Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Devid Akselrod
Devid Akselrod (22 fevral 1955, Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur. == Tərcümeyi-halı == Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi..
Devid Andersen
Devid Emil Andersen - (ing. David Emil Andersen; 23 iyun 1980, Melburn) 23 iyun 1980-cı ildə Melburnda anadan olmuşdur. Avstraliyanın "Melburn Yunayted" və Avstraliya komandasında çıxış edən peşəkar Avstraliya basketbolçusu. Mərkəz və ağır forvard mövqeyində oynayır. "Virtus" (2001) və "OMİK" Moskva (2006, 2008) komandalarının tərkibində üç qat Avropa çempionatının qalibidir. O, eyni zamanda Danimarka vətəndaşıdır. == Tərcümeyi-halı == Devid Andersen Avstraliya idman institutunu bitirmişdir. O, 1998-ci ildə ilk dəfə "Vullonqonq Xoks" klubu ilə müqavilə imzalamış və həmin komandanın tərkibində Avstraliyanın Milli basketbol liqasında bir mövsüm oynamışdır. 1999-cu ildə Andersen Avropaya getmiş və İtaliyanın "Virtus" komandasında çıxış etmişdir. 2001-ci ildə o, "Virtus" komandasının tərkibində ilk dəfə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur.
Devid Askelrod
Devid Akselrod (22 fevral 1955, Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur. == Tərcümeyi-halı == Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi..
Devid Attenboro
Ser Devid Frederik Attenboro (ing. Sir David Frederick Attenborough; 8 may 1926[…], London) — ingilis teleaparıcı və təbiətşünas. 1960-lar və 1970-lər arasında BBC baş menecerlərdən biri olmuş. Aktyor və rejissor Riçard Attenboronun qardaşıdır. == Həyatı == Devid Attenboro 1926-cı ilin mayın 8-də Midlseks qraflığının İslevors şəhərində anadan olub. O, atası Frederik direktoru olan Lester Universitetinin kampusunda yerləşən Kolec Hausunda böyüyüb. Onun böyük qardaşı Riçard aktoyor, rejissor və iş adamı idi. Kiçik qardaşı Con isə Alfa Romeo şirkətinə işləyirdi. Bundan əlavə, İkinci Dünya Müharibəsi zamanı onun valideynləri könüllü şəkildə Qaçqın Uşaqlar Hərəkətinə qoşularaq, Almaniyadan iki yəhudi qıza qəyyumluq edirdilər.Uşaqlığında Attenboro qalıqları, daşları və təbii nümunələri yığırdı. Bu kolleksiyanı cavan Caketta Houks tərifləyəndə, o bundan heyranlanmışdı.
Devid Bekhem
Devid Bekhem (ing. David Beckham, 2 may 1975[…], London) — keçmiş ingilis futbolçusu. Devid Bekhem İspaniyanın Real Madrid və İngiltərənin Mançester Yunayted, Preston North End, ABŞ-nin Los-Anceles Qalaksi, İtaliyanın Milan klublarının şərəfini qoruyub, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt etmişdir. 6 il — 2000–2006-cı illərdə milli komandanın kapitanı olmuşdur. İngiltərə millisinin heyətində meydan oyunçuları arasında matç sayında rekordçudur.Xeyli fərdi mükafatının sahibidir. 2004 və 2010, 2011-ci ildə dünyanın ən ödənişli futbolçusu sayılıb. O, iki dəfə FİFA tərəfindən keçirilən "İlin futbolçusu" mükafatı uğrunda səsvermədə ikinci yer tutub.
Devid Benatar
Devid Benatar — (ingiliscə David Benatar) cənubi afrikalı filosof və yazıçı, Keyptaun universitetinin professoru. "Better Never to Have Been: The Harm of Coming into Existence" əsərindən sonra məşhurluq qazanmışdır. O, bu əsərində antinatalizm mövqeyindən çıxış edərək irəli sürür ki, doğulmaq hər mövcud insan üçün zərərdir, və nəticədə duyğulu varlıqların dünyaya gəlişi bir çox mənəvi problemlərlə doludur. == Benatar Asimmetriyası == Devid Benatar hesab edir ki, nə qədər ki zərər yetirilməsi etik cəhətdən yanlış hərəkətdir, onda ona qarşı mübarizə aparmaq lazımdır, və beləliklə də yeni həyatların yaranmasına qarşı etik bir vacibiyyət olmalıdır, çünki yeni bir canlının dünyaya gəlməsi ( istənilən növ canlı ) öz-özlüyündə elə həmin canlıya zərər verir. Benatarın fikrincə istənilən duyğulu varlıqların mövcudluğu, onun həyat şəraiti daimi yaxşılaşsa belə, əzaba məhkumdur. Benatarın arqumentlərindən biri demoqrafik etika ilə bağlı olan "Benatar asimmetriyası"-dır və aşağıdakı tezislərə əsaslanır: Əzabın mövcudluğu — qəzəb Zövqün mövcudluğu — fayda Əzabın yoxluğu — fayda, bu fayda kimsə tərəfindən yoxlanılmasa belə Zövqün yoxluğu pis deyil, əgər bu zövqün yoxluğundan zərər çəkən kimsə yoxdusa. Bu tezislər belə izah edilir ki, fərdin mövcudluğu özündə həm əzabı, həm də zövqü birləşdirir. Həmçinin fərdin yoxluğu neqativ nəticələrə səbəb olmur və bütün əzablardan qaçmağa imkan yaradır. Mövcud olmayan subyekt fayda əldə etmir, çünki onun fayda əldə etməyə ehtiyacı qalmır. Devid Benatara görə istənilən əzab dünyaya gəlmənin zərərini etiraf etmək üçün kifayətdi.
Devid Beq
Devid Beq (ing. David Begg) — İrlandiya Həmkarlar İttifaqları Konqresinin sədri; İrlandiya Milli Bankının direktoru.
Devid Boqqs
Devid Boqqs (17 iyun 1950, Vaşinqton – 19 fevral 2022) — amerikalı elektrik və radio mühəndisi, kompüter şəbəkələri üçün müasir İnternet protokollarının, fayl-serverlərin, şlüzlərin və şəbəkə kartlarının prototiplərinin müəllifi, Ethernet texnologiyasının banilərindən biri. 1976-cı ildə o, assistenti olduğu amerikalı mühəndis Robert Metkalfla (Robert Metcalfe) birlikdə Ethernet texnologiyasının fəaliyyət prinsipinin əks olunduğu "Ethernet: Distributed Packet-Switching For Local Computer Networks" adlı kitab dərc etdirmişdir.
Devid Boui
Devid Boui (ing. David Bowie,/ˈdeɪvɪd ˈboʊ.i/; əsl adı Devid Robert Cons (ing. David Robert Jones); 8 yanvar 1947, Brikston, London, Böyük Britaniya — 10 yanvar 2016, Manhetten, Nyu-York, ABŞ) — britaniyalı rok musiqiçisi, müğənni və mahnı müəllifi, həmçinin prodüser, rəssam və aktyor kimi fəaliyyət göstərmişdi. Musiqi sənayesinin aparıcı musiqiçisi, 20-ci əsrin ən nüfuzlu musiqiçilərindən biri hesab olunur. Xüsusilə 1970-ci illərdə Boui yenilikçi fəaliyyətnə görə tənqidçilər və musiqiçilər tərəfindən yüksək qiymətləndirilirdi. Onun karyerası yenilik ixtira ilə və vizual təqdimatla yadda qalmışdır, musiqisi və səhnə sənəti isə populyar musiqiyə əhəmiyyətli təsir göstərmişdi. 50 il ərzində o, musiqi ilə məşğul olub. İllər ərzində tərzini tez-tez dəyişməsinə görə və yaradıcılığını uğurla aktual musiqi janrlarına uyğunlaşdırdıqna görə "rok musiqi xamelyonu" ləqəbini almışdı..
Devid Brayan
Devid Brayan (ing. David Bryan; əsl adı David Bryan Rashbaum) — ABŞ musiqiçisi. Bon Jovi qrupunun pianoçusu. Devid Brayan Raşbum 7 fevral 1962-ci ildə Nyu Cersidə doğulmuşdur. 7 yaşında piano çalmağa başladı. Edison'daki J.P. Stevens liseyindən məzun oldu. Culliard'da professor olan Emery Hack ilə 13 il işləyən musiqiçin atası Eddi Raşbum trompet çalırdı. 1983-ci ildə Con Bon Covi, Mercury Records ilə albom razılaşması etdikdən sonra liseydən bəri dostu olan Devidi qrupa çağırması ilə Culliard'dakı təhsilini yarıda buraxdı və Devid, Bon Jovi qrupunun pianoçusu olaraq yoluna davam etdi. 90-cı illərin sonlarında, Brayan evdə bir mişar qəzasında az qala barmaqlarını itirmişdi. 1 il davam edən reabilitasiya və müalicənin ardından, Brayan barmaqlarını hərəkət etdirmə bacarığını yenidən qazandı və piano çalmağa davam etdi.
Devid Bredli
Devid Bredli (aktyor, Böyük Britaniya) — Böyük Britaniya aktyoru. Devid Bredli (aktyor, ABŞ) — ABŞ aktyoru. Devid Bredli (mühəndis) — peşəkar İT mühəndisi.
Devid Cuntoli
Devid Cintoli (ing. David Giuntoli, 18 iyun 1980, Miluoki, Viskonsin) — Amerikalı aktyordur. NBC-nin fövqəltəbii dram serialı olan Qrimm-də detektiv Nik Burkart obrazını canlandırıb. Bundan başqa o 13 Saat: Benqazinin gizli əsgərləri (2016) və Buddyun (2016) kimi filmlərdə də çəkilib. Hal-hazırda Bir milyon kiçik şey televiziya serialında Eddi Saville obrazını canlandırır. == Həyatı == Cintoli Viskonsin ştatının Milwaukee şəhərində Meri və Devid Cintolinin ailəsində anadan olub. Atası italyan, anası isə polyak və alman əsillidir. O Missuri ştatının Sent-Luis şəhərinin ətrafındakı Huntleydə böyüyüb. Gən oğlanlıq vaxtlarında çox atletik olmadığını etiraf edən Giuntoli "Orta məktəbdə oxuyanda boyum indikindən 90 sm qısa idi" deyib. Sözlərinə başının eyni ölçüdə qaldığını əlavə edib.
Devid Duxovni
Devid Uilyam Duxovni və ya Duxovnıy (ing. David Duchovny; 7 avqust 1960[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyorudur. == Həyatı == Devid Uilyam Duxovni 7 avqust 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində doğulmuşdur. Anası şotland əsilli, atası Amram Duxovni (1927–2003) isə rus yəhudilərindən biri olub, bir çox ktabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü. Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakultəsində təhsil almışdı. Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdrmiş və ingilis ədəbiyyat üzrə magistrliyi oxumuşdu. İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır.
Devid Ekkroyd
Devid Ekkroyd (ing. David Ackroyd, 30 may 1940) - ABŞ aktyorudur. Devid Ekkroyd 1963-cü ildə Rut Liminq (ing. Ruth Liming) ilə ailə həyatı qurmuş və ondan iki qız övladı dünyaya gəlmişdi.
Devid Fletçer
David John Fletcher MBE (1942, Birləşmiş Krallıq) — zirehli müharibə tarixində, xüsusən də Birləşmiş Krallıqda ixtisaslaşmış ingilis hərbi tarixçisidir. O, 1982-ci ildən 2012-ci ilin dekabrına qədər Bovinqtondakı Tank Muzeyinin əməkdaşı olub və muzeyin ən uzun müddət xidmət edən əməkdaşı olub. Həmin ilin əvvəlində o, Kaliforniyada keçirilən tanklar üzrə beynəlxalq simpozium olan "Operation Think Tank" simpoziumunda panel iştirakçısı olub. O, həmçinin Tank Muzeyi üçün YouTube kimi müasir medianı təqdim edir. David Fletcher, The Tank Museum YouTube kanalında tamaşaçılara Muzeyin kolleksiyasındakı müəyyən bir tank haqqında qısa məlumat verdiyi "Tank Chats" (Tank söhbətləri) adlı müntəzəm video seriyasının müəllifi və aparıcısıdır.Bovinqtondakı son ilində o, zirehli müharibə tarixindəki xidmətlərinə görə Kraliçanın Yeni İl Mükafatları Siyahısında Britaniya İmperiyası Ordeni ilə təltif edilmişdir. == Nəşr edilmiş əsərləri == Onun nəşrlər siyahısı 30 kitab da daxil olmaqla olduqca genişdir. Bunların bir çoxu həmin mövzuda standart əsərlər hesab olunur. Fletcher, David. Cromwell Tank: Vehicle History and Specifications. The Tank Museum.
Devid Foster
Devid Foster (ing. David Foster) — dünya şöhrətli Kanada musiqiçisi.
Devid Uest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Devid Yum
Devid Yum (ing. David Hume; 26 aprel (7 may) 1711[…], 7 may 1711, 26 aprel 1711 və ya 1711, Edinburq[…] – 25 avqust 1776[…], Edinburq) — məşhur şotland filosofu, empirizm və aqnostisizmin nümayəndəsi, ingilis maarifçiliyinin ən məşhur xadimlərindən biridir.. == Həyatı == Yum 1711-ci ildə Şotlandiyanın Edinburq şəhərində bir hüquqşünas ailəsində anadan olmuşdur. O, Edinburq Universitetində mükəmməl təhsil almış, İngiltərənin Avropadakı diplomatik missiyalarında işləmişdir. Fəlsəfi fəaliyyətə Yum "İnsan təbiəti haqqında traktat"-ın ilk iki hissəsini nəşr etməklə 1739-cu ildə başlamışdır. Bir ildən sonra traktatın ikinci hissəsi işıq üzü görmüşdür. Sonralar Yum bu ideyaların üzərində işləmiş və "İnsan idrakı haqqında" adı altında ayrıca bir kitab da nəşr etmişdir. Bir çox əsərin, o cümlədən, 8 cildlik "İngiltərə tarixi"nin müəllifidir. D.Yumun həyatında ən parlaq və məhsuldar dövr onun Şotlandiyanın Milli Kitabxanasında çalışdığı dövrdür. Belə ki, az maaş almasına baxmayaraq kitabların içərisində olmaq ona bir sıra gələcək əsərləri üçün material toplamaq imkanı vermişdi.
Devid Zalsberq
Devid Zalsberq (4 may 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Devid Zalsberq Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Devid Zalsberq Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Devid İston
Devid İston (ing. David Easton 24 iyun 1917, Toronto – 19 iyul 2014) — ABŞ və Kanada politoloqu. O, ABŞ-də bu sahə üzrə qabaqcıl alimlərdən biri hesab edilir. == Həyatı == Devid İston 1917-ci ildə, o zaman Britaniya imperiyasının bir hissəsi olan Kanadanın Toronto şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Toronto Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi almışdır. İston Harvard Universitetində 1943-cü ildə magistr dərəcəsi və 1947 -ci ildə doktorluq dərəcəsi almışdır. O, elə həmin il Çikaqo Universitetində Siyasi Elmlər Departamentində assistent kimi əmək fəaliyyətinə başlamışdır. İston 1943–1947-ci illərdə Harvard Universitetində aspirantura müəllimi kimi çalışmışdır. O, 1981-ci ildən Kaliforniya İrvin Universitetində professor olmuşdur. İston 1968–1969-cu illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti olmuşdur.
Devid Gilmor
Devid Con Qilmor (ing. David Jon Gilmour; 6 mart 1946, Kembric) — Britaniya bəstəkarı, gitara ifaçısı, vokalist, Pink Floyd qrupunun üzvü. Devid Qilmor 6 mart 1946-cı ildə İngiltərənin Kembric şəhərində anadan olmuşdur. Onun atası Duqlas Qilmor Kembric universitetində zoologiya fənni üzrə baş müəllim idi. Anası Silviya isə müəllimə və montajçı işləyirdi.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. == Həyatı == 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Devid Harvi
Devid Xarvi- ingilis-amerikan coğrafı, "radikal coğrafiyanın" əsasını qoyan,marksizmin davamçısı. 2007-ci ildə dünyanın ən 18 intelektual sosial elmlərlə məşğul olan mütəffəkkirindən biri kimi seçilmişdir. == Bioqrafiya == Qillenximdə anadan olub (Kent, İngiltərə). Tarixçi-coğraf kimi fəaliyyətə başlamışdır. O ilk dəfə riyazi üsulların coğrafiyaya tətbiq edilməsi ilə məşğul olmuş, məşhur "Coğrafiyada izahat" (Explanation in Geography, 1969) kitabının müəllifidir. Hansı ki, həmin kitabda ingilis-amerikan məktəblərinin metodoloji və fəlsəfi mövqeləri öz əksini tapmaqdadır. Coğrafiyada mütləq yerin tənqid edilməsi işin əsasını təşkil edir ki, o da Kantın nəzəriyyəsinin məhsulu hesab edilir. 1970-ci illərin əvvəlindən etibarən, o öz yanaşmasını dəyişməklə, Villiam Bunge kimi sosial ədalət problemlərini öyrənməyə başladı. Bungeden fərqli olaraq Harvi marksistdir. 1969-cu ildə ABŞ-yə Baltimora köçdü.
Deltoid
Deltoid — iki cüt bitişik tərəfləri bərabər olan dördbucaqlıya deyilir. == İstinadlar == == Xarici keçidlər == Weisstein, Eric W. Kite (ing.) Wolfram MathWorld saytında.
DevOps
DevOps ("Development" və "Operations" ingilis sözlərinin qısa forması) proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqamların hazırlanması prosesidir. Həmçinin bu prosesə hazırlanmış proqramların inteqrasiyası, testi, serverdə yerləşdirməsi və gələcəkdə lazım olarsa hər hansı digər bir mühitə daşınması prosesinin avtomatlaşdırılması da daxildir. Bu prosesin və ya mədəniyyətin formalaşdırılmasında əsas məqsəd proqram təminatının daha sürətli və etibarlı şəkildə hazırlanması, lazımi dəyişikliklərin edilməsi və sifarişçiyə çatdırılmasıdır. DevOps sistemlərin inkişaf dövrünü təkmilləşdirmək və qısaltmaq üçün bir vasitə kimi proqram təminatının hazırlanması (Dev) və İT əməliyyatlarının (Ops) işini inteqrasiya edir və avtomatlaşdırır. == Tarixi == Agile 2008-ci il konfransında Andre Şafer və Patrik Debis "Agile Infrastructure" təqdim elədilər. DevOps anlaylşı 2009-cu ildə isə Belçikada keçirilən və bir neçə gün davam edən "devopsdays" (devops günləri) konfrasından sonra məşhurlaşmağa başladı. O vaxtdan bəri dünyanın bir çox ölkələrində bu tipli konfranslar keçirilməkdədir. == Ümumi baxış == Adətən funksional olaraq şöbələrə və ya qruplara ayrılmış təşkilatlarda demək olar ki, İT əməliyyatları arasında inteqrasiya olmur. Lakin DevOps elə bir proseslər və metodlar çoxluğu ortaya qoyur ki, tətbiqi proqramların yardilması, testi və proqramı təhvil alındıqdan sonra olan əməliyyatlar daima bir biri ilə əlaqəli şəkildə inkişaf etsin. == DevOps alətlər zənciri == Devops əməkdaşlıq nəticəsində formalaşan bir prosess olduğundan konkret unikal "DevOps aləti" mövcud deyil.
Devrim
Devrim (türk. Devrim "inqilab" və ya "çevriliş") — Türkiyə Respublikasının 4-cü prezidenti olmuş Camal Gürsəlin əmri ilə 1961-ci il Respublika günü münasibəti ilə hazırlanmış 4 nümunəlik avtomobil. Yüngül avtomobillər sinfinə daxil bir avtomiobil olmuşdur. Uzunluğu 4.5 , eni 1.8 m, hündürlüyü 1550 mm olan bir avtomobil. Avtomobilin ümumi çəkisi 1250 kq olmuşdur. Bu avtomobillər 4 ay yarıma hazırlanmış və istifadəyə verilmişdir. Gələcəkdə seriya buraxılışları planlaşdırılırdı. Layihə əsasında yalnız avtomobilin ümumi raması və xarici quruluşu işlənə bilir. Mühərrik və idarəetmə qurğusu isə xaricdən alınır. Cəmi dörd nümunə hazırlanır.