dənizatı

dənizatı
dənizaşırı
dənizayğırı
OBASTAN VİKİ
Dənizatı
Cinsə 54-dən 57-yə qədər növ daxildir. Dənizatının bədəninin qeyri-adi forması şahmat daşındakı atı xatırladır. Dənizatının bədənindəki çoxsaylı uzun tikanlar və lentşəkilli dəri çıxıntıları onu yosunlar arasında görünməz və yırtıcılar üçün əlçatmaz edir. Müxtəlif növ dənizatlarının ölçüləri 2 ilə 30 sm arasında dəyişir. Dənizatlarının maraqlı bir xüsusiyyəti, erkəklərin gələcək nəsli kisəsində daşımasıdır. == Yaşayış yeri == Dənizatları tropik və subtropik dənizlərdə yaşayır. Onlar hərəkətsiz həyat tərzi keçirirlər, quyruqları ilə bitki gövdələrinə yapışaraq və bədən rəngini dəyişərək, fonla tamamilə eyniləşirlər. Onlar bu cür özlərini yırtıcılardan qoruyur və qida üçün ov edərkən maskalanırlar. Dənizatları kiçik xərçəngkimilər və krivetlərlə qidalanır. Boruşəkilli xortum pipet kimi fəaliyyət göstərir — qida su ilə birlikdə ağıza sorulur.

Digər lüğətlərdə