Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danışan İşıqlar(1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Danışan işıqlar (film, 1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
Axışqan
Fizikada Axışqan ya Səyyal, tətbiq olunan kəsmə gərginliyi və ya xarici qüvvə altında davamlı deformasiyaya uğrayan (axan) maye, qaz və ya digər materialdır. Onların kəsmə modulu sıfırdır və ya daha sadə dillə deyilsə, onlara tətbiq edilən hər hansı kəsmə qüvvəsinə müqavimət göstərə bilməyən maddələrdir. Axışqan termini ümumiyyətlə həm maye, həm də qaz fazalarını əhatə etsə də, onun tərifi elm sahələri arasında dəyişir. Bərk cism tərifləri də dəyişir və sahədən asılı olaraq bəzi maddələr həm maye, həm də bərk ola bilər.
Suriyada danışılan dilllər
== Mənbə ==
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. == Uşaqların öz-özünə danışmağı == 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. == Özünüzlə yüksək səslə danışmağın koqnitiv əhəmiyyəti == Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Dağıstan
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Bizdən danışaq (mahnı)
Bizdən danışaq — azərbaycanlı müğənnilər Aygün Kazımova və Raufun duetidir. Mahnı NƏFƏS Sənət mərkəzi tərəfindən hazırlanıb. Mahnı 26 yanvar 2020-ci ildə Aygün Kazımovanın doğum günündə təqdim olunmuşdur. Bu sayca Aygün və Raufun 3-cü duetidir. == Mahnı haqqında == Sözləri Fidan Cəbiyevaya, musiqisi Aygün Səmədzadəyə aiddir.
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Andreevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Andreyevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Dağıstan MSSR
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Dağıstan Respublikası
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. == Həyatı == Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Dağıstan azərbaycanlıları
Dağıstan azərbaycanlıları — Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Azərbaycanlılar. Yerli azsaylı xalq statusuna malikdirlər. == Məskunlaşma == 2010-cu ildə həyata keçirilmiş siyahıyaalınmaya əsasən rəsmi sayları 130.919 nəfər, 2002-ci ilə olan qeyri-rəsmi təxminlərə əsasən 200.000 nəfərdir. Rəsmən Dağıstan əhalisinin 4,50%-ni təşkil edirlər. Kompakt halda Dərbənd, Dağıstan İşıqları, Mahaçqala və Qızılyar şəhərlərində, Dərbənd, Tabasaran, Qızılyar, Məhərrəmkənd və Rutul rayonlarında yaşayırlar. Dərbənd rayonu: rayonun 38 kəndi və 2 qəsəbəsi var. Onların hər birində azərbaycanlılar yaşayırlar. Kəndlərdən 16-sı tamamilə azərbaycanlılardan ibarətdir və monoetnik tərkibə sahibdir. Bu kəndlərdən əlavə daha 8 kənddə əhalinin yarıdan çoxu etnik azərbaycanlılardan ibarətdir. Qalan kəndlərdə isə azərbaycalılar azlıqdadırlar: Bərəkəy, Dəliçoban, Vəlikənd, Yuxarı Calğan, Aşağı Calğan, Sabnova, Cəmikənd, Zidyan-Qazmalar, Zidyan, Mitəhi-Qazmalar, Mitəhi, Qala, Muğartı, Müzayim, Padar, Kommuna, Rükəl, Tatlar, Qaradağlı, Bilhədi, Belici (kənd), Ərəblər, Hecux, Çinar, Nüğdi, Rubas, Səlik, Ullu-Tərəkəmə, Xəzər.
Dağıstan bayrağı
Dağıstan Respublikasının bayrağı Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət simvoludur. == Bayrağın rəngləri == 19 noyabr 2003-cü il tarixli 27 saylı "Dağıstan Respublikasının Dövlət Bayrağı haqqında" Dağıstan Respublikası bayrağının rəngləri bunlardır:. == Simvolu == Yaşıl rəng həyatı, Dağıstan torpağının bolluğunu təcəssüm etdirir və eyni zamanda İslamın ənənəvi rəngi kimi çıxış edir (Dağıstanlı möminlər əsasən sünni müsəlmanlardır). Mavi rəng dənizin rəngi (respublikanın şərq hissəsi Xəzər dənizi ilə yuyulur), Dağıstan xalqının gözəlliyini və böyüklüyünü simvollaşdırır. Qırmızı rəng demokratiya, həyat yaratmaq prosesində insan zehninin işıqlandırıcı gücü, Dağlar ölkəsi (Dağıstan) əhalisinin cəsarəti və şücaəti deməkdir. == Tarixi == === Şimali Qafqaz imamlığı === === Şimali Qafqaz əmirliyi === Rusiya imperiyası dövründə Çeçenistanın əksəriyyəti Qroznı ilə birlikdə Terek vilayətinin bir hissəsi idi və öz simvollarına malik deyildi. 1919-cu ilin sentyabrında Çeçenistanın Vedeno kəndində əmir Uzun-Hacı Saltinski Şimali Qafqazın müstəqilliyini və Dağıstanın dağlıq bölgələrini, dağlıq Çeçenistanı və İnquşetiyanın bir hissəsini özündə birləşdirən Şimali Qafqaz əmirliyinin yaradıldığını elan etdi. Əmirlik, Osmanlı imperatorluğunun protektoratı altında Şəriət monarxiyası olaraq yaradıldı. Şimali Qafqaz əmirliyinin bayrağı ağ aypara və üzərində üç ulduz olan yaşıl parça idi. Görüntülərdə bayrağın uzunluğunun eninə nisbəti 2:1-ə yaxındır.
Dağıstan hökuməti
Dağıstan höküməti — 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmış hökumət. Dağıstan vilayəti Rusiya imperiyasının Şimali Qafqazı işğalı zamanı Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə uyğun olaraq yaradılmışdı. == Yaranması == 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmışdır.Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə əsasən yaradılmışdı.Vilayətin əhalisi 1917-ci ilin sonunda, Sovet Rusiyasının bolşevik hakimiyyətini qəbul etməyərək, Şimali Qafqazın digər xalqları, ilk növbədə Terek vilayətinin əhalisi ilə birlikdə müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə qalxdı.1918-ci il mayın 11-də Dağıstan və Terek vilayətlərinin əhalisini təmsil edən ictimai xadimlər Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikası (Dağlılar Respublikası) yaradılmasını elan etdilər.Elə bu zamandan bu respublikanın Azərbaycanla sıx ittifaq yaratması, hətta bir dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı. == Azərbaycanla ilə əlaqələri == 1919-cu il aprelin əvvəlində Denikin Könüllü ordusu Terek vilayətini işğal etdikdən sonra, Dağıstanda artıq süqut etməkdə olan Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı.Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər.Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə bunu gizlində arzu edirdilər.Dağıstanlı zabitlər, o cümlədən Dağlılar hökumətində hərbi nazirin müavini olmuş general M.Xəlilov da bu mövqedən çıxış edirdilər. == Diplomatik münasibətlər == Denikin ordusunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycana birləşmək tərəfdarları da sürətlə artırdı.Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar.Aprelin 29-da Temirxan-Şurada Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirə edildi.Zabitlər Denikinə qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.Dağıstan deputatlarının lideri Məhəmməd Qazi Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 1919-cu il mayın 5-də Bakıdakı müttəfiq qoşunlarının komandanı general Tomson da Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı. == Hökumətin süqutu == Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması, müttəfiqlərin bu məsələyə müsbət yanaşması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik verilməsi vəd edildi, Denikin ordusunun bölgədə başlıca vəzifəsinin bolşeviklərlə mübarizə olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. Belə bir şəraitdə mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi Dağlılar hökuməti istefa verdi.Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general M.Xəlilova tapşırdı.General Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi, Dağlılar Respublikası hökumətini buraxdı və ayrıca Dağıstan hökuməti yaradıldığını elan etdi.
Dağıstan iqtisadiyyatı
Dağıstan iqtisadiyyat — Rusiya Federasiyasında göstəricisinə görə 35-ci yerdədir. (2010).Dağıstan Şimali Qafqaz iqtisadi rayonuna daxildir. Kənd təsərrüfatı məhsullarının həcmi sənaye məhsullarının həcmini dəyərinə görə 2 dəfə üstələyir. Rusiya iqtisadiyyatında Dağıstan üzüm (Rusiya üzrə təqr. 25%, 2004) və tərəvəz (4,9%) yığımına, konyak (18,9%), Şampan şərabları və köpüklənən şərablar (11,4%) istehsalına, davarın sayına (24,1%) görə fərqlənir. ÜRM-in strukturunda (2003,%) k.t.-nın payı 28,3, ticarət, əmtəə və xidmətlərin satışı üzrə kommersiya fəaliyyəti –18,0, qeyri-bazar xidmətləri – 17,1, sənaye – 12,9, tikinti – 9,8, nəql. və rabitə – 7,5, digər sahələr – 6,4. Mülkiyyət formasına görə müəssisələrin nisbəti (təşkilatların sayına görə, 2004,%): özəl 58,3, dövlət və bələdiyyə 37,2, ictimai və dini təşkilatlar (birliklər) 0,2, digər mülkiyyət formaları 4,3. İqtisadi fəal əhali 1090 min nəfərdir, onların 75,8%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturu (%): k.t.
Dağıstan kəklikotu
== Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Şamaxı rayonunda (Kızıldərə, Astarxan kəndi yaxınlığında) rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU C2a(i). == Bitdiyi yer == Yamaclarda, günəş düşən açıq sahələrdə bitir. == Təbii ehtiyyatı == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri == Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarım¬kol-cuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tücüklüdür. Yarpaqları uzunsovlansetvari və ya əks-yumurtavari, uzun¬luğu 6–10 mm, eni 2–3 mm, çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür; yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4–5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Dağıstan kərtənkələsi
Dağıstan kərtənkələsi (lat. Darevskia daghestanica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 65-70 mm, quyruğu isə iki uzundur. Yuxarı hissəsinin rəngi yaşıl, qəhvəyi və ya boz-küll olur. Əsasən Dağıstanın alp qurşağında, qayalıqlar üzərində, nəm daxili dağlıq və Yüksək dağlıq ərazilərində rast gəlinir. Günlük fəal həyat sürürlər. Sentyabr-oktyabr aylarından başlanan qişlama dövrü aprel ayına qədər çəkir. Əsasən bunlarla qidalanırlar: İkiqanadlılar, Kəpənəklər, Zərqanadlılar, Sərtqanadlılar, Düzqanadlılar və Hörümçəklər. == Klassifikasiya == Əvvəllər bu növ Qafqaz kərtənkələsinin bir yarımnövu(Darevskia caucasica) kimi qəbul edilirdi. Sonradan növ olması təstiqlənmiş və Darevskia caucasica daghestanica adı verilmişdir.
Dağıstan memarlığı
Dağıstan memarlığı—Dağıstan incəsənətinə məxsus bir sahə. == Ümumi məlumat == Erkən orta əsrlərdən hunların Varaçan şəhərinin (İzberbaş ş. yaxınlığında Urtseki şəhərciyi: müdafiə divarları, hamamlar, bütpərəst məbədləri), xəzərlərin paytaxtı Səməndərin (Tarki k. yaxınlığında) xarabalıqları saxlanılmışdır. Cənub-şərqi Avropadan Ön Asiyaya əsas karvan yolunun – Xəzəryanı keçidin önündəki böyük Dərbənd müdafiə sisteminin daş divarları və qalaları (uzunluğu 40 km-dən çox) VI əsrə aiddir. Şərq ölkələri ilə əlaqələrin olması Dərbənd memarlığına təsir göstərmişdir: VI əsrin müdafiə tikiliəri Sasanilər dövrü İranı ilə, VIII–XIX əsrlərin memarlığı ərəb-müsəlman mədəniyyəti (Cümə məscidi) ilə, XIV–XV əsrlərin memarlığı Şirvan ilə bağlı olmuşdur. Yuxarı Çirkey şəhər yerindəki (xəzərlərin Bələncər ş.) və Dərbənddəki kilsə xarabalıqları (hamısı VI–VIII əsrlər) Qafqaz Albaniyasından keçən xristianlığın erkən təzahürləridir. Dağıstanın dağlıq rayonlarında kobud yonulmuş daşlardan inşa edilmiş çoxlu müdafiə tikililəri saxlanılmışdır: müxtəlif təyinatlı dairəvi və kvadrat qüllələr (Xorecaulunda gözətçi qülləsi). XVI–XVII əsrlərə aid qalalar Dağıstandanda çox rast gəlinir (Xuçni, Axtı,Kumux, Xarba-Quran aullarında). Əsrlər boyunca Dağıstanda, əsasən, xalq memarlığı inkişaf etmişdir.
Dağıstan rusları
Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. == Tarixi == Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır.
Dağıstan sürvəsi
Dağıstan sürvəsi (lat. Salvia canescens) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Dağıstan teatrı
1910–20-ci illərdə Dağıstanın ayrı-ayrı kəndlərində həvəskar dram dərnəkləri yaranmış və sonralar onların əsasında peşəkar teatrlar formalaşmışdır. Mahaçqalada M. Qorki adına Respublika Rus Dram Teatrı (1925), Qumuq Musiqili Dram Teatrı (1930, 1955 ildən A.P. Salavatov ad.), Lak Musiqili Dram Teatrı (1935, 1952 ildən Ə. Kapiyev ad.), Avar Musiqili Dram Teatrı (əsası 1935-ci ildə Xunzax k.-ndə qoyulmuşdur, 1951-ci ildən H. Sadasa ad.), Kukla teatrı (1941), Opera və balet teatrı (1999), Dərbənddə Azərbaycan Dram Teatrı (1930), S. Stalski ad. Ləzgi Musiqili Dram Teatrı (1938), Tatteatrı (1962); İzberbaşda O. Batıray ad. Dargin Musiqili Dram Teatrı (1961). Tabasaran dram teatrı (2001) fəaliyyət göstərir. Dağıstanın müxtəlif illərin teatr sənəti xadimləri arasında A.A. Maqayev, Z.N. Nəbiyeva, M.A. Abdulxalıqov, P.X. Xizroyeva, B.M. İnusilov, N.M. İbrahimov, N.M. Əliyev, Q.İ. İsayev və b. var. 1935-ci ildə Sovkralak aulunun sakinləri A. Abakarov, Y. Hacıqurbanov, M. Zakirbəyov və S. Qurbanov Mahaçqala da kəndirbazlar sənətinin özünəməxsus ənənələrini inkişaf etdirən “4 Sovkra” peşəkar kollektivini yaratmışlar. 1947-ci ildən kollektiv iki müstəqil qrupa (“Dağıstan kəndirbazları” və “Sovkra”) bölünmüşdür. 1984-cü ildə Mahaçqalada Dağıstan teatrlar tarixi muzeyi açılmışdır.
Dağıstan vilayəti
Dağıstan vilayəti (rus. Дагестанская область) — Cənubi Qafqazda, Rusiya imperiyası və SSRİ (RSFSR–də) tərkibində, 1860–1917–ci və 1919–1921–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur.
Dağıstan xalqları
Dağıstan xalqları == Dağıstan xalqları == === Nax-Dağıstan xalqları === Ağullar Axaxlar Andilər Arçinlər Avarlar Baqullar Bejtilər Botlixlər Çamalalılar Çeçenlər — kompakt şəkildə Xasavyurt və Novolak rayonlarında yaşayırlar. Dargilər Ginuxlar Hunzeblər Xvarşinlər Karatinlər Qodoberilər Laklar Ləzgilər Rutullar Saxurlar Sezlər Tabasaranlılar Tindallar === Türkdilli xalqlar === Azərbaycanlılar — kompakt şəkildə Dərbənd (58,1%), Tabasaran (19%), Rutul (4%) və Qızılyar (3 %) rayonlarında yaşayırlar.
Dağıstan İşıqları
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Dağıstan ədəbiyyatı
Dağıstan ədəbiyyatı — Rusiya Federasiyasının Dağıstan Respublikasında şair və yazıçıların Dağıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Dağıstan xalqlarının ədəbiyyatı avar, dargin, qumuq, ləzgi, lak, noqay, tabasaran, tat, həmçinin rus dillərində inkişaf edir. == Tarixi == VII əsrdən Dağıstan mədəniyyəti ərəb-müsəlman ənənəsinin təsiri altında olmuşdur. X əsrdə ərəb, türk və fars dillərində dini ədəbiyyat janrları geniş yayılmağa başladı: agioqrafik abidələr ("Əbu Müslümün tarixi"), xronikalar ("Dərbəndnamə", "Dərbənd və Şirvanın tarixi"), mövludlar (Məhəmməd peyğəmbərin həyatı haqqında), nəsihətamiz əsərlər və sair. XVIII əsrdən başlayaraq avar, sonralar isə başqa ədəbiyyatlarda da ərəb qrafikası əsasında yazı sistemi (əcəm) formalaşdı. XVIII əsrin sonu – XI əsrin əvvəllərində nüfuzlu ərəbdilli ənənə tədricən milli dillərdə poetik yaradıcılıq ilə əvəz olundu. Bu dövrün ədəbi təmsilçilərinə misal olaraq qumuqlar Endereyli Mama Qişi, Yaxsaylı Yusif Kadi; tabasaranlar Kaluk Mirzə, Hacı Səid Zirdəqli; noqaylar Sarkınbay Krımlı, İsmayıl Majarlı; tatlar İlişayğa ben Şomoila, Livi ben MişiNaq dimu və başqalarının adlarını çəkmək olar. Bu dövrdə folklorla sıx bağlı olanaşıq poeziyası geniş yayılmışdı. XIX əsrin ikinci yarısında milli ədəbiyyatlar formalaşmağa başladı. Avarlar Batlaiçli Tacəddin, İnxolu Əli Hacı, Kaxab-Rosolu Mahmud; qumuq İrçi Qazaq; darginlər Omarla Batıray, Mungi Əhməd; ləzgi Yetim Emin və Kürklidən lak şairə Şazanın poeziyası sosial problemlərə diqqət yetirmələri ilə seçilirdi.
Dağıstan əhalisi
1 yanvar 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Dağıstan Respublikasının daimi əhalisi 2.946.303 nəfərdir.
Dağıstan əməliyyatı
Dağıstan əməliyyatı, Dağıstan müharibəsi və ya Dağıstanın işğalı. 1999-cu ildə Rusiya Federasiyası tərəfindən Birinci Çeçen-Rus Müharibəsinin qisasını almaq üçün həyata keçirilmiş olan hərbi əməliyyat. == Əvvəli == 1991-ci ildə SSRİ ərazisində iğtişaşlar başladı. Müstəqillik istəyən çeçen xalqı silahlanmağa başladı. Bunun nəticəsində Birinci Çeçen-Rus Müharibəsi başladı. Müharibə çeçenlərin qələbəsi ilə nəticələndi. Bu Rusiyanın hakimiyyətinə, uğurlarına və nüfuzuna ciddi bir zərbə endirdi. Bunun qisasını almaq istəyən ruslar əraziyə 17.000 nəfərlik Spetsnaz adlanan xüsusi qrupu hazırladılar. == Hərbi əməliyyatlar == Ruslar mütəşəkkil bir şəkildə helikopterlər vasitəsilə yerə endirildilər. Say və təchizat baxımından çox üstün olan ruslar çeçen düşərgələrini bir-bir ələ keçirərək çeçenləri blokadaya alaraq onlara kənardan kömək gəlməsinin qarşısını aldılar.
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Qoy bütün aləm bizdən danışsın — azərbaycanlı müğənni Aygün Kazımova və azərbaycanlı meyxanaçı-müğənni Üzeyir Mehdizadənin duetidir. Mahnının söz və musiqisi Üzeyir Mehdizadəyə aiddir. Aygün Kazımova ilk dəfə olaraq Azad Azərbaycan telekanalında yayımlanan Nanə Ağamalıyevanın aparacılıq etdiyi "Gün Keçir" proqramında təqdim etmişdir. Özbəkistanlı müğənnilər Babamyrat Ereşov və Zalina mahnını ifa etmiş və klip çəkmişdirlər.