Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. == Azərbaycanda filiz yataqları == Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin]Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Filiz Aker
Filiz Aker (doğum adı: Fatosh Bayer; 5 avqust 1963, İstanbul – 27 avqust 2017) — türk kino aktrisası
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — türk kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Filiz təzahürü
Filiz təzahürü (ing. show of ore, rus. рудопроявление) — parametrləri (metalın miqdarı, forması, cismlərin ölçüsü və s.) hələ aydınlaşdırılmamış bu və ya digər faydalı qazıntı toplusudur. Kəşfiyyat prosesində belə filiz təzahürləri ya yataq kateqoriyasına keçə bilər və ya sənaye əhəmiyyəti olmayan filiz təzahürü olaraq qalar.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. == Mişar daşı == Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. == Üzlük daşı == Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. == Gil == Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. == Sement xammalı == Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. == Tikinti daşları == 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. == Qum-çınqıl == Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. == Qum == 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. == Bitumlu qumlar == Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Üçgöl filiz təzahürü
Bu filiz təzahürü Üçgöl dağının şimal yamacında yerləşir. Sahənin geoloji quruluşunda üst konyak, alt santon yaşlı andezit tufları iştirak edir. Bu süxurlar şimal-şərq istiqamətli qırılmalar boyu kvarslaşmış, kaolinləşmiş, limonitləşmiş və əzilmişdir. Bu süxurlar qərbdən, cənub-qərbdən andezit-dasit subvulkanik kütlələr ilə təmasdadır. Şimaldan və şimal-şərqdən isə Dördüncü dövr çöküntüləri ilə təmasdadır. Təzahürdə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində götürülmüş sınaqların laboratoriya analizlərində 0,01 q/t. qızıl, 0,01-0,1 q/t. gümüş, 0,01% qurğuşun, 0,01% sink, 0,01% mis təyin olunmuşdur.
Abakan dəmir filizi yatağı
Abakan dəmir filizi yatağı — Rusiyaya bağlı Xakasiyada, Abaza şəhəri yaxınlığında yerləşən dəmir filizi yatağı. Qərbi Sayan dağlarının şimal-şərq tələlərində, Xansın antiklinalının cənub-şərq cinahında yerləşir. 1856-cı ildən tanınır və Ural dağları üzrə mütəxəssislər tərəfindən "Abakanskaya blaqodat" (Abakan lütfü) adlandırılır. Kəşfdən sonra filizlərin işlənməsi vaxtaşırı həyata keçirilmişdir. 1947–1959-cu illərdə filizlərin çıxarılması və zənginləşdirilməsi müəssisəsi olan Abakan Mədən İdarəsi tikilmişdir. Çıxarma və emal mərkəzləri Abaza, Abakan, Novokuznetsk şəhərləridir.
Apatit filizləri
Apatit filizləri – texnoloji və iqtisadi göstəricilərinə görə istismara yararlı apatitli təbii polimineral törəmələri. Apatit filizlərini mineral tərkibinə görə silikatlı-oksidli, silikatlı, karbonatlısilikatlı, karbonatlı və hidrosilikatlı-hidroksidli, P2O5-in miqdarına görə isə zəngin (16%-dən çox), adi (8–16%), kasıb (4–8%) və çox kasıb (4%-ədək) növlərə ayırırlar. Mineral tərkibindən asılı olan saflaşdırılma dərəcəsinə görə asan (apatit konsentratında P2O5-in miqdarı 90%-dən çox), qənaətbəxş (70–90%) və çətin saflaşan (70%-dən az) Apatit filizləri var. Silikatlı filizlər (apatit-nefelinli və s.) asan, karbonatlı və hidrosilikatlı-hidroksidli filizlər isə çətin saflaşır. Əmələgəlmə şəraitinə görə Apatit filizlərinin maqmatogen, metamorfogen və sedimentogen yataq tipləri olur. Maqmatogen, eləcə də sedimentogen (aşınma qabığı törəmələri) tipli yataqlar daha böyük sənaye əhəmiyyətinə malikdir. Apatit filizlərinin dünya üzrə ümumi ehtiyatı (P2O5 üzrə) təqribən 1,2 mlrd. tondur. Əsas yataqları RF-də (dünya ehtiyatının 1/3-i), həmçinin Vyetnam, Braziliya, CAR, Finlandiya, Uqanda, Norveç, Zimbabve, Kanada, İspaniya və Hindistandadır. Apatit filizlərindən mineral gübrələr istehsalında, metallurgiya, keramika və şüşə sənayesində istifadə olunur.
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həc­mində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maq­netit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-meta­somatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maq­netit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfid­lərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağın­dan başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbul­çay-Çeder kolçe­dan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət kom­po­nentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olun­muşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Polimetal filizlər
Tərkibində bir neçə metal olan filizlərdir. Adətən, Polimetal filizlər qurğuşun, sink və mis qatışığı olan minerallardan ibarətdir. Çox hallarda tərkibində gümüş, qızıl, kadium, vismut, bəzən kobalt, qalay, indium, uran və s. metal da olur.
Filip
Filip — kişi adı və soyad. Filip Apostol — İsanın 12 həvarisindən biri Filip Bruç — Alman bioloqu. Filip Kreven — Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri Filip Levin — aktyor Filip Rot — ABŞ yəhudilərindən olan roman yazıçısı Filip Miller — şotland əsilli ingilis botaniki. Filip Conson — tanınmış Amerikan memarı, Pritsker mükafatının ilk laureatı.Bu soyadı olan tanınmış şəxslərAnn Filip — fransız yazıçısı.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Ann Filip
Ann Filip(fr. Anne Philipe, 1917—1990) — fransız yazıçısı. == Həyatı == Əslində Ann Filipdə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı. İnsan ömrünü bircə an adlandıran qadının kitabı az müddətdə bir çox dillərə tərcümə olundu və nəhayət 1971-ci ildə “Bir göz qırpımı” adı ilə azərbaycancaya çevrildi. “Bir göz qırpımı” əsərini yazmazdan əvvəl Ann Filip jurnalistika ilə məşğul olmuş, müxtəlif mövzulu məqalələrlə yanaşı “Asiya karvanları” adlı xatirələr kitabını da nəşr etdirmişdir (1955). Lakin nə Çinə həsr olunmuş bu kitab, nə məqalələr, nə də etnoqrafiya mövzulu filmlərin çəkilişində iştirakı Ann Filipə “Bir göz qırpımı” kitabının səmimiyyətindən gələn rəğbəti qazandıra bilməmişdi.
Filip Apostol
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Filip Bruç
Filip Bruç (ing. Philipp Bruch; 11 fevral 1781 – 11 fevral 1847) - Alman bioloqu. == Əsərləri == Bruch, P.; Schimper, W. Ph.; & Gümbel, T. (1836-1855) Bryologia Europaea seu Genera Muscorum Europaeorum, 6 vols.
Filip Conson
Filip Conson (8 iyul 1906[…], Klivlend, Ohayo – 25 yanvar 2005[…]) - tanınmış Amerikan memarı, Pritsker mükafatının ilk laureatı. 1930-cu ildə Conson Nyu-York şəhərində yerləşən MoMa-da (Müasir İncəsənət Muzeyi) Memarlıq və Dizayn şöbəsini yaratmışdır. 1978-ci ildə Amerikan Memarlıq İnstitutu tərəfindən qızıl medala və 1979-cu ildə ilk Pritsker memarlıq mükafatına layiq görülmüşdür. O Harvard Universitetinin tələbəsi olmuşdur. 2005-ci il yanvarın 25-də Conson, Şüşə evində yuxuda olarkən vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Nekroloq Flip Consonun Hyuston Universitetində çıxışı Arxivləşdirilib 2009-02-08 at the Wayback Machine Flip Consonun memarlığı "The Hand of a Master Architect". The New York Times. Flip Consonun memarlıq layihələri, 1984-1995 The Getty Research Institute, Los Angeles, California. Architectural drawings, study models, photographs, brochures, and miscellaneous papers, the bulk of which relate to the Franklin Square building, Washington, D.C., a project by John Burgee Associates with Philip Johnson. Phillip Johnson papers, 1908-2002 The Getty Research Institute, Los Angeles, California.
Filip Devis
Filip Edvard "Breyv" Devis (ing. Philip Edward "Brave" Davis; 7 iyun 1951, Nassau) — 17 sentyabr 2021-ci ildən etibarən Baham Adaları Baş naziri, 2002-ci ilin may ayından etibarən isə Ket adası, Ram resifi və San Salvadordan millət vəkili olan bahamlı siyasətçi. == Həyatı == Devis "Old Bight All Age School"-da oxuduğu Ket adasında qardaşı Elvin və babası ilə birlikdə yaşadı. Nassauya qayıtdıqdan sonra Şərq Məktəbi və Müqəddəs Con Kollecinə getdi. Kasıb ailədə böyüyən Devis qablaşdırma işi ilə məşğul olan müəssisə və inşaat sahəsində çalışdı.Devis Enn-Mari Devislə evlidir və altı övladı var. Anqlikandır. "Toastmasters Club 1600"-in üzvüdür və beysbol, voleybol və üzgüçülüklə məşğul olan idmançıdır. == Siyasi fəaliyyəti == Devis 2017-ci ilin oktyabrında partiyanın qurultayında seçildikdən sonra müxalifət lideri və Tərəqqi Liberal Partiyasının sədri seçildi. Partiya sədri seçilməzdən öncə, sədr tərəfindən təyin edilən sədr müavini idi. Perri Kristi 2012-ci il seçkilərində qalib gəldikdə 2017-ci ilə qədər xidmət etdiyi Baham Adaları Baş nazirinin müavini və İctimai İşlər və Şəhərsalma Naziri oldu.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa Ana[d], Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Filip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. == Bioqrafiya == Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Filip Mauntbetten
Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort (10 iyun 1921[…], Kerkira, Yunanıstan Krallığı – 9 aprel 2021[…], Vindzor sarayı, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort. == Həyatı == Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur, Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib. Kraliça II Elizabetin həyat yoldaşıdır. Yunanistan və Danimarka Kralı Andrey'in 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georq'un nəvəsidir. Anadan olandan Yunanistan və Danimarka Şahzadəsi adını daşıyırdı. Baba, Yunanıstanda hökm sürən Danimarka Glucksburg evinə mənsub idi. Ata nənəsi Olga Konstantinovna Romanova, I Nikolayın nəvəsi idi. Philipin anası, Şahzadə Alisa Hessianın Battenberg ailəsindən idi. Filipp Danimarka Kralı IX Christianın, İngiltərə Kraliçası I Viktoriya və Rus İmperatoru I Nikolayın nəticəsi sayılır. O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb.
Filip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Filip Nepeyçal
Filip Nepeyçal (8 iyul 1999) — Çexiyalı atıcı. Filip Nepeyçal Çexiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Filip Nepeyçal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 619.9 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Filip Ozobiç
Filip Ozobiç (8 aprel 1991[…], Bеlоvаr) — Xorvat əsilli azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin və Azərbaycan Milli futbol komandasının yarımüdafiəçisi.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Filip Pauluççi
Filip Osipoviç Pauluççi (rus. Филипп Осипович Паулуччи, 1779, Modena — 25 yanvar 1849, Nitsa) — markiz, fransız və rus hərbi xadimi, general-adyutant. == Həyatı == Filip Pauluççi əvvəlcə Fransa ordusunda xidmət etmişdi. 1807-ci ildə polkovnik rütbəsində Rusiya ordusuna keçmişdi. Osmanlı ordusuna qarşı döyüşmüşdü. 1810-cu ildə Qafqaz ordusunun general-kvartirmeyseri təyin olunmuşdu. 1811-ci ildə Qafqazın sərdarı vəzifəsinə dəyişildi. 22 sentyabr 1811-ci ildə rus qoşunlarının komandanı general F. Pauluççi Qafqaza daxil oldu. Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur. == Mükafatları == Filip Pauluççi 7 may 1809-cu ildə № 939 əmrlə 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdi.
Filip Rot
Filip Rot (ing. Philip Milton Roth; 19 mart 1933[…], Nyuark, Nyu Cersi[…] – 22 may 2018[…], Manhetten, Nyu-York ştatı) — ABŞ yəhudilərindən olan roman yazıçısı.
Filip Vuyanoviç
Filip Vuyanoviç — (d. 1 sentyabr 1954, Belqrad, Yuqoslaviya) — Monteneqronun birinci prezidenti. == Həyatı == Filip Vuyanoviç 1954-cü il sentyabrın 1-də Yuqoslaviyanın Belqrad şəhərində anadan olub. O, 1978-ci ildə Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirdi. == Fəaliyyəti == Filip Vuyanoviç 1978-ci ildən 1980-cı ilə qədər Belqradda, 1980-cı ildən 1981-ci ilə qədər isə Titoqradda ədliyyə sahəsində çalışıb. 1993-cü ildən 1995-ci ilə qədər Çernoqoriyanın ədliyyə naziri olan Filip Vuyanoviç, 1995-ci ildən 1998-ci ilə qədər Çernoqoriyanın xarici işlər naziri olub. Filip Vuyanoviç 1998-ci il fevralın 5-də Çernoqoriyanın Baş naziri vəzifəsinə təyin edildi. 2002-ci il noyabrın 5-də o, Çernoqoriya Parlamentinin sədri seçildi. Elə həmin tarixdə Filip Vuyanoviç Çernoqoriyanın Baş naziri vəzifəsindən azad edildi.
Frantişek Filip
Frantişek Filip (26 dekabr 1930 – 9 yanvar 2021, Praqa) — Çex rejissoru. == Həyatı == Frantişek Filip 26 dekabr 1930-cu ildə Çexoslovakiyanın Pişek şəhərində anadan olmuşdur. Praqada Sənət Akademiyasında təhsil alarkən, O, 1950-ci ildə ilk filmini çəkmişdir. Bu film sənədli film idi. Məzun olduqdan sonra, 1954-cü ildə Çexoslovak Televiziyasına qatıldı və təqaüdə çıxana qədər orada çalışdı. Lakin, təqaüdə çıxdıqdan sonra da televiziyada çalışmağa davam etdi. Karyerası boyunca hər yaşdan izləyənlər üçün müxtəlif janrlarda 600-ə yaxın film və televiziya proqramının rejissorluğunu etdi və bu sahədəki əvəzsiz xidmətlərinə görə 2017-ci ildə Talia Mükafatına layiq görüldü. == Ölümü == Məşhur rejissor Frantişek Filip də insanlığın bəlasına çevrilən koronavirus pandemiyasına yoluxmuşdu və bu amansız xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət sürən müalicələr belə onu xilas edə bilmədi və məşhur film və televiziya rejissoru Frantişek Filip 9 yanvar 2021-ci ildə koronavirus pandemiyasından dünyasını dəyişdi.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.