Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəllac əl-Şənar
Fəllac Xuzam əl-Şənar (ərəb. فلاج خزام الشنار‎) (d. 10 oktyabr 1947) — səudiyyəli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş Meksikada futbol üzrə dünya çempionatında bir oyunda baş hakimlik, 3 oyunda isə laynsmenlik etmişdir.
Adil Abdulla Əl-Fəlah
Adil Abdulla Əl-Fəlah — Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini (1992-ci ildən); Asiya Müsəlmanları Komitəsinin sədri == Həyatı == 1953-cü ildə Küveyt dövlətində anadan olmuşdur. == Təhsili == 1997-ci ildə Küveyt Universitetinin Ədəbiyyat fakültəsini Psixologiya və Sosiologiya ixtisası üzrə bitirmiş və Lisans dərəcəsi almışdır. 1982-ci ildə Səudiyyə Ərəbistanı Krallığındakı İmam Məhəmməd bin Səud adına İslam Universitetinin magistraturasını İslam informasiyası Televiziya ixtisası üzrə bitirmişdir. Küveyt dövlətində müxtəlif hökumət vəzifələrində, ictimai təşkilatlarda və tədris müəssisələrində, habelə dini qurumlarda çalışmışdır. 1992-ci ildən Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavinidir. == Elmi fəaliyyəti == İslam informasiya vasitələri sahəsində çoxsaylı elmi əsər və məqalələrin müəllifidir. === Kitabları === Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, "Qismət", 2007, 108 səh. (şəkilli) == Ailəsi == Evlidir, on uşağı var. == Mükafatları == 24.04.2010 — "Dostluq" ordeni.
Cəllad
Cəllad və ya Başkəsən — Edam cəzası almış şəxslərin edam edilməsi ilə məşğul olan şəxs. Müasir edam silahları ixtira edilənə qədər Avropa və Asiya ölkələrinin saraylarında cəlladlar saxlanılırdı. Cəlladlar heç vaxt ailə qura bilməzdilər. Onlar bazarda malları pulsuz alırdılar. Bəzən satıcılar onların əlindən pul götürməyə belə çəkinirdilər. Kral saray üçün başqa bir cəllad təyin edərdisə, əvvəlki cəllad yeni cəlladı şəhər əhalisinə tanıtmalıydı.
Allah
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Fərah
Fərah vilayəti
Fulla
Fulla — Alman mifologiyasında ilahə. Norse mifologiyasında Fulla qızıl lent taxaraq, ilahə Frigqaya aid bir kül sandığına və ayaqqabılarına qulluq edən kimi təsvir edilir və Frigqa öz sirlərini Fulla'ya verir. Bu Fulla, Böyük Edda, Nəsr Edda və skaldik şeirlərdə yer alır. Alimlər ilahənin mənası ilə bağlı nəzəriyyələr irəli sürmüşlər. Qədim Norse adı Fulla "bol" kimi tərcümə olunur.
Abbas Fallax
Abbas Fallax (fars. عباس فلاح‎; ana. 3 sentyabr 1976) — Orta çəki dərəcəsində İranı beynəlxalq yarışlarda təmsil edən cüdoçu. Fallax İran yığmasının tərkibində 2000-ci illərin bütün dövrlərində iştirak etmişdir. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Oyunlarının bürünc medalının sahibi, Asiya Çempionatlarının dörd dəfə bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Abbas Fallax 3 sentyabr 1976-cı ildə anadan olmuşdur. İlk dəfə 2000-ci il mövsümündə turnirlərdə iştirak etməyə başlamışdır. Orta çəki dərəcəsində Budapeştdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etdi. Yaponiyanın Osaka şəhərində keçirilən Asiya Çempionatında yeddinci yeri tutdu.Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Sonra İran milli yığmasının əsas tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya birinciliyində iştirak etdi.
Alosa fallax
Alosa fallax (lat. Alosa fallax) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Asparagus fallax
Asparagus fallax (lat. Asparagus fallax) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Aşıq Fətullah
Aşıq Fətullah (1920 — 1942) — aşıq. == Həyatı == Aşıq Fətullah 1920-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Çobankərəli Cəfərə şagirdlik etmişdir. Aşiqanə qoşmaları ("İstər könlüm", "Zülflərin", "Yan, barı", "Bənzər", "Allı qız", "Gözəl" və s.) ilə tanınmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. == Ədəbiyyat == Azərbaycan folkloru antalogiyası. Naxçıvan folkloru.
Bulbophyllum fallax
Bulbophyllum fallax (lat. Bulbophyllum fallax) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Crepis fallax
Crepis foetida (lat. Crepis foetida) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Lapsana foetida (L.) Scop., Fl. Carniol., ed. 2 2: 118. 1772 Picris foetida (L.) Lam., Fl. Franç. 2: 108. 1779 Barkhausia foetida (L.) F.W.Schmidt in Samml. Phys.-Ökon.
Emilia fallax
Emilia fallax (lat. Emilia fallax) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Follas novas
"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu. == Haqqında == Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur. Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir.Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra" və "As viuvas dos vivos e as viuvas dos mortos"."Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb. Həyat pəncərəsi və Ölüm pəncərəsi‎) ərləri iqtisadi problemlər üzündən ölkəni tərk edən qadınlar haqqındadır. Əsərin önsözündə Kastro nəşriyyat işinin Kubadakı Qalisiya cəmiyyəti tərəfindən dəstəkləndiyini qeyd etmişdir.
Fəttah Heydərov
Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu – 4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri. == Həyatı == Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir. 1976–1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir. 1990–1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuş Azərbaycan Ağsaqqallar Şurasının sədri işləmişdir.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Hieracioides fallax
Crepis foetida (lat. Crepis foetida) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Lapsana foetida (L.) Scop., Fl. Carniol., ed. 2 2: 118. 1772 Picris foetida (L.) Lam., Fl. Franç. 2: 108. 1779 Barkhausia foetida (L.) F.W.Schmidt in Samml. Phys.-Ökon.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər – 26 mart 922, Bağdad, İraq, Abbasilər) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mənsur Həllac
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər – 26 mart 922, Bağdad, İraq, Abbasilər) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Panicum fallax
Digitaria sanguinalis (lat. Digitaria sanguinalis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin barmaqotu cinsinə aid bitki növü. == Sinonimləri == Asperella digitaria Lam. Cynodon praecox (Walter) Roem. & Schult. Dactilon sanguinale (L.) Vill. Digitaria aegyptiaca Willd. Digitaria aegyptiaca subsp. caucasica (Henrard) Tzvelev Digitaria australis Willd. ex Trin.
Phleum fallax
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Ramazan Şallah
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Ramazan Şəlləh
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Solanum fallax
Solanum fallax (lat. Solanum fallax) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
T-killah
Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir. == Həyatı == Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb. Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub.
Fellbax
Fellbax (alm. Fellbach‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 27.7 km2, əhalisi 44101 nəfərdir (2006).
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Wella
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur. == Tarixi == 1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur. XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir.
Aron Feller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
Bellak (rayon)
Bellak (fr. Bellac) — Fransanın Limuzen regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Vyenna. Prefektura — Bellak. Rayon əhalisi 2006-cı ildə 4096 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf. / km². Rayon ərazisi — 1780 km².
Corc Gellap
Corc Gellap (ing. George Horace Gallup, 18 noyabr 1901 — 26 iyul 1984) — alim, jurnalist, statistik, pedaqoq, ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi. 1928-ci ildə ABŞ-nin Ayova ştatında "Oxucuların qəzet materiallarına olan marağının müəyyənləşdirilməsinin obyektiv metodu" adlı PhD dərəcəi üzrə dissertasiyasını müdafiə etmişdir. 1932-36-cı illərdə reklam agentliyində çalışmış və ilk dəfə bazarın araşdırılması üçün müştərilərin sorğularını tətbiq etmişdir. 1935-ci ildə Amerika ictimai rəy institutunun əsasın qoymuşdur və bu institut artıq növbəti il prezident seçkiləri öncəsi sorğuların təşkilatçısı kimi məşhurlaşmışdır. 1958-ci ildə bu institut digər strukturlarla birgə The Gallup Organization adı altında birləşdirilmişdir.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.