Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adam-Taş
Adam-Taş — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == XVI əsrə İrəvan əyalətinin Sisəcan (Sisyan) nahiyəsində bir kənd də Adambazar adlanırdı. Adam və türk dillərində taş "qaya" sözlərindəndir. "Adama oxşar qaya" mənasındadır.
Erol Taş
Erol Taş (türk. Erol Taş 28 fevral 1926 və ya 28 fevral 1928, Ərzurum – 8 noyabr 1998, İstanbul) — Türkiyə kinoaktyoru. Yeşilçamın önəmli simalarından biri. Keçmiş boksçu olan Erol Taş filmlərdə əsasən mənfi obrazlar yaratmışdır. İrili-xırdalı 600-ə yaxın filmdə müxtəlif rollar oynayan Erol Taş oynadığı filmlərin cəmi 6-da baş rolları ifa etmişdir. == Həyatı == Erol Taş 28 fevral 1926-cı ildə Ərzurumda anadan olub. Erol iki yaşında olanda atası vəfat edir, bundan sonra ailə İstanbula köçür.İbtidai məktəbi bitirdikdən sonra çətin maddi vəziyyətə görə təhsilini yarımçıq qoyaraq erkən işə başlamalı olur. Uşaq ikən boksla məşğul idi. 1947-ci ildə Erol boks üzrə İstanbul və Türkiyə çempionatında ikincilik qazanmışdır. Həmin il hərbi xidmətə yollanıb və üç il hərbi xidmət keçib.
Ottuk Taş
Ottuk Taş — abidə; Uluğ-kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılıb. Daşın uzunluğu 87 sm-dir. İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilib.
Saymaluu-Taş
Saymaluu-Taş (qırğız dilində "işlənmiş" və ya "naxışlı daşlar" mənasını verir) ― Qırğızıstanın Cəlalabad vilayətində yerləşən petroqlif sahəsi. Ağ-qara rəngli şəkillər halındakı 10 000-dən çox - bəlkə də 11 000-ə qədər oyma təsvir bu yeri qayaüstü təsvirlərin dünya əhəmiyyətli kolleksiyası halına gətirmişdir. Bunlar aşağı vadidəki qədim insanların təqdim etdiyi qurbanların müqəddəs təqdimatdır. 29 yanvar 2001-ci il tarixində UNESCO üzrə Qırğızıstan Milli Komissiyası ərazinin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsini təklif etmişdir. Beləliklə bura "Saymaluu-Taş petroqlifləri" adı ilə UNESCO-nun ilkin siyahısına, (iii), (iv) və (vi) kriteriyaları üzrə mədəniyyət kateqoriyasının daxil edilmişdir. == Yer == Petroqliflər 3,200 metr (10,500 ft) yüksəkliyindəki olan Fərqanə silsiləsində, alçaq bir dağ silsiləsi ilə ayrılmış iki yüksək vadidə yerləşir. Ərazi Kazarman kəndinin 30 kilometr (19 mil) cənubundadır. Kazarman kəndindən qısa bir məsafəyə qədər yalnız ciplərin gedə biləcəyi bir yol mövcud olsa da, ərazinin qalan hissəsinə təxminən bir gün boyunca piyada və ya atla getmək olar və bu ancaq təxminən avqust ayında mümkündür. Digər vaxtlarda mövcud olan qarlı hava şəraiti əraziya çatmağın praktik olmadığını göstərir. Gəzinti üç gün ciplə, yeddi gün atla davam edir.
Taş-Kumır
Taş-Kumır, Daş-Gömür (qırğız dilində - Ташкөмүр) — Qırğızıstanın Cəlalabad vilayətində vilayət tabeli şəhər. == Əhalisi == Qırğızıstanda 2009-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə Taş-Kumır şəhərinin əhalisi 34 756 nəfərdir. Onlardan 30 530 nəfərini (87,8 %) qırğızlar, 2635 nəfərini (7,6 %) özbəklər, 680 nəfərini (1,9 %) ruslar, 542 nəfərini (1,6 %) tatarlar təşkil edirlər . Hazırda şəhərin tərkibinə Şamaldı-Say, Kızıljar qəsəbələri və Tendik kəndi də daxildir. 1999-cu ildə qırğızlar əhalinin 65 %, ruslar — 12 %, özbəklər — 8 %, qazaxlar — 1 %, tatarlar — 7 %, taciklər— 0,5 %, ukraynalılar — 1 %, digər millətlər— 5 %-ni təşkil edirdilər. == Coğrafiyası == Taş-Kumır şəhəri Fərqanə vadisinin şimal-şərq hissəsində yerləşir. Şəhər şimal-qərb tərəfdən Aksıy rayonu, şimal-şərq tərəfdən Kara-Kul şəhəri, şərqdən Nooken rayonu ilə sərhəddir. Şəhərin ərazisi 48.3 kv.km.-dir, dəniz səviyyəsindən 585 metr yüksəklikdə yerləşir. Yay dövründə havanın orta temperaturu +40 °S-dək yüksəlir, qış dövründə temperatur −15 °S-dək düşür. Küləyin sürəti saatda 6-8 metrə çatır.
Taş Rabat
Taş Rabat — Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda qədim karvansara. == Tarixi == Taş Rabat karvansarası Böyük İpək yolunun yaxınlığında, Fərqanə vadisi ilə İssık-Kul gölünü birləşdirən strateji əhəmiyyətli bir məkanda yerləşdiyi üçün burada insanlar lap qədim dövrlərdən məskunlaşmağa başlamışdılar, amma sərt iqlimə malik olan bu yerdə yaşayan insanların bu gün də öz nəhəngliyi və möhtəşəmliyi ilə hamını heyran qoyan qalanı hansı məqsədlər üçün inşa etdikləri hələ də bir sirr olaraq qalmaqdadır. İş orasındadır ki, Qobi səhrasından Xəzər dənizinədək uzanan böyük bir ərazidə böyük daşlardan istifadə etməklə tikilən bu qalanın analoqu yoxdur. Taş Rabat karvansarası elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Daşlara düşən günəş işığı otaqlarda valehedici qəribə bir mənzərə əmələ gətirir. Bir sözlə, qala divarlarına düşən günəş şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər. Nə qədər qəribə olsa da qalanın bəzi yerlərində bərpa işləri aparıldıqdan sonra məlum olub ki, istifadə edilən yeni daşlar artıq istilik mənbəyi rolunu oynaya bilmirlər. Tədqiqatçıların son araşdırmaları göstərir ki, bayırda 30 dərəcəyədək şaxta olduqda belə otaqlarda müsbət 10–18 dərəcə istilik olur. Şaxta 40 dərəcəyə çatanda isə otaqları isitmək üçün buxarı tipli isitmə sistemindən istifadə edilib.
Taş adası
Taş adası — Şimal Torpağının tərkib hissəsidir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizi ilə Vilkiç boğazı arasında yerləşir. Bolşevik adasında yerləşən Mordivin burnundan 1 kilometrə yaxın məsafədə yerləşir. 500 metr uzunluğa malikdir. Ərazisində hündürlük yoxdur. Şimalında laqun məşəlli göl vardır.
Tolqa Taş
Yakup Taş
Yakup Taş (16 iyun 1959, Adıyaman – 7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi. == Həyatı və karyerası == 1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur. 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. === Ölümü === 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Adıyamanda dəfn olunmuşdur. == Şəxsi həyatı == Evli və altı uşaq atası idi.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Axarbaxar (dağ)
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir. == Etimologiyası == Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir. Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Daş ata
Daş ata və ya daş baba – qədim türk qəbilələrində məzar daşı. Orta Asiya çölünün köçəriləri məskun nizamlı xalqlardan fərqli bir dünya görüşünə sahib idi. Sözgəlişi onlar ölülərini son yuxularına yatırdacaqları, yerləşmə yerlərinin xaricindəki sıxılmış və hüzn verici qəbiristanlıq anlayışına sahib deyildi. O biri dünyanın varlığına inanır və məzarlarında ölüyə bir baxıma həyat təqdim edirdilər. Ölənin atı, silahları, gündəlik həyatda istifadə etdiyi kimi əşyaları də məzara qoyurlardı. Hətta, bəzi kurganlarda ölünün yanında qadın və xidmətçi cəsədləri də tapıldı. Bunlar ölənlə birlikdə basdırılmış ola biləcəyi kimi, eyni zamanda ölmüş ya da özlərini öldürmüş də ola bilər. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandı. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi.
Daş (1977)
Daş — Rejissorlar Hafiz Əkbərov və Əsgər Məmmədovun filmi. == Məzmun == Dağıdıcı qüvvə rəmzi olan daş müxtəlif dövrlərdə görkəmini dəyişərək(ox, güllə, raket) planetdə yaşayan adamlara dərd-bəla gətirir. Film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. == Film haqqında == Film mətnsizdir. Film şair Əli Kərimin eyniadlı şeri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Əli Kərim Ssenari müəllifi: Sabir Rüstəmxanlı, Paşa Kərimov Quruluşçu rejissor: Hafiz Əkbərov, Əsgər Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Bəstəkar: Xəyyam Mirzəzadə Operator: Rafiq Əmirov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi, Solmaz Hüseynova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya, Firəngiz Quliyeva Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: R.Rəşidov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Daş Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey dağının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200-300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50-60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. == Mədəniyyəti == Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Daş ana
Daş ana və ya daş nənə – qədim türk qəbilələrində məzar daşı. Daşnənə gələnəyi əsasən qədim kuman (Hakkari) boyları və ortaçağ kuman-qıpçaq boylarında görünür. Türk ellərində(daşnənədən isə imdad istəyirlər).
Daş bulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı.İrandaDaşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Daş göbələklər
Daş göbələklər — göbələk formasında olan Tənha qaya. Daş göbələklərin yaranma səbəbi müxtəlif ola bilər: Eroziya, küləyin fəaliyyəti, buzlaqların ekzarasiyası, karst və s. Bu tip təbiət abidələrində dünyanın bir çox ölkələrində rast gəlinir. Daş göbələklərə misal kimi Çulışman, Soltera və s. göstərmək olar.
Daş kreveti
Daş kreveti. (lat. Palaemon elegans) — Əsl krevetlər infradəstəsinə (Caridea), Krevet (Palaemon) cinsinə daxil olan növ. Dənizlərin dayaz hissələrində, duzluğu 1 ‰-dən az olmayan sularda yayılırlar. Əsas Afrikanın Atlantik okean sahillərində, Ümid burnuna qədər olan ərazilərdə yayılmışdır. Avropada isə Norveç sahili, o cümlədən Aralıq, Azov, Qara dənizlərində rastlanılır. 1950-ci illərdən bəri isə Xəzər və Aral dənizi kimi duzlu göllərdə də yayılmağa başlamışdır. XX əsrdə Baltik dənizini nqərb sahillərinidə fəth etmişdir. onlara Kalininqrad körfəzində də rastlanılır. Xəzər dənizində yayılmış iki krevet növündən biridir.
Daş kömür
Daş kömür — bitki mənşəli çökmə süxur olub, təbii yanacaq növüdür. == Ümumi məlumat == Daş kömür çox kövrəkdir, qara, boz və parlaqdır. Suda batır və həll olmur. Daş kömür əsasən Donbas, Orta Asiya, Zaqafqaziya və Sibirdə çıxarılır. Ondan yaşayış evlərini qızdırmada, fabrik və zavodlarda, polad və çuqun əridilməsində, eləcə də yanacaq, sabun, yağ, spirt, benzol, plastik maddələr, ətriyyat, dərman, boyaq, turşular və s. istehsalında istifadə olunur. Daş kömür — üzvi mənşəli bərk yanacaqdır. Təbiətdə daş kömürün ehtiyatları neft ehtiyatından çoxdur. Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri daş kömürün kokslaşdırılmasıdır. Bu zaman 1000–1200 °C-də daş kömürün pirolizi həyata keçirilir.
Daş kərtənkələləri
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. == Təsnifatı == Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) == Yayılma əraziləri == Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Daş məscid
Daş məscid ― 1325-ci ildə Elxanilər dövründə Şərqi Azərbaycanın, Sərab şəhristanının, Əsnəq kəndində tikilmiş məscid.
Daş palıd
Daş palıd (lat. Quercus ilex) - palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Аrаlıq dənizi sаhilləri, Gənubi Аvrоpа, Şimаli Аfrikа, Kiçik Аsiyаdır. == Botaniki təsviri: == Hündürlüyü 20m, gövdəsinin diаmеtri 60 sm оlаn, iri gövdəli, gеniş çətirli, həmişəyаşıl аğаcdır. Cаvаn budаqlаrının qаbığı hаmаr, tünd bоzumtul rəngli, gövdəsinin qаbığı isə qеyri-bərаbər çаtlıdır. Zоğlаrı bоzumtul kеçəli, yаrpаqlаrı kiçik, 8 sm-dək, fоrmаcа çоx dəyişkən, dərili, pаrlаq, tünd yаşıl, аlt tərəfi sаrımtıl və yа аğımtıl tükcüklüdür. Tumurcuqlаrı bоz rəngli, sıx tüklərlə örtülmüşdür. Yаrpаqlаrın sаplаğı 1-2 sm uzunluqdа оlub, sıx tüklüdür. Yаrpаqlаrı оvаl, еllips və yа neştər fоrmаlıdır. Üst tərəfdən yаşıl, çılpаq və yа tüklüdür.
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Daş vələmirquşu
Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Daş yuxular
Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonradan isə "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir.Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib. == Personajlar == Nuvariş Qarabağlı (aktyor, Saday Sadıqlının yaxın dostu); Saday Sadıqlı (məşhur Azərbaycan aktyoru); Fərid Fərzani (həkim-cərrah, Saday Sadıqlının əməliyyatı və müalicəsi ilə məşğul olan şəxs); Abasəliyev (məşhur psixiatr, Saday Sadıqlının qaynatası); Azada xanım (Saday Sadıqlının həyat yoldaşı, həkim Abasəliyevin qızı); Böyük Bəy (Xalq Cəbhəsinin rəhbəri); Qreta Minasova (teatrda qarderobçu işləyən qadın); Şahqacar Armaqanov (əslən Şuşadan olan, Baksovetdə işləyən məmur); Mopassan Mirələmov (teatr direktoru); Xəlilullah Xəlilov (Uluruh Turanməkan kimi də tanınan şair); Culyeta (Nuvariş Qarabağlının sayca 3-cü həyat yoldaşı). == Nəşri == Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalında çap olunmuşdur. == İctimai rəy == 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir. Aksiyada yazıçının ünvanına "Ölkədən cəhənnəm ol!", "Erməni Əkrəm, çıx ölkədən!" kimi şüarlar səsləndirmişdir.
Daş əməliyyatı
Daş əməliyyatı və ya Dəliliyin müalicəsi (ing. The Stone Operation) — Holland rəssam İeronim Bosxun çəkdiyi tablo. Yağlı boya ilə taxta üzərində çəkilmiş rəsm, 1475–1480-ci illər arasında hazırlanmıştır. Hündürlüyü 48 sm, eni isə 35 sm olan tablo, hal-hazırda Madriddəki Prado muzeyində mühafizə olunur. == Əsər haqqında == İeronim Bosxun məişət mövzulu ilk əsəri olan Daş əməliyyatı, dövrün insanlarının cahilliyini əks erdirir. Əsərdə təsvir olunan hadisə o dövrdə məşhur olan daş əməliyyatıdır. Dəlilərin başlarında daş olduğuna inanan savadsız insanlar, fırıldaqçı həkimlərin daşı çıxararaq onları müalicə edəcəyinə inanır. Şəkildə əməliyyatı həyata keçirən həkimin başındakı qıf onun yalançı olduğuna bir işarədir. Göründüyü kimi həkim dəlinin başından, gözlənilənin əksinə daş yox gül çıkarır. Beləliklə rəssam bu əsərlə fırıldaqçı həkimləri ifşa etməyə çalışır.
Daş əsri
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Daş-böyürtkən
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Qara Daş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qızıl Daş
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Mədəniyyəti == Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. == Əhalisi == Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] == İqtisadiyyatı == Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Amar Das
Amar Das (5 may 1479, Amritsar – 1 sentyabr 1574, Amritsar) — Siqhlərin üçüncü qurusudur. Quru Anqadın tələbəsi olmuş, 1552-ci ildə Quru olmuşdur. Siqhlərin müqəddəs kitabı Adi-Qranthın mətnində onun 907 şeiri var.
Das Kapital
Das Kapital — Siyasi iqtisadiyyatın Tənqidi olan kitab, Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra 2 və 3-cü cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olundu. == Həmçinin bax == Vladimir Lenin Kommunizm Fridrix Engels == İstinadlar == ^ "Arxivləşdirilmiş surət". 6 iyul 2013-cü ildə orijinaldan arxivləşdirilib.
Das adası
Das adası (ərəb. داس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Sahildən 160 km şimal-qərbdə yerləşir. Ada 1,2 x 2,4 km ölçülərinə malikdir. Buradan neft və sıxılmış təbii qaz Avropa və Asiyanın bir çox limanlarına ixrac edilir. Neft hasilatı 1956–1960-cı illərdə gerçəkləşən kəşfiyyat işlərinin ardından baş vermişdir. Das adası əvvələr tısbağa və dəniz quşlarının yuva qurduğu bir ərazi olmuşdur. Neft və qaz hasilatına baxmayarq ada yenədə köçəri quşların əsas dayanacaq yerlərindən biridir. Burada qədim insanların, xüsusi ilə islam keramikanın izlərinə rast gəlinir. Balıqçılar və mirvari toplayan üzgüçülər fırtınadan qorunmaq üçün adaya sığınırdılar.