Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baş dənizçi
Baş dənizçi — Azərbaycan Hərbi Dəniz Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == “Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
Mustafa Bayram (dənizçi)
Mustafa Bayram (dənizçi) Mustafa Bayramın doğum ili məlum deyil, ancaq mənbələr onun Yəməndə böyüdüyünü və məşhur dənizçi Salman Rəisin qardaşı oğlu olduğunu göstərir. Salman Rəis, münaqişə nəticəsində 1528-ci ildə Hayrəddin əl-Rumi tərəfindən öldürüldü. Onları fikir ayrılığının səbəbi, bəzi şayiələri nəzərə alaraq Salman Rəis Osmanlı donanmasının Qırmızı dəniz və Hind Okeanı komandanlığından uzaqlaşdırılmasını istənilməsi idi, çünki mərkəzi hakimiyyət bu vəzifəni Hayrəddin əl-Rumiyə vermişdi, lakin Salman Rəis rədd etmiş və donanmanı idarə etməyə davam etmişdi. Salman Rəis öldürülməzdən əvvəl Mustafa Bayram və Hoca Səfərə son bir əmr verdi. Mustafa Bayramın nəzarəti altında Diu Hindistana gedəcək və Bahadır şah Qücəratiyə Portuqaliya imperatorluğuna qarşı mübarizədə ona kömək edəcəklər. Mustafa Bayram Salman Rəisdən əmri aldıqdan sonra bütün lazımi hazırlıqları gördü və donanmasını Hindistanın Diu şəhərinə yönəltdi. Salman Rəis, qardaşı oğlu Mustafa Bayram və tələbəsi Hoca Səfərdən başqa heç kimə güvənə bilməzdi, Diu döyüşü (1509) uğursuzluqla başa çatmışdı və onlar üçün böyük bir qələbə ilə geri qayıtmaqdan başqa çarə yox idi. Yalnız Diu, Hindistan və Bahadır şah Qücərati təhlükədə deyildi. I Manuel (Portuqaliya) zəfərlərindən sonra müsəlman dünyasını məhv etməklə təhdid etmiş və Məkkə və Ciddəni məhv edəcəyini elan etmişdi. 1531-ci ildə Diu mühasirəsində, Nuno da Cunhanın başçılıq etdiyi Portuqaliya İmperatorluğu donanması ilə Mustafa Bayramın idarəsindəki Osmanlı İmperatorluğu donanması və Qucarat sultanlığı qarşı -qarşıya gəldi.
Dənizçi ürəyi (film, 1986)
== Məzmun == Kinooçerk balıq sənayesi əlaçısı, uzaq səfərlər kapitanı, SSRİ Dövlət Mükfatı laureatı Zaur Sadıqzadə haqqındadır.
Müqəddəs Nikola dənizçi kafedralı
Müqəddəs Nikola dənizçi kafedralı (rus. Никольский морской собор, tam adı Müqəddəs Nikolay şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Nikola meydanında yerləşən böyük pravoslav kafedral kilsə, məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı - protoierey Boqdan Soykodur. == Tarix == Əraziyə bitişik yerlərdə o zaman bir mərtəbəli qışlaq binalarla tikilmişdi. Burada Hərbi-Dəniz təsisatın xidmətçiləri yaşayırdı. Bu haqqda yaxınlıqda yerləşən Kanoner küçəsinin və Kanoner döngəsinin adları deyilir («kanonir» və ya «kanoner» topçu deməkdir). Günümüzə qədər 1788—1789-cu illərə aid Nikola bazarının daş binaları mühafizə edilmişdi. Kafedralın tikinti yeri uğurla bir tərəfdən cənubi Alay həyəti, bir tərəfdən isə su yollarının yaxınlığı ilə - Fontanka, Qriboyedov və Krükov kanallarla müəyyən edilmişdi. Nikola dənizçi kafedralı əvvəlki taxtadan inşa olunmuş kiçik məbədin yerində «dəniz alay kilsəsi» kimi 1753-cü ildən 1762-ci ilə qədər, Admirallıq-kolleqiyasının baş memarı Savva Çevakinskinin layihəsi əsasında inşa olunmuşdu. Kafedral kilsə eyni anda təxminən 5 min adamı yerləşdirə bilir.
Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir.1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib. Nikolay İvanşintsovun rəhbərliyi ilə toplanmış bu böyük və dəyərli məlumatları Bakıda hərbçilərlə yanaşı, yerli hökumət orqanları da səbirsizliklə gözləyirdilər.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi — Azərbaycanda fəaliyyət göstərmiş ali hərbi təhsil müəssisəsi. == Haqqında == Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunmuşdur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilmişdir. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilir və bu proqrama uyğun olaraq məktəb Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonra "leytenant" hərbi rütbəsi verilir və onlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər. 20 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədi ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Bununla da məktəbin respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu artdı. 1999-cu ildən məktəbdə dəyişikliklərlə əlaqədar təhsil yeni proqramlara keçmişdir. 2003-cü ildə bu proqramlar təkmilləşdirilərək Azərbaycan Respublikasının müdafiə naziri və təhsil naziri tərəfindən təsdiq olunmuşdur.
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilikdə
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir. == Xəzər dənizi AXC == 1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi.
Bakı Ali Hərbi Dənizçilik Məktəbi
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi — Azərbaycanda fəaliyyət göstərmiş ali hərbi təhsil müəssisəsi. == Haqqında == Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunmuşdur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilmişdir. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilir və bu proqrama uyğun olaraq məktəb Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonra "leytenant" hərbi rütbəsi verilir və onlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər. 20 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədi ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Bununla da məktəbin respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu artdı. 1999-cu ildən məktəbdə dəyişikliklərlə əlaqədar təhsil yeni proqramlara keçmişdir. 2003-cü ildə bu proqramlar təkmilləşdirilərək Azərbaycan Respublikasının müdafiə naziri və təhsil naziri tərəfindən təsdiq olunmuşdur.
Beynəlxaq Dənizçilik Təşkilatı
Beynəlxalq Dəniz Təşkilatı (BDT) (ing. International Maritime Organization — IMO)- BMT-nin ixtisaslaşmış müəsisəsi, ticarət gəmiçiliyinin inkişafında və dəniz hüququnun unifikasiya edilməsində hökumətlərin əməkdaşlığını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilat. 1948-ci ildə Cenevrədə BMT-nin dəniz konfransında təsis edilmişdir. 1958-ci ildə "Hökumətlərarası dəniz məsləhətləşmə təşkilatı" (İMKO) adı ilə fəaliyyətə başlamışdır. 1982-ci ildən Beynəlxalq Dəniz Təşkilatı adlanır. Üzv dövlətlərin sayı- 170. BDT-nin rəsmi məqsədi beynəlxalq ticarət gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsi və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi , dənizin gəmilər vasitəsilə çirklənməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təqdir etmək və buna şərait yaratmaq, təşkilatın məqsədi ilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir. BDT 50-dən artıq beynəlxalq sənəd, o cümlədən dənizdə insanların həyatının qorunması, dənizçilərin hazırlanması, dəniz gəmiçiliyinin təhlükəsizliyinə zidd olan qanunsuz hallara qarşı mübarizə, gəmilərin dənizdə toqquşmasının qarşısının alınması üçün beynəlxalq qaydalar, yüklərin markalanması, dənizdə axtarış və xilasetmə məsələlərinə, dənizlərin neftlə çirkləmnməsindən dəyən zərərə görə mülki məsuliyyət, gəmilərin ölçülməsi və başqa məsələlərə dair konvensiyalar qəbul edilmişdir. Konvensiyalardan əlavə, BDT-nin assambleyası , Dənizdə Təhlükəsizlik Komitəsi, Dəniz Mühitinin Qorunması Komitəsi üzv dövlətlər üçün gəmilərin dənizdə üzməsi məsələlərinə dair məcburi olmayan tövsiyələr, məcəllələr və sənədlər qəbul edir. == BDT-nin rəhbər orqanları == BDT-nin rəhbər orqanları assambleya, şura, Dənizdə Təhlükəsizlik Komitəsi, Hüquq Komitəsi, Dəniz Mühitinin Qorunması Komitəsi, Texniki Əməkdaşlıq Komitəsi, Formal Qaydaların Sadələşdirilməsi Komitəsi və katiblikdir.
Dənizçilik məktəbinin binası (Taqanroq)
Dənizçilik məktəbinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 10 ünvanında yerləşir. 1840-cı illərdə inşa edilmişdir. == Tarixi == 1808-ci ildə Nikolayev Taqanroqda Şmidt küçəsi ev 14 ünvanında bina inşa edir. İlk əvvəllər bina gömrük təsisatları üçün istifadə edilmişdi. Sonradan binada iqtisad məhkəməsi yerləşirdi. 1813-cü il məlumatına görə isə binada tikinti komitəsi yerləşirdi. 1819-cu ildə kofayət qədər ərazinin olmaması səbəbindən binanın ikinci mərtəbəsi inşa edilmişdir. 1844 - 1853 illərdə knyaz Livene burada kansilyari açmışdır. Binanın girişinfə hər zaman gözətçi olmuşdur.
Hərbi Dənizçilərin Həyatı (1923)
Hərbi dənizçilərin həyatı (film, 1923)
Koreya Milli Dənizçilik Muzeyi
Koreyanın Milli Dənizçilik Muzeyi (Koreya dilində 국립 해양 박물관) bir Koreya dəniz muzeyi və Koreya Respublikasında üçüncü ən böyük muzeydir. Muzey 9 iyul 2012-ci ildə açıldı və Busan, Yeongdo-gu, Dongsam-dong-da yerləşir. Koreyanın Milli Dənizçilik Muzeyi, dəniz mədəniyyəti və sənayesi irsini araşdırmaq, qorumaq və tədqiq etməklə dəniz sənayesini və mədəniyyətini tanıtmaq üçün qurulan Koreyanın təmsilçi dəniz muzeyidir. Bir mədəniyyət kompleksinə çevrilən muzey, insanlara təhsil proqramları təqdim edərək, sərgilər təşkil edərək və ziyarətçilərlə qarşılıqlı əlaqə quraraq okeanın dəyərini başa düşməyə və yaşamağa imkan verir. == Tarixçəsi == 2006 Koreya Milli Dəniz Muzeyinin yaradılması layihəsi üçün əvvəlcədən texniki-iqtisadi əsaslandırma aparıldı. Muzey, Koreya Milli büdcəsinə dair konqres qərarı zamanı 2007 BTL layihəsi olaraq elan edildi. 2007 Fizibilite və uyğunluq araşdırması ilə obyektlərin əsas planı hazırlandı. Koreya Milli Dənizçilik Muzeyi obyektlərinin əsas planı açıqlandı. Koreyanın Milli Dənizçilik Muzeyinin inşası üçün Məsləhət Komitəsi yaradıldı. 2008 İcra müqaviləsinin sona çatması üçün danışıqlar başladı.
Mən Xəzər dənizçisiyəm (film, 1961)
== Məzmun == Film qəhrəman Xəzər dənizçilərinin fədakar işinə, mənalı həyatına həsr edilmişdir. Kapitan Pənahovun xatiratını dinlərkən, tamaşaçılar Xəzər dənizçilərinin çətin və şərəfli əmək nümunələri ilə tanış olurlar. Filmdə gecə-gündüz neft, taxıl, pambıq, taxta-şalban daşıyan dənizçilərin həyatı, məişəti əks olunmuşdur. Film qocaman Xəzər dənizçilərini əvəz edəcək gənc matrosların təlim məşqilə bitir.
Rostov Dənizçilik Uçilişinin sinif binası
Rostov Dənizçilik Uçilişinin sinif binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1896-cı ildə Rostov Dənizçilik Uçilişinin sinif binası kimi inşa edilmişdir. Binanın layihəsi Vladimir Kaproviç Şkitkoya məxsusdur. Rostov Dənizçilik Uçilişinin sinif binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Don diyarı ərazisində, Rostov-na-Donu ərazisində 1876-cı ildə dənizçilik sinifləri təşkil olunmuşdur. İlk əvvəl siniflər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi. Müəsissə üçün bina 1896-cı ildə inşa edilmişdir. Bina Verxnebulvarn küçəsində qərarlaşır. Layihənin rəhbəri Vladimir Kaproviç Şkitko olmuşdur. 1914-cü ildə binanın yaxınlığında Rostov Dənizçilik Uçilişinin əsas korpusu inşa edilmişdir.
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır.
Subasımı (dənizçilik)
Subasımı, üzən bir cismin daşırtdığı (yerini dəyişdirtdiyi) suyun miqdarıdır. Cismin suyun altındakı hissəsinin həcmi ilə suyun sıxlığının hasilinə bərabərdir.</br> F = mcisim x g F qaldırma = V batma xd maye xg (Mayenin qaldırıcı qüvvəsi cismi qaldırdığı üçün qaldırıcı qüvvə və cismin çəkisi bir-birinə bərabərdir.) mcisim x g = Vbatan x d maye x g (Lazımi sadələşdirmələr aparıldıqda;) Vbatan x dmaye = mcisim </br>Nəticə etibarı ilə cismin suda yerdəyişməsi və ya yerdəyişməsinin həcmi obyektin həcminə bərabər olur.</br> Qeyd: Bu üsulla batan cisimlərin kütləsi ölçülə bilməz.
Xəzər dənizçiləri (film, 1944)
== Məzmun == Tammetrajlı sənədli filmdə müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində Xəzər dənizçilərinin qəhrəmanlığından, igidliyindən və qorxmazlığından bəhs olunur. Filmin əvvəlki iki hissəsində Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmənistan pambıqçılarından, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından-cəsur dənizçilərdən, gəmi təmirçilərindən, "qara qızıl"dan danışılır. Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Sonra filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən, Volqada, Həştərxanda bombardman zamanı yanğınların baş verməsindən, "Ağamalı oğlu" tankerinin düşmən təyyarələri tərəfindən bombalanmasından və s.-dən söhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlaması ilə qurtarır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Qriqori Aleksandrov, N. Bolşakov Ssenari müəllifi: Qriqori Aleksandrov, N. Bolşakov Mətnin Müəllifi: B. Aqapov Operator: Cavanşir Məmmədov, N. Bolşakov, Q. Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov Bəstəkar: Qara Qarayev Səs operatoru: V. Kotov, Y. Kaşkeviç Rejissor assistenti: Niyazi Bədəlov == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Dənizli
Dənizli — Türkiyənin cənub-qərbində yerləşən sənaye şəhəri. Şəhərin əhalisi təxminən 577,000 (2013 siyahıyaalınması) nəfərdir. Dənizli ilinin inzibati mərkəzidir. Dənizli son bir neçə onillikdə, əsasən tekstil istehsal və ixracı ilə iqtisadi olaraq inkişaf etdi.
Dənizli ili
Dənizli - Türkiyədə il. Dənizli ili balıqçılıq sektorunda birincidir. Əhalisinin çoxu da balıqçılıqla məşğuldur. Bura Türkiyənin kurort bölgələrindən biridir. == Adının mənası == Adından bəlli olduğu kimi burada dənizçilik çox inkişaf etmişdir. Adı da məhz buradan götürülmüşdür. == Tarixi == Dənizli bizim eranın 150-ci ilində xanlar, şahlar, varlı insanlar tərəfindən qoyulmuşdur. Bunun sübutu da, Dənizlidəki yüzlərə arxeoloji qazıntılardır. Bura vaxtilə şahların iqamətgahı olub və onların sarayları indi də qalmışdır. Bura vaxtilə bir çox dövlətlərin paytaxt və yaxud mərkəz şəhəri olmuşdur.
Mustafa Dənizli
Mustafa Dənizli (10 noyabr 1949, Alaçatı, İzmir ili) — keçmiş türkiyəli futbolçu. İranın "Traktor Sazi" klunun baş məşqçisi. Türkiyənin "Altay" və "Qalatasaray" klublarının, həmçinin Türkiyə milli futbol komandasının futbolçusu olub. == Həyatı == Mustafa Dənizli 10 noyabr 1949-cu ildə Alaçatıda anadan olmuşdur. == Karyerası == === Klub karyerası === Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi. Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub. 1983-cü ildə "Qalatasaray"a transfer olunan Dənizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur. ==== Statistika ==== === Milli komanda karyerası === ==== Milli komandada oyunlar ==== ==== Milli komandada qollar ==== === Məşqçilik karyerası === 1987-ci ildə Qalatasaraya baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur.
Adriatik dənizi
Adriatik dənizi (it. Mare Adriatico) — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz. Şimalda dayaz Venesiya körfəzini əmələ gətirir. Cənubda onu Otranto boğazı İon dənizi ilə birləşdirir. Duzluluğu 30–38 promilledir. Mühüm limanları — Venesiya, Ankona, Bari, Brindizi, Split və s.
Aki dənizi
Aki dənizi - Adalar arası dəniz olaraq Yapon adaları arasında yerləşir. Sakit okeanı akvatoriyasına aiddir. Dənizin ərazisi cənub-qərbdə Hirosima perfektoriyası, şimal-qərbdə Exine perfektoriyasına aiddir. Şimalda Osaki-Simo, Kami-Kamaqari, Simo-Kamaqari və Kuraxasi, şərqdə Kurisim boğazı, cənubunda Takanova yarımadası, qərbdə İe-Naka adası yerləşir. Şimaldan-cənuba 30 km, şərqdən-qərbə 50 km təşkil edir. Dənizin şərqi İsuki dənizi adlanır. Daxili Yapon dənizinin şərqi ilə qərbini birləşdirir. Sahilində Xirosima, Kure və Masuyamu şəhərləri vardır. Dəniz balıqlarla zəngindir. Əsas balıq növü Skumbriyadır.
Aland dənizi
Aland dəniz — Atlantik okeanına daxil olan Baltik dənizi ilə Botniç körfəzi arasında yerləşir. Ən dərin yeri 301 metr təşkil edir. Aland adaları ilə materik arasında mövqe tutur. Dəniz İsveç və Finlandiya arasında əsas dəniz yolu üzərində yerləşir. Dəniz sahilində 67,700 nəfər yaşayır (hər m2 üçün 0,0000677 nəfər).
Amundsen dənizi
Amundsen dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Meri Berd Torpağı sahilində yerləşir. İl boyu buzla örtülü olur. Şərqdə Terston, qərbdə isə Dart burnu ilə əhatələnir. Şərq hissədə Terston adasının bir hissəsi Bellinshauzen dənizinə, digər hissəsi isə Amundsen dənizinin sularına daxildir. Sahəsi 98,000 km² ,orta dərinliyi 286 m təşkil edir. Şelf ərazisində çökmə suxurlarla örtülüdür. Şelf ərazisində 400–500 m arasında dəyişir. Duzluğu 33,5 ‰ -dir. Yayda suyun duzluğu nisbətən aşağı düşür. Dəniz bütünlüklə qütb en dairəsi daxilində yerləşir.
Andaman dənizi
Andaman dənizi (hind अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur. Dənizin səthi temperaturası qışda 27,5-dən °C, yayda 30 °C qədərdir.
Arafur dənizi
Arafur dənizi (ing. Arafura Sea,ind. Laut Arafura) — Avstraliya, Yeni Qvineya, Tanimbar və Kay adaları arasında Hind okeanın ucqar dənizidir. Melvill adası ilə Koburq yarımadası arasında Dundas boğazı yerləşir. Sahəsi — 1017 min km² (ölçüləri 1290 x 560 km), dərinlik əsasən 50–80 m-dir, qərb doğru 3680 metrə qədər uzanır. Karpentariyanın böyük körfəzidir. Arafur dənizi dayaz tropik dənizdir. Arafur dənizinin sularında tropik tufanlar tez-tez baş verir.
Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Argentina dənizi
Argentina dənizi - (isp. Mar Argentino) Cənubi Amerika materikinin sahillərində, şelf zonasında yerləşmiş dənizdir. == Coğrafiyası == Argentina dənizi Atlantik okeanının cənub-qərb hissəsində yerləşmişdir və onun sahəsi 1,000,000 km² olmaqla dünyanın ən böyük dənizlərindən biridir. Orta dərinliyi 1205 m, ən dərin yeri isə 2224 m-dir.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir == Arxipelaq suları == Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Arzular Dənizi
Arzular Dənizi — Ayın görünməyən hissəsindəki hamar ovalıqlardan biri. Astronomiyada ay üzərindəki belə ovalıqlar şərti olaraq "dəniz" adlandırılır. Ayın cənub yarımkürəsində 20-45 en dərəcələri arasında və 140-180 uzunluq dairəsində yerləşir. Yaxınlığında Leybnits, Norman, Puankare, Kok, Jül Vern, Pavlov, Qaqarin və Van de Qraaf kraterləri, daxilində isə Tomson krateri yerləşir.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.
Balear dənizi
Balear dənizi isp. mar Balear kat. mar Balear -Avropanın cənubunda və Priney yarımadasının şərqində yerləşir. Aralıq dənizi akvatoriyasına daxildir. Sahəsi 86,000 km², orta dərinlik 762 m, maksimal dərinlik isə 2132 m təşkil edir. Su səthində temperatur fevral ayında 12 s, avqust ayında isə 25 s təşkil edir. Duzluğu 36 - 38 ‰ arasıdır. Dib suxurları əsasən qumlar və balıqqulağı ilə zəngindir. Bura əsasən Priney yarımadasından axan çaylardır:Ebro, Turia və Hukar və s. göstərmək olar.
Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava). == Coğrafi yerləşməsi == Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
Alboran dənizi
Alboran dənizi (isp. mar de Alborán, ərəb. بحر البوران‎) — Aralıq dənizinin qərb qutaracağında yerləşirdi. Dənizi Atlantik okeanından Cəbəllütariq boğazı ayırır. Qərbdən-şərqə doğru onun uzunluğu 400 km, şimaldan-cənuba eni isə 200 km təşkil edir. Dənizin orta dərinliyi 1000–1500 m arasıdır. Bu coğrafi obyektin ən dərin yeri 2507 metr olaraq dənizin şərq qutaracağında yerləşir. Dib relyefi sualtı dağlar və dərələrdən üstəlik düzənliklərdən ibarətdir. Sualtı dağların ən böyüyü Alborandır, şimal-şərqdən başlayaraq cənub-qərb istiqamətində uzanır. Bəzi yerlərdə suyun üzərinə çıxır və burada Alboran adlı vulkan məşəlli ada əmələ gətirir.
Azov dənizi
Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizi (krımtat. Azaq deñizi, türk. Azak denizi) — Qara dənizin şimal-şərqində yerlşən dəniz. Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qaradənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Baltik Dənizi
Baltik dənizi — Şimali Avropada yerləşən dəniz. Səthi sahəsi (adaları olmadan) — 419.000 km². Su həcmi — 21,5 min km³. Baltik dənizi Atlantik hövzəsinə aiddir. Çoxlu sayda çayların bu dənizə axması səbəbindən suyu aşağı şoranlığa malikdir. Dünyada belə bir xüsusiyyət malik olan ən böyük dənizidir.. == Tarixi == Baltik dənizinin səthi son buzlaşma dövrü zamanı tamamilə buz bağlamışdı. 14 min il bundan əvvəl buzlaqlar əriməyə başladı. Dəniz suyu təxminən 10.300 il bundan əvvəl boğaz vasitəsilə mərkəzi İsveç rayonda boşluqları doldurmağa başladı. Yüksələn Dünya okeanı səviyyəsi (təxminən 7–7.5 min il bundan əvvəl) müasir Danimarka boğazından bir keçid yaratdı.
Ali Kemal Denizci
Ali Kamal Denizci (1 mart 1950, Trabzon) — Trabzonspor, Fənərbaxça və Beşiktaş komandalarında oynamış Türkiyənin keçmiş milli futbolçusu, məşqçisidir . Fırtına Kamal ləqəbi olan Əli Kamal Denizci keçmiş futbolçu Osman Denizcinin böyük qardaşıdır. == Futbol karyerası == === Klub komanda karyerası === 17 yaşında Çarşıbaşı klubunda futbol oynamağa başlayıb. Bir il sonra o, "Trabzon Yolspor"a transfer olunub. Daha sonra o vaxt üçüncü liqada çıxış edən "Rizəspor" a keçdi. O, 2 il qaldığı Rizədəki çıxışı ilə "Kayserispor" dan təklif alıb. Kayseridə imza atdıqdan sonra ikinci liqadakı Trabzonspor ona təklif gətirdikdən sonra müqaviləsini ləğv etdi və Trabzonsporda oynamağa başladı. Heyət formalaşandan sonra "Trabzonspor" ilk ildə orta hesabla çempionluğu "Kayserispor" a uduzdu. Növbəti mövsüm Türkiyə Birinci Liqasına çempion kimi yollanıb. Birinci Liqadakı ilk mövsümündə (1974–75) Trabzonspor 9-cu yeri tutdu və kubokun finalında oynadı.
Dəmirçi
Dəmirçi - metalları isti halda mexaniki əzməklə formasını dəyişən sənətkar. Ən qədim peşə növlərindəndir. Dəmirçinin əsas materialı dəmir, çüqun, həmçinin bürünc, mis, alay və başqa əlvan metallardır. Dəmirçi metalı əridərək formaya tökə bilir. Xüsusi formalı ştampların köməyi ilə də metalların emalı mümkündür. Bundan əlavə dəmirçilər metalları dartmaq, burmaq, döymək, nəqşləmək kimi işləri də görə bilirlər. Əridilmiş metalları formya tökməklə hazırlamaq metallara əl ilə froma verməkdən asan iş sayılır. Dəmirçi aşağıdakı alətlərlə işləyit: Çəkic. Böyük çəkic — çəkisi 2-16 kq arasında olur, Dəmirçi əl çəkicləri — çəkisi 0,5-2 kq Dəmirçi mexaniki çəkiclər' - Onlar düşən, oynaq, qayış, buxar, pnevmatik, hidravlik və s. olurlar.
Dənizatı
Cinsə 54-dən 57-yə qədər növ daxildir. Dənizatının bədəninin qeyri-adi forması şahmat daşındakı atı xatırladır. Dənizatının bədənindəki çoxsaylı uzun tikanlar və lentşəkilli dəri çıxıntıları onu yosunlar arasında görünməz və yırtıcılar üçün əlçatmaz edir. Müxtəlif növ dənizatlarının ölçüləri 2 ilə 30 sm arasında dəyişir. Dənizatlarının maraqlı bir xüsusiyyəti, erkəklərin gələcək nəsli kisəsində daşımasıdır. == Yaşayış yeri == Dənizatları tropik və subtropik dənizlərdə yaşayır. Onlar hərəkətsiz həyat tərzi keçirirlər, quyruqları ilə bitki gövdələrinə yapışaraq və bədən rəngini dəyişərək, fonla tamamilə eyniləşirlər. Onlar bu cür özlərini yırtıcılardan qoruyur və qida üçün ov edərkən maskalanırlar. Dənizatları kiçik xərçəngkimilər və krivetlərlə qidalanır. Boruşəkilli xortum pipet kimi fəaliyyət göstərir — qida su ilə birlikdə ağıza sorulur.
Leninçi
Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə,iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir. == Əsas ideyaları == Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir.Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir. "Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu.Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı.İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi.Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi. Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir.Həmin kitabda Lenin peşəkar inqilabçıların partiyaya yiyə durmalarının və qələbəyə istiqamət vermələrinin vacibliyini göstərir.Lenin kapitalizmin ancaq bu yolla devrilə biləcəyinin mümkünlüyünə inanırdı.Ona fikrincə bu ancaq proletar diktatura sayəsində reallaşa bilərdi.Lenin bununla dahiyanə bir surətdə sübut etdi ki sosialist inqilabının bütün ölkələrdə eyni zamanda qələbə çalacağı haqqında K.Marksın və F.Engelsin məlum fikri yeni tarixi şəraitə uyğun gəlmir.İmperializm dövründə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafı qanununun təsir göstərməsi müxtəlif ölkələrdə proletar inqilabının müxtəlif vaxtlarda yetişib qalib gəlməsi qanunauyğunluğunu meydana çıxarır. Leninizmin digər təməl ideyası da imperializmi kapitalizmin ən yüksək mərhələsi olaraq görməsidir.O özünün "İmperializm kapitalizmin ən yüksək mərhələsidir" əsərində imperializmin siyasi, iqtisadi əsaslarını dərindən təhlil etmişdir.Bunun üçün Lenin bir neçə il ərzində imperializmə dair çoxlu material, statistik məlumat toplamışdı.Məlum olduğu kimi bu materialların çoxusu Leninin ümumi həcmi 40 çap vərəqindən ibarət olan "İmperializm dəftərlərində" çap olunmuşdur.Lenin kapitalizmin qlobal bir sistemkən istifadə etdiyi hiylələri (Marks bu fenomeni nəzərdə tutmuşdur) marksizmi inkişaf etdirərək aşkara çıxarmışdır.İmperializmin dərin təhlili əsasında Lenin yeni tarixi şəraitdə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişaf etməsi qanununu kəşf etmiş və buna əsaslanaraq sosialist inqilabı haqqında marksizm nəzəriyyəsini yaradıcılıqla zənginləşdirmişdir. == Leninizimin inqilab nəzəriyyəsi == Leninizmə görə inkişaf etmiş kapitalist ölkələrdə proletar inqilabı baş verə bilməz ,çünki, bu ölkələr işçilərə yüksək maaş və sosial təminat verir, bu da onlarda inqilabi şüurun inkişaf etməsinin qarşısını alır.Buna görə də ancaq inkişafda olan və ya aqrar ölkələrdə fəhlə inqilabı baş verə bilər.Lakin əgər inqilab ancaq kasıb ölkələrdə meydana çıxırsa bu da burada müəyyən problemlərin olduğunu göstərir.Marksizmə görə inkişaf etmiş ölkələr sosializmə keçə bilməz, çünki, kapitalizm hələ buralarda bütün gücünü istifadə etməmiş, istismarını reallaşdırmamışdır, elə buna görə də xarici qüvvələr inqilabı müvəffəqiyyətsizliyə uğratmaq üçün əlindən gələni edəcək.Buna leninizm iki həll yolu təklif edir. İlk təklifi çox sayda inkişaf etməmiş ölkənin qısa bir müddətdə birləşərək böyük federal bir quruluş quraracağı, bu sayədə kapitalizmə qarşı müqavimət göstərəcəyi və sosializmi bərpa edəcəyidir. Sovetlər Birliyinin qurulmasının təməl fikri də budur.