Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doqana
Doqana (it. Dogana, gömrük) — San-Marino şəhəri, Serravalle şəhər-kommunanın ərazində yerləşir. Ölkənin ən çox insan yaşayan şəhəridir (7000 nəfər). == Coğrafiyası == Şəhər San-Marinonun şimal-şərq hissəsində yerləşir və Falçanodan sonra ölkənin ən şimal yaşayış məntəqəsidir. Doqana İtaliya ilə sərhəddədir. Şəhərin sərhədləri içərisində Koriano kommunasının Çerasolo prixodu da yerləşir. Şəhərdə sərhəd məntəqəsi var, amma bu məntəqədə yoxlama ləğv edilib. == Tarixi == 2006-cı ildə Doqana Serravallenin tərkibindən çıxıb müstəqil şəhər-kommunaya (it. castello, qəsr) çevrilməyə cəhd etmişdir, amma 2007-ci ildə mövcud vəziyyətin qorunub saxlanılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Doqanaya Serravallenin poçt indeksindən fərqli bir indeks verilmişdir (47899 yerinə 47891).
Coğanab
Coğanab (Heris)
Daranaq
DARANAQ — Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində — "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Doğanşar
Doğanşar (türk. Doğanşar) — Sivas ilinin ilçəsi.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Burhan Doğançay
Burhan Doğançay (türk. Burhan Cahit Doğançay; 11 sentyabr 1929, Konstantinopol – 16 yanvar 2013, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Burhan Doğançay 11 sentyabr 1929-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Öz adına – "Doğançay" muzeyi var. Muzeyin direktoru Bergin Azərdir. Burhan Doğançay 16 yanvar 2013-cü ildə 83 yaşında ikən İstanbulda vəfat edib. == Yaradıcılığı == Doğançayın 2004-cü ildə İstanbulda açılan muzeyi Türkiyədə ilk müasir incəsənət muzeyi olub. Onun şəkilləri Quggenhaym və Metropolitan İncəsənət Muzeyində daimi kolleksiyanın hissəsidir. 2009-cu ildə İstanbulda onun şəkillərindən biri hərracda 1,7 milyon dollara, Türkiyədə müasir incəsənət rəsmi üçün ən yüksək qiymətə satılıb. Dünyanın 70 muzeyində rəsmləri nümayiş etdirilmişdir.
Coğanab (Heris)
Cığanab (fars. جغناب‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 449 nəfər yaşayır (93 ailə).
Coğanab (Ərdəbil)
Coğanab (fars. جغناب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 471 nəfər yaşayır (90 ailə).
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur. Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Doğanlı (Xudabəndə)
Doğanlı (fars. دوغانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (20 ailə).
Salix doiana
Salix sieboldiana (lat. Salix sieboldiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Doğancı Yusif Paşa
Doğancı Yusif Paşa (v. yanvar 1670, Timeşvar əyaləti, Osmanlı imperiyası) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun doğancılar ocağında təlim-tərbiyə gördükdən sonra 1652-ci ildə vəzir rütbəsi alaraq divana daxil olan Yusif Paşa həmin ilin iyulunda Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla nigahlandı. Rumeli və Anadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1666-cı ildə Timeşvar bəylərbəyi təyin edildi. 1670-ci ilin yanvarında burada vəfat etdi.
Aydın Doğan
Aydın Doğan — Doğan Holding şirkətinin sahibi. Türkiyənin nüfuzlu media başçılarından biridir.
Doğan (Əhər)
Doğan (fars. دوغان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Doğan Babacan
Doğan Babacan (d. 30 Kasım 1929, İstanbul, ö. 18 Mayıs 2018) Türkiyə futbolçusu və hakimi. 1930-cu ildə anadan olan Doğan Babacan FİFA Dünya Kubokunda oyun idarə edən yeganə Türkiyəli hakimdir. O, 1974-cü il mundialında Almaniya – Çili (1:0) matçının baş hakimi olub. Həmin oyunda Çilili futbolçuya göstərdiyi qırmızı kartla FİFA Dünya Kuboku tarixində ilk qırmızı kart göstərən hakim olmuşdur.
Doğan Bayraqdar
Doğan Bayraqdar(24 aprel 1995, İstanbul) — Türk aktyoru. == Həyatı == Doğan Bayraktar 1995-ci ildə İstanbulda anadan olub. Nişantaşı Universitetində Mülki Aviasiya və Kabin Xidmətləri ixtisası üzrə təhsil alan Doğan universitetdə oxuduğu müddətdə Erkan Özermanın təşkil etdiyi 2015 Best Model of Turkey model yarışmasında iştirak edib və İkinci Yarışçı seçilib. İlk aktyorluq təcrübəsini 2017-ci ildə FOX-da yayımlanmağa başlayan Döyüşçü serialı ilə yaşadı. Daha sonra Hercai serialında rol aldı. 2021–2022-ci illər arasında BluTV-də yayımlanan Börü 2039 serialında "Korkut Buğra Orbay" obrazını canlandırıb. Son olaraq 2022-ci ildə FOX-da yayımlanan Gülümse Kaderine serialında "Ekin" rolunu canlandırıb.
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) — türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Kamal Doğan
Kamal Doğan (1879, Üskub – 1951, İstanbul), türk əsgər və siyasətçi. == Həyatı == Anası Pembe xanım, atası maliyyə işçilərindən olan İbrahim Bəy olmuşdur. Ailə 1885-ci ildə Kırklarelinə köçmüşdür. 1897-ci ildə Topçu Məktəbinə daxil olmuşdur. 1900-cu ildə baş leytenant rütbəsiylə məzun olaraq Ədirnədə 2. Ordunun 2. Topçu firqəsinin 4. Livası köməkçisi təyin edilmişdir. Daha sonra Topçu Alayı 7. Bölgə 5.
Nihad Doğan
Nihad Doğan (13 fevral 1977, İstanbul) — kürd mənşəli Türkiyə müğənnisi.
Ziya Doğan
Ziyaeddin Doğan (ziya Doğan kimi tanınır) (1 yanvar 1961, Gümüşxanə) — türk məşqçisi və yarımmüdafiədə oynayan keçmiş milli futbolçudur. Futbola Beşiktaş akademiyasında başlayıb. 1978-ci ildə əsas komandaya yüksəldi. Qısa müddətdə rəqabətli futbolu və zəhmətkeşliyi ilə komandanın sevimlisinə çevrildi. Əvvəllər baş zərbələrində zəif olsa da, "Şərəf" stadionunda torpaqla keçirdiyi məşq sayəsində bu çatışmazlığı aradan qaldırdı və hava ilə vurduğu baş qolları ilə məşhurlaşdı. İllərdir çempion olmayan Beşiktaş, tarixi və öz karyerası üçün 1982-ci il liqasının son matçında Əskişəhərə 2 qol vuraraq Beşiktaşı çempionluğa göndərərək, Beşiktaş azarkeşlərinin qəlbində taxt qurdu. ona görə də pərəstişkarları onu ən çox sevir. Türkiyə kubokunda "Fənərbaxça"nı əlavə vaxtda 4:2 hesabı ilə məğlub etdikləri matçda vurduğu qol onu unudulmazlardan biri edib. Yarımmüdafiəçi olmasına baxmayaraq, o, son dərəcə məqsədəuyğun oyun tərzinə malik idi. O, "Beşiktaş"ın heyətində 9 mövsümdə 194 liqa matçına çıxıb və 38 qol vurub.
Doğan Bekin
Doğan Bekin (1957, Mardin ili) — tərcüməçi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Doğan Bekin 1957-ci ildə Mardin ilində anadan olub. Qazi Universiteti İngilis dili Bölməsindən məzun olub. Xarici siyasətlə bağlı həm daxildə, həm də xaricdə məqalələri, təhlilləri, araşdırmaları, təqdiqatları və müsahibələri dərc olunub. Nəcməddin Ərbakan Vəqfinin Baş Katibidir. Rifah Partiyasının və Səadət Partiyasının İdarə Heyətinin üzvü olub. Yenidən Rifah Partiyasının qurucularından olub. Yenidən Rifah Partiyasında İdarə Heyətinin üzvü və xarici əlaqələr üzrə sədr müavini vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Avropa İttifaqının Uyğunlaşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Mesut Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Məsud Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Əli Doğan
Əli Doğan (türk. Ali Doğan, 1947, Qəhrəmanmaraş) — Türkiyəli siyasətçi, nazir (2002). İstanbul Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Çekmece Nüvə Araşdırmaları Mərkəzində inzibati mütəxəssis vəzifəsində çalışıb. Sərbəst ticarətlə məşğul olub. O, Türkiyə Böyük Millət Məclisinin 20-ci və 21-ci dövrlərində Ana Vətən Partiyasının Kahramanmaraş millət vəkili olub və 2002-ci ildə qısa müddət ərzində Türkiyənin 57-ci hökumətində insan haqlarından məsul dövlət naziri vəzifəsində çalışıb. O, 1994-cü ildə ləğv edilən Fatih bələdiyyəsinə seçkilərdə Ana Vətən Partiyasından namizədi olub.
Doğan Cüceloğlu
Doğan Cüceloğlu(9 fevral 1938, Silifke, Mersin ili – 16 fevral 2021, Beşiktaş, İstanbul ili) — Türk psixoloq və akademik. O, şəxsi inkişaf kitabları və televiziya proqramı ilə tanınıb. 1980-1996-cı illərdə ABŞ-ın Fullerton şəhərindəki Kaliforniya Dövlət Universitetində işləyib. Onun qırxdan çox elmi məqaləsi dərc olunub. 1990-cı illərdən türkcə türk xalqının duyğularını, düşüncələrini və davranışlarını elmi psixologiya anlayışları ilə araşdıran kitablar nəşr etdirir. Onun 1992-ci ildə nəşr olunan "The Child In Us" adlı kitabı psixoloqun ən populyar kitablarından biridir. 1996-cı ildə Türkiyəyə qayıtmış və universitet tələbələri, müəllimlər, valideynlər və iş adamları üçün seminarlar, konfranslar və məşğələlər keçirmişdir. == Həyatı == 9 fevral 1938-ci ildə Mersinin Silifke rayonunda 11 uşaqlı bir ailənin ən kiçik uşağı olaraq anadan olmuşdur. Orta məktəbi Ankara və Kırklarelidə bitirib. İstanbul Universitetinin Psixologiya fakültəsini bitirib.