Xəzər dənizçiləri (film, 1944)
Tammetrajlı sənədli filmdə müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində Xəzər dənizçilərinin qəhrəmanlığından, igidliyindən və qorxmazlığından bəhs olunur.
Filmin əvvəlki iki hissəsində Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmənistan pambıqçılarından, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından-cəsur dənizçilərdən, gəmi təmirçilərindən, "qara qızıl"dan danışılır. Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Sonra filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən, Volqada, Həştərxanda bombardman zamanı yanğınların baş verməsindən, "Ağamalı oğlu" tankerinin düşmən təyyarələri tərəfindən bombalanmasından və s.-dən söhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlaması ilə qurtarır.
Rejissor: Qriqori Aleksandrov, N. Bolşakov
Ssenari müəllifi: Qriqori Aleksandrov, N. Bolşakov
Mətnin Müəllifi: B. Aqapov
Operator: Cavanşir Məmmədov, N. Bolşakov, Q. Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov
Bəstəkar: Qara Qarayev
Səs operatoru: V. Kotov, Y. Kaşkeviç
Rejissor assistenti: Niyazi Bədəlov
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.