuk buzlaqları arasında yerləşən bir dağ. Şimali Aşırımı vasitəsilə Everest dağına bağlanır. Müasir Çin xəritələrində hündürlüyü 7,543 metr (24,747 ft) olaraq verilir. Bəzi mənbələrdə isə dağın hündürlüyü 7,583 metr (24,879 ft) olaraq qeyd edilir. Changtse buzlağı şimaldan Şərqi Ronqbuk buzlağına axır. Dünyadakı üçüncü ən yüksək gölün 6,216 metr (20,394 ft) hündürülüyü olan Çanqze buzlağında olması mümkündür. == Tarixi == Çanqzeyə ilk dəfə 1924-cü ildə Corc Mallori və Andrev İrvine ayaq basdı. Onlar Şərqi Ronqbuk buzlağındakı düşərgə yerlərini kəşf etmək üçün Çanqzenin şərq silsiləsinə qalxmışdılar. 1935 Everest ekspedisiyası zamanı Erik Şipton, Edmund Viqram və Bill Tilman Şimal zirvəsinə cəhd etdilər.
Çinarə
Çinarə- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Sərşiv bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 433 nəfər və 101 ailədən ibarət idi.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. == Tarixçə == XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. == Söz açımı == Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. == Quruluşu == Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Çərəzə
Çərəzə (az.-əbcəd چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Cəvzə
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Gənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Kənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Çünzə
Çünzə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Çünzə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. == Yeri == Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Enae Volare Mezzo
Enae Volare Mezzo – Era musiqi layihəsi adından 1996 – cı ildə çıxarılan Era albomundan olan sinql. Mahnı Era albomundan çıxarılan ikinci və sonuncu sinqldır. Mahn latın dilində ifa edilib. Mahnının bəstəkarı Eric Levidir. Eranın debüt albomundan çıxarılan bu ikinci sinql layihənin daha da yaddaqalan olmasına və sevilməsinə təkan vermişdir. Mahnının məzmunu və mövznun daim Avropada gündəmdə olan, maraqlı mövzulardan biri olduğunu nəzərə aldıqda mahnının böyük uğur qazanmasının təsadüf olmadığını görürük. Belə ki, mahnıda Avropada çox məşhur olan Müqəddəs Kuzə əfsanəsindən bəhs edilir. Mahnının klipində də məhz əfsanədən götürülən motivlər canlandırılmışdır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Cəlalə Nəzəroğlu
Cəlalə Natiq qızı Nəzəroğlu (17 avqust 1984, Masallı rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı. == Həyatı == == Fəaliyyəti == Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub.ASAN radioda yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib.Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir. === Kitabları === "Danışığınla həyatı qazan" === Mükafatları === "İlin ən yaxşı radio aparıcısı 2017" == İstinadlar == == Xarici keçidlər == Bizimkilər - Cəlalə Nəzəroğlu: "İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi" Cəlalə Nəzəroğlu. "Doğrudan", yoxsa "Doğurdan"?
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.