Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döşəmə
Döşəmə — otağın bir hissəsi, mərtəbələr və ya aşağı mərtəbə ilə zirzəmi arasındakı xüsusi örtük. == Konstruksiyası == Döşmə iki məskən arasında dəmir-beton və ya taxta konstruksiyadan hazırlanır. Mərtəbələr arasında üst hissə döşəmə, alt hissə isə tavan rolunu oynayır. Arakəsmədən başqa döşəmə həmçinin mebellər üçün dayağa da çevrilir.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Parça döşəmə plov
Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
Dostəli
Dostəli — ad. Dostəli Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Dostəli xan Müəyyirəlməmalik — Qacarlar dövlətinin xəzinədarı. Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı. Digər Dostəli (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə) — 15, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 78 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 14.266 xal toplayan İsveçrə idmançısı Ciulia Steingruber, gümüş medalı 14.200 xal toplayan Rusiya idmançısı Aliya Mustafina, bürünc medalı isə 13.800 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. Təsnifat mərhələsində - ölkənin 78 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Dostəli (Soyuqbulaq)
Dostəli (fars. دوستعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (98 ailə).
Dostəli Hacıyev
Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan kapitan. == Həyatı == Hacıyev Dostəli Əhməd oğlu 13 dekabr 1966-cı ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. Sovet ordusunda Əfqanıstanın Baqram şəhərində mühəndis-istehkam taburunun kəşfiyat bölməsində xidmət edib. 1991-ci ildə Bakı Dəmiryol texnikumunu bitirib. Eyni zamanda dəmir yolunda işləyib. == Döyüş yolu == 1992-ci ilin fevralında Yevlaxın Qaramanlı kəndində əsasən Əfqanıstan müharibəsi veteranlarından ibarət "Əfqan rotası"nın yaradılmasında iştirak edib. D. Hacıyev rota komandiri Xosrov Əhmədovun müavini və kəşfiyat bölməsinin komandiri olmuşdu. Qaramanlı "Əfqan" rotası döyüş yolunu 1992-ci ilin fevralın sonlarında Ağdamda yerli özünümüdafiə "Qarabağ şahinləri" batalyonu ilə başlamışdı. Qaramanlı "Əfqan" bölməsi "Qarabağ şahinləri" batalyonuna, üstündə iki Nurs qurğusu olan Zil 131 və "Qradla" daxil olmuşdular. Dəstə, 1992-ci ilin iyununa qədər Ağdamdan Əsgəran istiqamətində döyüşlərdə iştirak etmişdi.
Dostəli Mirəliyev
Dostəli Məmmədov
Dostəli Mirəliyev (şəhid)
Dostəli xan Müəyyirəlməmalik
Dostəli xan Müəyyirəlməmalik (1760, İsfahan – 1821, Kəngavər, Kirmanşah ostanı) — Qacarlar dövlətinin xəzinədarı. == Həyatı == Dostəli xan Hüseynəli bəy oğlu 1760-cı ildə İsfahanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müəyyirəlməmalik ləqəbini daşıyırdı. Dostəli xan Müəyyirəlməmalik 1821-ci ildə Kəngavərdə vəfat edib. Dostəli xanın Məhəmmədqasım xan adlı oğlu vardı. Qasım xan Vali onun nəvəsidir.