CILIZ

sif.
1. Çox arıq, balaca, zəif, sısqa, cansız, ölüvay. Cılız uşaq. Cılız qız.
– …Müstəntiq arıq, cılız çiyinlərini çəkəçəkə, təlaşla içəri girib əlindəki böyük qovluğu stolun üstünə qoymamış, prokuroru ayıq saldı. M.Hüseyn.
Bütün görkəminin cılız olmasına baxmayaraq, bu adamın mis kimi cingildəyən çox möhkəm səsi… vardı. Ə.Əbülhəsən.
[Elxanın oğlunun] yanında balacaboy, cılız müşavirdən başqa on atlı da vardı. P.Makulu.

2. məc. İnkişaf etməmiş, boy atmamış, zəif. Cılız pambıq kolları.
– …Təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız qol-qanadlı, küskün budaqlı iki-uç söyüd ağacı yaratmışdı. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CILIZ cılız bax arıq
  • CILIZ arıq — sısqa — quru
  • CILIZ ölüvay — üzgün — yorğun

Antonimlər (əks mənalı sözlər)

  • CILIZ CILIZ – GÜCLÜ Cılız, arıq oğlan idi Məhərrəm (M.Eynullayeva); Bilirəm siyasət güclüdür səndə (S.Vurğun)
CILXACA
CILIZLANMA
OBASTAN VİKİ
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.

Digər lüğətlərdə

дикова́тость затка́ться насу́слиться посту́пок преуро́дливо проти́рочный благочи́нный додра́ться загоре́ть купи́ровать наси́льственность пастила́ реформи́рование чуваш шешень Beeb coccyx filter bed gently old-fogey Pentecost shatter cone unction Yogism нейтральность