Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlvida (mahnı)
Əlvida — Azərbaycan musiqiçisi Qara Dərvişin sözləri və musiqisi özünə aid olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Əlvida Cəfərov
Cəfərov Əlvida Məhərrəm oğlu (17 fevral 1947, Cəbrayıl rayonu) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Əlvida Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Akademik Milli Dram Teatrındakı rolları: Şöhrət və ya unudulan adam (N.Hikmət) — idmançı Kəllə (N.Hikmət) — gözətçi İnsan (Səməd Vurğun) — alman zabiti Knyaz (Hüseyn Cavid) — xəfiyyə Əmir Teymur (Hüseyn Cavid) — Nazimağa Əks səda (Nəbi Xəzri) — fəhlə Torpağa sancılan qılınc (Nəbi Xəzri) — Odoğlu Adamın adamı (Anar) — iştirakçı Əliqulu evlənir (Sabit Rəhman) — Kamal və qarmon çalan Atabəylər (N.Həsənzadə) — Aydoğdu Qətibə İnanc (Məmməd Səid Ordubadi) — saray əyanı Xurşidbanu Natəvan (İlyas Əfəndiyev) — Şahmar Mahnı dağlarda qaldı (İlyas Əfəndiyev) — gözətçi Bizim qəribə taleyimiz (İlyas Əfəndiyev) — Cümü Ölülər (Cəlil Məmmədquluzadə) — Hacı Kərim, Cəlal və şikayətçi Hərənin öz payı (X.Qoca) — müxalifətçi Sokratı anma gecəsi (Çingiz Aytmatov və Muxtar Şaxanov) — Bekan Kral Lir (Vilyam Şekspir) — zadəgan Xanuma (A.Saqareli) — polis Eşq və intiqam (Süleyman Sani Axundov) — Cəbi Dirilən adam (M.Cəlal) — İsmayıl Eloğlu (A.Şaiq) — Qəhrəman Müfəttiş (Nikolay Qoqol) — Osip == Filmoqrafiya == Bir anın həqiqəti (film, 2003) Sarıköynəklə Valehin nağılı (film, 1980) Son arzu (film, 2003) Təlatüm (film, 2006) Ürək yaman şeydir... (film, 1992) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Tək olanda qorxma...
Əlvida, Gülsarı (povest)
Əlvida, Gülsarı — 1966-cı ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi. İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü. Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orada o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi. Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi.
Əlvida, silah! (roman)
Əlvida, silah! və ya Silahlara əlvida — Ernest Heminqueyin romanı. Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub."Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.Əsər Üçüncü Reyxdə qadağan olunub.Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub. == Məzmun == Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər.
Əlvida (film, 2007)
== Məzmun == Film bir-birini sevən iki insanın həyatından, əsl insani hisslərdən bəhs edir == Film haqqında == Film müğənni Mətanət İsgəndərlinin aktrisa kimi kinoda ilk işidir. Film rejissor Elxan Cəfərovun bədii kinoda quruluşçu rejissor kimi ilk işidir. Film aktrisa Xuraman Hacıyevanın kinoda son işidir.
Ellada
Yunanıstan (yun. Ελλάδα, Ellada), rəsmi adı Ellin Respublikası (yun. Ελληνική Δημοκρατία) — Avropada dövlət. Ölkə cənub-şərqi Avropada yerləşir və dünyada ən qədim sivilizasiyalardan biridir. Yunanıstan şərqdən Şimali Makedoniya, Bolqarıstan, Türkiyə və Albaniya ilə həmsərhəddir. Onun sahilləri qərbdən İon dənizi ilə və şərqdə Egey dənizinin suları ilə yuyulur. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa Birliyi və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Qərbi Avropada 9-cu, dünyada 90-cı yer tutur. Yunanıstanın əlverişli coğrafi və hərbi-stratrji mövqeyi vardır.
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Elvina Kərimova
Elvina Kərimova (d. 25 mart 1994) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Elvina Kərimova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Elvira Cabbarova
Elvira Cabbarova (15 noyabr 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Elvira Cabbarova 1976-cı il noyabrın 15-də anadan olub. == Karyerası == Elvira Cabbarova Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 11.96 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vurdu.
Elvira Nabiullina
Elvira Saxipzadovna Nabiullina (29 oktyabr 1963, Ufa, Başqırdıstan MSSR, RSFSR, SSRİ ) — Rusiya dövlət və siyasi xadimi . 24 iyun 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədri. Rusiyanın əməkdar iqtisadçısı. Rusiya Federasiyasının birinci dərəcəli həqiqi dövlət müşaviri(2002). == İlk illəri == Tatar ailəsində anadan olub. Ata Saxipzadə Saitzadayeviç sürücü işləyirmiş, anası isə Züleyxa Xamətnurovna cihazqayırma istehsalatında aparatçı işləyib. Elvira Ufanın 31 saylı orta ümumtəhsil məktəbini tam əlaçı kimi bitirib, lakin qızıl medalsız qaldı . 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "iqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Sov.İKP üzvü. . 1990-cı ildə Moskva Dövlət Universitetinin (xalq təsərrüfatı və iqtisadi təlimlərin tarixi kafedrası) aspiranturasını bitirmişdir, namizədlik dissertasiyasını hazırlamışdir, lakin müdafiə etməmişdir .
Elpida Karamandi
Elpida Karamandi (mak. Елпида Ставре Караманди, rum. Elpida Stavre Karamandi) — arumınəsilli makedon partizan, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi iştirakçısı, Yuqoslaviyanın Xalq Qəhrəmanı. == Bioqrafiya == 1920-ci il yanvarın 1-də Florinada anadan olub. Kiçik yaşlarında anası ilə birlikdə Bitolaya köçür və orada orta məktəbi bitirir. Məktəbdə oxuyarkən siyasi fəaliyyətlə məşğul olur, ədəbi dərnəyin üzvü kimi fəaliyyət göstərir. O, təbliğat vərəqələri paylayır, tez-tez "Zbor" Yuqoslaviya Xalq Hərəkatı ilə münaqişəyə girir. O, Bitola gəncləri arasında ən məşhur siyasi fəallardan biri hesab olunurdu. 1938-ci ildə Karamandi Belqrada oxumağa gedir, sinif yoldaşları ilə birlikdə inqilabi hərəkata qoşulur. 1939-cu ildə Yuqoslaviya Kommunist Gəncləri İttifaqına qəbul olunub.
Elvira Dolinar
Elvira Dolinar (sloven. Elvira Dolinar) — Sloven yazıçısı, feminist və pedaqoq. O, daha çox Slovenka jurnalında qadın hüquqlarının müdafiəsi ilə bağlı məqalələri ilə tanınır, ilk sloveniyalı feminist sayılır. == Bioqrafiya == Elvira Dolinar 1870-ci ildə Krskoda Avstriya-Alman əsilli ailədə anadan olub. O, müəllim kimi təhsil alır, çünki o dövrdə pedaqogika Sloveniyada qadınların peşə əldə edə biləcəyi yeganə intellektual sahə idi. Lakin sonradan ailə quran Dolinar müəllimlik fəaliyyətini dayandırıb. Həyat yoldaşından dörd övladı var idi, qızı Danitsa adını ədəbi təxəllüsü kimi götürür. Dolinar müəllimlik təhsili alarkən qadın hüquqları problemləri ilə maraqlanır və bu onu müxtəlif Avstriya jurnallarında bu mövzuda məqalələr yazmağa ruhlandırır. Onun ən rezonanslı əsəri 1897-1902-ci illərdə çıxan və əsasən qadın müəllimlərin nəşr olunduğu “Slovenka” (“Sloven qadını”) jurnalının səhifələrində yer alır. Dolinar qadın hüquqları müdafiəçisi Slovenka üçün 40-dan çox məqalə yazıb.
Elvira Mürsəlova
Elvira Mürsəlova (25 oktyabr 1982; Xəzər, Rusiya SFSR) — 1998–2002-ci illərdə Rusiyanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Həyatı == Elvira Mürsəlova 1982-ci il oktyabrın 25-də Rusiyanın Xəzər şəhərində anadan olub. Milliyyətcə ləzgidir. 1994-cü ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Qurban Qurbanovdur. == Karyerası == Elvira Mürsəlova 1998-ci ilin iyulunda Mançester şəhərində (Birləşmiş Krallıq) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2002-ci ildə isə Elvira Mürsəlova Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Elvira Mürsəlovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığması yeni-yeni formalaşdırılırdı. Elvira Mürsəlova həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Elvira Mürsəlova Avropa Çempionatlarında debüt elədi.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Əlvida, Bafana (film, 2007)
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. == Məzmun == Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.
Əlvida, Cənub Şəhəri (2006)
== Məzmun == Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır.
Əlvida, Şmidt! (film, 2019)
Əlvida, Şmidt! — Rejissor Əli-Səttar Quliyev tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı tragikomediya janrlı filmi. == Haqqında == Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. == Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Rüstəm Babazadə Quruluşçu rejissor : Əli-Səttar Quliyev Quruluşçu operator : Nadir Mehdiyev Quruluşçu rəssam : Əziz Məmmədov Rejissor : Akif Rüstəmov Səs rejissoru : – Seymur Əliyev Səs operatoru: Sergey Netrunenko Rəssam: Arif Niftiyev Qrim rəssamı: İradə Gülbabayeva Montaj rejissoru: Elşad Rəhimov İkinci operator: Nurlan Ələkbərov Xətt prodüseri: Arif Səfərov Trailer rejissoru:Rüfət Kərimzadə Dizayner: Pərviz Babayev, Gözəl Əliyeva Geyim rəssamı: Aygün Maxmudova Rejissor köməkçisi: Xədicə Qarayeva Döyüş səhnələrinin qurluşu: Murad Abdullayev İnzibatçılar: Fəhri Kərimoğlu, Allahverdi Cahangirov, Orxan Həsənəlizadə Grafist: Ülvi Babayev Soundtrek: Roman Şulqa Fotoqraf: Səməd Ağayev Bədii rəhbər: Lalə Kazımova Redaktor: İlqar Fəhmi Maliyyə meneceri: Sevda Həsənova Co-prodüser: Cəfər Axundzadə İçraçı prodüser : Tərlan Babayev Prodüser : Əli-Səttar Quliyev === Rollarda === Azər Aydəmir – Emil Şmidt (aşpaz) Rasim Cəfər — Rasim (taksi şoferi) Mariam Kitia– Nana (fotoqraf) Əlixan Rəcəbov – Tərlan (müdir) Günel Məmmədova – Emil Şmidtin həyat yoldaşı (tərcüməçi) Qurban İsmayılov – Famil dayı Rasim Balayev – Polis mayoru Rafiq Əliyev – Həkim Yeganə Hüseynli — Emil Şmidtin xanımı Kamilla Quliyeva — Emil Şmidtin qızı == İstinadlar == == Xarici keçidlər == "Əlvida, Şmidt!" — Tam Film (2019) Əlvida, Şmidt! – 26 sentyabrdan kinoteatrlarda! (Treyler) Əlvida, Şmidt! filminin qala gecəsi.
Əlvida, cənub şəhəri (film, 2006)
== Məzmun == Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır.
Heç vaxt əlvida demə (film, 2006)
Heç vaxt əlvida demə (Hind: कभी अलविदा ना कहना; Rom: Kabhi Alvida Naa Kehna; Alm: Sag niemals leb wohl) Bollivudda yazdığı orijinal ssenariləri və son illərdəki rejissorluğunu etdiyi mühüm filmləri ilə gündəmə gələn Karan Joharın üçüncü filmidir. Qısaca KANK kimi də tanınır. Filmin aktyorları sırasında Shah Rukh Khan, Rani Mukerji, Preity Zinta, Amitabh Bachchan, Abhishek Bachchan və Kirron Kher kimi məşhur Bollivud aktyor və aktrisaları olduğuna görə bu 2006-cı il filminə “Bollivudun ulduz paradı” ləqəbi verilmişdir. Karan Coharın ilk iki filmində baş rolu oynayan Kacol, eyni ildə çəkilən Fanaa filmində iştirak etdiyi üçün bu filmdəki Maya rolundan imtina etməli olmuş, lakin Coharın müvəffəqiyyət ulduzu olaraq Rock'N Roll Soniye mahnısında qısa bir rəqs şousu edərək filmdə qonaq aktyor qismində iştirak etmişdir. Filmin çəkilişlərin əksəriyyəti Nyu Yorkda aparılmış, qapalı çəkilişlərin bir hissəsi isə Mumbaydakı studiyalarda həyata keçirilmişdir. Daha əvvəl Dil Chahta Hai, Kal Ho Naa Ho və Don kimi mühüm filmlərin musiqisini bəstələyən Şankar-Ehsaan-Loy triosunun bəstələdiyi mahnıların sözlərini Caved Axtar və Bilal Şahvani yazmışdır. Təxminən 15.000.000 dollarlıq büdcə ilə çəkilən film 2007-ci ildə İstanbul Film Festivalı da daxil olmaqla bir çox ölkədə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Lakin onun IMDb-də qazanmış olduğu 5.6 reytinqi digər Cohar filmlərinin xalları ilə müqayisədə diqqətəlayiqdir. == Aktyorlar və rolları == Amitabh Bachchan ... Samarjit Singh Talwar; "Sexy Sam" Shah Rukh Khan ...
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888, Bozieni kommunası[d], Bessarabiya quberniyası[d], Rusiya imperiyası – 1936) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Gheorghe
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Kountoura
Elena Kountoura (yun. Έλενα Κουντουρά; 2 noyabr 1962, Afina) — yunan siyasətçisi və dövlət xadimi, model. 2 iyul 2019-cu ildən bəri Avropa Parlamentinin hazırkı üzvü, indi Radikal Sol Koalisiya partiyasını təmsil edir. Məxsus olduğu partiya Avropa Birləşmiş Sol/Sol-Yaşıl Şimalın bir hissəsidir. Keçmişdə, 2015–2016-cı illərdə İqtisadiyyat, İnkişaf və Turizm Nazirliyində Turizm nazirinin müavini və 2016–2019-cu illərdə Turizm naziri olmuşdur. 2004–2007 və 2011–2019-cu illərdə Aleksis Tsiprasın birinci və ikinci kabinetlərində Yunanıstan Parlamentinin üzvü olmuşdur. == Bioqrafiyası == 2 noyabr 1962-ci ildə Afinada anadan olmuşdur. Atası Alexandros Kunduras yunan ordusunda zabit olmuşdur. "Qara polkovniklər" iqtidara gəldikdən sonra, 13 dekabr 1967-ci ildə Kral II Konstantinin uğursuz əks çevrilişinə qatılır və bundan sonra ordudan kənarlaşdırıldı. Kral tərəfdarı olan siyasi təşkilatın təşkilatçılarından və liderlərindən biri olmuşdur.
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Elena Levçenko
Elena Stepanova Levçenko (belar. Алена Сцяпанаўна Леўчанка; doğ. 30 aprel 1983, Qomel, BSSR, SSRİ) — Belarus Respublikasının peşəkar basketbolçusu, WNBA (Qadınların milli basketbol assosiyasıyası) oyunçusu. Mərkəz oyunçu mövqeyində oynayır. Çinin "Sıçuan Uels" klubunda oynamışdır. == Bioqrafiyası == 30 aprel 1983-cü ildə Belarusun Gomel şəhərində anadan olub. Gomelin SDYŞOR-9-da basketbol klubunda oynamağa başlamışdır. Elenanın ilk məşqçisi Viktor Orlov idi. Daha sonra Minsk Respublika Olimpiya Ehtiyatları Məktəbinə keçd etmişdir. İlk debütü 1999-cu ildə Avropa çempionatında olmuşdur.
Elena Paparizu
Helena Paparizou (yunanca: Ελενα Παπαριζου; 31 yanvar 1982, Buros) — məşhur yunan müğənnisidir. İsveçdə dünyaya gəlib və orada boya-başa çatıb. Antique qrupunun solisti olub. Helena məşhur yunan bəstəkarı — Toni Mavridislə ailə həyatı sürür. Helena ilk dəfə Yunanıstanı 2005 Avroviziya Mahnı Müsabiqəsində birinci edib. == Albomlar == 2004 Protereotita 2005 My Number One 2006 Iparhi Logos 2006 The Game of Love 2007 Iparhi Logos 2008 Vrisko To Logo Na Zo 2010 Giro Apo T' Oneiro 2011 Greatest Hits & More 2013 Ti Ora Tha Vgoume?
Elena Risteska
Yelena Risteska (Makedon dilində:Елена Ристеска 27 aprel 1986, Skopye) – müğənni. == Həyatı == Yelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir. === Avroviziya === 2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır. === Avroviziyadan sonra === Avroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Elena Çauşesku
Yelena Çauşesku (7 yanvar 1916, Petreşti[d], Rumıniya Krallığı[d] – 25 dekabr 1989, Tırqovişte[d]) — Rumıniya Sosialist Respublikasının komunist lideri Nikolae Çauşeskunun həyat yoldaşı və Rumıniya S. R.-in baş nazirinin müavini olmuşdur. == Haqqında == 1989-cu il Rumıniya İnqilabı ilə hakimiyyətdən devrilmiş olan Nikolae Çauşeskunun həyat yoldaşıdır. Əsil adı Elena Petrescu olmuşdur. 1916-cı ildə Ilfovda bir kənddə kotan işləri məşğul olan bir ailənin qızı olaraq dünyaya gəlmişdir. Nicolae Ceauşescu ilə Rumıniya Komunist Partiyasında tanış olmuşdur. Daha sonra, 1939-cu ildə onunla evlənmişdir. 1980-ci ildə, Nazirlər Kabinetində Baş nazirin köməkçisi vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə baş vermiş olan qanlı Rumıniya inqilabından dərhal sonra həyata keçirilmiş olan hərbi məhkəmə tərəfindən ölüm cəzası verilmiş və həyat yoldaşı ilə birgə güllələnərək öldürülmüşdür. == İstinadlar == == Mənbə == John Sweeney. The Life and Evil Times of Nicolae Ceauşescu.
Eleya məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon MelissusFəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Eneda Tarifa
Eneda Tarifa (alb. Eneda Tarifa; d. 30 mart 1982, Tirana, Albaniya) ) — Alban müğənnisi. 2016-cı ildə Stokholmda Eurovision 2016-ya "Fairytale" ("Nağıl") mahnısı ilə Albaniyanı təmsil etmişdir. Lakin finala vəsiqə qazana bilməmişdir. == Bioqrafiyası == Eneda Tarifa 30 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 1997-ci ildə ilk dəfə Albaniyada keçirilən "Festivali i Këngës" festivalında Saimir Çili ilə birlikdə "Yjet e shpresës" mahnısı ilə iştirak etmişdir. Lakin ilk üçlüyə düşə bilməmişdir. 2001-ci ildə Eneda başqa bir alban festivalı olan «Kënga Magjike» müsabiqəsində «Ika larg» mahnısını ilə yarışa qatılmışdır. 2004-cü ildə Albaniya ilk dəfə Avraviziyanın milli seçimləri və «Festivali i Këngës 42» festivalında işrirak etdi.
Rumıniyalı Elena
Rumıniyalı Elena, (həmçinin Rumıniya şahzadəsi adlandırılır, 15 noyabr 1950) Rumıniyanın keçmiş kralı I Mixay və həyat yoldaşı kraliça Annanın kiçik qızıdır, Kraliça Viktoriyanın kötücəsidir. İctimai həyat sürərək sosial fəaliyyət göstərir. == Bioqrafiya == 1950-ci il noyabrın 15-də Lozanna şəhərində anadan olub, kral ailəsinin ikinci qızı olmuş, bacısı Marqarita Rumıniya vəliəhd şahzadəsidir . Onun uşaqlığı Lozannada ailə evlərində və İngiltərədə Ayot St. Lawrenceʼdə Hartfordşirdə keçmişdir. Elena İbtidai məktəbini İsveçrədə aldı, sonra İngiltərədə təhsilini davam etdirdi. Məktəb illərində o, idmanla məşğul olurdu. 1970-ci illərin ortalarında Londonda bir müddət əlil uşaqların tədrisi ilə məşğul oldu, sonra restorasiya sənətində iki illik kursunu başa vurdu və Londonda yerləşən restorasiya firmasında işlədi. 1980-ci illərdə, ilk həyat yoldaşı ilə birlikdə, 45 Efiopiyalı əlil qaçqını müxtəlif sənətkarlıq sahəsində yetişdirmək üçün bir layihə başlatdılar. 1982-ci ildə Elena Sudanın Əl-Cəzirə vilayətində Beynəlxalq Məktəbi təsis etdi.
Əlvənd
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Elsəfa Əliyev
Elsəfa Səməd oğlu Əliyev (10 noyabr 1978; İkinci Mahmudlu, Füzuli, Azərbaycan SSR — 27 sentyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsəfa Əliyev 1978-ci il noyabrın 10-da Füzuli rayonunun II Mahmdulu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Elsəfa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsəfa Əliyev sentybarın 27 -də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun II Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəmməd Əlvəndi
Məhəmməd Əlvəndi (1872—1918) — aktyor. == Həyatı == O, 1872-ci ildə Göyçay qəzasının Əlvənd kəndində qulluqçu ailəsində doğulub. Ziyalılarla sıx ünsiyyətdə olan Məhəmməd bəy Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Mütaliəyə ciddi maraq göstərib. Gənc yaşlarından Bakıya gələn Məhəmməd bəy Əlvəndi müxtəlif hüquq işləri idarəsmdə çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş yayılması üçün Hüseyn Ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən "Nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib. Səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış Məhəmməd bəy Əlvəndi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Heydər bəy və Hacı Qara, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" məzhəkəsində Əşrəf bəy və Rüstəm, Səkinə Axundzadənin "Bəxtsiz bala" təbdilində Xəlil bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Mürtəzaqulu xan və Sadıq xan, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" vodevilində Hümbət bəy, Yusif Ziya Talıbzadənin "Ərmənusə" və "Xalid ibn Valid" pyeslərində Marks və Mixa, Nəriman Nərimanovun "Nadir şah" faciəsində Şah Təhmas rollarını oynayıb. Aktyor eyni zamanda tərcümə əsərlərindən Jan Batist Molyerin "Zorən təbib" (Təbib İlyas), Lanskoyun "Qəzavat" (Qriqoryev), Şəmsəddin Saminin "Dəmirçi Gavə", (Qəhtan), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Ərəb), Nikolay Qoqolun "Evlənmə" (Podkolosin), Henrix Heynenin "Əl Mənsur" (Həsən), Fridrix Şillerin "Qaçaqlar" (Herman), Mirzə Məhəmməd Axundzadənin iqtibas etdiyi "Səd ibn Vəqqas" ("Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda səhnəyə çıxıb.
Sultan Əlvənd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Əhvədi Marağayi
Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. == Həyatı == Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz.
Əlvənd (Zərdab)
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Əlvənd (şəhər)
Əlvənd- İranın Qəzvin ostanının şəhərlərindən və Əlburz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,333 nəfər və 18,004 ailədən ibarət idi.Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Əlvənd Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Əlvənd dağı
Əlvənd yaxud Əlvənd kuh (fars: الوند‎) İranda Zaqrosun zirvələrindən biri. Bu dağ sisliləsi Həmədan yaxınlığında yerləşir. Bu 3570 m zirvə əsasən intruziv süxurlardan (qranit, qranitoid və diorit) ibarətdir. Əlvənd və Dəmavənd İranda müqəddəs hesab edilirdilər. Qalağ-Lanəh, Daəm -Barf və Qızıl Arslan dağları Əlvənd dağının qərb tərəfində yerləşir. Sözün etimoloqiyası Əlvənd - Alvand - Alband - Alban - Alpan - Alp uca, müqəddəs, yüksək, hündür, yuxarı. Həmədan şəhərindən 10 km cənubda yerləşir.
Əlvəndi (Bostanabad)
Əlvəndi (fars. الوندي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (12 ailə).
Əlvəndi (Qəzvin)
Əlvəndi (fars. الوندی‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 70 nəfər yaşayır (16 ailə).