NAQQAL

NAQQAL [Attal:] Susdur bu naqqalı (A.Şaiq); AĞZIGÖYÇƏK (dan.) İldırım: Hansı ağzıgöyçəklər döl vaxtı mənim yanımda olub ki? (Ə.Vəliyev); AĞZIQƏŞƏNG (dan.) Bir para ağzıqəşənglər başlayıblar qəzetlərində yazmağa ki, gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar... cəmiyyət tərtib eləsinlər (C.Məmmədquluzadə); BOŞBOĞAZ Səlim bəy: Də kimlər gizlədir o boşboğazı (S.Rüstəm); ÇƏRƏNÇİ Gülcamal: Doğrudan da nə pis olurmuş arvadın çərənçisi (M.İbrahimov); ÇOXDANIŞAN Rüstəm: Ə, bu arvad nə çoxdanışandır! (Ə.Vəliyev); DANIŞQAN Zəhra: Kişinin danışqanı ilə xırdaçısı arvadını tez vərəmlədib öldürər... (Ə.Vəliyev); FÜZUL Sən qulaq as, əzizim, olma füzul (S.Ə.Şirvani); GƏVƏZƏ Sən demə bu yanşaq gəvəzənin biri imiş (“Koroğlu”); HƏRZƏ Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi (A.Makulu); HƏRZƏGU Vaxta firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların (Q.Zakir); HƏRZƏKAR Gecələr şairlə fəxr eləyir; Hərzəkarın birilə fəxr eləyir (S.Rüstəm); NAĞILÇI Məşədi Rüstəm: Sən nə nağılçı kişisən (R.Əfəndiyev); UZUNÇU Nəsirov: Canım, sən uzunçu adamsan? (S.Rəhman); YANŞAQ (dan.) Bənövşə: Yadında saxla, sənin kimi ağzını boşuna qoyan adamlara yanşaq deyərlər (M.İbrahimov); ZƏVZƏK Bütün dəlləklər kimi, bu dəllək də çox zəvzək idi, lakin hələ danışmırdı, söz torbasını açmağa bir bəhanə axtarırdı (Çəmənzəminli); AĞZIBOŞ, ƏNGİBOŞ (dan.), HƏRZƏÇƏNƏ, OZAN (məc.), UZUNDANIŞAN.

NAQİS
NAQQALLAMAQ

Digər lüğətlərdə

аноди́ровать бензо... вы́резка пломби́р сарди́нка как ни верти́ копте́ть пассати́жи подготовле́ние стеро́иды хва́тский bollard breeks fold Irene pediatrician Phrygia severity stereoplasm tailgate thermometric weal work бракоразводный стыковка