Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dingir
Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı"). İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir. Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. == Dilçi alimlər == 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073–1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030–1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275–1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802–1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Angelica kingii
Angelica kingii (lat. Angelica kingii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Eupatorium kingii
Macropodina reitzii (lat. Macropodina reitzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin macropodina cinsinə aid bitki növü.
Garcinia kingii
Garcinia celebica (lat. Garcinia celebica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Oxycarpus celebica (L.) Poir.
Hydrangea lingii
Hydrangea lingii (lat. Hydrangea lingii) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Moquinia kingii
Pseudostifftia (lat. Pseudostifftia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Pseudostifftia kingii H.Rob.
Pseudostifftia kingii
Pseudostifftia (lat. Pseudostifftia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Pseudostifftia kingii H.Rob.
Senecio kingii
Senecio kingii (lat. Senecio kingii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Şiniçi Morişita
Şiniçi Morişita (d. 28 dekabr 1960) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Şiniçi Moçizuki
Şiniçi Moçizuki (望月 新, 29 mart 1969-cu il, Tokio, Yaponiya) — Yaponiya riyaziyyatçısı. Saylar nəzəriyyəsi, cəbr həndəsəsi, Hoca nəzəriyyəsi sahələri ilə məşğul olur. Eksteredə Fillips Akademiyasını bitirib. 16 yaşında Priston Universitetinə qəbul olunub, 22 yaşında fəlsəfə doktoru elmi adını alıb. 1992-ci ildə Kioto Universitetinə işə qəbul olunur və 2002-ci ildə professor vəızifəsinə seçilir. Shinichi Mochizuki. Foundations of p-adic Teichmüller theory. http://books.google.com/books?id=JnMWs5BLTiEC Shinichi Mochizuki. Proceedings of the International Congress of Mathematicians, Vol. II (Berlin, 1998).
Adiantum lingii
Zöhrətüklü adiant (lat. Adiantum capillus-veneris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin adiant cinsinə aid bitki növü. == Təbabətdə == Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xeyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu keçəlləşmədə və yeni saçın çıxması üçün kömək edir. Adiantın qurumuş "saçı"nın həlimi ishala qarşı xeyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə edir, həşəratlar dişləyərkən xeyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa kompres qoymaq və məlhəm sürtmək baş ağrısına xeyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur. Adiantın həlimi astmada, ürək döyüntüsü, sinədə ağrılarda, sarılıqda, daşlarda və doğuşdan sonrakı qanaxmada xeyirlidir. Həddindən artıq qəbul etdikdə dalağa ziyan gətirir, bunu mastika ağacının kitrəsi tarazlaşdırır.
Kiniçi Aray
Kiniçi Aray (荒井欣一, Aray Kiniçi, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur. == Həyatı və karyerası == Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır.
Laurus lingui
Persea lingue (lat. Persea lingue) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Laurus lingue Ruiz & Pav.
Arachis diogoi
Arachis diogoi (lat. Arachis diogoi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yerfındığı cinsinə aid bitki növü.
Baccharis kingii
Baccharis kingii (lat. Baccharis kingii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia kingii
Dinski rayonu
Dinski rayonu (rus. Динской район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Dinskaya kəndidir. == Coğrafiyası == Krasnodar diyarının mərkəzi hissəsində yerləşir. Ərazi Krasnodar şəhəri, Ust-Labinski, Korenovski, Timaşevski, Kalininski, Krasnoarmeyski rayonları və Kuban çayı boyunca Adıgey Respublikası ilə həmsərhəddir. Rayonun sahəsi 136 196 hektardır. == Coğrafiyası == 31 dekabr 1934-cü ildə Krasnodar və Korenovski rayonlarının bölünməsi nəticəsində Plastunovski rayonu Azov-Qara dəniz diyarının bir hissəsi olaraq meydana gəlir. Rayon mərkəzi Plastunovskaya kəndin olur. Əvvəlcə rayon 4 kənd şurasından ibarət idi: Dinski, Koçetinski, Krasnoselski və Plastunovski. 21 fevral 1935-ci ildə Plastunovski rayonunun mərkəzi Dinskaya kəndinə köçürülür.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Dini
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi". Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.
Dingə (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).
Meyv Binçi
Meyv Binçi (d. 28 may 1940, Dublin - ö. 30 iyul 2012, Dublin) — İrlandiya jurnalisti, yazıçısı. Roman və qısa hekayə janrlarına üstünlük vermişdir. Meyv Binçi 1940-cı ildə İrlandiyanın paytaxtı Dublinin yaxınlığında yerləşən Dalkey kəndində anadan oldu. Killineydəki Holi Çayld Konvent katolik qız məktəbinə getdikdən sonra Kollec Universitetindən məzun oldu və müəllim kimi fəaliyyət aparmağa başaldı. 1963-cü ildə Qüdsdəki İsa peyğəmbərin son şam yeməyini yediyi mağarada olduqdan sonra ateist oldu. Daha sonra Kibbutzda işləmək üçün İsrailə köçdü. İsraildə olarkən hər həftə atasına yaşadığı torpaqlarda gedən müharibələrdən və həyatından bəhs edən məktublar yazırdı. Atası bu məktublardan birini Dublinin "Irish Times" qəzetinə 18 funta satdığa dövrdə Meyv Binçinin müəllimlik maaşı 16 sterlinq idi.
Amedeo Mingi
Amedeo Mingi (it. Amedeo Minghi; 12 avqust 1947, Roma) — İtaliya müğənnisi və prodüseri. Müxtəlif illərdə həm solo ifaçı, həm də mahnı müəllifi kimi məşhur Sanremo Musiqi Festivalının iştirakçısı. Mingi Andrea Boçelli, Canni Morandi, Rikki e Poveri və bir çox başqa musiqiçilərin ifa etdiyi mahnıların müəllifidir.
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Danaçı kəndin əsl adı Dinçi olmuşdur. Lakin sonradan Danaçı olaraq respublika tərəfindən dəyişdirilmişdir. Dinçi tələffüz cəhətdən avarca tərcüməsindən din insanı deməkdir. Kənddə avar xalqı yaşayır. Zaqatalanın bir çox kədlərində də avar xalqı yaşayır. Çünki bu ərazilər avar millətinə mənsub olmuşdur. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Minqei
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Qulamhüseyn İbrahimi Dinani
Qulamhüseyn İbrahimi Dinani — (fars. غلامحسین ابراهیمی دینانی‎; 26 noyabr 1934, İsfahan) İranlı filosof və yazıçıdır. Onun məşhur olmasının bir səbəbi də Ş. Sührəvərdi fəlsəfəsi sahəsində araşdırmaları və son illərdə işraqilik fəlsəfəsinin dirçəlişi ilə bağlıdır. Dinani İbn Sina, İbn Rüşd, Sührəvərdi, Molla Sədra fəlsəfəsi, ümumiyyətlə, İslam fəlsəfəsinin cərəyanları və müsəlman filosoflarının düşüncələri üzərində xüsusi şəkildə tədqiqatlar aparmış və məharətə malikdir. Hazırda Tehran Universitetinin Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin fəlsəfə kafedrasının təqaüdçü professorudur. Qulamhüseyn İbrahimi Dinani 26 dekabr. 1934-cü ildə İsfahan əyalətinin Dinan şəhərində anadan olmuşdur. İbtidai təhsilini kəndlərində aldıqdan sonra İsfahandakı Nimavard seminariyasında dini təhsil alıb. Müqəddimat kursunu və fəlsəfənin əsaslarını bitirdikdən sonra Qum elmi hövzəsinə və seminariyasına daxil olur. Xaric fiqhi və Üsul prinsiplərini böyük məharətlə öyrənməklə yanaşı, Əllamə Təbatəbaidən də fəlsəfə öyrənmişdir.
Dinqo
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Şinci
Şinci — ad.
Freya Tinqli
Freya Tinqli (ing. Freya Tingley; 26 mart 1994, Pert) — Avstraliya aktrisası.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi: "'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Minici afelinus
Minici afelinus - (lat. Aphelinus mali) - Pərdəqanadlılar dəstəsindən olan minicilər (Lchneumonidae) parazit həşəratlardır. Dünyanın hər yerində yayılmışdır. Bədəninin uzunluğu 0,4-5 sm olan həşəratın 1250-dək cinsi (60 mindən çox növü) o cümlədən də Azərbaycanda (Qafqazda) 330 növü məlumdur. Minici-afelinus sürfələrini ağac və bitkilərdə zərərverici həşəratların (tırtılların) bədəninə uzunsov "neştər" ilə batırmaqla həmin tırtılı iflic edib bitki zərərvericisini məhv edir. Minici-afelinuslar,əsasən,çiçəklərin şirəsilə qidalanır, ağaclarda olan qanlı mənənəyə qarşı bioloji mübarizə aparırlar. Parazit minicilər meyvə bağlarında kimyəvi mübarizə tədbirləri aparılarkən digər həşəratlarla birlikdə məhv olurlar.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Yuqoslaviya dinarı
Dinar üç Yuqoslaviya dövlətlərin valyutası idi: Yuqoslaviya krallığı (keçmiş Serblər, Xorvatlar və Slovenlər krallığı), YSFR və YFR. Dinar 100 paradan ibarət idi. 1920-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının Milli Bankı 10, 100 və 1000 dinarlıq əskinaslar buraxdı. 1929-cu ildə ölkənin adı Yuqoslaviya ilə dəyişdirildikdən sonra şəkli dəyişdirilmiş 10 və 100 dinarlıq əskinaslar buraxıldı. 1931-ci ildə yeni 1000 dinar, 1935-ci ildə isə 500 dinarlıq əsginas buraxıldı. 1939-cu ildə 10 dinar dəyərində yeni dizayna malik banknotlar buraxıldı. 1944-cü ildə Demokratik Federal Yuqoslaviyası 1, 5, 10, 20, 50, 100, 500 və 1000 dinarlıq əskinaslar buraxdı. Daha sonra, 1946-cı ildə Yuqoslaviya Federal Xalq Respublikasının Milli Bankı tərəfindən 50, 100, 500 və 1000 dinar nominallı əskinaslar buraxıldı. 1950-ci ildə 5000 dinarlıq əskinas tətbiq edildi. Dinar kollaborasionist hakimiyyətin buraxdığı serb dinarı (1 yuqoslav : 20 serb) və MXD-nın kunasını əvəzlədi (1 dinar : 40 kuna). Həmçinin, 50 para, 1, 2 və 5 dinar dəyərində sink sikkələri buraxılırdı.
İordaniya dinarı
İordaniya dinarı (JOD, qeyri-rəsmi JD) — İordaniyanın pul vahidi.