Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur.
Dilmanc
Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır: Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması Az Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır. == Layihənin tarixi == Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə.M.Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır. İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır. 19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır: Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.
Dilman bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dilma Rousseff
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Diamat
Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializ-min qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı.
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dilan
Dilan — Uelsdə daha çox işlədilən ad. Dilan Beyauliyu — Monako klubunda çıxış edən Fransa futbolçusu. Dilan O'Donnell — Stiveneyc klubunda çıxış edən İngiltərə futbolçusu. Dilan Naputi — Quam futbolçusu. Dilan Everett — Kanada aktyoru. Dilan Snider — Amerika aktyoru. Dilan Mörneyn — Avstraliya futbolçusu. Dilan Qroenevegen — Niderland velosipedçisi. Dilan Kvasnievski — Amerika NASKAR sürücüsü. Dilan Beyker — Amerika aktyoru.
Dilba
Dilba (doğum adı: Dilbahar Demirbağ; 24 noyabr 1971) — kürd mənşəli Türk-İsveç pop müğənnisi.
Dizac
Dizac (Üskü)
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Dalmat birəotu
Dalmat birəotu, Sinerariyarpaq birəotu (lat. Pyrethrum cinerarifolium) - birəotu cinsinə aid bitki növü.
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dilfan şəhristanı
Dilfan şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nurabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,385 nəfər və 29,257 ailədən ibarət idi.
Dilhan Əryurt
Prof.Dilhan Əryurt (29 noyabr 1926, İzmir, 13 sentyabr 2012, Ankara)- Türkiyəli astronomiyaçıdır. Günəş və ulduzları öyrənən bir alimdir. 1961-1973-cü illərdə NASA da işləmişdir. Burada işləyən ilk türk qadın alimdir. 1988-1993-cü illərdə astrofizika üzrə dərs demiş və Ədəbiyyat fakültəsinin bu ixtisas üzrə bölməsinin dekanı olmuşdur. == Tərcümeyi-halı == 29 noyabr 1926-cı ildə İzmirdə anadan olmuşdur. Atası Denizli 1944-cü ildə millət vəkili olmuşdur. Dilhanın atası o anadan olduqdan sonra bir müddət sonra qısa müddətlik ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Bundan sonra Ankaraya gedirlər. 2012-ci il sentyabr ayının 13-də infaktdan vəfat edir.
Dilşad Elbrus
Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor. == Həyatı == Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur. Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir. == Fəaliyyəti == Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir.
Dilşad Fatxulin
Dilşad Zinnatoviç Fatxulin (6 aprel 1940, Daşkənd – 18 yanvar 2020, Moskva) — rejissor, operator. == Həyatı == Dilşad Fatxulin 6 aprel 1940-cı ildə anadan olub. ÜDKİ-də təhsil alıb (1963). 1966-cı ildən "Özbəkfilm" kinostudiyasında, 1974-cü ildən Mosfilmdə quruluşçu operator kimi çalışıb. SSRİ Dövlət Mükafatı laureatı (1977), Rusiyanın əməkdar incəsənət xadimidir.
Dilşad xatun
Dilşad xatun (XIII əsr – 1352, Cəlairilər sülaləsi) — Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı. == Həyatı == Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı. Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi. == Mənbə == Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
Dizmar mahalı
Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal. == Tarixi == Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər.
Dizmar sancağı
Dizmar sancağı və ya Dizmar livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizmar idi.1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Güngör Dilmen
Güngör Dilmən Qalyoncu (türk. Güngör Dilmen Kalyoncu; 27 may 1930, Təkirdağ – 8 iyul 2012, İzmir) türk dramaturq. Tarix və mifologiyadan ilhamlanan Midas'ın kulakları və Ben Anadolu Dilmenin ən vacib əsərlərdən sayılır. == Haqqında == Dilmən İstanbul Universitetin ədəbiyyat fakültənin klassik filologiya şöbəsində oxuyub 1960-cı ildə məzun oldu. İlk şeiri 1956-cı ildə Yücəl jurnalında nəşr edilmişdir. 1959-cu ildə Cinema - Teatr Jurnalı tərəfindən açılan müsabiqədə Dilmənin Midasın kulakları pyesi birincilik mükafatını qazandı. Midas Üçləməsi adlı trilogiyanin ilk əsəri olan Midasın kulakları, Gənclik Teatrında və sonra Ankara Dövlət Teatrında səhnəyə qoyuldu. Ali təhsilini bitirdikdən sonra 1961-ci ildə Fulbright Təqaüdü alaraq ABŞ-yə getdi və Yale Teatr Məktəbində rejissorluq, səhnə işıqlandırması və səhnə dizaynı kimi mövzulara maraq göstərdi. Eyni ildə Təl-Əvivdəki Həbima teatrın qonağı olaraq İsrailə getdi, sonra bir müddət Yunan hökumətinin köməyi ilə Afinada yaşadı. ABŞ-da yazdığı Canlı Maymun Lokantası pyesi Türkiyənin Xalq evləri cəmiyyətindən ona bir mükafat qazandı.1964-1966 arasında İstanbul Bələdiyyə Şəhər Teatrının işıqlandırma şöbəsində çalışmışdır.
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Büşra Yılmaz
Büşra Yılmaz (türk. Büşra Yılmaz; 1996, Tokat) – Türkiyə qadın romançısı. == Karyera == Kiçik yaşlarından bəri yazmağa marağı olan Büşra Yılmaz, əlində hal-hazırda "Ölümə Pıçıldayan Adam" kimi əsəri olmasına baxmayaraq, əyləncəyə ehtiyacı olduğu bir dönəmdə internetdən 4N1K adlı əsərini bölüm-bölüm yazmağa və birbaşa oxuyucuya təqdim etməyə başladı. Gələn böyük maraqdan sonra, çap üçün Epsilon nəşriyyatı ile razılaşdı. Kitab satışa çıxan kimi "çox satanlar" siyahısına ilk sıradan girdi və ilk həftə 100 mindən çox satıldı. Elele Avon Qadın Mükafatları (2016) tərəfindən "İlin Yazarı" mükafatına layiq görüldü. İmza günlərində yaşanan gərginlikdən sonra o, Fabrika Yapım-dan işini filmə çevirmək təklifini qəbul etdi və bu təklif "4N1K-2: 12-dən sonra" üçün davam etdi. Çıxarılan iki filmdən sonra ekranlarda "4N1K İlk Sevgi" adı ilə Fox TV seriyalı kimi yayımlanmağa başladı. Birinci sezondan sonra serial rəqəmsal olaraq "4N1K Yeni Başlanğıclar" adı ilə davam etdi. 4N1K ilə çox ziddiyyətli bir fantastikaya sahib olan "Ölümə Pıçıldayan Adam" və onun davamı olan "Kibrit Çöpü Məzarlığı" da Epsilon Nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Cem Yılmaz
Cem Yılmaz (23 aprel 1973, İstanbul) — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejisor. == Həyatı == Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olmuşdur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlamış, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışmışdır. "Leman Kültür Merkezi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Merkezi"ndə davam etdirmişdir. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.