Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalağın transplantasiyası
Dalağın transplantasiyası — dalağın və ya onun hissələrinin bir şəxsdən digərinə köçürülməsi. Digər transplantasiya edilmiş orqanlara immunoloji dözümlülüyün induksiyası üçün araşdırılır. Gəmirici modellərində müvəffəqiyyət əldə edilmişdir. Bu yaxınlarda balaca donuzlarda dalaq transplantasiyasının tolerogen təsirinə dair sübutlar əldə edilmişdir. Bundan əlavə, dalağın primitiv hematopoetik progenitor hüceyrələri var. Qarışıq nəticələri olan insanlarda dalaq transplantasiyası həyata keçirilib. == Autotransplantasiya == Splenektomiyadan sonra dalaq toxuması bilərəkdən autotransplantasiya edilə bilər, çünki bəzi toxumalar hələ də canlı olacaq və dalaq funksiyasını qoruyub saxlamağa çalışacaqlar (Böyük post-splenektomiya infeksiyasının (BPSİ) qarşısını almaq məqsədi ilə). Bu proses splenoz başa düşüldükdən sonra edildi; splenoz dalaq toxumasının travma və ya cərrahi müdaxilə nəticəsində dalaqdan qoparıldıqdan sonra bədənin başqa yerlərində (adətən qarın boşluğunda) qəfil reimplantasiyasıdır. 18 eksperimental tədqiqatın 2020-ci il icmalına əsasən, transplantasiya edilmiş dalaq funksional görünür, reimplantasiya edilən toxumanın 95%-i bərpa olunur (sintiqrafiya vasitəsilə) və xəstələrin 90%-də qan yaxması normallaşır (funksional qan filtrasiyası nəzərdə tutulur). Bütün tədqiqatlar həmçinin antitel səviyyələrinin bərpasını bildirir.
Dalağın yırtılması
Dalağın yırtılması — çox ağır simptomlarla müşayiət olunan bir orqanın anatomik struktur bütövlüyünün bədən tərəfindən pozulması nəticəsində yaranan bir patoloji. Tez-tez qarın boşluğunun digər orqanlarının zədələnməsi ilə birləşir. Orqan qanla yaxşı təmin olunduğundan, həyat üçün dərhal təhlükə yaradan və təcili cərrahi müdaxilə tələb edən ağır qanaxma ehtimalı var. == Dalaq yırtığının səbəbləri == Dalağın yırtılmasının əsas səbəbi qarın boşluğunun küt travmasıdır. Yırtılma həmçinin nüfuz edən yara (bıçaq və ya atəş), splenomeqaliya və artan parenxima sürüşməsi ilə müşayiət olunan patoloji proses, həddindən artıq fiziki fəaliyyət, hamiləlik zamanı əmələ gələn çoxlu qan və qarın boşluğunun şiddətli gərginliyi ilə də baş verə bilər.
Dizaği
Dizaği — təxəllüs.
Dəliqız (Miyanə)
Dəliqız (fars. دلي قيز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (60 ailə).
İlgiz Aytmatov
İlgiz Törökül oğlu Aytmatov (qırğ. Илгиз Төрөкул уулу Айтматов; 8 fevral 1931, Bişkek) — SSRİ və Qırğızıstan alimi, texnika elmləri doktoru (1985), professor (1991), Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki (1989). Beynəlxalq Mühəndislik Akademiyasının və bir sıra digər akademiyaların üzvü. Elm və texnika sahəsində SSRİ (1989) və Qırğızıstan SSR Dövlət mükafatları laureatı. Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti (1990–1993) və Qırğızıstan Milli Elmlər Akademiyasının Süxurların Fizikası və Mexanikası İnstitutunun direktoru, 2005-ci ildən bu institutun direktorluğunun müşaviri. Bişkekin fəxri sakini. Тампонирование обводненных горных пород в шахтном строительстве. М., 1972; Современные проблемы механики скальных пород в гидро-энергетическом строительстве. М., 1985; Управление горным давлением на рудниках и шахтах Киргизии. Ф., 1979; Геомеханика рудных месторождений Средней Азии.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. == Həmçinin bax == Kolloidlər Diffuziya Elektrolit Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Vəliməhəmməd ağa Dizaği
Xəlil bəy Dizaği
Hacı Qiyasəddin ağa Dizaği
Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi == Həyatı == Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi. Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur. Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.
Mirzə Məhəmməd bəy Dizaği
Mirzə Məhəmməd bəy Kərbəlayı İsmayıl bəy oğlu (1803, Xatınbulaq, Qaryagin rayonu – Xatınbulaq, Qaryagin rayonu) — Qarabağ atlı alayının süvarisi, mahal mirzəsi, kədxuda. Mirzə Məhəmməd bəy Kərbəlayı İsmayıl bəy oğlu 1803-cü ildə Qarabağın Xırdapara-Dizaq mahalının Xatınbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində mədrəsə də təhsilini davam etdirmişdir. Mahal naibi Məlik Həsən bəy Sultanovun göstərişi ilə mirzə təyin edilmişdir. Atası Kərbəlayı İsmayıl bəy vəfat edəndən sonra kəndlərinə kədxuda vəzifəsinə keçirilmişdir. Mahalın savadlı, sayılan adamlarından idi. Mirzə Məhəmməd bəy 1829-cu ildə Qarabağ atlı alayına göndərilmiş, bir müddət burda xidmət etmişdir. Göstərdiyi şücaətə görə, medalla təltif olunmuşdur. Mirzə Məhəmməd bəy Nisə xanımla ailə qurmuşdur.
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.