QƏNAƏTBƏXŞ

sif. [ ər. qənaət və fars. …bəxş] Qənaətləndirici, kifayətləndirici, qaneedici. Qənaətbəxş iş. Qənaətbəxş cavab.
[Fəxrəddin:] Məktub olduqca qənaətbəxş bir məktubdur. M.S.Ordubadi.

// Zərf mənasında. Yerli komitənin fəaliyyəti qənaətbəxş hesab edildi. Məsələ qənaətbəxş həll edildi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏNAƏTBƏXŞ QƏNAƏTBƏXŞ, KİFAYƏTEDİCİ, QANEEDİCİ, QƏNAƏTLƏNDİRİCİ
  • QƏNAƏTBƏXŞ qaneedici — kifayətləndirici — məqbul
QƏNAƏT
QƏNAƏTCİL

Digər lüğətlərdə