Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fransızca
Fransız dili (le français, la langue française) — fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin danışıq dili. Fransanın və bir sıra ölkələrin rəsmi dili. Həmçinin Fransızca Birləşmiş Millətlər Təşkilatında istifadə olunan altı rəsmi dildən biridir. Digər dillərdə yerli olaraq danışan avropalıların təxminən beşdə biri ikinci bir dil olaraq Fransızca danışırlar. == Həmçinin bax == Fransızca (français, /fʁɑ̃sɛ/), Hint-Avropa dil ailəsinin Roman dilləri altqrupundan, Fransa ve Fransız sivilizasiyasını mənimsəmiş ve keçmiş Fransız müstəmləkəsi ölkələrdə istifadə olunan dildir. Dünyada təxmini olaraq 200 milyon insan Fransızca bilməkdədir. 128 milyon insan Fransızca'nı anadili və ya ikinci dili olarak danışır, 54 ölkədə 72 milyon insan tərəfindən də bilinməkdə və danışılmaqdadır. Başda Fransa olmaq üzrə Kanada, Belçika, İsveçrə, Afrika, Lüksemburq və Monako və daha bir çox ölkədə danışılır. Fransızca; İspanca, Portuqalca, İtalyanca, Katalanca ve Rum dili kimi Roma İmperatorluğunun dili olan Latıncanın davam dillərindəndir. Fransız dili tarixdə Roma Galliyalılarının kelt dillərindən və Roma sonrası Frank köçmənlərinin Cermen dillərindən təsirlənmişdir.
Fransızca Vikipediya
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.
Franşiza
Franşiza bunlara istinad edə bilər; == Biznes və qanun == Françayzinq - ticarət nişanlarının lisenziyalaşdırılmasını və françayzlarla iş aparmaq metodlarını əhatə edən bir iş metodu.Franşiza - kabel televiziyası provayderi, kommunal xidmət və ya şirkət kimi bir növ fəaliyyət göstərmək üçün bir imtiyazdır, bəzən aşağıdakı kimi tarif cədvəllərinin verilməsini tələb edir:Televiziya franşizası - televiziya şəbəkəsini idarə etmək hüququna malik franşizaKabel franşizası - kabel televiziya şəbəkəsini idarə etmək hüququna malik franşizaKabel televiziyası franşizası - haqqı, yerli hökumət tərəfindən xüsusi bir kabel televiziyası şirkətinə illik ödənişBöyük Britaniyada sərnişin dəmir yolu françayzinqi - Böyük Britaniyanın dəmir yollarında sərnişin xidmətlərinin istismarına dair müqavilə sistemi.Franşiza - sığorta şirkətləri tərəfindən çıxılmaq şərtilə siyasət ödənişləri üçün bir eşik olaraq istifadə edilən bir bənddir.Siyasi franşiza və ya seçki hüququ, mülki səs hüququ -Franşiza yurisdiksiyası - İngilis tarixində, xüsusi mülkiyyət olaraq qoyulmuş bir yurisdiksiyadır.Franchise Pictures - bir film istehsalı şirkəti. == İncəsənət, əyləncə və media == "Franchise" (qısa hekayə) - İsaak Asimovun 1955-ci ildə yazdığı qısa bir hekayəDem Franchize Boyz -Atlantadan Amerikalı bir hip hop qrupuFranchise Times - Amerika Birləşmiş Ştatlarının bir iş dərgisi toplusuMedia franşizası - əsasən Şimali Amerika istifadəsində olan filmlər, video oyunlar, kitablar və s. ilə əlaqəli yaradıcı əsərlərin toplusudur."Franchise" (mahnı) - Treyvis Skottun 2020-ci il mahnısı == İdman == Franşiza - Şimali Amerikada ən çox rast gəlinən peşəkar idman liqası təşkilatı tipli bir komanda üçün bir termin;Françayzinq oyunçusu - ətrafında bütün rəqabətçi heyət qurula biləcəyi bir komandadakı oyunçusuFrançayzinq etiketi - ABŞ Milli Futbol Liqasında müqaviləsi tezliklə başa çatacaq bir oyunçunun təyinatı, onu artırılmış maaşla bir il komandaya bağlayır.İdman liqası franşizası və ya Liqa imtiyazı - hovuz, dart və s. Kimi fəaliyyətlərdə müəyyən bir idman liqası altında yerli və ya regional bir françayzinq iş əməliyyatı.
Mario (franşiza)
Mario (yaponca: マリオ, Hepbörn: Mario) — diqqət mərkəzində italyan Mario personajının olduğu, videooyunlar üzrə ixtisaslaşmış "Nintendo" şirkəti tərəfindən nəşr edilən və istehsal olunan mediafranşiza. Bu, əsasən bir videooyun franşizasıdır, ancaq franşizanın digər formalarına bir neçə teleserial və bir bədii film daxildir. Franşiza ilkin olaraq geymdizayner Şiqeru Miyamoto tərəfindən 9 iyul 1981-ci il tarixində buraxılmış "Donkey Kong" adlı arkada oyunu ilə yaradılmışdır. Franşizaya daxil olan oyunlar "Nintendo", "Hudson Soft" və "AlphaDream" kimi müxtəlif istehsalçılar tərəfindən istehsal olunmuşdur. "Mario" oyunlarının əksəriyyəti üçüncü nəsildən bəri "Nintendo" şirkətinin müxtəlif videooyun konsolları üçün satışa çıxarılmışdır. Franşizadakı əsas seriya "Super Mario" platforma seriyasıdır, hansı ki, Marionun uydurma dünya olan Göbələk krallığındakı macəralarından bəhs edir. Bu oyunlar tipik olaraq, Marionun səviyyələrdən irəliləməsi üçün onun tullanma bacarığına əsaslanır. Franşizanın adı altında, müxtəlif janr və seriyalarda 200-dən çox videooyun yaranmışdır. "Mario" seriyası "Nintendo" şirkətinin ən tanınmış və müvəffəqiyyətli franşizalarından biridir. Seriyaya daxil olan videooyunların çoxu, xüsusilə də "Super Mario" videooyunları tarixin ən yaxşı videooyunlarından biri hesab edilir.
Fransızlar
Fransızlar – Fransanın əsas əhalisi, millət. ABŞ və Kanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir. Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr.
Fransız
Fransızlar – Fransanın əsas əhalisi, millət. ABŞ və Kanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir. Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr.
Fransız Alpları
Fransız Alpları — Fransada yerləşən Qərbi Alp dağlarının bir hissəsi. Uzunluğu təxminən 330 km-dir. Fransız Alplari Şimal və Cənuba bölünür. Şimali Fransız Alplari buzlaqları və dağ-buzlaq torpaq formaları, iynəyarpaqlı meşələr, subalp və alp çəmənlikləri olan yüksək dağlıqdır. Buraya Monblan, Ekren (Pelvu), Beldonn, Qray və Kotsk Alpları massivləri daxildir. Ən yüksək nöqtəsi Monblan dağıdır (4810 m). Cənubda yerləşən Fransız Alpları dağları daha aşağı (adətən 3000 m-ə qədər), Aralıq dənizi iqlimi və landşaft elementləri olan Provans Alpları və Dənizaşırı Alplarını əhatə edir. == Ədəbiyyat == Французские Альпы // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Fransız Rivyerası
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.
Fransız Vikipediyası
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.
Fransız bageti
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Fransız dili
Fransız dili (le français, la langue française) — fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin danışıq dili. Fransanın və bir sıra ölkələrin rəsmi dili. Həmçinin Fransızca Birləşmiş Millətlər Təşkilatında istifadə olunan altı rəsmi dildən biridir. Digər dillərdə yerli olaraq danışan avropalıların təxminən beşdə biri ikinci bir dil olaraq Fransızca danışırlar. == Həmçinin bax == Fransızca (français, /fʁɑ̃sɛ/), Hint-Avropa dil ailəsinin Roman dilləri altqrupundan, Fransa ve Fransız sivilizasiyasını mənimsəmiş ve keçmiş Fransız müstəmləkəsi ölkələrdə istifadə olunan dildir. Dünyada təxmini olaraq 200 milyon insan Fransızca bilməkdədir. 128 milyon insan Fransızca'nı anadili və ya ikinci dili olarak danışır, 54 ölkədə 72 milyon insan tərəfindən də bilinməkdə və danışılmaqdadır. Başda Fransa olmaq üzrə Kanada, Belçika, İsveçrə, Afrika, Lüksemburq və Monako və daha bir çox ölkədə danışılır. Fransızca; İspanca, Portuqalca, İtalyanca, Katalanca ve Rum dili kimi Roma İmperatorluğunun dili olan Latıncanın davam dillərindəndir. Fransız dili tarixdə Roma Galliyalılarının kelt dillərindən və Roma sonrası Frank köçmənlərinin Cermen dillərindən təsirlənmişdir.
Fransız fəlsəfəsi
Fransız fəlsəfəsi, Fransız dilində fəlsəfə mənasını verən bu düşüncə, son dərəcə çoxyönümlü olmuşdur və yüz illərlə, Orta Əsrlərdəki Pyer Abelar sxolastikçiliyindən, Rene Dekart tərəfindən müasir fəlsəfənin qurulması ilə, XX əsr fəlsəfəsinə qədər, Qərb fəlsəfəsinə bir bütün olaraq təsir etmişdir. elm fəlsəfəsi , ekzistensializm , fenomenologiya , strukturalizm, postmodernizm.
Fransız inqilabı
Böyük Fransa inqilabı (fr. Révolution française; 1789–1799) — Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm tarixi hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial inqilab. İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur. === Səbəbləri === XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Hakim feodal sinifindən tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən dövrə qədər kral "milli sərvətlərin" artırılması, yəni milli sənayə müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini ödəməkdə çətinlik çəkirdi.
Fransız klassisizmi
Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsuli-idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu.
Fransız mətbəxi
Fransa mətbəxi (fr. Cuisine française)-Fransada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Fransa mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. Fransanın Fransa inqilabı sonrasında Koloniləşmə dövründə dünya səhnəsindəki qazandığı gücüylə mütənasib olaraq inkişaf etmişdir. == Haqqında == Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir. Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. == Yeməkləri == === Retatuy === Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır.
Fransız salatı
Fransız salatı — xörək növü. == Tərkibi == 3-4 ədəd kartof 3 ədəd kök Çuğundur Bir qədər ağ kələm 1 ədəd baş soğan 500 qr mal əti Sirkə Soya sosu Qara və qırmızı istiot,duz == Hazırlanması == Əti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.
Fransız şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer ( fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Fransız ədəbiyyatı
Fransız ədəbiyyatı (fr. Littérature française) – Fransız şair və yazıçıların Fransa mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
"Fransız" (film, 1995)
"Fransız" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır. Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı. == Film haqqında == Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir. Filmdə Vaqif Mərdəkani öz dəstəsi ilə və Aleksandrovun xoru çəkilmişdir. Filmin son titrləri fransızcadır. Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir.
Alma (Fransız müğənni)
Aleksandra Make (fr. Alexandra Maquet; 27 sentyabr 1988, Lion) və ya sadəcə səhnə adı Alma — Fransa müğənnisi və bəstəkarı. O, Fransanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandra Make 27 sentyabr 1988-ci ildə Fransanın Lyon şəhərində anadan olmuşdur. Onun atası tanınmış biznesmen Alen Make, anası isə rəssam Mari-Pyer Makedir. Onun üç bacısı var. Alma uşaq yaşlarından musiqi ilə maraqlanmış və pianoda ifa etməyi öyrənmişdir. 16 yaşında ikən ailəsi ilə birlikdə Mayamiyə köçmüşdür. Bir il Amerikan məktəbində təhsil aldıqdan sonra o yenidən Fransaya geri dönmüşdür. O Fransanın Lil şəhərində IESEG İdarəçilik məktəbinə daxil olmuş və oranı Biznes administrasiyası və idarəçilik ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Azərbaycan-Fransız Universiteti
Azərbaycan-Fransız Universiteti və ya qısaca UFAZ — Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir. == Yaradılması == 12 may 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı Fransa və Azərbaycan təhsil nazirləri arasında iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlığa dair niyyət memorandum imzalanmışdır. İki ölkənin təhsil nazirlikləri arasında növbəti razılaşma 25 aprel 2015-ci ildə president Fransua Ollandın Azərbaycana növbəti səfəri zamanı imzalanmışdır. Həmin il mayın 15-də əməkdaşlığa dair təklif Azərbaycan Prezidenti İlham Əliyevin 1242 saylı fərmanı ilə qəbul edilmiş, 9 iyun 2016-cı ildə isə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılmasına sərəncam verilmişdir.15 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun və Fransanın Azərbaycandakı Səfiri Aurelia Buşenin iştirakı ilə UFAZ-ın açılışı baş tutmuşdur. İlk tədrisi ili ADNSU-nun Azadlıq prospektində yerləşən əsas binasında baş tutmuşdur. 15 sentyabr 2017-ci ildə UFAZ-ın Nizami küçəsi, 183-də yerləşən yeni tədris binasının açılış mərasimi baş tutmuşdur. Bina 20-ci əsrin əvvəllərində inşa edilmiş və Təhsil Nazirliyinin qərarına əsasən restavrasiya edilmişdir. == Tədris == Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.UFAZ-da tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır. Fransada bakalavr təhsili 3 il, Azərbaycanda isə 4 il davam etdiyinə görə UFAZ-da tədrisin ilk ili hazırlıq ili hesab olunur. Universitetdə təhsil yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır.
Azərbaycanda Fransız İnstitutu
Azərbaycanda Fransız İnstitutu (fr. Institut Français d'Azerbaïdjan) — bütün dünyadakı Fransız İnstitututları şəbəkəsinə qoşulmuş mədəniyyət mərkəzidir. == Tarixi == Azərbaycanın bir çox nazirlərinin və Fransa parlamenti nümayəndələrinin iştirakı ilə 11 aprel 2005-ci il tarixində rəsmi açılışı olmuşdur. == Fəaliyyəti == Bakıdakı frankofonların görüş yeri olan bu mərkəz, fransız dilində danışmaq, Fransanı və Fransa mədəniyyətini yaxından tanımaq istəyənlərin üzünə açıqdır. Bu İnstitutun əsas hissəsi olan Mediatekada, mədəni fəaliyyətlərə həsr olunan tədbirlər – sərgilər, konfranslar, animasiyalar və s. təşkil edilir. Fransız İnstitutu həmçinin şəhərin müxtəlif yerlərində də bədii və mədəni tədbirlər təşkil edir. İnstitutunda Fransız dili kursları müasir materiallarla təmin olunmuş dərs otaqlarında keçirilir.
Bakı Fransız Liseyi
Bakı Fransız Liseyi — Bakıda, "Ağ Şəhər" adlanan ərazidə yerləşən təhsil müəssisəsi. == Tarixi == === Təməlinin qoyulması === Liseyin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulmuşdur. Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalamışlar.Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək vermişdir. Liseyin yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaqdır.11 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar. === Açılışı === Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olmuşdur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. == Maddi-texniki bazası == Liseyin binası 320 yerlikdir. Bakının "Ağ Şəhər" adlanan ərazisindəki Paris məhəlləsində inşa olunan bu təhsil müəssisəsinin 2014-cü ilin may ayının 11-nə kimi tikintisi üzrə işlərin mühüm hissəsi başa çatmışdır və qalan işlərin isə 2014-cü ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulmuşdur.Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetrdir. Burada təlim-tədris üçün bütün şərait yaradılıb.
Fransız-hindu müharibəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.
Fransız Erməni Legionu
Şərq Legionu lahiyəsi Birinci Dünya Müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar. Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur. Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur. 1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir.
Fransız Nobel mükafatçıları
Fransız inqilabı təqvimi
Fransız inqilabı təqvimi və ya İnqilab təqvimi Böyük Fransa inqilabından sonra 5 oktyabr 1793 cü ildə Milli Konvent tərəfindən verilmiş dekretlə Fransada tətbiq olunmağa başlanılmış təqvim. Fransız inqilabı təqvimi 1 yanvar 1806-cı ildə Napoleon Bonapart tərəfindən ləğv edilmişdir. Təqvim Jilber Rommun rəhbərliyi altında hazırlanmışdır. Məqsəd dini xristian təqvimini ateist və materialist təqvim yaratmaq olmuşdur. Təqvimdə Fransa inqilabının birinci ili — 1792-ci il era başlanğıcı elan edilir. Beləliklədə xristianlıqla başlanan era isə ləğv edilmiş olunur. 1792 ci ilin 22 sentyabrından başlayaraq illər hesablanmağa başlanmış olunur. İl hər biri 30 gündən ibarət 12 aya bölünür. Qalıq qalmış 5 ya 6 gün isə sankulotid adlandırılmışdır. Hər bir gün isə təbiət hadisələrinə müvafiq xüsusi adlarla adlandırılmışdır.
Fransisco Lopez
Fransisco Lopez (19 sentyabr 1962) — Venesuelanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fransisco Lopez Venesuelanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci pillənin sahibi olub.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.