Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cucumis sativus var. ennemis
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Ennedi (region)
Ennedi — Çadın inzibati bölgüsünə daxil olan keçmiş region. 2008-ci ildə, keçmiş Borku-Ennedi-Tibesti regionuna daxil olan Ennedi-İst və Ennedi-Ust departamentlərinin birləşdirilməsi ilə yaradılmışdı. Regionun paytaxtı Fada idi. Ennedi regionu 2012-ci ildə iki yeni regiona: Şərqi Ennedi və Qərbi Ennediyə ayrılmışdır. 2009-cu il siyahıyaalınmasına görə regionun əhalisinin sayı 45,20 faizini qadınlar təşkil etməklə 173 606 nəfər təşkil etmişdir. == Coğrafiya == Ölkədəki yeganə əhəmiyyətli çaylar Çad gölünə axan Şari və Loqondur. Regiona illik 250–500 millimetr (9.8–19.7 düym) yağıntı düşür və Savanna meşə zolağına malikdir. Ərazidə geniş çəmənlik var və əsasən otlaqlarla örtülmüşdür. 1970-1980-ci illərin quraqlığı regiona güclü təsir etdi və mal-qara sürülərinin sayı azaldı. Regionun ən şimal bölgəsində seyrək rütubətli iqlim və səhra bitkiləri mövcuddur.
Ennedi platosu
Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur. Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var.
Annesi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
Sennehi
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Tennesi
Tennessi - ABŞ-də ştat. Mərkəzi Neşvill şəhəridir.
Enqomi
Enqomi (Enkomi, yun. Έγκωμι) və ya Tuzla (türk. Tuzla) Kipr adasında, Şimali Kipr Türk Cümhuriyyətinin şərqində kənd. Son Tunc və Erkən Dəmir dövrlərinin böyük şəhəri olmuş, het, Misir və mixi yazı mənbələrində dəfələrlə xatırlanmış Alaşiya kimi tanınan arxeoloji sahə Enqomi ərazisində aşkar edilmişdir. == Tarixi == E.ə. III minillikdə salınmışdır, çiçəklənmə dövrü e.ə. 1600–1050 illərə təsadüf edir. Yunanıstandan axayların axını şəhərin sürətli inkişafına (e.ə. XV əsrdə Alaşiya adı bütün adaya yayılmışdı) və Enqomidə Mikena mədəniyyətinin əlamətlərinin üstünlüyünə səbəb olmuşdur. Qazıntılar (XX əsrin əvvəllərindən) nəticəsində siklop hörgülü müdafiə divarlarının, çar sarayının (e.ə.
Edvard Kennedi
Edvard Kennedi — ABŞ-nin sui-qəsd nəticəsində qətlə yetirilən 35-ci prezidenti Con Kennedinin sağ qalan iki qardaşından biri. O, səkkiz dəfə Senata seçilib və ABŞ Demokratik partiyasının ən nüfuzlu üzvlərindən biri olub. Edvard Kennedi ilk dəfə Senata 1962-ci ildə seçilib. 1962–2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-nin Massaçuses ştatının senatoru olub. O, Amerikanın və bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb. 2009-cu il avqustun 12-də isə Barak Obama Con Kennediyə ABŞ-nin ən yüksək mülki mükafatını – "Prezident azadlıq medalı"nı təqdim edib. == Vəfatı == Onun 2003-cü ildən beynindəki şişdən əziyyət çəkdiyi məlum idi. Şişin diaqnostikası və cərrahiyyə əməliyyatı ilə kəsilməsi ancaq 2008-ci ildə həyata keçirilib. Edvard Kennedi 2009-cu ilin yanvarında prezident Barak Obamanın andiçmə mərasimi zamanı huşunu itirib. 2009-cu ilin avqustunda 77 yaşında vəfat edib.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Etel Kennedi
Etel Skeykl Kennedi (tam adı: ing. Ethel Skakel Kennedy; 11 aprel 1928, Çikaqo, İllinoys – 10 oktyabr 2024, Boston) — Amerikalı insan hüquqları müvəkkili. ABŞ senatoru Robert Kennedinin həyat yoldaşı, Corc Skeykl və Enn Brennekin altıncı övladıdır. 1950-ci ildə Robert F. Kennedi ilə ailə həyatı qurub. Cütlüyün on bir övladı var. Həyat yoldaşı 1968-ci il iyunun 5-də sui-qəsdə məruz qalıb həyatını itirdikdən qısa müddət sonra Etel, Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini yaratmışdır. Xeyriyyəçiliklə məşğul olan bu qeyri-kommersiya təşkilatının yaradılmasında məqsəd Robert F. Kennedinin ədalətli və sülhsevər dünya arzusunu reallaşdırmaqdır. 2014-cü ildə Etel Kennedi prezident Barak Obama tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Massaçusetsdə yaşayırdı. 2024-cü ildə vəfat edib.
Jaklin Kennedi
Jaklin Kennedi Onassis (Buvye) (ing. Jacqueline Kennedy Onassis (Bouvier); 28 iyul 1929[…] – 19 may 1994[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşıdır. Atası fransız və ingilis, anası isə irland əsilli olub. Həyat yoldaşı Con Kennedinin güllələnməsi zamanı ona köməklik etmək üçün əlindən gələni etmişdir. Ömrünün son illərində Limfoma (düyünlərin zədələnməsi) xəstəliyindən vəfat etmişdir. 1994-cü ildə yuxuda olarkən vəfat etmişdir. Kiçik oğlu Kennedi-Onassis söyləmişdir: Jaklin Buvye 28 iyul 1929-cu ildə Nyu-York Sautqempton şəhərinin ətrafında, III Con Buvye və Canet Norton Li ailəsində anadan olmuşdur. 1951-ci ildə Corc Vaşinqton Universitetindən Fransız Ədəbiyyatı bakalavr dərəcəsini almışdır və The Washington Times-Herald qəzetində fotoqraf olaraq işə başlamışdır. 1952-ci ildə Buvye o zaman konqresmen olan Con Kennedi ilə Vaşinqtonda şam yeməyində görüşmüşdür. Kennedi həmin il senata seçilmiş və cütlük 12 sentyabr 1953-cü ildə Rod-Aylend ştatının Nyuport şəhərində evləndilər.
Karolina Kennedi
Karolina Buvye Kennedi (ing. Caroline Bouvier Kennedy, doğ. 27 noyabr 1957) — amerikalı yazıçı, vəkil və diplomat. 2013-cü ildən ABŞ-nin Yaponiyadakı Fövqaladə və Səalhiyyətli Səfiri. Con və Jaklin Kennedinin qızı. == Bioqrafiya == Karolina Kennedi 1957-ci ildə Nyu-Yorkda anadan olub. Karolinanın adı xalası Karolina Li Buvyenin şərəfinə qoyulub. ABŞ prezidentinin qızı olaraq 1961-ci ilin fevralından ailəsi ilə birgə Ağ Evdə yaşayırdı. Karolinanın altı yaşı olmasına beş gün qalmış, 22 noyabr 1963-cü ildə atası Con Kennedi Dallas şəhərində qətlə yetirilib. Faciəli hadisələrdən sonra onun ailəsi Manhettendəki Yuxarı İst-Sayt məhəlləsinə köçüb.
Kennedi abidəsi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. == Adı == İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" == Yeri == Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Kennedi ailəsi
Kennedi ailəsi — bir çox nümayəndəsi məşhur siyasətçi olan və ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan İrlandiyalı mənşəli məşhur Amerikan sülaləsi. Kennedilər Katolik, Demokratikdir və Massaçusets ştatındandılar. Ailənin patriarxı Patrik Cozef Kennedi və ən məşhur nümayəndələri nəvələri, 35-ci ABŞ prezidenti Con Fitzcerald Kennedi, 64-cü ABŞ Baş prokuroru Robert Frensis Kennedi və senator Edvard Mur Kennedidir. Kennedi ailəsi nəsillər boyu Con və Robert sui-qəsdləri və dörd təyyarə qəzası da daxil olmaqla faciəvi qəzalar yaşadı. Jurnalistlər bu hadisələr zəncirini "Kennedi lənəti" adlandırdılar . Ailənin qalan üzvləri çox yaşayan (orta yaş — 90 yaş) olublar. == Ailə ağacı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kennedi ailəsi ilə əlaqəli mediafayllar var.
Kennedi boğazı
Kennedi boğazı ing. Kennedi Channel - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nersa boğazının davamında yerləşir. Keyna körfəzini Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 130 km, eni isə 24–32 km arası dəyişir. Dərinliyi 180–340 m təşkil edir. Boğaz 1854-cü ildə şimal qütbünə təşkil edilən ekspedisiya rəhbəri İlaysem Keyro tərəfindən kəşf edilir. Adına gəldikdə isə bir neçə variant vardır. Bəziləri Kennedi adı Keynanın dostu Vilyam Kennedinin şərəfinə adlandırıldığı bildirilir. Oda qütb tətqiqatçısıdır.
Kerri Kennedi
Meri Kerri Kennedi (8 sentyabr 1959, Vaşinqton) — Amerikalı insan hüquqları müdafiəçisi və yazıçı. Robert F. Kennedi və Ethel Skakelin yeddinci uşağı və üçüncü qızıdır. O, insan hüquqları müdafiə edən — Robert F. Kennedi Insan Hüquqları təşkilatının prezidentidir. == Həyatı == Mary Kerri Kennedi 1959-cu ildə Vaşinqton şəhərində anadan olmuşdur. Doğumundan üç gün sonra atası, qardaşının prezidentlik kampaniyasını aparmaq üçün Senat Raketlər Komitəsinin baş məsləhətçisi vəzifəsindən istefa etmişdir. Atası 1968-ci ildə öldürülmüşdür. Putney Məktəbi və Brown Universitetinin məzunudur və Boston College Hüquq Fakültəsindən Juris Doktorunu qazanmışdır. 9 iyun 1990-cı ildə Endryu Kuomo ilə 30 yaşında Vaşinqton, DC-dəki Həvari Matta Katedralində evlənmişdir. Üç qızları var: əkizlər, Kara Etel' Kennedi-Kuomo və Merayya Matilda Kennedi-Kuomo (1995) və Mikaela Andrea Kennedi-Kuomo (1997). Kennedi və Kuomo 2005-ci ildə boşanmışdır.
Miconia renneri
Miconia renneri (lat. Miconia renneri) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Quercus tennesi
Rassell Kennedi
Rassell Kennedi (7 oktyabr 1991) — Kanadalı xizək yürüşçüsü. Rassell Kennedi Kanadanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Rassell Kennedi birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Kennedi 3:23.37 saniyəlik nəticəsi ilə 80 atlet arasında 54-cü yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Robert Kennedi
Robert Frensis «Bobbi» Kennedi (ing. Robert Francis «Bobby» Kennedy; 20 noyabr 1925[…] – 6 iyun 1968[…], Los-Anceles, Kaliforniya) — amerikalı siyasi və dövlət xadimi. RFK baş hərflərlə də tanınır. Cozef Kennedinin dörd oğlunun üçüncüsü (ailədə doqquz uşaq var idi), Robert Kennedi Cozef Kennedidən kiçik idi və 1944-cü ildə vəfat etmiş Con Kennedidən də kiçik idi. Harvard Universitetini və Virciniya Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1944-cü ildə ölümündən sonra qardaşların böyüyü , Con Kennedi ailənin əsas ümidi oldu və Bobbi də siyasi fəaliyyətində qardaşını dəstəklədi. 1952-ci ildə Bobbi Senatda qardaşının seçilməsi kampaniyasına rəhbərlik etdi; 1960-cı ildə JFK-ya prezidentliyə Demokratik namizədliyini almasına və sonra prezidentliyə namizəd olmasına kömək etdi. Sonradan Con Kennedi, Amerika tarixində ilk dəfə belə yaxın münasibətlər başçı və kabinetinin rəhbərlərindən biri olduğu zaman qardaşını baş prokuror təyin etdi.
Con Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
Teon Kennedi
Teon Kennedi (d.
Yad Kennedi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Endemik zob
Endemik zob — müəyyən ərazidə yaşayan əhali arasında yayılmış xəstəlikdir. Qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunur. Bu xəstəlik torpaq, su və qida məhsullarında yodun az olduğu ərazilərdə ən çox müşahidə edilir. Daha ağır endemiyalar dağlıq və dağətəyi ərazilərdə rast gəlir.
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Eynəli dağı
Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxırlar.