Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mortal Kombat: Deadly Alliance
Mortal Kombat: Deadly Alliance - "Midway Games" oyun şirkəti tərəfindən 2002-ci ildə yaradılan, döyüş oyunudur. "Mortal Kombat: Tournament Edition" adlı ikinci portu "Game Boy Advance" platforması üçün istehsal edilmişdir.
The Seven Deadly Sins (manqa)
The Seven Deadly Sins və ya Yaponiyada tanınan adı ilə Nanatsu no Taizai (七つの大罪, azərb. Yeddi ölümcül günah‎) – Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyası. 2012-ci ilin oktyabrından Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunur və indiyə kimi 36 tankobon cildi buraxılmışdır. Manqa seriyası Orta əsrlər Avropasını xatırladan dünyada krallığa qarşı döyüşən və Yeddi ölümcül günahı təmil edən yeddi döyüşçüdən bəhs edir. Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır. Bununla yanaşı, Crunchyroll tərəfindən manqa rəqəmsal olaraq 170-dən çox ölkə üçün yayımlanmışdır. 2018-ci ilə qədər manqa seriyasının 28 milyon nüsxəsi nəşr olunmuşdur. 2014-2015-ci illərdə A-1 Pictures tərəfindən istehsal olunmuş 24 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. 2018-ci ildə isə ikinci mövsümü buraxılmışdır. 18 avqust 2018-ci ildə anime filmi adaptasiyası ekranlaşdırılmışdır.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dadli
Dadli — Böyük Britaniyada, İngiltərədə şəhər. == Ərazisi == Böyük Britaniyada, İngiltərənin mərkəzi hissəsində, Staffordşir qraflığında şəhər. Әh. 79,4 min (2011), Qərbi Midlend konurbasiyasına (əhalisi təqr. 2,6 mln.) daxildir. == Tarixi == Qara ölkə adlandırılan (18–19-cu əsrlərdə sənaye inqilabı illərində ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinə və hisin divarlara hopması nəticəsində binaların, əsasən tünd rəngdə olmasına görə) ərazidə ən iri şəhərdir. Şimala (Lankaşirə), şərqə (Birminhemə), qərbə (Uelsə) və cənuba (İngiltərənin cənub-qərbi) ayrılan dəmir yolları və avtomagistrallar qovşağıdır. Sənaye inqilabı dövründən yüklərin nəqli üçün inşa olunmuş kanallar (ən uzunu 2,9 kmdir; hazırda istirahət məqsədilə istifadə edilir) şəbəkəsi saxlanılmışdır. Aeroport (Birminhemdə). 8-ci əsrdən Dadlinin yerində ağac (12-ci əsrdən daş) qəsr yerləşirdi; şəhər qəsrin ətrafında meydana gəlmişdir.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü.
Anna Dadli
Anna Dallas Dadli (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill – 13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. == Erkən illəri və ailəsi == Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. Onun babası Aleksandr Ceyms Dallas ABŞ hərbi donanmasıda kommodor rütbəsində xidmət etmiş, qardaşı Corc Mifflin Dallas 1831-1833-cü illərdə Pensilvaniyanın senatoru və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845-1849), o cümlədən 1828-1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır. Anna Dallas Neşvill şəhərində həm Seminariyada, həm də Qiymətli Gənc Qadınlar Kollecində təhsil almışdır.
Dadlı.az
Dadlı (Miyanə)
Dadlı (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 711 nəfər yaşayır (128 ailə).
Daily Mail
Daily Mail (tərcümədə — "Gündəlik Poçt") — kütləvi İngilis gündəlik qəzeti. 1896-cı ildən bəri nəşr edilmişdir. İngiltərədə The Sun sonra ikinci ən böyük gündəlik qəzet. 2013-cü ilin sonunda Daily Mail-in şənbə günləri The Sun-un şənbə buraxılışlarını üstələdi. == Tarixi == Orta sinif üçün ilk İngilis qəzetlərindən biri idi və bu gün oxucularının 50% -dən çoxunu — qadınları olan yeganə qəzetdir. Daily Mail-in bir neçə "milli" — İrlandiya, Şotlandiya, Hindistan versiyaları var idi. 1975-ci ildən bəri kompakt formatda çap olunur. Daily Mail 1886-cı ildə Alfred Harmsvort və Rotermir Lordu olan qardaşı Harold tərəfindən quruldu. 1902-ci ildə gündəlik tirajı milyonu keçərək dünyanın ən tirajlı qəzeti oldu. 1939–1969-cu illərdə tanınmış sənətçi Lesli Qilbert İllinqvort, nəşrin baş karikaturaçı rəssamı olaraq çalışdı.
Dedal (dəqiqləşdirmə)
Dedal — Qədim Yunan mifologiyası personajı. Dedal (aerobatika eskadronu) — Yunanıstana məxsus aerobatika eskadronu.
Dedli (Xudafərin)
Dedli (fars. ددلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (18 ailə).
Robert Dadli
Robert Uorren Dadli (ing. Robert Warren "Bob" Dudley; d. 14 sentyabr 1955, Kuins, Nyu-York, ABŞ) — "BP" qrupunun baş icraçı direktoru. Robert Uorren Dadli 14 sentyabr 1955-ci ildə ABŞ-nin Nyu-York şəhərinin Kuins bölgəsində anadan olmuşdur. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə 13 sentyabr 2017-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir. Meri Dadli ilə evli olan Robertin 2 uşağı var.
Who Really Cares
Who Really Cares — amerikan indi-pop qrupu TV Girl-in ikinci studiya albomu. 26 fevral 2016-cı ildə qrupun özü tərəfindən buraxılıb. "Who Really Cares" Bandwagon Magazine tərəfindən "çox sayda insanın anlaya biləcəyi və empatiya qura biləcəyi bir şey" kimi təsvir edilmişdir. Bütün mahnılar Brad Petering tərəfindən yazılmış və bəstələnmişdir. Sample credits "Cigarettes out the Window" and "For You" contains samples of "Love Song to Jom's Girlfriend" and "You Are", performed by Frankie Cosmos. "Not Allowed" contains samples of "You Suck", "Not Allowed", "Fuck Yourself", and "Sue Your Friends", performed by the Yeastie Girlz. "For You" contains elements of "Dating Courtesy", by the Shangri-Las from their Good Taste Tips.
Dadli Robert Herşbax
Dadli Robert Herşbax (18 iyun 1932[…], San-Xose, Kaliforniya) — ABŞ alimi. == Həyatı == Amerika kimyaçısı Herşbax 1932-ci ilin iyunun 18-də Kaliforniya ştatında San Xosedə doğulmuşdur. Stanford Universitetini 1954-cü ildə bitirmiş, 1958-ci ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1958–1963-cü illərdə Kaliforniya Universitetində işləmişdir. 1963-cü ildən Harvard Universitetinin professorudur. Əsas işləri fiziki kimyaya aiddir. Kimyəvi reaksiyaların sürətini və mexanizmini müfəssəl öyrənmək məqsədilə 1961-ci ildə bir elementar fiziki-kimyəvi prosesi digərindən ayırmaq məsələsini həll etmişdir. Bunun üçün reaksiyaya girən hissəciklərin – atomların və ya molekulların təcrid olunmuş, cüt toqquşmaları üçün şərait yaratmışdır. Bu halda əvvəlki və sonrakı toqquşmaların bu verilən elementar reaksiya aktına təsiri olmur. Reaksiyaya girən hissəciklərin dəstələrinin toqquşması üsulu ilə belə şərait yaratmaq mümkün olmuşdur.
Dedal (aerobatika eskadronu)
Dedal aerobatika eskadronu (ing. Demo Team “Daedalus”) Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2005-ci ildə qurulmuşdur. Uçuşlar üçün T-6 Texan II təyyarəsi istifadə olunur.
Ready for Romance
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Robert Uorren Dadli
Robert Uorren Dadli (ing. Robert Warren "Bob" Dudley; d. 14 sentyabr 1955, Kuins, Nyu-York, ABŞ) — "BP" qrupunun baş icraçı direktoru. Robert Uorren Dadli 14 sentyabr 1955-ci ildə ABŞ-nin Nyu-York şəhərinin Kuins bölgəsində anadan olmuşdur. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə 13 sentyabr 2017-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir. Meri Dadli ilə evli olan Robertin 2 uşağı var.
Robert Vorren Dadli
Robert Uorren Dadli (ing. Robert Warren "Bob" Dudley; d. 14 sentyabr 1955, Kuins, Nyu-York, ABŞ) — "BP" qrupunun baş icraçı direktoru. Robert Uorren Dadli 14 sentyabr 1955-ci ildə ABŞ-nin Nyu-York şəhərinin Kuins bölgəsində anadan olmuşdur. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə 13 sentyabr 2017-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir. Meri Dadli ilə evli olan Robertin 2 uşağı var.
The Daily Talk
The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.. Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
The Daily Telegraph
The Daily Telegraph — 1855-ci ildə yaranan Böyük Britaniya qəzeti.
The Daily Wire
The Daily Wire — ABŞ mühafizəkar xəbər və mülahizə saytı. Sayt 2015-ci ildə ABŞ siyasi şərhçisi Ben Şapiro tərəfindən təsis edilmişdir. O, hal-hazırda saytın baş redaktoru, Maykl Noulz idarəedici redaktoru, Ceremi Boreynq isə baş əməliyyat direktorudur. Saytn baş qərargahı ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsinin ərazisinə daxil olan San-Fernando vadisinin Şerman-Ouks rayonunda yerləşir.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Dead Oceans
Dead Oceans — 2007-ci ildə ABŞ-də yaradılmış müstəqil musiqi şirkəti.
New York Daily News
Daily News — ABŞ-də Nyu-York şəhərinin ən böyük gündəlik tirajı; İlk qəzet, tabloid formatında çap olunur. Qəzet 2007-ci ildən etibarən 1919-cu ildə təsis edilib, sahibi və nəşiri Mortimer Tsukermandır. Qəzet 10 ədəd Pulitser mükafatına layiq görüldü.. Daily News, Jozef Medillusun nəvəsi Robert Makkormik əmisi oğlu Jozef Medil Patterson tərəfindən təsis edilib. Qəzetin formatı Londonda The Daily Mirror nümunəsi ilə seçilib.. Qəzetin mövcudluğunun ilk illərində demək olar ki, yararsız bir layihə idi: onun dövriyyəsi 26,625 nüsxə idi . Nəşr yalnız metro sərnişinləri arasında formatın populyarlığı səbəbindən sağ qaldı. Qəzet Pulitser mükafatını on dəfə layiq görülüb . Yarandığı gündən 1991-ci ilədək nəşr Tribune Company holdinqinə məxsusdur.