FİRAQİYYƏ
FİRARİ
OBASTAN VİKİ
Firari Mustafa Paşa
Firari Mustafa Paşa (v. 1671, Bəsrə, Bəsrə vilayəti, Osmanlı imperiyası) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Muradın silahdarlığına gətirildi. 1643-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Diyarbəkir, 1649-cu ildə Bağdad, 1650-ci ildə yenidən Diyarbəkir, 1651-ci ildə isə Hələb bəylərbəyi təyin edildi. Bir il sonra vəzifədən alınsa da, 1653-cü ildə yenidən Hələbə, 1655-ci ildə yenidən Diyarbəkirə təyin olundu. 1656-cı ilin martında kaptan-ı dəryalığa gətirilsə də, həmin ilin mayında bu vəzifəsindən istehfa edərək öz istəyilə Misir bəylərbəyliyinə gətirildi. 1657-ci ilin mayında vəzifədən alındı ancaq sədrəzəm Körpülü Mehmed Paşa tərəfindən haqqında açılan təftişdən qorxaraq qaçıb gizləndi. Sədrəzəmin 1661-ci ildə vəfatının ardından üzə çıxdı və Sultan Mehmed tərəfindən bağışlanaraq Van bəylərbəyi təyin edildi.

Digər lüğətlərdə

дотанцо́вывание комбико́рмовый обезья́нник поха́ять коке́тство подре́зка прибежа́ть субти́льный туринвента́рь Елена aper bandoline concretionary exertion glucinium nongraduate pleasant regularity unutterables wintry мириться надерзить пятитонка фотобумага чаевод