Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Firuddin Babayev
Firuddin Əli oğlu Babayev (d.1 may, 1929. Bərdə rayonu, Şirvanlı) — Azərbaycanın ilk professor fitopatoloqu, görkəmli kənd təsərrüfatı alimi, biologiya elmləri doktoru. 250-dən çox elmi dərsliklərin və əsərlərin müəllifidir. Dünyanın bir çox yerlərində mühazirə söyləmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Həyatı == Firuddin Babayev 1 may 1929-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində, ziyalı ailəsində anadan olmuşdur. Ailədə altı uşaq arasında Firuddin Babayev böyükləri idi və ondan əlavə olaraq bir qardaşı, dörd bacısı vardır. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1945-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Həmin texnikumu 1948-ci ildə bitirdikdən sonra təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsində davam etdirib. Bu institutu Alim Aqronom ixtisası üzrə 1953-cü ildə bitirmişdir.
Firuddin Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firuddin Məmmədov
Firuddin Məmmədov (Məmmədov Firuddin İbrahim oğlu; 1 iyul 1936, Şahtaxtı, Naxçıvan MSSR – 8 iyun 2017) — texnika elmləri doktoru (1993), professor (1995), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Firuddin Məmmədov 1 iyul 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini, sonra "Neftkimyaavtomatika" Elmi-Tədqiqat Layihə İnstitutunun (Sumqayıt) aspiranturasını bitirmişdir. O, 1958-1968-ci illərdə "Neftkimyaavtomatika" ETLİ-də laborant, texnik, mühəndis, baş mü­həndis, baş elmi işçi kimi çalışmışdır. 1968-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrini icra etmişdir. 1993-cü ildən isə Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur.Firuddin Məmmədovun elmi tədqiqatlarını əsasən informatikanın texniki vasi­tələ­ri­nin yaradılmasına həsr etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alim elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmiş­dir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.Firuddin Məmmədov 1967-ci ildə tex­nika üzrə fəlsəfə doktoru, 1993-cü ildə isə tex­nika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1995-ci ildə pro­fessor elmi adını almış, 2001-ci ildə AMEA-nın müx­bir üzvi seçilmişdir.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. == Fəaliyyəti == Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
İrəddin Cəfərov (əsgər)
İrəddin Firuddin oğlu Cəfərov — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov İrrədin Firudin oğlu 1962-ci ildə Poladlı sovetliyi-nin Kəlaman kəndində anadan olmuşdur. 1969-76-cı illərdə Xacallar kənd orta məktəbində, sonra 1980-cı ildə Böyük Qaramurad məktəbində təhsilini davam etdirib. Həmin məktəbi bitirib ordu sıralarına getmişdir. 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra. Bakı şəhərində peşə məktəbinə daxil olmuşdur. 1984-cü ildən Bakı radio zavodunda işləyib. Oradan könüllü olaraq 1 noyabr 1992-ci ildə Ağdərə rayonuna döyüş cəbhəsinə getmiş, mərdliklə vuruşmuşdur. 1993-ci ilin 11 fev-ralında Ağdərə rayonunun Qoxlu kəndində şəhid olmuşdur. 1993-cü il fevral ayının 11-i Ağdərə uğrunda gedən döy üşlərdə şəhid olmuşdur.
Firuiddin
Firuiddin — İslam dininin əməl edilməsi vacib olan şərtləri. Firuiddinə aid olan məsələlər çoxdur. Lakin bunlardan 10-u çox mühüm olduğundan daha çox tanınıblar:[mənbə göstərin] Namaz — Gün ərzində müəyyən şərtlər və müəyyən vaxtlarda Allaha ibadət etmək. Oruc — Hər il Ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək oruc olmaq. Zəkat — Müəyyən şərtlərdə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərdə xərcləmək və s. Xüms — İl ərzində insanın gəlirinin,qazancının beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə xərcləmək və s. Həcc — Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkəyə Kəbə evinin ziyarəti də daxil olmaqla xüsusi proqramla ziyarətə getmək. Cihad — Allah yolunda kafirlər, zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.Mənəvi yəni nəfsinlə mübarizə. Əmr be məruf (yaxşılıqlara dəvət) — Xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək. Nəhy əz-munkər (pisliklərdən çəkindirmək) — Xalqı pis işlərdən çəkindirmək.
Fəxrəddin
Fəxrəddin — kişi adı. Fəxrəddin Manafov — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Fəxrəddin Cavadov — tibb elmləri doktoru Fəxrəddin Cəbrayıl Əhəri — Eldənizlilər dövlətinin əmiri.
Nurəddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov —DigərNurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.
Afiyəddin Cəlilov
Afiyəddin Cəlil oğlu Cəlilov (1 avqust 1946, Naxçıvan – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri === Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir. 1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir. === İctimai-siyasi fəaliyyəti === Afiyəddin Cəlilov 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.
Faxrəddin Rüstəmov
Faxrəddin Rüstəmov — (1 iyun 1958; Goranboy rayonu Tapqaraqoyunlu, Azərbaycan SSR — 26 avqust 1992; Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələri.Birinci Qarabağ müharibəsi şəhidi
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Fəxrəddin Abdullayev
Fəxrəddin Abdullayev (Abdullayev Fəxrəddin Gülməmməd oğlu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Mersin Universitetinin riyaziyyat departamentinin müdiri. == Həyatı == Abdullayev Fəxrəddin Gülməmməd oğlu 1957-ci il mayın 15-də Azərbaycan Respublikasının Şamaxı rayonunun Sündü kəndində anadan olub.1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və təyinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. 1980-ci ilin noyabr ayından Ukrayna EA Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun (TRMİ, Donetsk) funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (elmi rəhbər — fizika-riyaziyyat elmləri doktoru, professor V.İ.Belıy). 1984-cü ilin yanvarında Ukrayna EA TRMİ-nin "riyazi analiz" ixtisası üzrə aspiranturasına daxil olub. 1986-cı ilin iyununda Ukrayna EA TRMİdə "Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1986–1994-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 1994-cü ilin mart ayından Türkiyə universitetlərində (Trabzon, Mersin) çalışmağa başlayıb. 2003-cü ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda "Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. F.Abdullayevin tədqiqatlarının əsas istiqamətləri: Biberbax polinomlarının, onların bəzi ümumiləşmələrinin və Furye sıralarının sahəcə ortoqonal polinomlar üzrə aproksimasiya xassələrinin öyrənilməsi; sahəcə ortoqonal polinomların və ixtiyarı cəbri polinomların kompleks müstəvinin müxtəlif oblastlarında davranışı.
Fəxrəddin Altay
Fəxrəddin Altay (20 yanvar 1880, Şkoder – 25 oktyabr 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir. == Həyatı == 12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur. ===== Təhsili ===== Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır. == Hərbi karyerası == İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Fəxrəddin Atayev
Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru. == Həyatı == Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. == Musiqi yaradıcılığı == Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir.
Fəxrəddin Ağayev
Fəxrəddin Güləli oğlu Ağayev (16 aprel 1956, Xaçmaz rayonu) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmləri doktoru, professor. == Həyatı == Fəxrəddin Ağayev 16 aprel 1956-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunda anadan olmuşdur. 1978–1982-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsində təhsil almışdır. 1982–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1985 – 1993-cü illərdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində elmi işçi, bölmə rəisi, baş direktorun müavini, müəssisə direktoru vəzifələrində çalışmışdır. 1993–1995-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini, 1995 – 2005-ci illərdə Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosunun direktoru, 2005 – 2007-ci illərdə elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunda direktor, 2007-ci ildən hal–hazıradək Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktorudur. Ailəlidir, 4 övladı var.
Fəxrəddin Bəşirov
Fəxrəddin Çərkəz oğlu Bəşirov - şəhid == Həyatı == Fəxrəddin Çərkəz oğlu Bəşirov 1966-cı il yanvarın 20-də Quzanlıda anadan olub. 1983-cü ildə Quzanlı kənd orta məktəbini, 1988-ci ildə Mingəçevir politexnik texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib. Neptun zavodunda işə düzəlib. 1989-cu ildə Fəxrəddin orada qiyabi Politexnik institutuna daxil olur, bundan bir il sonra Bakıya gəlib Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayır. 1992-ci ilin 10 avqustunda, cəbhədə döyüşlərin qızğın çağında Fəxrəddin könüllü olaraq milli orduya yazılır. Ala Yaqubun başçılıq etdiyi batalyonun tərkibində döyüşürdü. Onun döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib. Fəxrəddin avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə ürəyinə dəyən snayper gülləsindən həlak olub.
Fəxrəddin Cavadov
Fəxrəddin Gülmirzə oğlu Cavadov (21 iyun 1951, Bakı – 9 yanvar 2009, Bakı) — Azərbaycan alimi, tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi. == Həyatı == Fəxrəddin Cavadov 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975–1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977–1979-cu illərdə 5 saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978–1986-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə tibb elmləri doktoru ali dərəcəsi almışdır. == Fəaliyyəti == 1986-cı ildən Azərbaycan Respublikası KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışmışdır. 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir.
Fəxrəddin Cəbrayılov
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (12 avqust 1958, Gorus) — General-mayor, Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş zabit. == Həyatı == Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir.
Fəxrəddin Dadaşov
Fəxrəddin Əlisahib oğlu Dadaşov (d. 26 sentyabr 1950, Bakı) — musiqiçi, kamança ifaçısı, professor, dosent (2007), Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == F.Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir. O, 1977-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb. 1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olmuşdur. 69 xarici ölkədə, F.Dadaşov o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir. C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Fəxrəddin Fəxrəddini
Fəxrəddin Fəxrəddini (5 mart 1933, Təbriz) — İranda portret fotoqrafiyanın qabaqcıllarından. == Həyatı == 1933-cü ildə Azərbaycanda dünyaya gəlibdir, atası Məhəmmədəli Fəxrəddini, Məhzun təxəllüsü ilə Azərbaycan şairlərindən idi, və qardaşı Fərhad Fəxrəddini tanınmış bəstəkar və musiqiçidir.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir.Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Fəxrəddin Kırzıoğlu
Mehmed Fəxrəddin Kırzıoğlu və ya daha çox bilinən adı ilə Fəxrəddin Kırzıoğlu (d. 10 mart 1917, Mamaş, Qars, Türkiyə - ö. 10 fevral 2005, Ankara, Türkiyə) — qumuq əsilli türk tarixçi və yazıçı. Ən çox Qafqaz, Qars, Şərqi Anadolu ilə bağlı tədqiqatlar aparan Kırzıoğlu kürdlər, lazlar, həmşinlilər və Samsthe atabəylərinin türk kökənli olduğunu iddia etmişdir. Bu iddiaların kürdlər və lazların əksəriyyəti tərəfindən qəbul edilməməsinə baxmayaraq, müəyyən qədər saya malik hemşinli Kırzıoğlunun iddialarının doğru olduğunu düşünməkdədir. == Həyatı == Fəxrəddin Kırzıoğlu Kırzıoğlu Mehmed Dərviş Əfəndi və Hafizə Hesna Xoca Xanımın ilk uşaqları olaraq 1917-ci ildə Qarsda anadan olmuşdur. Kırzıoğlu ingilis, fransız və fars dillərini bilmişdir. === Təhsili === Liseyə qədərki təhsilini Qarsda alan Kırzıoğlu 1934-cü ildə Ərzurum liseyindən məzun olmuş və İstanbul Universiteti Tibb fakültəsinə qəbul olmuşdur. 1967-ci ildə isə özünün doktorantura təhsilini tamamlamışdır. Onun doktorantura mövzusu "Osmanlıların Qafqaz ellərini fəthi" olmuşdur.
Fəxrəddin Kərimov
Fəxrəddin Kərimov (21 iyun 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycanın xalq artisti (2015), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Dirijor Fəxrəddin Kərimov 1954-cü ildə anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski ad. Moskva Dövlət Konservatoriyasında violino sinfi üzrə təhsil alib. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov ad. Leninqrad (Sankt-Peterburq) Dövlət konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyev və prof. İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə Kirov ad. opera və balet teatrinda (Mariinski teatr) təcrübəçi-dirijor olub (rəhbər - V.Gergiyev). 1991-2001-ci illərdə İstanbulun Memar Sinan ad.
Fəxrəddin Manafov
Manafov Fəxrəddin Manaf oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir.