Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keşləmə
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qular fillərə əks olunur
Ən yaxşı filmə görə Oskar mükafatı
Ən yaxşı filmə görə "Oskar" mükafatı – Amerika kino sənəti akademiyasının hər il təqdim etdiyi nüfuzlu mükafat. Aşağıda verilmə anından başlayaraq bu mükafata layiq görülmüş və namizəd olan filmlər göstərilib. 1927 Qalib — Qanadlar / Wings Namizədlər Reket / The Racket Göyün yeddinci qatı / Seventh Heaven 1928/1929 Qalib — Brodvey melodiyası / The Broadway Melody Namizədlər Alibi / Alibi Köhnə Arizonada / In Old Arizona 1929-cu ilin Hollivud revyusu / The Hollywood Revue of 1929 Vətənpərvər / The Patriot 1930 3-cü Qalib — Qərbi cəbhədə sakitlikdir / All Quiet on the Western Front Namizədlər Böyük ev / The Big House Dizraeli / Disraeli Eşq paradı / The Love Parade Boşanmış / The Divorcee 1931 4-cü Qalib — Simarron / Cimarron Namizədlər İst Linn / East Lynne Alverçinin sümsüsü / Trader Horn Ön səhifə / The Front Page Skippi / Skippy 1932 5-ci Qalib — Qrand-hotel / Grand Hotel Namizədlər Beşulduzlu final / Five Star Final Səninlə bir saat / One Hour with You Pis qız / Bad Girl Gülümsüyən leytenent / The Smiling Lieutenant Çempion / The Champ Şanxay ekspressi / Shanghai Express Errousmit / Arrowsmith 1933 6-cı Qalib — Kavalkada / Cavalcade Namizədlər 42- ci küçə / 42nd Street Bir günlük qız / Lady for a Day Kiçik qadınlar / Little Women Ziddinə təbəssüm / Smilin' Through O düz etməyib / She Done Him Wrong Əlvida, silah / A Farewell to Arms VIII Henrixin şəxsi həyatı / The Private Life of Henry VIII Mən — qaçmış katorqalıyam / I Am a Fugitive from a Chain Gang Ştatın yarmarkaları / State Fair 1934 7-ci Qalib — Bir gecədə / It Happened One Night Namizədlər Uimpol-stritdən barretlər / The Barretts of Wimpole Street Ağ parad / The White Parade Budur donanma gəlir / Here Comes the Navy Şən boşanma / The Gay Divorcee Viva Vilya! / Viva Villa! Eşqbazlıq yolu / Flirtation Walk Rotşildlərin evi / The House of Rothschild Həyatın təqlidi / Imitation of Life Kleopatra / Cleopatra Bir sevqi gecəsi / One Night of Love Arıq adam / The Thin Man 1935 8-ci Qalib — "Baunti"də qiyam / Mutiny on the Bounty Namizədlər 1936-cı ilin Brodvey melodiyası / Broadway Melody of 1936 Benqal ulanının işləri və günləri / The Lives of a Bengal Lancer Şıltaq Marietta / Naughty Marietta Kapitan Blad / Captain Blood Məlumatverən / The Informer Rədd edilmişlər / Les Misérables Red-Qepli Raqlz / Ruggles of Red Gap Yay gecəsində yuxu / A Midsummer Night’s Dream Silindr / Top Hat Elis Adams / Alice Adams 1936 Qalib — Böyük Ziqfild / The Great Ziegfeld Namizədlər Dodsvort / Dodsworth İki şəhərin əhvalatı / A Tale of Two Cities Mister Dids şəhərə köçür / Mr. Deeds Goes to Town Böhtana düşmüş / Libeled Lady Lui Paster haqqında hekayə / The Story of Louis Pasteur Romeo və Cülyeta / Romeo and Juliet San-Fransisko / San Francisco Üç sevimli qız / Three Smart Girls Entoni Edvers / Anthony Adverse 1937 Qalib — Emil Zolyanın həyatı / The Life of Emile Zola Namizədlər Köhnə Çikaqoda / In Old Chicago Acı həqiqət / The Awful Truth Səhnəyə qapı / Stage Door Xeyirxah Yer / The Good Earth Ulduz doğuldu / A Star Is Born Cəsur kapitanlar / Captains Courageous İtmiş üfüq / Lost Horizon Dalan / Dead End Yüz kişi və bir qız / One Hundred Men and a Girl 1938 Qalib — Özünlə götürə bilmərsən / You Can’t Take it With You Namizədlər Böyük xülya / La Grande illusion Oğlanlar şəhəri / Boys Town İezabel / Jezebel Sınaqçı-təyyarəçi / Test Pilot Piqmalion / Pygmalion Robin Qudun macəraları / The Adventures of Robin Hood Aleksandrın Reqtaym dəstəsi / Alexander’s Ragtime Band İstehkam / The Citadel Dörd qız / Four Daughters 1939 Qalib — Küləklə sovrulanlar / Gone with the Wind Namizədlər Oz ölkəsinin cadugəri / The Wizard of Oz İldırımlı aşırım / Wuthering Heights Dilican / Stagecoach Hələlik, mister Çips / Goodbye, Mr. Chips Sevgi məsələsi / Love Affair Mister Smit Vaşinqtona gedir / Mr. Smith Goes to Washington Qaranlıq qələbə / Dark Victory Siçanlar və insanlar haqqında / Of Mice and Men Ninoçka / Ninotchka 1940 Qalib — Rebekka / Rebecca Namizədlər Böyük diktator / The Great Dictator Bütün bunlar və səma da üstəlik / All This and Heaven Too Qəzab salxımları / The Grapes of Wrath Evə aparan uzun yol / The Long Voyage Home Xarici müxbir / Foreign Correspondent Kitti Foyl / Kitty Foyle Bizim şəhər / Our Town Məktub / The Letter Filadelfiya əhvalatı / The Philadelphia Story 1941 Qalib — Mənim vadim yamyaşıl idi / How Green Was My Valley Namizədlər Bu da mister Cordan / Here Comes Mr. Jordan Vətəndaş Keyn / Citizen Kan Şəfəqi saxlayın / Hold Back the Dawn Kiçik tülkülər / The Little Foxes Malta şahini / The Maltese Falcon Cənnətdə bir addım / One Foot in Heaven Şübhə / Suspicion Çavuş York / Sergeant York Tozda güllər / Blossoms in the Dust 1942 Qalib — Missis Miniver / Mrs. Miniver Namizədlər Qırx doqquzuncu parallel / Forty-Ninth Parallel Ueyk adası / Wake Island Cəlbedici Embersonlar / The Magnificent Ambersons Zurnaçı / The Pied Piper Yankinin qüruru / The Pride of the Yankees Şəhərin söhbəti / The Talk of the Town Kings Row Təsadüfi biçin / Random Harvest Dudl Dendi yankiləri / Yankee Doodle Dandy 1943 Qalib — Kasablanka / Casablanca Namizədlər Hansında biz qulluq edirik / In Which We Serve Yerimiz dar olsa da, təki ürək gen olsun / The More the Merrier Reyndə patrul / Watch on the Rhine Madam Küri / Madame Curie Səma gözləyə bilər / Heaven Can Wait Bernadett nəğməsi / The Song of Bernadette Zəng kimin üçün çalır / For Whom the Bell Tolls Oks-Bouda əhvalat / The Ox-Bow Incident İnsani komediya / The Human Comedy 1944 Qalib — Öz yoluyla getmək / Going My Way Namizədlər Qaz işığı / Gaslight İkiqat sığorta / Double Indemnity Sən gedəydən bəri / Since You Went Away Vilson / Wilson 1945 Qalib — İtirilmiş həftəsonu / The Lost Weekend Namizədlər Ovsunlanmış / Spellbound Müqəddəs Məryəmin zəngləri / The Bells of St.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi
Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama
Digər Qızıl Qlobus mükafatları üçün: Qızıl Qlobus mükafatı Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama qalibləri və nominantların adları xüsusi rənglərlə verilmişdir.
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.