Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəndər Dəyyer
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Dəyyer şəhristanı
Dəyyer şəhristanı və ya Deyr şəhristanı — İranın Buşehr ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Bəndər Dəyyer şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,488 nəfər və 10,036 ailədən ibarət idi.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Səyyar Abdullayev
Səyyar Abdullayev (tam adı: Səyyar Həbib oğlu Abdullayev; 2 iyul 1947) — 2014-cü ilin iyul ayından AMEA Azad Həmkarlar İttifaqının sədr müavinidir. Hazırda institutda şöbə müdiridir, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar İttifaqının sədri. == Ümumi məlumat == Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə anadan olmuşdur. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 1988-ci ildə sektor müdiri, 1990-cı ildə isə laboratoriya müdiri təyin edilmişdir. 1992-1993-cü illərdə Bakı şəhəri Səhiyyə İdarəsinin və Ali Məhkəmənin fəaliyyətində avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 2002-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. “Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir.Hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunda Təhsil şöbəsinin müdiri vəzifəsində işləyir.
Səyyar Arazov
Səyyar Güloğlan oğlu Arazov (21 iyul 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyar Arazov 21 iyul 1987-ci ildə Gəncə şəhərində Güloğlan Arazovun ailəsində anadan olmuşdur. 1994-2003-cü illərdə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, 2003-2006-cı illərdə 3 nömrəli Peşə Liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. Mülki fəaliyyətini "Semsan" şirkətinin armatur əritmə sexində çalışaraq göstərirdi. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Səyyar Arazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Səyyar Arazov yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səyyar Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Səyyar Quliyev
Səyyar Knyaz oğlu Quliyev (13 noyabr 1986; Füzuli rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olub. 2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyevin ölümündən sonra Zeynəb adında qız övladı dünyaya gəldi. == Hərbi xidməti == Kiçik çavuş Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 8-i isə Səyyar Quliyev doğulduğu Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səyyar Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. == Tarix == Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Səyyar Əliyev
Əliyev Səyyar Vəli oğlu (17 mart 1949, Azərbaycan,Ağcabədi rayonu) — Azərbaycan rəssamı, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Səyyar Əliyev 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya gəlib. Atası Vəli də, anası Suqra da Azərbaycan dili, ədəbiyyat muəllimi olmuşlar. Əslən Şuşalıdır.Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə almışdır. İstehsalat kombinatında mühəndis vəzifəsində çalışmışdır. Şuşadakı Qarabag istirahət mərkəzində müdir işləmişdir. Hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Təyyar Abbasov
Təyyar Abbasov (tam adı: Təyyar Fərzulla oğlu Abbasov; d.10 fevral 1941; Masallı, Yelağac.– ö.7 oktyabr 2006, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994). == Həyatı == Təyyar Abbasov 1941-ci ilin fevral ayının 10-da Azərbaycanın Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2006-cı ilin oktyabr ayının 9-da Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == T.Abbasov 1964–75-ci illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitunda yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyasında, 1975–78-ci illərdə Azərbaycan SSR EA-nın radiasiya tədqiqatları bölməsində işləmiş, 1978–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının müdiri, həmçinin polimer materialları laboratoriyasının rəhbəri olmuşdur. 130-dan artıq elmi əsərin müəllifidir.
Təyyar Altıkulac
Təyyar Altıkulac (türk. Tayyar Altıkulaç) — Türkiyənin İstanbul 29 Mayıs Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor. == Mükafatları == 10 yanvar 2019-cu ildə Təyyar Altıkulaca Azərbaycan ilahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim edilmişdir. Təyyar Altıkulac həm də Azərbaycan İlahiyyat İnstitutu ilk fəxri doktorudur.
Təyyar Bayramov
Təyyar Bayramov (tam adı: Təyyar Allahverdi oğlu Bayramov; 14 sentyabr 1976, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Təyyar Bayramov 1976-cı ildin 14 sentyabrında Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. 1982-ci ildə orta məktəbə getmiş 8-ci sinfə kimi təhsilini Ağdamda almış, Qarabağ müharibəsinə görə qalan 2 ilini Ağcəbədi rayonunda davam etdirmişdir. 1993-cü ildən ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır. 1994–1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində dərs almışdır. 1999–2000-ci illərdə hərbi xidmətdə olmuşdur. == Karyera == 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuş, 2005-ci ildə bitirmişdir. Musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almış və ilk olaraq "Leyli və Məcnun" operasında İbn-Salam rolunu ifa etmişdir.
Təyyar Cəfərov
Təyyar Cümşüd oğlu Cəfərov (18 iyul 1939, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014). == Həyatı == Təyyar Cəfərov 1939-cu ildə iyul ayını 18 Aəzrbaycan Respublikası Bakı şəhərində anadan olub. 1980-1993 illərində Azərbaycan Neft və Kimya Akademiyasında Ümumi Fizika və Yarımkeçiricilər Elektronikası dərslərini deyib. 1996-2004 illərində Qaradəniz Texnik Universitetində (Trabzon) və Yıldız Texnik Universitetində (Istanbul,Türkiyə), Yarımkeçiricilər fizikası, Optoelektronika, Yüksək-temperaturlu ifrat keçiricilər fizikası, Diffuziya prosesləri vs. kurslarından mühazirələr oxuyub. 2000 ildə Yüksək-temperaturlu ifrat-keçiricilər mövzusunda mühazirələr İtaliya universitetində oxunub və Per la Ricerca Di Base Universitetin (Molize, İtaliya) Fəxri Professoru seçilib. Azərbaycanda elmin inkişafında xidmətlərinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Elmi məqalələrin sayı-330 Beynəlxalq konfranslarda iştirakının sayı-124 Xaricdə çıxmış elmi əsərlərinin sayı-302 İxtiraların sayı-15 Kadr hazırlığı- 32 fəlsəfə doktoru, 5 elmlər doktoru == Əsas elmi nailiyyətləri == T.C. Cəfərovun elmi maraqıarı (a) Yarımkeçiricilərdə və yarımkeçirici cihazlarında diffuziya hadisələri, və ( b) Nano-quruluşlu silisiyum əsaslı fotovoltaik günəş və hidrogen yanacaq elementləri ilə əlaqədərdir. Onun rəhbərliyi ilə yarımkeçirici strukturlarda aşkarların diffuziya və elektrodiffuziya hədisələrinə radiasiya və ışığın təsiri araşdırılmışdır, miqrasiya və deqradasiya hadisələrin mexanizmları müəyyən edilmişdir və bir sıra stabil parametrli yarımkeçirici cihazların (geterolazerlər, ışıq diodları, tunnel diodları, infraqırmızı detektorlar, günəş elementləri və s.) texnologiyası işlənmişdir və tətbiq olunmuşdur. Nanoquruluşlu silisiyum əsasında yüksək effektivliyə sahib silisiyum günəş elemenlərinin və hidrogen enerjisini birbaşa elektrik enerjisinə çevirən və ətraf mühitə zərər verməyən, yeni tip hidrogen elementlərin əldə etmə texnologiyası işlənmişdir.
Təyyar Lətifov
Lətifov Təyyar Şövkət oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Təyyar Şövkət oğlu 05.07.1974-cü ildə Şəki rayonunun Baş Laysqi kəndində anadan olmuşdur. 10.09.1992-cil ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb...
Təyyar Salamoğlu
Təyyar Salamoğlu (tam adı: Təyyar Salam oğlu Cavadov) — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olmuşdur.1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim göndərilmişdir. 1981-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində müəllim, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini, 1983-cü ildən isə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış,1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş,1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə "80-ci illər Azərbaycan romanı: janr təkamülü" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə professor elmi adı almışdır. 2010-cu illərdə Bakı Qızlar Universitetində əlavə iş yeri kimi professor, Ədəbiyyat və jurnalistika kafedrasının müdiri, elmi işlər üzrə prorektor vəzıfələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013–2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının üzvü, sədr müavini və sədri kimi çalışmışdır. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.
Səyyar komissiya
Səyyar komissiya — vəzifələri nə coğrafi, nə də funksional baxımdan məhdud olmayan vəzifəli şəxsin vəzifələrini icra edən şəxs və ya qrup. Rəsmi vəzifədə olan şəxsə eyni vəzifədə olan şəxsə müntəzəm olaraq veriləndən daha çox azadlıq verildiyi halda, onlar səyyar komissiyaya malik olurlar. Ənənəvi olaraq, hərbi zabit onlara müəyyən bir vəzifənin vəzifə və məsuliyyətlərini həvalə edən bir komissiyanı qarşılayır. Səyyar komissiya müəyyən hərbi bazada və ya xüsusi dəniz gəmisində xidmət etmə tələbi olmadan tabe olduğu müvafiq xidmət tərəfindən təyin edilmiş hərbi zabitlərə şamil edilir. Səyyar komissiyası olan zabitlər oxşar rütbəli digər zabitlərə nisbətən daha çox sərbəstliyə malik hesab olunduğundan, onlar tez-tez belə vəzifələrə təyin edilirlər ki, onlar rollar və məsuliyyətlər arasında fasilə tədbiri kimi keçə bilsinlər.
Təyyar Mehmed Paşa
Təyyar Mehmed Paşa (ö. 24 dekabr 1638) — IV Murad dövründə 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Təyyar Mehmed Paşa Sivas əyalətinə bağlı Amasiya sancağında dünyaya gəlmişdir. Atası vəzir Mustafa Paşa Nasuh Paşanın kəndxudası olmuş və sonralar Bağdad bəylərbəyi ikən 1624-cü ildə öldürülmüşdür. Əndərun təhsili almışdır. Təhsilini bitirdikdən sonra müxtəlif bölgələrdə sancaqbəyi olaraq fəaliyyət göstərdi. II Osmanın Lehistan səfərində iştirak etmişdir. 1621-ci ildə vəzirlik rütbəsilə Hələb bəylərbəyi, ardından sırayla Sivas bəylərbəyi, 1630-cu ildə Diyarbəkir bəylərbəyi, 1631-ci ildə Anadolu bəylərbəyi, 1632-ci ildə yenidən Dİyarbəkir bəylərbəyi təyin olundu. IV Muradın Bağdad səfəri əsnasında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə padşahın yaxın adamı olan İbrahim Əfəndinin tövsiyəsilə sədarətə gətirildi (27 avqust 1638). 15 noyabrda Bağdad qalası mühasirəyə alındı ancaq dekabr ayına qədər heç bir uğur əldə edilməmişdi.
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-e Sofla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Təyyarə
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. == Tipləri == Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısıMülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat YanğısəndürməMühərriklərin tipinə görə Porşenli Turbinli TurbinreaktorluMühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikliSürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı HipersəsEniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilərUçuş və enişə görə Şaquli Qısa AdiÇəkmə mənbəyinə görə Vintli Reaktivİdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz ==== Yaranma tarixi haqqında ==== Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Dəyər
Dəyər — Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Qiymətləndirmə – ifadə şəklində verilmiş qiymətlərin müəyyən olunmasının proqram yolu ilə yerinə yetirilməsi və ya proqram deyimi ilə verilən əməllər. Kompilyasiya və ya çalışma mərhələsində baş verir. Məsələn, proqram mürəkkəb ifadəni bərabərlik şəklində qiymətləndirə və sonra bu nəticəni müəyyən dəyişənə mənimsədə bilər. Eləcə də altproqramı çağıran deyimin qiymətini hesablaya və sonra qiymətləndirmənin nəticəsindən asılı olaraq idarəetməni altproqrama verə bilər. == Riskə məruz dəyər == Riskə məruz dəyər, riskin ölçmə üsulu. Bütün dünya ədəbiyyatlarında riskə məruz dəyər "Value at Risk(VaR)" kimi qəbul edilir. Riskə məruz dəyər (RMD) modeli maliyyə institutları tərəfindən bazar riskini hesablamaq üçün geniş şəkildə istifadə olunur. RMD müəyyənləşdirilmiş çərçivədə verilmiş ehtimalla portfelin dəyərinin maksimal itkisini hesablayan modeldir. Riskə məruz dəyər üç parametrlə xarakterizə olunur.
Neyyar Zaman Natəmi
Neyyerzaman Mehdiqulu qızı Hatəmi (1916 – 2000) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professor (1970), Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == 1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir.
Teyyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.
Dərya
Dərya — ad. Dərya Tınkaoğlu — Türkiyəni təmsil edən həndbolçu. Dərya Alabora — Türkiyə aktrisası. Dərya Hüdayı — amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. Dərya Dadvar — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Aşıq Dərya Məhəmməd — Azərbaycan aşıqı.TəxəllüsHüseyn Dərya — Azərbaycanlı reper və aktyor.DigərDərya-i-nur — Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Kaptan-ı dərya — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. == Tarixi == Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Adi təyyarə
Konvansiyonal təyyarə, adi təyyarə və ya ənənəvi təyyarə, qanadları orta gövdə ətrafında olan quyruğu arxada olan ənənəvi təyyarə növlərinə verilən addır. Ənənəvi olmayan təyyarə növlərinə kanart, V quyruqlu təyyarə kimi fərqli konstruksiyalara malik olan təyyarələri göstərmək mümkündür.
Amfibiya təyyarə
Amfibiya təyyarə — həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür.
Delvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "PSJ" klubunun braziliyalı futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. = Karyerası = Santos İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə qatmaq istəyirdi. Braziliyalı oyunçu bunlardan heç birinə keçmək istəmirdi. Buna baxmayaraq Çelsi ona təkliflər irəli sürürdü. Santos onları FİFA-ya şikayət etməklə təhtit etdi. Barselona Braziliyalı oyunçu 2014-cü il May ayının 25-də Kataloniya klubu Barselona-ya keçdi. O burada Çempionlar liqasının qalibi oldu.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
Veymar
Veymar - Almaniyanın mədəniyyət mərkəzlərindən biri. == Tarixi == Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar. Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub. Veymar 1949-cu ildən 1990-cı ilə qədər Almaniya Demokratik Respublikasının tərkibində qalıb. Veymar Bauhaus (müasir incəsənət) hərəkatının da mərkəzidir. Hazırda şəhərdə incəsənət qalereyaları, muzeylər və alman milli teatrı yerləşir. Bauhaus Universiteti və Veymar musiqisinin Liszit məktəbi media, dizayn, arxitektura, yüksək mühəndislik işi və musiqi sahəsində ixtisaslaşan tələbələri özünə cəlb edir.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.