DİLGİR

sif. [ fars. ] köhn. Ürəyisınıq, narazı, incik, dilxor, pərt.
Mən bir belə mövsümdə bahar axşamı dilgir; Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir. A.Səhhət.
…Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. C.Məmmədquluzadə.

□ Dilgir etmək – ürəyini sındırmaq, narazı etmək, incitmək, dilxor etmək, pərt etmək.
Dilgir olmaq – ürəyi sınmaq, qəlbi qırılmaq, incimək, dilxor olmaq, pərt olmaq.
Birdən Rüstəm bəy öz sözlərindən dilgir olaraq pozuldu, bikef bir halda masanın kənarına çəkildi. Çəmənzəminli.
Qoca Süleyman müvəffəqiyyətsizliyindən tez dilgir olaraq əliboş geri qayıtdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLGİR narazı — incik — dilxor — pərt
  • DİLGİR dilgir bax dilxor

Antonimlər (əks mənalı sözlər)

  • DİLGİR DİLGİR – ŞƏN Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm (C.Məmmədquluzadə);
DİLFİRİB
DİLGİRLİK

Digər lüğətlərdə