ƏLVİDA

nida [ ər. ] Sağlıqla qal, xudahafiz. Əlvida, ey sevimli şəhər.
– Əlvida! Əlvida! Daldığım uyğu; İnanmam ölümmü, röyamı yoxsa. S.Vurğun.
[Şəmsiyyə:] Gözləyəcəyəm, müəllim, hələlik əlvida! – deyib getdi. M.İbrahimov.

□ Əlvida etmək1) görüşüb ayrılmaq, vidalaşmaq. Dostlarla öpüşüb əlvida etdi.
– Axır, gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm. S.S.Axundov.
[Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. A.Divanbəyoğlu;

2) məc. tərk etmək, itirmək, həmişəlik ayrılmaq.
Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. C.Cabbarlı.
Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim.

// Ayrılmaq, getmək münasibəti ilə düzəldilən mərasim. Əlvida konserti.
// Ayrılıq, ayrılma. Əlvida gecəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLVİDA xudahafiz
  • ƏLVİDA ƏLVİDA (bir-birindən ayrılarkən söylənən sözlər: xudahafizləşmə) [Şah Abbas:] Əlvida, ey şanım, şövkətim, izzətim, hörmətim! (A
ƏLVERİŞSİZLİK
ƏLYAZISI
OBASTAN VİKİ
Əlvida (mahnı)
Əlvida — Azərbaycan musiqiçisi Qara Dərvişin sözləri və musiqisi özünə aid olan mahnısı. Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Əlvida Cəfərov
Cəfərov Əlvida Məhərrəm oğlu (17 fevral 1947, Cəbrayıl rayonu) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Əlvida Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Akademik Milli Dram Teatrındakı rolları: Şöhrət və ya unudulan adam (N.Hikmət) — idmançı Kəllə (N.Hikmət) — gözətçi İnsan (Səməd Vurğun) — alman zabiti Knyaz (Hüseyn Cavid) — xəfiyyə Əmir Teymur (Hüseyn Cavid) — Nazimağa Əks səda (Nəbi Xəzri) — fəhlə Torpağa sancılan qılınc (Nəbi Xəzri) — Odoğlu Adamın adamı (Anar) — iştirakçı Əliqulu evlənir (Sabit Rəhman) — Kamal və qarmon çalan Atabəylər (N.Həsənzadə) — Aydoğdu Qətibə İnanc (Məmməd Səid Ordubadi) — saray əyanı Xurşidbanu Natəvan (İlyas Əfəndiyev) — Şahmar Mahnı dağlarda qaldı (İlyas Əfəndiyev) — gözətçi Bizim qəribə taleyimiz (İlyas Əfəndiyev) — Cümü Ölülər (Cəlil Məmmədquluzadə) — Hacı Kərim, Cəlal və şikayətçi Hərənin öz payı (X.Qoca) — müxalifətçi Sokratı anma gecəsi (Çingiz Aytmatov və Muxtar Şaxanov) — Bekan Kral Lir (Vilyam Şekspir) — zadəgan Xanuma (A.Saqareli) — polis Eşq və intiqam (Süleyman Sani Axundov) — Cəbi Dirilən adam (M.Cəlal) — İsmayıl Eloğlu (A.Şaiq) — Qəhrəman Müfəttiş (Nikolay Qoqol) — Osip Bir anın həqiqəti (film, 2003) Sarıköynəklə Valehin nağılı (film, 1980) Son arzu (film, 2003) Təlatüm (film, 2006) Ürək yaman şeydir... (film, 1992) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Tək olanda qorxma...
Əlvida, Bafana
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.
Əlvida London
Əlvida London (Rom: Namastey London) 2007-ci ildə Vipul Amrutlal Şahın rejissorluğu və prodüserliyi ilə çəkilmiş olan Hindistan romantik filmidir. Baş rolları Rişi Kapur, Akşay Kumar, Katrina Kaif, Nina Vadia, Cavid Şeyx, Upen Patel və Kliv Standen canlandırmışdırlar. Film əslində Kumarın dostunun real həyat hekayəsinə əsaslanır. Riteiş Deşmux filmdə kamo rolunda görünmüşdür. "Əlvida London" 23 mart 2007-ci ildə buraxılmış olan film rejissorun işi, filmin ssenarisi və saundtreki baxımından müsbət rəylər əldə etmişdir. Xüsusən də Akşay Kumarın ifa etdiyi rol çox bəyənilmişdir. Himeş Reşmaniyanın bəstələmiş olduğu musiqi albomu da olduqca çox bəyənilmiş və bu albomdakı mahnılar Çartbuster hitlərinə çevrilərək musiqi siyahılarında ən yüksək zirvələrdə yer almışdır. Film, həm də dünya üzrə 71,40 milyon kror (₹) gəlir əldə edərək, 2007-ci ilin doqquzuncu ən çox gəlir gətirən hind filmi olmuşdur. Filmin müvəffəqiyyət qazanması, 2007-ci ilin yanvar ayında nümayiş etdirilən "Salam məhəbbət" filminin buraxılışından sonrakı uzunmüddətli kassa müvəffəqiyyətsizliklərinə də son qoymuşdur. 53-cü Filmfare Mükafatlarında Əlvida London filmi 1 nominasiya üzrə - Ən Yaxşı Aktyor (Akşay Kumar) nominasiyası üzrə mükafat almışdır.
Əlvida, Gülsarı
Əlvida, Gülsarı — 1966-cı ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi. İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü. Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orada o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi. Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi.
Əlvida, silah!
Əlvida, silah! — Ernest Heminqueyin romanı. Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır. Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb. Əsər Üçüncü Reyxdə qadağan olunub. Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb.
Əlvida, Gülsarı (povest)
Əlvida, Gülsarı — 1966-cı ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi. İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü. Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orada o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi. Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi.
Əlvida, silah! (roman)
Əlvida, silah! və ya Silahlara əlvida — Ernest Heminqueyin romanı. Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır. Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb. Əsər Üçüncü Reyxdə qadağan olunub. Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb.
Əlvida (film, 2007)
Film bir-birini sevən iki insanın həyatından, əsl insani hisslərdən bəhs edir Film müğənni Mətanət İsgəndərlinin aktrisa kimi kinoda ilk işidir. Film rejissor Elxan Cəfərovun bədii kinoda quruluşçu rejissor kimi ilk işidir. Film aktrisa Xuraman Hacıyevanın kinoda son işidir.
Əlvida, Bafana (film, 2007)
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.
Əlvida, Cənub Şəhəri (2006)
Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır.
Əlvida, Şmidt! (film, 2019)
Əlvida, Şmidt! — Rejissor Əli-Səttar Quliyev tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı tragikomediya janrlı filmi. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Ssenari müəllifi : Rüstəm Babazadə Quruluşçu rejissor : Əli-Səttar Quliyev Quruluşçu operator : Nadir Mehdiyev Quruluşçu rəssam : Əziz Məmmədov Rejissor : Akif Rüstəmov Səs rejissoru : – Seymur Əliyev Səs operatoru: Sergey Netrunenko Rəssam: Arif Niftiyev Qrim rəssamı: İradə Gülbabayeva Montaj rejissoru: Elşad Rəhimov İkinci operator: Nurlan Ələkbərov Xətt prodüseri: Arif Səfərov Trailer rejissoru:Rüfət Kərimzadə Dizayner: Pərviz Babayev, Gözəl Əliyeva Geyim rəssamı: Aygün Maxmudova Rejissor köməkçisi: Xədicə Qarayeva Döyüş səhnələrinin qurluşu: Murad Abdullayev İnzibatçılar: Fəhri Kərimoğlu, Allahverdi Cahangirov, Orxan Həsənəlizadə Grafist: Ülvi Babayev Soundtrek: Roman Şulqa Fotoqraf: Səməd Ağayev Bədii rəhbər: Lalə Kazımova Redaktor: İlqar Fəhmi Maliyyə meneceri: Sevda Həsənova Co-prodüser: Cəfər Axundzadə İçraçı prodüser : Tərlan Babayev Prodüser : Əli-Səttar Quliyev Azər Aydəmir – Emil Şmidt (aşpaz) Rasim Cəfər — Rasim (taksi şoferi) Mariam Kitia– Nana (fotoqraf) Əlixan Rəcəbov – Tərlan (müdir) Günel Məmmədova – Emil Şmidtin həyat yoldaşı (tərcüməçi) Qurban İsmayılov – Famil dayı Rasim Balayev – Polis mayoru Rafiq Əliyev – Həkim Yeganə Hüseynli — Emil Şmidtin xanımı Kamilla Quliyeva — Emil Şmidtin qızı "Əlvida, Şmidt!" — Tam Film (2019) Əlvida, Şmidt! – 26 sentyabrdan kinoteatrlarda! (Treyler) Əlvida, Şmidt! filminin qala gecəsi.
Əlvida London (film, 2007)
Əlvida London (Rom: Namastey London) 2007-ci ildə Vipul Amrutlal Şahın rejissorluğu və prodüserliyi ilə çəkilmiş olan Hindistan romantik filmidir. Baş rolları Rişi Kapur, Akşay Kumar, Katrina Kaif, Nina Vadia, Cavid Şeyx, Upen Patel və Kliv Standen canlandırmışdırlar. Film əslində Kumarın dostunun real həyat hekayəsinə əsaslanır. Riteiş Deşmux filmdə kamo rolunda görünmüşdür. "Əlvida London" 23 mart 2007-ci ildə buraxılmış olan film rejissorun işi, filmin ssenarisi və saundtreki baxımından müsbət rəylər əldə etmişdir. Xüsusən də Akşay Kumarın ifa etdiyi rol çox bəyənilmişdir. Himeş Reşmaniyanın bəstələmiş olduğu musiqi albomu da olduqca çox bəyənilmiş və bu albomdakı mahnılar Çartbuster hitlərinə çevrilərək musiqi siyahılarında ən yüksək zirvələrdə yer almışdır. Film, həm də dünya üzrə 71,40 milyon kror (₹) gəlir əldə edərək, 2007-ci ilin doqquzuncu ən çox gəlir gətirən hind filmi olmuşdur. Filmin müvəffəqiyyət qazanması, 2007-ci ilin yanvar ayında nümayiş etdirilən "Salam məhəbbət" filminin buraxılışından sonrakı uzunmüddətli kassa müvəffəqiyyətsizliklərinə də son qoymuşdur. 53-cü Filmfare Mükafatlarında Əlvida London filmi 1 nominasiya üzrə - Ən Yaxşı Aktyor (Akşay Kumar) nominasiyası üzrə mükafat almışdır.
Əlvida, cənub şəhəri (film, 2006)
Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır.
Heç vaxt əlvida demə (film, 2006)
Heç vaxt əlvida demə (Hind: कभी अलविदा ना कहना; Rom: Kabhi Alvida Naa Kehna; Alm: Sag niemals leb wohl) Bollivudda yazdığı orijinal ssenariləri və son illərdəki rejissorluğunu etdiyi mühüm filmləri ilə gündəmə gələn Karan Joharın üçüncü filmidir. Qısaca KANK kimi də tanınır. Filmin aktyorları sırasında Shah Rukh Khan, Rani Mukerji, Preity Zinta, Amitabh Bachchan, Abhishek Bachchan və Kirron Kher kimi məşhur Bollivud aktyor və aktrisaları olduğuna görə bu 2006-cı il filminə “Bollivudun ulduz paradı” ləqəbi verilmişdir. Karan Coharın ilk iki filmində baş rolu oynayan Kacol, eyni ildə çəkilən Fanaa filmində iştirak etdiyi üçün bu filmdəki Maya rolundan imtina etməli olmuş, lakin Coharın müvəffəqiyyət ulduzu olaraq Rock'N Roll Soniye mahnısında qısa bir rəqs şousu edərək filmdə qonaq aktyor qismində iştirak etmişdir. Filmin çəkilişlərin əksəriyyəti Nyu Yorkda aparılmış, qapalı çəkilişlərin bir hissəsi isə Mumbaydakı studiyalarda həyata keçirilmişdir. Daha əvvəl Dil Chahta Hai, Kal Ho Naa Ho və Don kimi mühüm filmlərin musiqisini bəstələyən Şankar-Ehsaan-Loy triosunun bəstələdiyi mahnıların sözlərini Caved Axtar və Bilal Şahvani yazmışdır. Təxminən 15.000.000 dollarlıq büdcə ilə çəkilən film 2007-ci ildə İstanbul Film Festivalı da daxil olmaqla bir çox ölkədə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Lakin onun IMDb-də qazanmış olduğu 5.6 reytinqi digər Cohar filmlərinin xalları ilə müqayisədə diqqətəlayiqdir. == Aktyorlar və rolları == Amitabh Bachchan ... Samarjit Singh Talwar; "Sexy Sam" Shah Rukh Khan ...

Digər lüğətlərdə