Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Emboliya
Emboliya (q.yun. ἐμβολή-atılma — qan dövranı pozğunluqlarının ən təhlükəli formalarından biri olmaqla, eyni zamanda damar cərrahiyyəsinin ən asan və ən sürətli müalicə olunan xəstəliklər qrupuna daxildir. == Ümumi məlumat == Embol adətən, trombun qopmuş hissəsi və qan damarı ilə hərəkət edən bir kütlə kimi başa düşülür və qan və limfa damarı keçidinin müxtəlif maddələrlə tutulmasına deyilir. Əslində bu maddələr ekzogen xarakterli olmaqla normada orqanizmin mayelərində (şirələrində) embol formasında olmur, dövr edən maye sistemində ya sonradan əmələ gəlir (məs, tromb) ya da xaricdən düşür (məs, hava). Embollar ən çox sıxlıqla aşağı ətraf (% 45–60), daha sonra isə yuxarı ətraf damarlarında (% 9–13) müşahidə olunur. Tromboz ve emboliya ilə əlaqədar meydana çıxan ilkin patoloji dəyişikliklər mənfəzi tutulmuş arterial damarın qanla təchizedici sahəyə uyğun qan dövranının pozulması, toxumalarda hipoksiya ilə əlaqədar oksidləşməmih maddələrin artması ve metabolik asidozun meydana çıxması ilə xarakterizə olunur. Belə vəziyyətdə qan elementlərinin xüsusilə trombositlərin ad-hezivliyinin artmasından törənmiş aqreqatlar kapillyar mənfəzini tutaraq mikrosirkulyator pozğunluqlar törətməklə, toxuma hipoksiyasını artırır. Hipoksiyanın nəticəsi olaraq toxumalarda toxuma membranına toksiki təsir göstərən aktiv polipeptidlərin (histamin, serotonin, kininlər, prostoqlandinlər) miqdarı artır. Tədricən toksiki prosesler toxuma membranının keçiriciliyini artırır, kapillyar damarlarda staz, toxumalararası sahədə isə ödem baş verir. Prosesin davam etməsi toxumaların nekrozlaşması ilə nəticələnir.
Hava emboliyası
Hava emboliyası — qaraciyər venalarının və ya aşağı boş venanın zədələnməsi nəticəsində baş verən nadir (<1%), lakin təhlükəli ağırlaşmadır. Damarı zədələməmək, ağciyər ventilyasiyasını aşağı təzyiqlərdə aparmaq profilaktik tədbirlərdir. Emboliya baş verdikdə isə, xəstənin baş tərəfini aşağı salmaq, kardio-pulmonar intensiv terapiya məsləhət görülür.
Emosiya
Emosiya — insanın üzvü tələbatının təmin olunub- olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır. Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. Emosiya 2 cür olur:mənfi emosiyalar və müsbət emosiyalar. == Emosiya anlayışı == V. Ceyms emosiyanı hiss etməyə "cəhd" kimi müəyyənləşdirir. P. K. Anoxinə görə isə "emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S. Z. Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir. Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır. Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.
Etoliya
Etoliya (q.yun. Αἰτωλία) — tarixi Orta Yunanıstanın qərb hissəsində vilayət. Şimalda Epirlə, qərbdə Axeloy çayı boyunca Akarnaniya ilə, şərqdə Enida və Lokrida ilə həmsərhəd idi. Əsasən dağlıq vilayət olan Etoliyanın cənub hissəsini Korinf körfəzinin sahilləri təşkil edir. Ən böyük şəhərləri Ferm, Kalidon, Plevrondur. Etoliya uzun müddət öz inkişafında Yunanıstanın digər vilayətlərindən geri qalmış, lakin ellinizm Etoliya ittifaqının mövcudluğu sayəsində etoliyalılar Yunanıstanın siyasi həyatında çox mühüm rol oynamağa başladılar. E.ə. 189-cu ildə Etoliya Roma tərəfindən fəth edilmişdir.
Mirobalanus embilica
Cicca emblica
Dərman fillantusu (lat. Phyllanthus emblica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicca emblica (L.) Kurz Diasperus emblica (L.) Kuntze Emblica officinalis Gaertn.
Emblica officinalis

Emiliya-Romanya
Emiliya-Romanya — İtaliyanın 1948-ci ildə qəbul olunmuş konstitusiyasına əsasən İtaliyada regional muxtariyyət verilmiş 20 regiondan biri. Bu region Avropanın ən zəngin və inkişaf etmiş bölgələrindən biridir. Regionun paytaxtı Bolonya şəhəridir. Emiliya-Romanya dünyanın başlıca mədəni və turistik mərkəzlərindən biridir. Çox sayda intibah dövründə inkişaf edən (Modena, Parma,Ravenna Ferrara kimi) şəhərlərə malikdir. Region Ferrari, Lamborghini, Maserati, Ducati kimi əhəmiyyətli ovtomobil sənaye şirkətinin mərkəzidir. Bölgənin (Cattolica, Rimini kimi) sahil şəhərləri çox rəngli və əyləncə dolu yazlıq daxili və xarici turizm mərkəzləridir. İlk Dəfə 403-cu ildə Emiliya-Romanyanın Ravenna şəhərinin əsasını İmperator Honorius Qoymuşdur Çünki Roma mühasirəyə alınmışdır Ondan sonra Emiliya-Romanya Şəhəri İnkişaf Etmişdi == Əhalisi == 4.405.486 milyon nəfərdir. == Sahəsi == 22.446 km²-dir.
Emiliya Abbasova
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Emiliya Nilsson
Emiliya Qarip Nilsson (d. 21 aprel 2003) — İsveçli suya tullanan. Emiliya Nilsson İsveçi 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Emiliya Nilsson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 231.50 xal toplayaraq 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Phyllanthys emblica
Emiliya Klark
Emiliya Klark (ing. Emilia Isobel Euphemia Rose Clarke (1986, London, İngiltərə) — Britaniyalı televiziya və kino aktrisası. O, daha çox "Game of Thrones" filmindəki Daenerys Targaryen obrazı ilə tanınır. O, "Empire Mükafatı", "Saturn Mükafatı", üç "Tənqidçinin Seçimi Mükafatı" nominasiyası və dörd "Primetime Emmi Mükafatı"" nominasiyası daxil olmaqla müxtəlif mükafatlar alıb. 2019-cu ildə Time jurnalı onu dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. == Erkən həyatı == Emiliya Klark, İngiltərənin London şəhrəində doğulub və Oxfordshire-da büyüyüb. Atası teatrda səs mühəndisi, anası iş adamıdır. Qardaşı isə universitetdə siyasət üzrə təhsil alır. Klarkın oyunculuğa marağı, hələ üç yaşındaykən atasının işlədiyi teatrda Show Boat-ı izlədikdən sonra başladı. İlk olaraq Oxford St.
Emiliya Yaqubova
Emiliya Yaqubova (27 may 1986, Bakı) — Pop ifaçısı, Səs Azərbaycan 2015/2016 sezonun qalibi, "Alex Fokin’s DJazz Radioband"ində solist (2017–2019), Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti (2016-cı ildən). == Həyatı == Emiliya Yaqubova 1986-i il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsini bitirmişdir. Daha sonra 2011-ci ildə Avroviziya Milli Seçim turlarında iştirak etmiş və həmin ildə "Rast" qrupunun rəhbəri xalq artisti Rəşad Həşimovun qrupuna dəvət olunmuşdur. Dörd il "Rast" qrupu nəznində "Həzz Band" qrupunun solisti kimi fəaliyyət göstərmişdir. 2016-cı ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) tərəfindən təşkil edilən və Azərbaycanda ilk dəfə keçirilən Səs Azərbaycan ("The Voice") müsabiqəsinin qalibi olmuşdur. 2016-cı ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti vəzifəsində çalışmışdır. 2014-cü ildə İsveçrədə baş tutan məşhur "Montreux Jazz Festival"ında, "Rast" qrupunun solisti kimi çıxış etmişdir. Solo karyerasına başladıqdan sonra, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı, London şəhərində keçirilən "The Central Asian Spring Festival" Azərbaycanı təmsil etmişdir. 2017–2019-cu illər ərzində Ukraynanın tanınmış "Alex Fokin’s DJazz Radioband"ində solist qismində çıxış etmişdir.
Diasperus emblica
Dərman fillantusu (lat. Phyllanthus emblica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicca emblica (L.) Kurz Diasperus emblica (L.) Kuntze Emblica officinalis Gaertn.
Emblica arborea

Phyllanthus emblica
Dərman fillantusu (lat. Phyllanthus emblica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü. Cicca emblica (L.) Kurz Diasperus emblica (L.) Kuntze Emblica officinalis Gaertn.
Olen (Etoliya)
Olen (q.yun. Ὤλενος, lat. Olenus ) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər. Homer bunu "İliada"da gəmilər kataloqunda qeyd edir. Strabon xəbər verir ki, şəhər eollular tərəfindən dağıdılmışdır. Polibi öz əsərində bu şəhəri Eley adlandırır. Latın yazıçısı Stasi "Fivaida" kitabında Kalidon padşahı Tideyi "Olenli Tidey" adlandırır.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Recco nel Emiliya
Reggio nell'Emilia — (bəzən Reggio Emilio və ya yalnız Reggio, Reggio ləhcəsi: rez o Res, Latınca: Regium Lepidi və Regium) şimal İtaliyanın Emilia-Romagna regionunun və eyni adlı Reggio Emilio vilayətinin mərkəzidir. Reggio nell'Emilio bələdiyəsi sərhədləri içində (231.10.2010 etibarilə) əhali 169.554 adamdır. Şəhərin ortasında olan köhnə məhəllə altıbucaqlı şəkilli çevrilidir, bu regiondakı binalar 16.-17. əsrlərdə inşaedilmişdir.
Rekko nel Emiliya