Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ferdi Sabit Soyer
Ferdi Sabit Soyer (d. 5 mart 1951, Nikosiya, Kipr) - Şimali Kipr Türk Respublikasının baş naziri.
Arabis ferdinandi-coburgii
Arabis ferdinandi-coburgii (lat. Arabis ferdinandi-coburgii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü.
Avqust Ferdinand Möbius
Avqust Ferdinand Möbius,(İn: /ˈmɜːbiəs/ Alman: [ˈmøːbi̯ʊs]; 17 noyabr 1790[…] – 26 sentyabr 1868, Leypsiq) — Alman riyaziyyatçısı və nəzəri astronomu. == Həyatı == Möbius Saksoniya-Anhalt, Schulpforta şəhərində anadan olub. 13 yaşına qədər evdə daha sonra isə 1803-cü ildə Schulpforta'nda Kollecinə daxil oldu və 1809-cu ildə buradan məzun oldu.
Avqusta Ferdinanda
Avqusta Ferdinanda (1 aprel 1825, Florensiya – 26 aprel 1864, Münhen) — Toskana knyazı II Leopold və onun birinci həyat yoldaşı Saksoniyalı Mariya-Anna yetkinlik yaşına gəlib çıxmış yeganə qızı idi. Avqustanın yetkin yaşa gəlib çıxmış iki qardaşı vardı. Onlardan biri, IV Ferdinand Toskana knyazı idi. Ciddi katolik tərbiyəsindən sonra o, erkən yaşlarında incəsənətə və elmlərə maraq göstərmişdi. Müasirləri onu hündürboy, gözəl və özünə inamlı biri kimi təsvir edirdilər. == Evliliyi və ailəsi == 15 aprel 1844-cü ildə Florensiyada Bavariya şahzadəsi Luitpoldla evlənmişdi. Luitpoldun atası Bavariya kralı I Lüdviq əvvəlcə Luitpoldun evlilik planlarına qarşı çıxdı, çünki Avquste nikahdan əvvəl artıq vərəmin əlamətlərini göstərirdi (bu xəstəlikdən o, nəhayət 39 yaşında ölmüşdü). Bunlara baxmayaraq onun dörd övladı olmuşdu və onlarla həmişə italyanca danışırdı. Luitpolda bütün siyasi fəaliyyətlərində böyük dəstək olmuşdu. Belə ki, 1848-ci il inqilabı zamanı o, qaynatasının məşuqəsi Lola Montezin əleyhinə danışmışdı və monarxiyanın əleyhdarlarını təcrid etməyə çalışırdı.
Berberis ferdinandi-coburgii
Berberis ferdinandi-coburgii (lat. Berberis ferdinandi-coburgii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Ferdinand (Tank)
Nazı Almaniyası ordusu Wehrmacht tərəfindən II. Dünya Döyüşü əsnasında istifadə edilən bir Panzerjäger ardıcıllığı tank məhv edici vasitə idi. Ferdinand adını tankın dizaynını çəkən Ferdinand Porschedən götürmüşdür. == İnkişaf etdirilməsi == Zəriflik və incəlikdən məhrum olaraq inkişaf etdirilən tank, hələ qüsurlu idi. 90 ədəd tank Porsche istehsalı Tiger I-ə aid ancaq yeni palitra və polad təkərli şase ilə istehsal edildi. Mühərrik tankın gövdəsinin orta hissəsində yerləşdirildi. Şasenin üzərinə sadə bir qutu şəklindəki üst quruluş yerləşdirildi. Sürücü və radio operatoru tankın ön qismində iki ayrı kupe ayırırdı. Vasitəyə 8.8 sm KwK 43 top yerləşdirildi. Bu silah məşhur 88 mm-lik top deyildi. Bu top Krupp tərəfindən inkişaf etdirilən, lakin FlaK modeli olaraq xidmətə girən yeni bir model idi.
Ferdinand (cizgi film, 2017)
Ferdinand - "Blue Sky" studiyoları tərəfindən çəkilən 2017-ci il amerikan məhsulu komediya-macəra janrında cizgi film. Cizgi filmin musiqisi Con Povelə aiddir. == Məzmun == İspaniyada Ferdinand digər buzov və buğalar ilə birlikdə senyor Moreno tərəfindən buğa güləşləri üçün öyrədilir. Ancaq Ferdinand qəti buna maraq göstərmir. Buna görə də digər buzovlar - Valentin, Quapo və Bones tərəfindən təzyiqə məruz qalır. Bir matador gəlir və buzovların ataları özlərini ona göstərmək üçün döyüşürlər. Ferdinandın atası Raf seçilir. Atası seçilmədiyi üçün Valentin Ferdinantın çox istədiyi gülü əzir. Axşam Ferdinand görür ki, atasını gətirməli olan maşın boşdur. Atasının öldüyünü anlayan Ferdinant oradan qaçır.
Ferdinand Avqust fon Ritqen
Ferdinand Avqust fon Ritqen (alm. Ferdinand August Maria Franz von Ritgen‎; 11 oktyabr 1787 – 14 aprel 1867, Gissen, Hessen) — alman ginekoloqu, botanik, mikoloq və zooloq. == Bioqrafiyası == Ferdinand Avqust fon Ritqen 11 oktyabr (digər mənbələrə görə — 12) 1787-ci ildə Dorstendəki Vulfen bölgəsində İohann Filip Ritqen və Maria Luiza Darton ailəsində anadan olmuşdur. Gissen Universitetində həkim təhsili almışdır, 1808-ci ildə tibb elmləri doktoru dərəcəsi aldı və Varştaynda həkim kimi işə başlamışdır. 1814-cü ildə Ritqen, Gissen Universitetində tibb professoru oldu və ginekoloji müəllimliyi etdi. Daha sonra Giessen mamalıq klinikasının direktoru təyin edildi. Bundan əlavə, Ritqen Gemeinsame deutsche Zeitschrift für Geburtskunde, Monatsschrift für Geburtskunde und Frauenkrankheiten və Neue Zeitschrift für Geburtskunde jurnallarının redaktorlarından biri idi. 1815-ci ildə Ritqen, Alman tarixində ilk dəfə Yozef fon Zibold adlı qadına fəxri həkim adını verdi. 1823-cü ildə Ritqen özü Gissen Universitetində fəxri dərəcə Tibb Namizədi dərəcəsinə layiq görüldü. Ritqen daha sonra təqaüdə çıxdı və biologiya öyrənməyə başladı.
Ferdinand Barbedinni
Ferdinand Barbedinni (fr. Ferdinand Barbedienne; doğum 10 yanvar 1810, Sent Martin-de-Fresnay, Kalvados - ölüm 21 mart 1882, Paris) — fransız karxanaçı və dəmirçi. Bürüncdən hazırladığı əsərləri ilə məşhurdur. Barbedinni Aşil Kolla ilə birlikdə heykəllərin nüsxələrini yaradan firma yaratmışdır. Firma 1200-ə qədər əsərin nüsxəsini yarada bilmişdi. == Həyatı və karyerası == Ferdinand Ferdinand Barbeddinin atası Kalvadosdan olan kiçik fermer olub. 1822-ci ilə kimi Paris kağız düzəldən məktəbdə şagirdlik edib. 1834-cü ilə kimi Barbedinni uğurlu divar kağızı istehsalçısı olub. Onun əsas məqsədi Antik və İntibah dövründən əsərləri yenidən istehsal etmək idi. O, karyerasına Parisdə divar kağızı satıcısı kimi başlayıb.
Ferdinand Bokkoni
Ferdinand Bokkoni (it. Ferdinando Bocconi; 11 noyabr 1836, Milan – 5 fevral 1908, Milan) — məşhur italyan biznesmen və xeyriyyəçi. Bokkoni Universitetinin yaradıcısı. == Təhsilə qayğısı == Bokkoni Universiteti Ferdinand Bokkoninin maliyyələşdirməsi sayəsində yaradılmışdır. Universitetin adı da oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır: Luici Bakkoni adına Kommersiya Universiteti Belə ki, sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi. Həmin döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir.
Ferdinand Bol
Ferdinand Bol (nid. Ferdinand Bol (24 iyun 1616, Dordrex – 24 avqust 1680, Amsterdam) Holland rəssamı 1631-1637-ci illərdə Rembrandtın şagirdi olmuşdur. 1652-ci ildə Amsterdama gəlir. 1660-cı ildən rəssam kimi tanınmağa başlanır. Amsterdamda onun şərəfinə küçə mövcuddur.
Ferdinand Markos
Ferdinand Markos (Ferdinand Emmanuel Edralin Marcos; 11 sentyabr 1917[…] – 28 sentyabr 1989[…], Honolulu) — Filippin siyasətçi və kleptokratı, Yeni Cəmiyyət hərəkatının sağçı üzvü, diktator,1965-1986-cı illərdə Filippin prezidenti. == Həyatı == Ferdinand Markos 11 sentyabr 1917-ci ildə Şimali İlokos vilayətində kiçik bir şəhər olan Sarrat şəhərində anadan olub. Atası Don Mariano Markos, əyalətin əsas şəhərində - Mindanao adasında Davao əyalətinin qubernatoru - müəllim, hüquqşünas və "Pulitiko" (siyasi komandir) idi. Anası, zəngin torpaq sahibinin qızı Dona Josefa Edralin, məzun olduqdan sonra ibtidai məktəbə öyrətdi. Valideynlərinin nümunəsindən sonra Ferdinand Roma Katolik Kilsəsinin cəsarətli tərəfdarı oldu. Heç vaxt çəkməmiş, içməmiş, sağlam həyat tərzi sürmüş, Filippin adətlərinə hörmətlə əməl etmişdir. O, üç dildə danışırdı - doğma ilokan, ispan və ingilis dilləri. === Gəncliyi === 1939-cu ildə Markos Filippin Dövlət Universitetinin Hüquq Kollecini bitirmiş, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin il magistr dərəcəsi almaq üçün imtahan verənlərin siyahısında ilk olmuşdur. Markos şagird liderlərindən birinə çevrildi - o, mitinqlərdə yaxşı çıxış etdi, Malakanyanqın prezident sarayına çıxdı, o da dörddə bir əsrdən sonra həll olundu. Məktəbdə olduğu kimi, universitetdə o, demək olar ki, bütün yüksək mükafatlar - natiqliyinə görə Keson medalı, məhkəmə praktikasında mükəmməllik üçün Laurel medal, bacarıqlı polemikalara malik olduğu üçün Avansenyi kuboku və hərbi elmdə uğur qazanmaq üçün qızıl medal qazandı.
Ferdinand Mindinq
Ferdinand Qotliboviç Mindinq (rus. Фердинанд Готлибович Миндинг; 11 yanvar, 1806. Polşa – 13 may, 1885. Rusiya) — Almaniya və Rusiya riyaziyyatçısı. == Həyatı == == Fəaliyyəti == Sabit mənfi əyrilikli səthi – psevdosferanı öyrənmişdir. 1840-cı ildə psevdosferanın səthində geodezik (ən qısa) xətlərin əmələ gətirdiyi üçbucaqda triqonometrik münasibətləri tapmışdır. Həndəsəyə və riyazi analizə aid əsərləri vardır.
Ferdinand Müller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Ferdinand Müllerin müəllifi olduğu Avstraliyanın bitki növlərinin siyahısı
Mündəricat: Top · 0–9 A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
Ferdinand Porşe
Ferdinand Porsche (3 sentyabr 1875, Libereç – 30 yanvar 1951[…], Ştutqart) — Avstriya əslli Alman avtomobil mühəndisi. Porsche orijinal Volkswagen Beetles(n)i hazırlamış, məşhur Alman tankları Tiger I, Tiger II və Elefant tanklarının dizaynlarında iştirak etmişdir. == Fəaliyyəti == 1916da Daimler-Motoren-Gesellschaftın Avstriyadakı fabrikinin ümumi müdiri olmuşdur. 1923-cü ildə Stuttgartdakı şirkət mərkəzində vəzifə götürdü. 1931-ci ildə idman və yarış avtomobilləri dizaynı etmək üçün öz şirkətini qurdu. Oğlu Ferdinandla birlikdə Hitlerin xalq avtomobili proyektiylə yaxından maraqlandı. 1934-cü ildə Volkswagenin ön dizayn işlərinin başına gətirildi. II Dünya Savaşı əsnasında başda Tiger tankı olmaq üzrə bir çox əsgəri vasitənin dizaynını reallaşdırdı. Döyüşdən sonra bir müddət Fransada həbs həyatı yaşadı. Qurduğu şirkət 1948-ci ildən sonra Porsche markası altında avtomobillər çıxardı.
Ferdinand Ris
Ferdinand Ris (d. 28.11.1784, Bonn, Almaniya - ö. 13.1.1838, Frankfurt-Mayn, Almaniya) — alman bəstəkarı və pianoçusu. Frans Antonin Risin böyük oğlu.
Ferdinand Ruşits
Ferdinand Eduardoviç Ruşits (pol. Ferdynand Ruszczyc; belar. Фердынанд Рушчыц; 10 dekabr 1870[…], Bahdanava[d], Vilen quberniyası[d] – 30 oktyabr 1936[…], Bahdanava[d], Novoqrudok voyevodluğu[d]) — Belarus və Polşa rəssamı, qrafik, səhnə qurucusu. == Həyatı == Orta klassik təhsilini Minsk gimnaziyasında almışdır. 1890-cı ildən Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuşdur. 1892—1897-ci illərdə İ.İ.Şişkin və A.İ.Kuincinin rəhbərliyi altında İmperator Sənətlər Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə təhsil almışdır. Təhsil məqsədi ilə Krım, Fransa, Almaniya, İtaliya, İsveç kimi bir neçə yerə səyahət etmişdir. 1897-ci ildə Rəssamlıq Akademiyasının diplom işləri sərgisində debüt etdi. O vaxtdan 1900-cü ilə qədər əsərləri akademiyanın illik sərgilərində nümayiş etdirilirdi. 1899-cu ildə ilk sərgi Vilnada təşkil edildi.
Ferdinand Verbist
Ferdinand Verbiest (9 oktyabr 1623[…] – 28 yanvar 1688[…], Pekin) Flamanq yezuit missioner, Qin sülaləsi dövründə Çində olan keşiş. Flandriya (bu günkü Belçika) da Pittemdə anadan olan Verbiest Çin dilində Nan Huairen və ya 南懷仁 kimi tanınır. Bir riyaziyyatçı və astronom olan Verbiest Çində sübut etdi ki, o dövrdəki Avropa astronomiyası Çin astronomiyasından daha tutarlı və dəqiq idi. Bundan sonra Çin təqvimini düzəltmiş, ona Rəsədxana direktorluğu və Riyaziyyat Şurasının sədri vəzifələri verilmiş və ondan Qədim Pekin Rəsədxanasının yenidən qurulması və təchiz edilməsi istənilmişdir. Verbiest otuzdan çox kitabın müəllifidir və latın, alman, holland, ispan, ibrani və italyan dillərindən tərcümələr etmişdir. İmperator Kangxi ilə yaxın dost idi və imperator tez-tez həndəsə, fəlsəfə və musiqi sahəsində ondan kömək etməsini və dərs deməsini istəyirdi. Verbiest həm diplomat, həm kartoqraf, həm də tərcüməçi işləmiş, həmçinin latın, alman, holland, ispan, italyan və mancur dillərini bilmişdir İlk buxar gücünə işləyərək özü hərəkət edə bilən, 65 sm hündürlüyündəki vasitəni 1670-ci ildə dizayn etmiş və dövrün Çin İmperatoruna təqdim etmişdir.
Ferdinand de Lesseps
Ferdinand Mari, vikont de Lesseps (fr. Ferdinand Marie vicomte de Lesseps; 19 noyabr 1805[…], Versal, Birinci Fransa İmperiyası – 7 dekabr 1894[…]) — fransız diplomatı, Süveyş kanalının tikilməsinə rəhbərlik etmişdir. == Fəaliyyəti == === Süveyş kanalı === 1825–1849-cu illərdə Avropa və Afrikanın bir sıra ölkələrində, o cümlədən 1831–1837-ci illərdə Misirdə müxtəlif diplomatik vəzifələr tutmuşdur. Misir məhkəməsinin nümayəndələri ilə şəxsi əlaqələrdən istifadə edərək, 1854-cü ildə Misir hökmdarı Səid Paşadan Süveyş kanalının inşası üçün güzəşt almışdır. 1859–1869-cu illərdə bu kanalın tikintisinə rəhbərlik etmişdir. İnşaatın uğurla başa çatması və kanalın açılması ona layiq bir şöhrət gətirdi: Lesseps bir çox elmi cəmiyyətin üzvü oldu, Fəxri Legion ordeni ilə təltif edildi. === Panama kanalı === Panama kanalının inşası üçün 1879-cu ildən bu yana rəhbərlik etdiyi Panama səhmdar cəmiyyəti ilə yaşanan qalmaqal onun nüfuzuna xələl gətirə bilməzdi. 1889-cu ildə bu şirkətin dağılması on minlərlə kiçik səhmdarların məhvinə səbəb oldu. Oğurluq, sui-istifadə və maliyyə çətinliklərini gizlətmək üçün şirkət heyəti fransız nazirlərə, senatorlara, müavinlərə və qəzet redaktorlarına rüşvət verdi. Rəsmi araşdırmadan sonra Lesseps və oğlu Şarl 1893-cü ilin fevralında beş il həbs cəzasına məhkum edildi.
Ferdinand de Sossür
Ferdinand de Sössür (fr. Ferdinand de Saussure; 26 noyabr 1857[…], Cenevrə, İsveçrə – 22 fevral 1913[…]) – tanınmış İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi. XX əsrin dilçiliyinin "atası" adlandırılan F. de Sössürün ideyaları XX əsr humanitar fikrə böyük təsir göstərmiş və strukturalizmin yaranmasına səbəb olmuşdur. Əsas əsəri - F.de Sössür "Ümumi dilçilik kursu" (fr) "Cours de linguistique générale" == Həyatı == Ferdinand-Monjen de Sössür (Saussure, 1857-1913) 26 noyabr 1857-ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olmuşdur. Sössürlər ailəsi mənşəcə fransızdır. Sössürün ulu babası XVI əsrdə dini müharibələr zamanı Lotaringiyanın Sössür-sür Mozelot şəhərindən İsveçrəyə köçmüşdür. F. de Sössür bu ailədən çıxmış ilk dilçi deyildir. Onun ulu babası Nikola de Sössür (1709-1791) Deni Didronun ensiklopediyasında əməkdaşlıq etmişdi. Ulu babası Oras-Benedikt de Sössür (1740-1799) təsviri geologiyanın banisi Cenevrə universitetində naturfəlsəfi kafedranın professoru olmuşdur. Minerologiyada iki termin – sössürit və sössüritləşmə onun adı ilə adlandırılmışdır.
Ferdinand fon Rixthofen
Baron "Ferdinand Paul Vilqelm fon Rixthifen" - alman geoloqu, coğrafiyaçısı və səyyah, geomorfoloq, Berlin Coğrafiya cəmiyyətinin prezidenti olmuşdur. Onun əmisi Manfreda fon rixthofen, "Qırmızı baron", birinci dünya müharibəsinin ən yaxşı əsgəri olub. == Tərcümeyi-halı == Berlin universitetini qurtarıb. 1856-cı ildə Tirolya və Karpat dağlarının geologiyasını öyrənib. 1860-1867-ci illərdə yaponiya, Çin, Siam, Manilu, Hindistanda, Yava adasının bir hissəsində olub. Həmçinin Banqkoka səyahət edib. Benqal körfəzindən Amerikaya gedib, Kaliforniyada və Serra-neveda dağlarının geologiyasını öyrənib. 1868-ci ildə Şərqi asiyaya qayıdıb və 1872-ci ilə qədər Çində araşdırma aparıb. 13 və 18 çin qəbiləsini gəzib. bu zaman onun coğrafiyaya da marağı artıb.
Ferdinand von Mueller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Ferdinand Şörner
Ferdinand Şörner (alm. Ferdinand Schörner‎; 12 iyun 1892, Münhen – 2 iyul 1973, Münhen) — Üçüncü Reyxin sonuncu general-feldmarşalı və sıravi bir əsgər kimi xidmətə başlayaraq alman ordusunda bu ən yüksək hərbi rütbəyə yüksələn yeganə şəxs.
Ferdinando Qaliani
Ferdinando Qaliani (it. Ferdinando Galiani; 2 dekabr 1728[…], Kieti, Abruttso – 30 oktyabr 1787[…], Neapol) — italiyalı iqtisadçı və Maarifçilik dövrünün yazıçısı. == Bioqrafiyası == İyirmi iki yaşında, ona İtaliyanın hüdudlarından çox kənarda şöhrət qazandıran iki əsər yazdı: birincisi, Neapolitan cəlladının ölümü ilə bağlı bir şeir zarafatı, ikincisi “Pul haqqında” traktatı. Qaliani burada əşyaların dəyəri, vergilər, pul faizləri, borc, bankların təbiəti və mənşəyi, dövlət borcları, məzənnə və sair sualları nəzərdən keçirir. Əşyaların yüksək qiymətinin əhalinin yoxsulluğunun sübutu olduğuna dair fikirləri mübahisələndirir və əksinə bəzi həddindən artıq hallar istisna olmaqla, əşyaların yüksək qiymətinin ölkənin rifahına və sərvətinə işarə etdiyini müdafiə edir. Həm də maraqların tənzimlənməsinin əleyhinə danışır və sikkəyə əmtəə kimi baxmağı tövsiyə edir. Dəyər nəzəriyyəsi marjinal fayda və tələbin qiymət elastikliyində azalma olduğunu göstərən faydalılıqla əlaqəli olaraq nəzərdən keçirilir. 1755-ci ildə Qaliani Amalfidə kanon vəzifəsinə qaldırıldı, 1759-cu ildə ilk olaraq Parisdəki Neapolitan səfirliyinin katibi təyin edildi və ertəsi il səfir kimi fəaliyyətə başladı; tezliklə bu addan imtina etdi, lakin Parisdə qaldı. Burada ensiklopediklər və bir çox görkəmli ictimai xadimlərlə tanış oldu, sonra uzun illər yazışmalarda bulundu. Onun Parisdə nəşr etdirdiyi “Dialogues sur le commerce des bleds” (Rusca tərcümələri P. Cuvillier və M. Dragomirov ), Fransız dilində kitabı onun nüfuzunu artırdı.
Fərdi Qurbanov
Fərdi Qurbanov - Azərbaycanlı ağırlıq qaldıran, pauerlifter. Dəfələrlə Azərbaycan çempionu; Yeniyetmələrdə Avropa və Dünya çempionu, rekordçusu və laureatı. == Həyatı == Fərdi İbrahim oğlu Qurbanov 8 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən isə Şuşa şəhərindəndir. 2004-2015-ci illərdə Bakı şəhəri 245 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xidmət edib. Hərbi xidmətdə olduğu zaman Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunub. 2020-ci ildə Ukraynanın Xarkov şəhərində Polis Akademiyasına daxil olub, ali təhsili davam edir. Subaydır. Hazırda Bakıda yasayır.
Fərdi bankçılıq
Fərdi bankçılıq — imkanlı şəxslər üçün müştərinin pulu ilə əməliyyatların həyata keçirilməsini, onun sərvətinin qorunmasını və artırılmasını nəzərdə tutan bank xidməti. İngilis dilli ölkələrdə bu, sərvətlərin idarə edilməsi, yəni özəl kapitalın idarə edilməsi kimi də tanınır. Çox vaxt özəl bankçılıq, investisiya və məsləhət xidmətlərini əhatə edir. Bank depozitləri müxtəlif yollarla gəlir gətirə bilər. Onlardan ən sadəsi kapital qoyulmadıqda və yalnız illik faiz toplamaqla artım əldə edildikdə “faizlə yaşamaq”dır. Başqa bir seçim fərdi proqram çərçivəsində müxtəlif aktivlərə investisiya qoymaqdır. Genişləndirilmiş xidmətlər üçün müxtəlif variantlar var və müştərinin bank hesabına xidmət göstərilməsi ilə bağlı xidmətlər dəsti hər bir müştəri üçün fərdi olaraq seçilir. PricewaterhouseCoopers (PWC) şirkətinin məlumatına görə, Rusiyanın özəl bank bazarının həcmi 10-12 milyard dolları ötməyib, rus zənginlərinin isə təxminən 300-400 milyard dollarlıq “pulsuz” pulları var idi.Merrill Lynch-ə görə, 44 “dollar” milyarder və 88 min dollarlıq milyonerlər. Eyni zamanda, PWC-nin məlumatına görə, varlı müştərilər Rusiya banklarında və idarəetmə şirkətlərində (MC) 10 000-dən çox olmayan hesab açıblar. Beləliklə, məlum olur ki, özəl bank xidmətləri bazarının potensial Rusiya müştərilərinin 10%-dən çoxu bank xidmətləri ilə əhatə olunmayıb.
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Fərdi yetişkənlik
Fərdi yetişkənlik — orqanizmin çoxalmaya hazır olması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Əsğər Fərdi
Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı, == Həyatı == Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir. 11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin]O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin]Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin]Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır.
Berdi Kerbabayev
Berdi Kerbabayev (15 (27) mart 1894 – 1974[…] və ya 23 iyul 1974, Aşqabad) — türkmən yazıçısı, dramaturqu. == Həyatı və fəaliyyəti == Berdi Muradoviç Kerbabayev 15 mart 1894-cü ildə Türkmənistanın Təcən rayonunun Qovgözərən kəndində anadan olmuşdur. O, təhsilini əvvəl mollaxanada, sonra mədrəsədə almışdır.Berdi Kerbabayev 1927-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olmuşdur. Lakin Leninqradın iqlimi onun səhhətinə mənfi təsir etdiyi üçün bir ildən sonra Türkmənistana qayıtmağa məcbur olmuşdur.Vətəninə qayıtdıqdan sonra Berdi Kerbabayev müxtəlif idarələrdə, redaksiyalarda işləmişdir.Berdi Kerbabayev ali təhsil ala bilməsə də, öz üzərində çalışmaqla, mütaliə yolu ilə savadını artıra bilmişdir.Berdi Kerbabayevin ilk əsəri 1923-cü ildə çap olunmuşdur. O, "Qızlar dünyası" (1927), "Adət Qurbanı" (1928), "Aylar" (1943), "Sehirli təpə" (1951) adlı poemaların, "Vətən məhəbbəti" (1941), "Qardaşlar" (1943), "Məxtimqulu" (1943) adlı pyeslərin, "Qurban Durdu" (1942), "Aysoltan (1949), "Qəti addım" (1940–1947), "Nebitdağ" (1957), "Qayğısız Atabəy" (1964) adlı povest və romanların müəllifidir. Berdi Kerbabayev 1948, 1954-cü illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, 1951-ci ildə Türkmənistan Elmlər Akademiyasının akademiki seçilmiş, 1967-ci ildə Türkmənistanın xalq yazıçısı fəxri adı verilmişdir. Ona 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.Berdi Kerbabayev 23 iyul 1974-cü ildə Aşqabadda vəfat etmişdir. == Əsərləri == Aysoltan. (tərcümə edəni: Ş. Abasov).
Berdi qalası
Berdi qalası — Culfa rayonunun Qazançı kəndindən cənub-şərqdə tarixi-arxeoloji abidə. Ad qədim türk dillərində, eləcə də yakut türklərinin müasir dillərində "qala" mənasını daşıyır. Bu ad hazırda Azərbaycanın Bərdə şəhər, Berdi qala, Berd qala və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır. Sözün birinci "börü" tərkibi həm qədim türk dillərində, həm də F.Rəşidəddinin "Oğuznamə" əsərində "qurd" mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub, "qala", "qurdlu dik" mənalarını daşıyır. Qala təbii qayanın üzərindədir. O, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarının qalıqlarına rast gəlinmişdır. Onun mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları durmaqdadır. Yaşayış binaları bir otaqlıdır.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Enriko Fermi
Enriko Fermi (29 sentyabr 1901[…], Roma, İtaliya krallığı[…] – 28 noyabr 1954[…], Çikaqo, İllinoys[…]) — müasir nəzəri və eksperimental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki. == Həyatı == Fermi 1938-ci ildə faşist İtaliyasından emiqrasiya edərək ABŞ-yə yollanmışdır. 1939–1945-ci illərdə Kolumbiya Universitetinin professoru kimi çalışmış, ABŞ-nın nüvə enerjisi sahəsində apardığı tədqiqatlara rəhbərlik etmişdir. Fermi – kvant fizikasının banilərindən biridir. 1925-ci ildə Dirakla birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır. 1933-cü ildən sonra Fermi özünü bütövlüklə kvant fizikası məsələlərinə həsr edir. 1934-cü ildə o β-parçalanma nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, β -parçalanma zamanı elektrondan savayı neytrinolar adlanan hissəciklər də ayrılır. Ferminin bu nəzəriyyəsi elementar hissəcikərin qarşılqlı təsirinin müasir nəzəriyyəsinin prototipi kimi göstərilir. 1934-cü ildə Enriko Fermi elementlərin neytronların təsirinə məruz qoymaqla nüvə fizikası sahəsində ilk mühüm eksperimental tədqiqatı həyata keçirir.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. == Fermi uyğunsuzluğu == Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hart-ın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Fordi tunqağacı
Fordi yağlıağacı
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Fredi Kvin
Fredi Kvin (27 sentyabr 1931, Avstriya) — Avstriya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "So geht das jede Nacht"" mahnısı ilə təmsil etmişdir.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
Giuseppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Pavoniya Ferri
Pavoniya Ferri ― Hudzon çayı üzərində Nyu-York və Cersi-Siti arasında sərnişinləri daşıyan keçmiş bərə xidməti. İstifadə üçün 1854-cü ildə təhvil verilmişdir. 1854-cü ilin fevral ayında Nyu-York ratuşasında aşağı qiymət sayılan $9.050-yə Cersi-Sitinin Pavoniya Ferri şirkətinə satıldı. Bərənin adı Pavoniya yaşayış məntəqəsindən götürür, hansı ki 1633-cü ildə ilk öncə Yeni Niderlandın bir hissəsi olaraq Hudzon çayının qərb sahilində salınmışdır və daha sonra Bergen kimi tanınan regionu qədər genişlənmişdir. 1859-cu ilin fevral ayında "Erie Railroad" şirkətini təmsil edən Nataniyel Marş bərəni icarəyə götürdü. Onun başlatdığı bərə marşrutu Manhettenin Çeymbers küçəsindən Hudzon sahilinin digər tərəfindəki Pavoniya prospektinin ətəyinə qədər davam edirdi. Hüquqi problemlər Pavoniya Ferri şirkətinə bu marşrut üzrə bərənin hərəkət etməsinə maneə oldu. "The New York and Erie Railroad" şirkəti sərnişinləri irəli-geri daşımaq üçün illik 9.050 dollar icarə haqqı ödəyirdi. Sonunda dəmir yolu öz terminalını Harsimus adlı keçmiş buxtada qurdu. Şəhərətrafı və uzun məsafəli səyahətçilər çaydan keçmək üçün qatarlardan düşüb qayıqlara keçirdilər.
Txaba-Yerdi
Txaba-Yerdi (inquş Тхьаба-Ерда, ТкъобӀаь-Ерда) — İnquşetiyanın Ceyrax rayonunda, Assa dərəsinin Xayrax və Pui kəndləri arasında, Gürcüstanla sərhəddən çox uzaqda yerləşən qədim xristian məbədi. Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunun tərkibinə daxildir. Uzunluğu 17 metr, eni 7,5 metrdir. Txaba-Yerdi dağ məbədinin kim tərəfindən və nə vaxt tikildiyi barədə tarixçilər, arxeoloqlar arasında yekdil fikir yoxdur. 10 noyabr 2012-ci ildə kilsədə yüz ildən artıq müddətdə ilk dəfə olaraq pravoslav ibadəti keçirilib. == Adının mənası == Abidənin adının mənası ilə bağlı alimlər arasında yekdil fikir yoxdur. Bəzi tədqiqatçılar adın inquş dilindən ТкъобIa-Ерды "İnancımız", eyni zamanda "İnam məbədi" mənasını verdiyini, digər tədqiqatçılar isə "İki min müqəddəs" mənasını verdiyini bildirirlər. Üçüncü qrup alimlər isə Txaba-Erdinin Tom-Erdadan, yəni Müqəddəs Tomas məbədindən təhrif edildiyi və sözün əsl mənasında "Thaba-erd bizim ziyarətgahımızdır" versiyasını da irəli sürürlər. == Təsviri == Məbədin ilk təsviri 1787-ci ildə hərbi kvartirmeyster L.T.Şteder tərəfindən verilmişdir. 1811-ci ildə geoloq M.Enqelhardt məbədin planını götürür və onun eskizlərini çəkir.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fermi–Dirak statistikası
Fermi–Dirak statistikası — yarımtam spinə (1/2, 3/2, ..., h Plank sabiti vahidlərində) malik identik (fərqləndirilməyən, eyniləşmiş) zərrəciklərdən ibarət sistemlərə tətbiq edilən kvant statistikası. Bu statistika 1926-cı ildə Enriko Fermi tərəfindən irəli sürülmüş və elə həmin ildə onun kvant-mexaniki interpretasiyası Pol Dirak tərəfindən verilmişdir. Fermi–Dirak statistikası statistik mexanikanın bir hissəsidir və kvant mexanikasının prinsiplərindən istifadə edir. Kvant fizikasında sistemin halı, onu təşkil edən bütün zərrəciklərin koordinat və spinlərindən asılı olan dalğa funksiyası ilə ifadə olunur. Fermi–Dirak (F–D) statistikasına tabe olan zərrəciklər (fermionlar) üçün dalğa funksiyası antisimmetrikdir, yəni istənilən fərqləndirilməyən zərrəciklər cütünün yerlərini dəyişdikdə dalğa funksiyası işarəsini dəyişdirir. V. Pauli 1940-cı ildə isbat etdi ki, kvant zərrəcikləri üçün istifadə olunan statistikanın növü birqiymətli şəkildə zərrəciklərin spini ilə təyin olunur (yarımtam spinli zərrəciklərdən fərqli olaraq, tam spinə malik olan zərrəciklər sistemi Boze-Eynşteyn statistikasına tabe olur). F–D statistikasına əsasən hər bir kvant halında yalnız bir zərrəcik yerləşə bilər (Pauli prinsipi). == Tarix == 1926-cı ildə Fermi–Dirak statistikasının tətbiqindən əvvəl, zahirən ziddiyyətli görünən hadisələrə görə elektron davranışının bəzi aspektlərini başa düşmək çətin idi. Məsələn, otaq temperaturunda bir metalın elektronik istilik tutumu ondan elektrik cərəyanı axan vəziyyətdən 100 dəfə az elektrondan gəlmiş kimi idi. Otaq temperaturunda metallara yüksək elektrik sahələri tətbiq etməklə yaranan emissiya cərəyanlarının nəyə görə temperaturdan demək olar ki, asılı olmadığını anlamaq da çətin idi.
Pentlənd-Ferd boğazı
Pentlənd-Ferd boğazı - (ing. Pentland Firth) Şotlandiya sahillərində Böyük Britaniya adasını Orkney arxipelaqından ayırır. Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Böyük Britaniya adasının şimal ucqar nöqtəsi Dannet-Hed burada yerləşir. Sahilində Con-o'Qrots qəsəbəsi vardır. Boğazın şimalında Orkney arxipelaqınına daxil olan Hay və Sout Ponaldsey adaları yerləşir. Bu ərazidə isə Skapa-Flou buxtası vardır. Boğaz daxilində güçlü axınlar olur ki, onun sürəti 30 km/s çatır. Bu səbəbdən ərazidə elektrostansiya tikindisi planlaşdırılır.
Bir gecədə baş verdi
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilmişdir. == Verilməsi == Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. == Təqaüdçülər == Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. == Maraqlı faktlar == Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilmişdir. == Verilməsi == Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. == Təqaüdçülər == Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. == Maraqlı faktlar == Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Fərid
Fərid — kişi adı.
Fərxi
Fərxi — İranın İsfahan ostanının Xur və Biyabanək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,600 nəfərdən ibarət idi.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Fərd
Fərd— bir şəxs. == Ümumi məlumat == Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir...
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎, pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر, ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. == Həyatı == Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. == Yaradıcılığı == Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur.Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur. == Fəaliyyəti == Fəranək Fərid 1985-ci ildən başlayaraq ictimai-mədəni, o cümlədən qadın hüquqları sahəsində aktiv fəaliyyətə qoşulub.
Fərda Amin
Fərda Akif oğlu Xudaverdiyev (12 avqust 1979, Cəbrayıl) — Azərbaycan aktyoru, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayılda dünyaya göz açmışdır. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Fərda Xudaverdiyev
Fərda Akif oğlu Xudaverdiyev (12 avqust 1979, Cəbrayıl) — Azərbaycan aktyoru, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayılda dünyaya göz açmışdır. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Fərda İmanov
Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002). == Qısa bioqrafik məlumat == Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta mək­təb­ oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. == Elmi fəaliyyəti == Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Cersi
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. == Haqqında == Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Derbi
Derbi (ing. Derby [ˈdɑrbi]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.