GÖTÜRÜLMƏK₁

məch.
1. Ələ alınaraq qaldırılmaq. Çamadan götürüldü.
// Dəfn etmək üçün qaldırılmaq (cənazə haqqında). Cənazə saat 5-də götürüldü.
2. Özü ilə bərabər, yanınca aparılmaq. Uşaq kəndə götürüldü.
3. Qəbul olunmaq, daxil edilmək. Dəstəyə götürülmək. İşə götürülmək.
4. Əldə edilmək, məhsul alınmaq. Bol taxıl götürüldü.
5. Ləğv edilmək, qaldırılmaq. Qadağan saatı götürüldü.
6. Əxz edilmək, alınmaq. Söz dialektdən götürülmüşdür. Mövzu xalq həyatından götürülmüşdür.
7. Çıxarılmaq (baş geyimləri haqqında).
Mazut iyi verən qabarlı əllər tərpənir, mazutlu papaq və şapkalar götürülür. M.İbrahimov.

8. Yox olmaq, aradan çıxmaq.
Ey vah ki, heysiyyəti-millət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir.
Tutaq ki, zülm lap götürüldü. C.Məmmədquluzadə.
[Daşdəmir] kəndin işlərini gələn kimi düzəltdi.
Oğurluq, quldurluq tamamilə götürüldü. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖTÜRÜLMƏK 1. GÖTÜRÜLMƏK, LƏĞV EDİLMƏK 2. GÖTÜRÜLMƏK, QƏBUL OLUNMAQ 3. götürülmək bax qaçmaq 1
GÖTÜRÜLMƏK₂
GÖTÜRÜM₁

Digər lüğətlərdə

ве́ер дозиро́вочный жемчу́жина забальзами́ровать олигопо́лия про́бочник пузыреви́дно ректифици́рование скребло́ сурна́ завиру́шка лексико́лог плющи́лка проверя́ющий со́нник фундамента́льный correlator gaysome hummocking scorpion working paper афористичный мрачность населить экзальтация