Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekvator
Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən oxun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt, ən uzun paralel. Qvineya körfəzində Qrinviç meridianı ilə kəsişir. Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi eni 0°-dır. Ekvator xətti Yerin forması sayəsində göyə ən yaxın nöqtəsidir. Eyni zamanda, dəniz səviyyəsinin ən yüksək nöqtəsi ekvatordur.
Maqnit ekvatoru
Göy ekvatoru
Göy ekvatoru — müstəvisi dünya oxuna perpendikulyar olan və yerin ekvatorunun müstəvisi ilə üst-üstə düşən göy sferasının böyük dairəsi. Göy ekvatoru göy sferasını iki yarımkürəyə ayırır: zirvəsi şimal qütbündə olan şimal yarımkürəsi və zirvəsi cənub qütbündə olan cənub yarımkürəsi . Ekvator və ekliptika yaz və payız bərabərliyi nöqtələrində kəsişir, lakin yer oxunun presessiyasına görə ekvator müstəvisi öz mövqeyini dəyişir və bu nöqtələr 26000 illik dövrlə hərəkət edir. Ekvator və ekliptikanın müstəviləri arasındakı bucaq 23°26'-dir və son 5 milyon il ərzində presessiyaya görə bu bucaq 22,0° ilə 24,5° arasında dəyişmişdir. 2010-cu ilin Astronomik Almanaxınaa görə, ekvator və ekliptik arasındakı bucaq təxminən aşağıdakı düstur ilə təsvir edilmişdir: ε = 23 ∘ 26 ′ 21.406 ″ − 46.815 ″ T − 0.0001831 ″ T 2 + 0.00200340 ″ T 3 − 5.76 ″ ⋅ 10 − 7 T 4 − 4.34 ″ ⋅ 10 − 8 T 5 , {\displaystyle \varepsilon =23^{\circ }26'21.406''-46.815''T-0.0001831''T^{2}+0.00200340''T^{3}-5.76''\cdot 10^{-7}T^{4}-4.34''\cdot 10^{-8}T^{5},} Burada T — J2000.0 dövründən keçən əsrlərin sayıdır. Bu düstur yalnız bir neçə əsrlik zaman diapazonu üçün kifayət qədər dəqiqdir . Göy ekvatoru birinci və ikinci ekvator səma koordinat sistemlərinin əsasını təşkil edir: meyl ondan ölçülür (coğrafi enliyə analoq, yerin ekvatorundan ölçülür). Başqa bir koordinat — birinci ekvatorial koordinat sistemi üçün bu, səma ekvatoru ilə səma meridianının kəsişmə nöqtəsindən ölçülən saat bucağı və ya ikinci ekvatorial koordinat sistemi üçün sağa yüksəlişdir (coğrafi uzunluğa analoji) — yaz bərabərliyi nöqtəsindən ölçülür. İstənilən halda səma ekvatorunun bütün nöqtələrinin enişi sıfıra bərabərdir, bu o deməkdir ki, göy ekvatorunun istənilən nöqtəsini Yerin istənilən nöqtəsindən müşahidə etmək olar.
Ağ sosiskalar ekvatoru
Ağ sosiskalar ekvatoru (alm. Weißwurstäquator‎) — Bavariya və Almaniyanın digər yerləri arasında yerləşən təqribi yumoristik sərhəd. Bu sərhəd Münhenin mədəni sərvətlərindən sayılan ağ sosiskaların yayılma arealını nümayiş etdirir. == Ekvatorun mövqeyi == Bu ekvatoru adətən Dunay çayı boyunca təsvir edirlər, amma belə bir sərhəd Aşağı Bavariya və Yuxarı Pfalts ərazilərini əhatə etmir. Bəzən bu ekvatoru 49-cu enlikə (İnqolştadtdan şimala) aid edirlər. Bəzi yerlərdə isə bu ekvatoru Münhendən 100 kilometr aralıdakı zonaya aid edirlər hası ki, Yuxarı Bavariyanın əsas hissələrini əhatə etmir. Alternativ versiyalara əsasən sözügdən ekvator Mayn çayı boyunca olan "Mayn xəttində" yerləşir, hansı ki, Şimali Almaniyanın dialekt paytaxtı sayılır. Digər versiyalara əsasən isə, Ağ sosiskalar ekvatoru Prussiya və Bavariyanın Avstriya ilə olan tarixi-siyasi sərhədində yerləşir, hansı ki, bu zona da "Mayn xətti" adanır. Belə olan tərzdə sərhədə Köhnə Bavariyadan başqa Baden-Byurtemberq və Frankoniyanın əsas hissələri də daxil olur, amma sözügedən ərazilər Bavariya ilə çox böyük mədəni fərqlərə malikdir və orada ağ sosiskalar məşhur deyil. Bu termindən həmçinin Almaniyanın şimal və mərkəz hissələrini ayırmaq üçün də istifadə olunur.
Azərbaycan–Ekvatorial Qvineya münasibətləri
Azərbaycan–Ekvatorial Qvineya münasibətləri — Azərbaycan Respublikası ilə Ekvatorial Qvineya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin noyabr ayının 11-də qurulmuşdur.
Ekvatorial Qvineya
Ekvatorial Qvineya — Afrikada dövlət. Mərkəzi Afrikada yerləşən və Atlantik Okeanına çıxışı olan Afrikanın ən kiçik ölkələrindən biridir. Ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin materikde yeləşən hissəsi Mbini adlandırılır və bu hissəsi ilə şimaldan Kamerun, şərqdən və cənubdan Qabon ilə həmsərhəddir və qərb sərhədlərini Atlantik Okeanının suları yuyur. Ölkənin paytaxtı Malabo adaların ən böyüyü olan Biokoda yerləşir. Adına baxmayaraq, Ekvatorial Qvineyanın heç bir hissəsi ekvator xətti ilə kəsişmir. Bununla belə, onun ikinci böyük adası olan Annobon adası ekvatordan 155 km (96 mil) cənubda, ölkənin qalan hissəsi isə şimalda yerləşir. == Coğrafiya == Afrika qitəsinin ən kiçik ölkələrindən biri olaraq ölkə 28.051 km²-lik bir sahəyə malikdir. Bu sahədən 26.000 km²-i materikdə olduğu halda, geri qalan sahəsini adaları təşkil edir. Adalar içərisində də Bioko 2017 km² ilə ən böyük adasıdır.
Ekvatorial Qvineya Respublikası

Ekvatorial iqlim qurşağı
== Ekvatorial iqlim qurşağı == Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 — +28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən , xüsusi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur.
Ekvatorial keçidi (boğaz)
Ekvatorial keçidi — Maldiv adaları arasında yerləşən Suradiv və Addu atolları arasında yerləşir. Adı ekvator xətti üzərində yerləşməsi ilə əlaqədardır. Qədim fransız xəritələrində "Courant de Addoue" adlanır. Maldiv dilində isə Addu-Kandu adlandırılır. Eni 85 km, dərinliyi 2421 m təşkil edir. Boğaz ərazisində axınlar qışda qərbə, yayda isə şərqə istiqamətlənir. Axının sürəti 2 km/s təşkil edir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
Ekvatorial əkscərəyanı
Ekvatorial əks cərəyanı və ya Passatlararası cərəyan — güçlü əks küləklər Şimal Passat cərəyanı ilə Cənub Passat cərəyanı arasında müşahidə edilir. Bu cərəyana dünya okeanının (Sakit okean, Atlantik okean və Hind okeanın) bütün ekvatorial qurşağında rast gəlinir. Sakit, Atlantik və Hind okeanlarında bu cərəyanın mövcudluğu hələ XIX əsrdən məlumdur. Passatlar arasında yerləşməsi ilə əlaqədar Passatlar arası adını almışdır. Sakit okeanda əks cərəyan Kromvel cərəyanı, Atlantik okeanda isə Lomonoson cərəyanıdır. Bu cərəyanlar ensiz olubşərqdən qərbə yönəlirlər. Passat küləkləri zəiflədiyi zaman cərəyan okeanın səthinə qalxır və bunu müşahidə etmək mümkündür.
Rütubətli ekvatorial meşələr
Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır. Burada hava daim isti və yağışlıdır. Temperatur və fəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır.
Ekvador
Ekvador (isp. Ecuador) və ya rəsmi adı ilə Ekvador Respublikası (isp. República del Ecuador) — Cənubi Amerikada dövlət. Ekvador Cənubi Amerikanın şimal-qərbində yerləşir. Şimalda Kolumbiya, şərqdə və cənubda Peru ilə həmsərhəddir. Qərbdə isə Sakit okeana çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Kito, ümumi sahəsi 256,370 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ekvador həmçinin materikdən təxminən 1000 kilometr qərbdə yerləşən Sakit okeandakı Qalapaqos adalarını da əhatə edir. == Tarixi == Hazırkı Ekvadorun ərazisi ispanlar tərəfindən 1534-cü ildə zəbt edilmişdir. 1739-cu ildə bu ölkənin ərazisi Kolumbiyanın və Venesuelanın da daxil olduğu Yeni Qrenada Vitse-Krallığının tərkibinə daxil olur.
Ekvador Respublikası

Ekvador bayrağı
Ekvador bayrağı — Ekvadorun Dövlət bayrağı.Ekvadorun dövlət bayrağı 26 sentyabr 1860-cı ildə qəbul edilib. Sarı, göy və qırmızı rəngdə üç zolağı olan Böyük Kolumbiya "Kolumbiya üçrəngli" bayrağı bazasında yaradılıb.Kolumbiya bayrağından nisbətlərlə fərqlənir.(2:3-ün yerinə 1:2).1900-cu ildən rəsmi bayrağa Ekvadorun gerbini yerləşdirirlər.Veksilloloq traktına əsasən , sarı zolaq qızılı və başqa təbii resursları , göy — dəniz və səma, qırmızı — qanı simvollaşdırır.Bayrağın hazırkı versiyası sayca səkkizinci sayılır.
Kuenka (Ekvador)
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur. 1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır.
Azərbaycan-Ekvador münasibətləri
Azərbaycan–Ekvador münasibətləri — Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Ekvador Azərbaycanın dövlət müstəqilliyini 2 yanvar 1992-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulmuşdur. Həmin gün Nyu-Yorkda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında birgə kommünike imzalanmışdır. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Bəxtiyar Sadıqov işçi qrupunun rəhbəridir.
Azərbaycan–Ekvador münasibətləri

Ekvador–Peru müharibəsi
1941-ci il Peru-Ekvador müharibəsi — XX əsrdə Peru və Ekvador arasında mübahisəli ərazilər üstündə baş vermiş 3 müharibədən birincisi. == Müharibənin səbəbi == Amazon çayı hövzəsində yerləşən ərazilər XIX əsrdən başlayaraq Peru və o vaxt kı Böyük Kolumbiya Respublikası dövlətləri arasında mübahisəyə səbəb olmuşdu. 1940-cı ildə sərhədyanı döyüşlər aktivləşdi. Növbəti il Perunun prezidenti Manuel Prado-i-Uqerteçe ekvadorluların Perunun Sarumilya ərazisinə hücum etdiklərini irəli sürərək ordunun Şimal qrupunun döyüş vəziyyətinə gətirilməsini əmr etdi. == Müharibənin gedişi == 5 iyul 1941-ci ildə sərhədyanı döyüşlər açıq müharibəyə çevrildi. Hansı tərəfin ilk atəş açdığına dair mübahisələr indiyədək gedir. Peru ordusu sayca və hərbi texnikasına görə Ekvadoru qat-qat üstələyirdi, belə ki, münaqişənin ilk günlərində ərazidə Perunun 11 500-dən 13 minədək əsgəri, hərbi təyyarələri və yenicə Çexoslovakiyadan alınan tankları var idi. Ekvador tərəfdə isə yalnız 743 əsgər, 93 könüllü və 500 karabiner yerləşdirilmişdi. 5-7 iyul tarixində artilleriya ilə Sarumilyaya zərbələr endirilir. Peru tərəfdən isə aviasiya iştrak edir.
Kolumbiya-Ekvador müharibəsi
Bİrləşmiş Kolumbiya Ştatları (Kolumbiya və Panama) və Ekvador müharibəsi 1863-cü illin 6 - 30 dekabra davam etmişdir.İki ölkə İspaniya ağalığı dövründə Yeni Qranada vice krallığına aid idi.1819-1831-ci illərdə iki ölkə Böyük Kolumbiya dövlətinin tərkibində idi. == Tarixi == İki dövlət arasında dəfələrlə sərhədlə bağlı anlaşılmazlıqlar baş vermişdir.Ekvador prezidenti Qabriel Qarsia Morena ölkənin ərazi dil baxımından birləşdirilməsi xətdini tutur.Bu siyasətin bir qolu kimi millətçiliyin müclənməsinə fikir artırılır. Yerli liberallar isə kilsəni sosial və siyasi inşafa əsas maneə olmasını bildirirdilər.Kolumbiyalı liberal prezident Tomas Sipriona de Moskera Ekvador liberallarına yardım edəcəyini bildirir.1863-cü ildə Moskera Böyük Kolumbiyanın Ekvaorla birləşməsini istəyirdi.Bu məqsədlə Morenanı sərhədə çağırır.Morena isə görüşə gəlmir.Bundan sonra Mosker sərhədə 4000-lik qoşun yerləşdirir.Buna cavab Morenada 6000 qoşun Xuan Xose Floresin(1-ci prezident) başçılığı bölgəyə göndərilir.6 dekabrda Kuaspada iki ordu toqquşur.Döyüşdə Ekvador ordusu 1500 itki və 2000 əsir verir.Kolumbiya ordusu Ekvadora doğru irrələyərək İberra şəhərini tutur.Bundan sonra münaqişə tərəfləri atəşkəs elan etməsinə razı olur. 30 dekabrda imzalanmış sülh müqaviləsini imzalayırlar.Şərtlərinə əsasən müharibədən əvvəl ki,vəziyyət bərpa edilir. == Ehtimallar == Belə bir fərziyə var ki, Kuapsadakı ilk məğlubiyyətdən sonra Morena Danışıqsız təslim olmanı qəbul edir. Hakimiyyətin verdiyi rəsmi məlumata görə:Kolumbiyanın qalib olan vəziyyətdə bu müqaviləyə qol çəkməsinin səbəbi Morenanın yeni güclü ordunun yaradılması haqqındakı qərarı idi.
Peru-Ekvador müharibəsi
1941-ci il Peru-Ekvador müharibəsi — XX əsrdə Peru və Ekvador arasında mübahisəli ərazilər üstündə baş vermiş 3 müharibədən birincisi. Amazon çayı hövzəsində yerləşən ərazilər XIX əsrdən başlayaraq Peru və o vaxt kı Böyük Kolumbiya Respublikası dövlətləri arasında mübahisəyə səbəb olmuşdu. 1940-cı ildə sərhədyanı döyüşlər aktivləşdi. Növbəti il Perunun prezidenti Manuel Prado-i-Uqerteçe ekvadorluların Perunun Sarumilya ərazisinə hücum etdiklərini irəli sürərək ordunun Şimal qrupunun döyüş vəziyyətinə gətirilməsini əmr etdi. 5 iyul 1941-ci ildə sərhədyanı döyüşlər açıq müharibəyə çevrildi. Hansı tərəfin ilk atəş açdığına dair mübahisələr indiyədək gedir. Peru ordusu sayca və hərbi texnikasına görə Ekvadoru qat-qat üstələyirdi, belə ki, münaqişənin ilk günlərində ərazidə Perunun 11 500-dən 13 minədək əsgəri, hərbi təyyarələri və yenicə Çexoslovakiyadan alınan tankları var idi. Ekvador tərəfdə isə yalnız 743 əsgər, 93 könüllü və 500 karabiner yerləşdirilmişdi. 5-7 iyul tarixində artilleriya ilə Sarumilyaya zərbələr endirilir. Peru tərəfdən isə aviasiya iştrak edir.
Böyük Kolumbiya-Ekvador müharibəsi
Bİrləşmiş Kolumbiya Ştatları (Kolumbiya və Panama) və Ekvador müharibəsi 1863-cü illin 6 - 30 dekabra davam etmişdir.İki ölkə İspaniya ağalığı dövründə Yeni Qranada vice krallığına aid idi.1819-1831-ci illərdə iki ölkə Böyük Kolumbiya dövlətinin tərkibində idi. == Tarixi == İki dövlət arasında dəfələrlə sərhədlə bağlı anlaşılmazlıqlar baş vermişdir.Ekvador prezidenti Qabriel Qarsia Morena ölkənin ərazi dil baxımından birləşdirilməsi xətdini tutur.Bu siyasətin bir qolu kimi millətçiliyin müclənməsinə fikir artırılır. Yerli liberallar isə kilsəni sosial və siyasi inşafa əsas maneə olmasını bildirirdilər.Kolumbiyalı liberal prezident Tomas Sipriona de Moskera Ekvador liberallarına yardım edəcəyini bildirir.1863-cü ildə Moskera Böyük Kolumbiyanın Ekvaorla birləşməsini istəyirdi.Bu məqsədlə Morenanı sərhədə çağırır.Morena isə görüşə gəlmir.Bundan sonra Mosker sərhədə 4000-lik qoşun yerləşdirir.Buna cavab Morenada 6000 qoşun Xuan Xose Floresin(1-ci prezident) başçılığı bölgəyə göndərilir.6 dekabrda Kuaspada iki ordu toqquşur.Döyüşdə Ekvador ordusu 1500 itki və 2000 əsir verir.Kolumbiya ordusu Ekvadora doğru irrələyərək İberra şəhərini tutur.Bundan sonra münaqişə tərəfləri atəşkəs elan etməsinə razı olur. 30 dekabrda imzalanmış sülh müqaviləsini imzalayırlar.Şərtlərinə əsasən müharibədən əvvəl ki,vəziyyət bərpa edilir. == Ehtimallar == Belə bir fərziyə var ki, Kuapsadakı ilk məğlubiyyətdən sonra Morena Danışıqsız təslim olmanı qəbul edir. Hakimiyyətin verdiyi rəsmi məlumata görə:Kolumbiyanın qalib olan vəziyyətdə bu müqaviləyə qol çəkməsinin səbəbi Morenanın yeni güclü ordunun yaradılması haqqındakı qərarı idi.
Böyük Kolumbiya və Ekvador müharibəsi

Ekvador 2018 Qış Olimpiya Oyunlarında
Ekvador 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 1 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Ölkə müstəqillik qazandığı ildən bəri ilk qış olimpiyadasıdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Ekvador «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ Klaus Rodriges məxsusdur.
Ekvador FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Ekvador klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Ekvador qadın milli voleybol komandası
Ekvador qadın milli voleybol komandası — Ekvadorun ən güclü qadın voleybolçularının toplaşdığı komanda. Cənubi Amerikanın bu ölkəsində voleybola marağın az olması və milli komandalarının zəif çıxışı düz mütənasibdir. Belə ki, milli komanda seçmə mərhələsi belə olmayan Cənubi Amerika Çempionatına yalnız bir dəfə qatılmışdır. 1977-ci ildə tarixindəki ilk və son ən böyük turnirinə qatılan Ekvador millisinin Peruda keçirilən turnirdə nəticəsi də ürəkaçan olmamışdır. Onlar səkkiz komanadanın içində səkkizinci yəni, sonuncu yeri tutmuşlar. Ölkə milli komandasına özlərinin Federación Ecuatoriana de Voleibol adlandırdığı federasiya yəni, Ekvador Voleybol Federasiyası nəzarət edir. Hər halda federasiya gələcəkdə milli komandanın ən azından beynəlxalq turnirlərdə iştirakı üçün plan üzrə işləməlidir.
Novator
Novator (lat. novator — yeniləşdirən) 1) yenilikçi, yenilik gətirən, yenilik yaradan, yenilik tətbiq edən; 2) hər hansı bir fəaliyyət sahəsində yeni, qabaqcıl düşüncələri, prinsipləri, ideyaları, üsulları, yolları irəli sürən və həyata keçirən adam. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kənəfvari eupator
Kənafvari asırqalotu (lat. Eupatorium cannabinum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir. Toxumcaları 3 mm uzunluqda, dar uzunsov, 5 tinli, tünd rəngdədir; kəkili toxumcadan bir qədər uzundur. Yarpaqları çox qısa saplaq üzərində qarşı-qarşıya yerləşmiş, aşağı tərəfdə yerləşənlər bir qədər daha sıx və yumşaqtükcüklüdür; aşağı yarpaqları üç hissədən ibarətdir, seqmentləri neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, ucu sivri, kənarları isə mişarvari-dişlidir. Yuxarı yarpaqları sadə, neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, nadir halda gövdə üzərində bütün yarpaqlar bütöv olurlar.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Bioqrafiya == 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
II Evaqor
II Evaqor (q.yun. Εὐαγόρας; e.ə. IV əsr) — Salamin hökümdarı (təxminən e.ə. 360 — 351), hökümdar Nikoklun oğlu. Siyasətdə farsların xeyrinə tutduğu mövqeyinə görə salaminlilər onu qovdular və onun yerinə hakimiyyətə onun qardaşı oğlu Pnitaqoru gətirdilər. Əhəmənilərin yanına qaçmışdır və Saydanın satrapı təyin olunmuşdur, oradan da üsyankar yerli əhali tərəfindən qovulmuşdur. Gizlincə Salaminə qayıtmışdır və orda tutularaq ölüm cəzasına məhkum edilmişdi. == Ədəbiyyat == Евагор // Brokhauz və Efronun ensiklopedik lüğəti : в 86-cı t. (82-ci tom и 4-cü əlavə). — Sankt-Peterburq, 1890—1907.
VI Mitridat Evpator
VI Mitridat Evpator (həmçinin Yevpator; yun. Μιθραδάτης; e.ə. 134 və ya e.ə. 132, Sinop – e.ə. 63, Bosfor dövləti) — Pont çarı (e.ə. 120–63). Mitridat mənası "Mitra tərəfindən verilmiş" olan farsların "Mihrdat" adının yunanca yazılışıdır. Mitra qədim İran günəş tanrısının adıdır. Adın özü qədim İran Miθra-dāta- sözündəndir. VI Mitridat e.ə.
Ektor Rial
Xose Ektor Rial Lagiya (isp. José Héctor Rial Laguía; 14 oktyabr 1928 – 24 fevral 1991, Madrid) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır. Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.