Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Quymaq
Duyma
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Alperən Duymaz
Alperən Duymaz (3 noyabr 1992, Ankara) — Türkiyəli aktyor və model'dir. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır.2021-ci ildə FOX'ta yayımlanan Son Yaz adlı serialda "Akgün Gökalp Taşkın" adlı xarakteri canlandırmışdır. 2023-cü ildə isə, eyni kanalda yayımlanan EGO adlı serial'da "Erhan Yıldırım" adlı xarakteri canlandırmışdır. 2020-cimildə müəllimə olan sevgilisi Kübra Kelkit ilə ailə həyatı qurmuşdur. Ankara Mamak Kıbrısköydə doğulan Alperən Duymaz orta məktəb illərində musiqi və modelliklə maraqlanmışdır. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Fakültəsində təhsil almışdır. O, Şirin balaca yalançılar serialında aktyor kimi debüt edib. Karyerasına Acı Aşk və Bodrum Masalı serialları ilə davam etdirmişdir. Xüsusilə Bodrum Masalı serial'ı ilə tanınmağa başlanmışdır. 2018-ci ildə Direniş Karatay filmində "Kutay" obrazını canlandırmışdır.
Duyma orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunma Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Daylaq (Urmiya)
Daylaq (fars. دايلاق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Daymav (Nəqədə)
Daymav (fars. دايماو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 457 nəfər. yaşayır (75 ailə).
Köhnə dudman
Köhnə dudman — 1927-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yazdığı tarixi dram (dramatik dilogiya) . Qəhrəman Pərviz xan dürüst kəndli Allahquluya zülm edir. Oğlu Bədəlin Rəhim xanına yüz əlli qızıl satır və gözəl qızı Gülsanları qaçırır. Allahkülü Parviz Xan onu asmaq əmrini verdi. Bədəl Rəhim xandan qaçmağa və onun yoldaşları ilə birlikdə dağlara doğru hərəkət etməyə çalışır. "Köhnə dudman" tamaşası Haqverdiyevin ikinci tarixi oyunudur. Yazıda yazıçı, ədəbi tənqidçi Kamran Məmmədovun 18-ci əsrin feodal lordu Pərviz xanın, onun insan alveri və kəndlilərin zülmünü göstərmişdir. Əhverdiyev, həmçinin, Badal, Eldar, Rəşid və xüsusilə Allahqulu kimi, üsyançı kəndlilərin, intiqam üçün bir susuzluqla cəlb edilmiş döyüşçü kəndlilərin təsvirini yaratmışdır. "Azərbaycan Sovet ədəbiyyatı tarixinin təsviri" (Moskva, 1963) adlı kitabın müəlliflərinə görə, "Köhnə dudman" dramı "kəndlilərin burjua sahibləri sisteminə qarşı mübarizəsi" ilə bağlıdır. Bu oyunda, "Ağacın kölgəsində" adlı oyunla yanaşı, mərkəzi müsbət görünüş Axverdinin erkən əsərlərindən daha inandırıcıdır .
Cimmi Durmaz
Yakup Cimmi Durmaz (22 mart 1989, Erebru) əvvəllər Cimmi Tuma kimi tanınan, Türkiyənin "Qalatasaray" klubu və İsveç milli komandasında oynayan bir İsveç futbolçusudur.
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Luytla-Duymun
Luytla-Duymun (əvvəlki xəritələrdə — Litla-Dimun) (far. Lítla Dímun "Kiçik Duymun") — 18 Farer adasından ən kiçiyi. Şotlandiya və İslandiyanın arasında yerləşir. Sahəsi 0,8 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 414 m olan Ravan dağıdır.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Sadir Durmaz
Sadir Durmaz (15 iyul 1963, Kırşəhər ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 27 və 28-ci çağırışlarının deputatı. Sadir Durmaz 1963-cü ildə Kırşəhər ilinin Çiçəydağı ilçəsində anadan olub. Karadeniz Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Kənd Təsərrüfatı Kredit Kooperativləri Baş İdarəsində müfəttiş yardımçısı, müfəttiş, şöbə müdiri, sədr müavini və sədr vəzifələrində çalışıb. Beynəlxalq Kooperativ və Çalışma İqtisadiyyatı Araşdırma İnstitutunun (CIRIEC) İstanbul Daimi Komissiyası üzvü, Kooperativ Təhsil Vəqfi İdarə heyəti üzvü, GÜBRETAŞ İdarə Heyəti sədri, Güven Sığorta AŞ İdarə Heyəti sədri, Tarım Kredispor İdman Klubunun prezidenti vəzifələrdə çalışıb. Kənd Təsərrüfatı Kredit Kooperativlərinin Yenidən Qurulması Layihəsinin Koordinatoru olub. Qəzetlərdə, jurnallarda məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2006-cı ildə MHP İdarə Heyətinin üzvü seçilib. MHP sədrinin yerli idarələrdən məsul müavinidir.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Damaq sümüyü
Duyar Xan
Duyar Xan - türk və altay mifologiyasında əziyyət ilahı. Tuyar və ya Toyar da deyilir. Atəşdən yaradılmışdır. Buynuzlu və quyruqludur. Əli və ayağı yoxdur. Ölüm toxumu əkir. Bədbəxtlik gətirər. İnsanlara əziyyət edər və dəlilik verir. Alnının ortasında tək gözü vardır. Bəzən yarı insan, yarı şeytan olaraq təyin olunar.
Duzdağ
Duzdağ — duzlaq. Yaşayış məntəqələri Duzdağ (Yevlax) — Yevlax rayonunda kənd. Düzdağ (Bozüyük) — Türkiyənin Bilecik ilinin Bozüyük ilçəsində kənd. Toponimlər Duzdağ (Tovuz) — Tovuz rayonunun Qaralar kəndində yer adı. Duzdağ (göl) — Salyanda göl. Duzdağ (Naxçıvan) — Naxçıvanda dağ. Filmlər Azərbaycan sirləri.
Dümyat
Dümyat (ərəb. دمياط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 206.664 nəfərdir (2006).
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Duzdağ (Naxçıvan)
Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.
Duzdağ (Yevlax)
Duzdağ — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Duzdax qəsəbəsi Nemətabad kənd Sovetinin tərkibinə verilmişdir. 1924-cu ildə salınmış bu qəsəbədəki ilk müvəqqəti evlər neft kəşfiyyatı dəstəsinə məxsus olmuşdur. Sonralar burada yerləşən 8 nömrəli sovxozun malikanəsi əsasında abad yaşayış məntəqəsi yaranmışdır. 1965-ci ildən qəsəbə yaxınlığındakı Duzdağın adı ilə adlandırılmışdır. Qəsəbə düzənlikdə yerləşir.
Duzdağ gölü
Duzdağ — Salyan rayonu ərazisində şor göl. Gölun ətrafı ağ Şoran torpaq örtüyündən ibarətdir. Duzdağ "duzlu, duzlaq, Şor" mənalı Duzlaq coğrafi adının yerli tələffüz formasıdır.
Duzdağ kəsilişi
Duzdağ kəsilişi Azərbaycanda ağçagıl-pleystosen çöküntülərinin ən məşhur istinad kəsilişlərindən biridir. Braxisinklinala cavab verən bəndə bənzər Duzdağ dağı Göran dəmir yolu stansiyasından şimalda yerləşir. Dağın geoloji kəsilişini təşkil edən ağçaqıl törəmələri qum və qumdaşı təbəqəcikli nazikqatlı gillərdən (140 m) təşkil olunmuşdur. Bu çöküntülərdə molyuskların qabıqlarına, flora qalıqlarına və onurğalıların sümüklərinə rast gəlinir. Abşeron regiomərtəbəsinin Duzdağ kəsilişi Acınohur regionu üçün istinad kəsilişi kimi qəbul edilir, sahilyanı kontinental çöküntülərin tam açılışı və fauna qalıqlarının zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı olan hər üç abşeron yarımmərtəbəsi ayrılır. Kəsilişi qalınlığı olan pleystosenin kontinental çöküntüləri tamamlayır.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.