Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəhgülan
Dehqolan (Dêwlan _ دەگلان _ دێولان) Kürdüstan əyalətinin şəhərlərindən biri, Dehqolan şəhərinin mərkəzi münbit Leylax düzünün mərkəzində və Sural çayının yanında yerləşir. Dehqolan şəhəri Sənəndəcdən 45 kilometr şərqdə (Sənəndəcdən Həmədan yolunda) yerləşir və əhalisi 52.701 nəfərdir (2020-ci ilə hesablanır) [2] Dehqolan düzənlikləri məhsuldar və buğda, kartof, soğan, yerkökü, xiyar və noxud ən vacib məhsullardandır. Bu şəhərdir. Dehqolan əhalisi kürdcə danışırlar və Leylaxinin Ərdəlani ləhcəsinin kürd dilində danışırlar. Dəhgülan- İranın Kürdüstan ostanının şəhərlərindən və Dehgülan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,226 nəfər və 4,920 ailədən ibarət idi.
Dərgahan
Dərgahan — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Mərkəzi bəxşində sahilyanı şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,996 nəfər və 1,738 ailədən ibarət idi.
Tərcüman
Tərcüman (qəzet)
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Dəryaman (Germi)
Dəryaman (fars. دريامان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (37 ailə).
Tərcüman (qəzet)
"Tərcüman" qəzeti (krımtat. ترجمان, rus. Переводчик) — 1883–1918-ci illərdə Krımın Bağçasaray şəhərində nəşr olunan qəzet. 1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxmaq üçün təşəbbüs göstərən İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb "Tərcüman" adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. İsmayıl bəy Qasprinskiyə məsləhət görürdü ki, qəzetdə ərəb və fars sözlərindən, eləcə də Krımda başa düşülən spesifik sözlərdən uzaq olunsun.[mənbə göstərin] "Tərcüman"ın hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğrunda savaşa səsləyirdi. Ona görə də İsmayıl bəy Qasprinski müasirləri tərəfindən türk dünyasının hər yerində, eləcə də Azərbaycanda görkəmli maarifçi kimi təqdim edilmiş, ondan yüksək ehtiramla bəhs etmişlər. "Tərcüman" hər nüsxəsində öz məsləyini belə ifadə edir: "Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan "Tərcüman", müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq hər kəs anlayacaq surətdə qələm işlədir". "Tərcüman" qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olmuşdur. Mənbələr göstərir ki, Azərbaycan ziyalıları "Tərcüman"a abunə yazılmış, uzun müddət bu qazetə "yeganə milli qida" kimi baxmışlar.
Dərman dəfnəgilənarı
Dərman fillantusu
Dərman fillantusu (lat. Phyllanthus emblica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicca emblica (L.) Kurz Diasperus emblica (L.) Kuntze Emblica officinalis Gaertn.
Dərman göyzabanı
Dərman göyzabanı (lat. Borago officinalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin göyzaban cinsinə aid bitki növü.
Dərman gülxətmi
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü. *Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır. Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Dərman köpəkdili
Dərman köpəkdili (lat. Cynoglossum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir. Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur. Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır. Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür.
Dərman köpəkdiliotu
Dərman levistiki
Dərman limonotu
Dərman mandraqorası
Dərman mandraqorası (lat. Mandragora officinalis) - mandraqora cinsinə aid bitki növü.
Dərman minaçiçəyi
Dərman minaçiçəyi (lat. Verbena officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Verbena adulterina Hausskn. Verbena domingensis Urb. Verbena domingensis var. cubensis Moldenke Verbena domingensis f. foliosa Moldenke Verbena macrostachya F.Muell. Verbena officinalis var. anatolica Kereszty Verbena officinalis f. anomala Moldenke Verbena officinalis var.
Dərman morindası
Dərman morindası (lat. Morinda officinalis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin morinda cinsinə aid bitki növü.
Dərman mərcanotu
Dərman mərcanotu (lat. Betonica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys betonica Benth. Stachys officinalis (L.) Trevis.
Dərman məryəmnoxudu
Dərman məryəmnoxudu (lat. Teucrium marum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaedrys marum (L.) Moench == Yarımnövləri == Teucrium marum subsp.
Dərman novruzgülü
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Dərman pişikotu
Dərman pişikotu (lat. Valeriana officinalis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü. Dərman pişikotu 60–120 sm hündürlükdə yerüstü gövdəsi olan çoxillik ot bitkisidir. Gödək şaquli istiqamətli kökümsova və çoxlu nazik ipvari saçaqlı köklərə malikdir. Gövdənin üzərində qarşı-qarşıya düzülmüş yarpaqları təklələkvaridir. May ayından başlayaraq avqusta kimi çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Kökümsovundan hazırlanan cövhərindən ürək fəaliyyətinin tənzimlənməsində istifadə və sakitləştirici vasitə kimi istifadə olunur Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur. Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir. Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.
Dərman poruğu
Dərman qayaotu
Dərman qayaotu (lat. Parietaria officinalis) - gicitkənkimilər fəsiləsinin qayaotu cinsinə aid bitki növü.
Dehgülan
Dehqolan (Dêwlan _ دەگلان _ دێولان) Kürdüstan əyalətinin şəhərlərindən biri, Dehqolan şəhərinin mərkəzi münbit Leylax düzünün mərkəzində və Sural çayının yanında yerləşir. Dehqolan şəhəri Sənəndəcdən 45 kilometr şərqdə (Sənəndəcdən Həmədan yolunda) yerləşir və əhalisi 52.701 nəfərdir (2020-ci ilə hesablanır) [2] Dehqolan düzənlikləri məhsuldar və buğda, kartof, soğan, yerkökü, xiyar və noxud ən vacib məhsullardandır. Bu şəhərdir. Dehqolan əhalisi kürdcə danışırlar və Leylaxinin Ərdəlani ləhcəsinin kürd dilində danışırlar. Dəhgülan- İranın Kürdüstan ostanının şəhərlərindən və Dehgülan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,226 nəfər və 4,920 ailədən ibarət idi.
Tercüman
Tərcüman (türk. Tercüman) — 26 may 1955-ci ildən Türkiyədə, İstanbul şəhərində nəşr edilən gündəlik qəzet. Çukurova Holdinq şəbəkəsinin xətti ilə gün işığı görür. İlk baş redaktoru Cihad Baban idi.10 oktyabr 1961-ci ilədə "Hadisələrlə Tərcüman" adıyla çıxdı.Qəzetin qurucuları Kemal İlıcak, Sadettin Çulcu və Ünal Sakmandır. İlk dönəm yazarları isə Yaqub Qədri Qaraosmanoğlu, Yaşar Nabi Nayır, Kadircan Kaflı, Əhməd Kabaklı, Tarık Buğra, Uğur Reyhan, Rauf Tamer, Ergun Göze, Reşat Ekrem Koçu, Murat Sertoğlu, Mukbil Özyörük, Ali Rıza Alp, Güneri Cıvaoğlu, Nazlı İlıcak, Yavuz Donat, Ertuğrul Yeşiltepe və Ünal Sakmandır. Semih Balcıoğlunun karikaturları da qəzetdə çap olunmuşdur. İdman servisinde Necmi Tanyolaç, Atilla Gökçe, Orhan Ayhan, və Ali Gümüş də vardı.
Dehgülan (Əsədabad)
Dehgülan və ya Dehbozan (fars. دهگلان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 207 nəfər yaşayır (78 ailə).
Dehgülan şəhristanı
Dehgülan şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dehgülan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 58,502 nəfər və 13,780 ailədən ibarət idi.
Tercüman (qəzet)
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Sendal Berqman
Sendal Berqman (ing. Sandahl Bergman) - ABŞ aktrisası, kaskadyoru və rəqqasəsidir. Arnold Şvartsenegger ilə iki filmdə rol almışdır. İlk mükafatını 1982-ci ildə qazanmışdır. Sendal Barbar Konan filmində "Valeriya" obrazını canlandırdığına görə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. Sendal Berqman 14 noyabr 1951-ci ildə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olmuşdur. Sendal uşaqlıqdan çox sarışın qız olmuş və boyu nisbətən hündür olubdur. 20 yaşında olarkən ABŞ horeoqrafı Bon Fossun diqqətini cəlb etmişdir. Məhz həmin horeoqraf tərəfindən Sendal film karyerasına başladı. İlk dəfə televiziyada musiqili şoularda peyda olmuşdur.
İnqmar Berqman
Ernst İnqmar Berqman (isv. Ernst Ingmar Bergman ; 14 iyul 1918[…], Uppsala[d] – 30 iyul 2007[…]) - İsveçli olan kino və teatr rejissoru, yazıçısı və ssenaristidir. İnqmar Berqman insanın təkliyini, müxtəlif səbəblərlə çəkdiyi ruhi ağrıları, cinsi problemlərindən qaynaqlanan filmləriylə tanınır. İnqmar Berqman 14 iyul 1918-ci ildə İsveçin Uppsal şəhərində Lüteran kilsəsinin naziri Erik Berqman və tibb bacısı Karinin ailəsində doğulmuşdur. Onun düşüncə və əxlaq anlayışının formalaşmasına yetişdiyi dindar ətrafın böyük təsiri oldu. Onun yaşca böyük qardaşı Daq və Marqareta vardır. Berqmanın duyğu və düşüncələrini görüntüylə izah etmə meylinin doğulmasında, kilsədə gördüyü dini rəsmlərinin böyük əhəmiyyətli rolu vardır. Berqman Stokholm Universitetində sənət, tarix və ədəbiyyat üzrə şöbədə dərs alır. Tələbəlik illərində teatrla maraqlanır, oyunlar yazır və onlara rejissorluq edirdi. Ssenarisini yazdığı "Hets" (1944; "Əzab") filmi böyük maraqla qarşılandı.
İnqrid Berqman
İnqrid Berqman (isv. Ingrid Bergman; 29 avqust 1915[…], Hedviq-Eleonora[d], Stokholm leni[d] – 29 avqust 1982[…], London) — İsveç və ABŞ kino və teatr aktrisası. İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-yə gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır. İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir. Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London şəhərində vəfat etmişdir.
Ərzuman Osmanov
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Georgi Berqman
Georgi Eduardoviç Berqman (rus. Георгий Эдуардович Берхман; 3 aprel 1854, Qürah, Dağıstan MSSR – 2 fevral 1929, Marsel) — Rusiya piyada generalı. O, Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı Berqman əməliyyatını təşkil etməklə tanınır. Berqman həmçinin, Rusiyada vətəndaş müharibəsi zamanı Ağ Ordunun komandiri olmuşdur. == Erkən həyatı == Georgi Eduardoviç Berqman 3 aprel 1854-cü ildə Dağıstan vilayətinin Kürax kəndində anadan olmuşdur. O, əslən Livoniya quberniyasından olan zadəgan Baltik alman ailəsindəndir. Ümumi təhsilini 2-ci Moskva Hərbi Gimnaziyasında almışdır. 9 avqust 1873-cü ildə Pavel Hərbi Məktəbində kursant kimi xidmətə girmişdir. 1876-cı ildə texnikumu bitirdikdən sonra gizir rütbəsi ilə 21-ci artilleriya briqadasının tərkibində Qafqaza göndərilmişdir. Sonra 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsində iştirak etmişdir.