Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Super Nancy
"Super Nancy" — Nensi Ajramın uşaqlar üçün olan ikinci albomu. 13 sentyabr 2012-ci ildə buraxılmışdır. "Shakhbat Shakhabit" albomunun qazandığı böyük uğurdan sonra Nensi uşaqların ona olan sədaqətinə minnətdarlığını göstərmək üçün daha bir uşaq albomu çıxartmaq qərarına gəldi. "Ya banat" ("Ey qızlar"), "Stouhi" və "Baousi" mahnılarından ibarət 3 sinql 2012-ci ilin Sentyabrında çıxdı. == Buraxılışı == Nensi ilk dəfə olaraq 2012-ci ilin Ramazan ayında "Ana Wal Asal" verilişində "Ya banat" mahnısından bir parça oxudu. Albomun buraxılışı ilk olaraq 2012-ci il Avqustun sonlarına planlaşdırılsa da, klip çəkimlərində olan gecikmələrə görə təxirə salındı. "Super Nancy" klipi 350.000 dollardan çox büdcə ilə tanınmış Livan rejissoru Leila Kanaan tərəfindən çəkilmişdir. Klipin çəkilişləri 4 gün ərzində Livanın cənubu və Beyrutdakı studiyada baş tutdu. Nensinin qızları Mila və Ellanın da iştirak etdiyi klip Music Nation Digital jurnalında "2012-ci İlin Klipi" adlanmışdı. == Tənqidlər == Müasir tənqidçilər albomdakı mahnıları və Nensinin göstərdiyi vokal imkanları çox müsbət dəyərləndirdilər.
FATCA
FATCA (ing. Foreign Account Tax Compliance Act - Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) — xarici bank hesablarının vergiyə cəlb olunması ilə bağlı amerikan qanunudur. ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Əsas məqsəd digər ölkələrdə işləyən və yaşayan Amerika vətəndaşlarının vergidən yayınmasının qarşısını almaqdır. Qanun ABŞ Vergi xidmətinin (İRS) qeydiyyatında olan fiziki şəxslər barədə banklardan və digər maliyyə qurumlarından məlumatların verilməsini tələb edir. FATCA ilə bağlı Azərbaycanda Nazirlər Kabinetinin 22 Aprel 2014-cü il 103 saylı sərəncamı var.
Fairy
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir. Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir. Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Fanta
Fanta (alm. Fantasie‎) - The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada "Fanta" içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Franca
Frankenia (lat. Frankenia) — qərənfilçiçəklilər dəstəsinin frankeniaceae fəsiləsinə aid bitki cinsi. == Sinonim == Anthobryum Phil. Beatsonia Roxb. Franca Boehm. Hypericopsis Boiss. Niederleinia Hieron. Tetreilema Turcz.
Franck
Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir == Ticarət markaları == === Franck Cafe === Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee) == Adria Snack Company Ltd == Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Kanci
Kanci (yap.: 漢字; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Nancy7
Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi Misir və Livan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır. Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir. Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi.
Nancy8
Nancy8 Livan müğənnisi Nensi Ajramın 8-ci studiya albomudur. Albom “Ma Tegy Hena” klipinin ardınca 21 Mart 2014-cü ildə çıxmışdır. "Ma Tegy Hena" mahnısı Martın 8-də çıxdı və çıxışının ardınca bu zamana qədər ən sürətlə satılan ərəb mahnısı olaraq iTunes rekordlarını qırdı. Daha sonra, bu mahnı Nensinin Misir və Livanda 21-ci Nömrə1 hitinə çevrildi. Bu, Nensi Ajramı 2000-ci ildən bəri ən uğurlu Ərəb sənətçisi və rəqəmsal əsrin ən çox albomu satılan Ərəb sənətçisi etdi.Nancy8 albomu Nensinin 7-ci albomundan sonra son 4 ildə çıxartdığı ilk tammetrajlı albomdur. Çıxışından sonra albom bütün zamanların ən sürətlə satılan rəqəmsal ərəb albomu olaraq rekord qırdı. Öncədən sifariş üçün nəzərdə tutulmuş 10 gün müddətində artıq 300.000 nüsxə satılmışdı. Bundan əlavə, bu albom müsbət qarşılandı və 2014-cü ilin ən çox gözlənilən albomu adlandı. == Artım və çıxış: == Nensi Ajram Arab Idol yarışmasının münsiflər heyətinin üzvü idi. Yarışmanın ikinci mövsümünün finalından sonra yeni albomunun çıxmasına hazırlaşmaq məqsədilə Nensi 2013-cü ilin yayında Ərəb ölkələrinə səfərə başladı.
Nancy9
Hassa Beek (ərəbcə: حاسة بيك‎, azərbaycanca: Səni hiss edirəm), həmçinin Nancy9 kimi bilinən albom Livan müğənnisi Nensi Ajramın 9-cu studiya albomudur. 0, 21 aprel 2017-ci ildə In2Musica tərəfindən çıxarılmışdır. Nensi albomu 2014-cü ildən planlaşdırmağa başladı, 2015-ci il boyunca işlərə davam etdi. Hansı ki, bu müddət ərzində o, 15 noyabr 2015-ci ildə Maakoul El Gharam sinqlını da çıxartdı. Bu mahnı Anghami platformasında 12 saat ərzində artıq 1-ci yerdə idi.Hassa Beek albomu artıq 21 apreldə iTunesdə yüklənməyə hazır idi. Nensi və meneceri Jiji Lamara daha öncəki albomlarda birlikdə çalışdıqları insanlarla əməkdaşlığa davam etdilər. Onlardan Tarek Madkour, Valid Saad, Samir Sfeir, Mohammed Rifai, Ahmed İbrahim və Hadi Şarara ilə yanaşı, Xaled Tag Eldeen, Salim Assaf, Tamer Hussein və Hişam Boulas kimi yeni isimlərlə də əməkdaşlığa imza atdılar. Öncəki albomundan 3 il ara keçəndən sonra bu yeni albom Nensi Ajram üçün çox gözəl bir qayıdış oldu. Nancy9 yaxud Hassa Beek albomu musiqi tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilməklə yanaşı, ən yaxşı albom olaraq, bir çox siyahılarda yer aldı. 26 mart 2017-ci ildə Nensi öz sosial media hesablarında albomun qapaq şəklini paylaşaraq, çıxış tarixini də açıqladı.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəznində xidmət göstərən Fransanın milli aviaşirkəti.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Con Fante
Con Fante (ing. John Fante-( 8 aprel 1909- 8 may 1983) italyan əsilli amerikan yazıçı və ssenaristdir. Onun bəlkə də ən məşhur əsəri 1938-85-ci illər arasında çap olunan dörd cildlik romanlarından üçüncüsü olan və Los-Ancelesdəki həyatından bəhs edən yarı-avtobioqrafiq “Tozdan Soruş” romanıdır. == Həyatı == Con immiqrant qızı əslən Çikaqolu amerikan olan Meri Kapolunqo və italyan əsilli immiqrant, Nikol Fantenin övladları olaraq 1909-cu il 8 apreldə Kolorado ştatının Denver şəhərində doğulmuşdur. Fante çox çətin bir uşaqlıq dövrü keçirməsinə baxmayaraq məktəbi bitirə bilir və çox tez bir zamanda işləməyə başlayır. Yoxsulluq vəziyyəti və atası ilə səngimədən davam edən fikir ayrılıqları onu ailəsi ilə yaşadığı Bolderi tərk edib 1930-cu ildə Los-Ancelesə gəlməyə vadar edir. Universitet həyatınındakı uğursuzluq, onu yazıçılığa doğru aparır. Bu illər ərzində ilk hekayələri çap olunur və anası ilə qardaşları da Kaliforniyaya köçürlər. O dövürlərdə Henri Luizin dəstəyi ilə həm də “The American Mercury” və “The Atlantic Monthly” dərgilərinə mütəmadi olaraq məqalələr yazır. 30 yaşlarının başlanğıcında ssenarist kimi Hollivud ilə əməkdaşlığa başlayır.
Danca Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dance Alone
Dance Alone (azərb. Tək rəqs et‎) — Makedoniya Respublikasının 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yana Burçeska "Dance Alone" mahnısı ilə Makedoniya Respublikasını Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yoakim Persson, Aleks Omar, Florens və Borislav Milanov tərəfindən bəstələnmişdir.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
FINCA Azərbaycan
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı == Tarixçə == Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Barış Manço
Barış Manço (Tosun Yusuf Mehmet Barış Manço; 2 yanvar 1943, İstanbul – 1 fevral 1999, Kadıköy, İstanbul ili) — səhnə adı ilə tanınan Barış Manço, Türk "rock" musiqiçisi, müğənni, söz yazarı, bəstəkar, aktyor, televiziya prodüseri idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir. Televiziya proqramından 7'den 77'ye ("7-dən 77-ə qədər)" Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri olaraq qalır. == Həyatı == Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdar şəhərində anadan olub. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış ("sülh") olaraq adlandırıldığı zaman Savaş (Türkcə "müharibə") adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir.
Ceydon Sanço
Ceydon Sanço (ing. Jadon Sancho; 25 mart 2000-ci il, London, İngiltərə) — ingilis futbolçu. == Həyatı == Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir. == Klub karyerası == === Həvəskar karyerası === Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur. === Borussiya Dortmund === 31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır.